Məhkəmə qərarları › İş №e-2-1(118)-351/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-351/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-351/2023 11.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40.5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28, mənzil 3-də yerləşən ona məxsus evindən X1 pasport qeydiyyatından çıxarılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviril hissə: İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40.5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28, mənzil 3-də yerləşən ona məxsus evindən X1 pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 20 iyun 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Daşınmaz Əmlakın 01 noyabr 2012-ci il tarixli ******* saylı Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Xaçmaz şəhəri,Vağzal küçəsi,ev 28,mənzil 3-də yerləşən yaşayş evi ona satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ,********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümümi sahəsi 40.5 kv.metr olan, Xaçmaz şəhəri ,Vağzal küçəsi, ev 28,3 saylı mənzil onun tam mülkiyyətindədir. Həmin evdə onun ailə üzvü olmayan xx.xx.1982-ci il təvəllüdlü X4 pasport qeydiyatındadır. X2 onun bacısının gəlinidir. Sosial yardım almaq üçün qeydiyyat yeri olmadığından evinə qeydiyyata düşmüşdür. X2 onun evində pasport qeydiyyatında qalma səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. X3 ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması barədə Cavabdehnə müraciət etmişdir. Cavabdehndən verilmiş xx.xx.2022-ci il tarixli, 160-15040M-3222 saylı cavab məktubunda göstərilir ki, ona məxsus ünvanda adı göstərilən şəxsin qeydiyyatdan çıxarılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi təqdim ediləcəyi halda və ya həmin şəxs yaşayış yerini dəyişməsi ilə bağlı mülkiyyəti təsdiq edən sənədlə Polis orqanlarına müraciət etdiyi təqdirdə onun pasport qeydiyyatından çıxarılması təmin olunacaqdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən cavabdeh tərəfindən X6 ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmalı idi. “Yaşayış yeri və oldugu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Konstitutsiya Məhkəməsinin Plenumunun göstərilən qərarında qeyd olunur ki, Qanunda əsas müddəa kimi təsbih edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın qanunvericiliklə müəyyən edilmiş hallarda hüququi nəticəyə səbəbb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı ( inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasənməcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, məhkəmənin suallarına cavabında bildirmişdir ki, üçüncü şəxs iddiaçının bacısının gəlinidir. Ünvanlı Sosial yardım alınması üçün qeydiyyata salınıbdır. Üçüncü şəxs ailəlidir. Qaynanasının evi vardır. İddiaçı ilə üçüncü şəxs arasında evdən çıxarma tələbi ilə bağlı mülki mübahisə vardır. İş hazırda Sumqayıt Apellyasiya Məhkəməsini icraatındadır. Cavabdeh iddiaya münasibət bildirməmiş, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X2 iştirak etmiş, izahatında bildirmişdir ki, o, mübahisəli mənzildə qaynanası ilə birlikdə yaşayır. Yaşamağa başqa yeri yoxdur. Məhkəmə onların işinə baxır. Ona kompensasiyanın ödənilməsini istəyir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40.5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28, mənzil 3-də yerləşən ona məxsus evindən X1 pasport qeydiyyatından çıxarılmasını istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs və ya şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən yaşayış sahəsindən çıxarıldıqda, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə qeydiyyatdan çıxarılırlar. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2340 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı “cavabdeh X3 Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28-də yerləşən evindən istifadə hüququnun itirilmiş hesab olunmasına” dair iddiası təmin edilməmişdir. İş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında üçüncü şəxs bildirmişdir ki, həmin evdə qaynanası ilə birlikdə yaşayır. Göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisə mövcuddur, üçüncü şəxs hazırda mübahisəli mənzildə yaşayır. Bu halda inzibati orqanın üçüncü şəxsi qeydiyyatdan çıxarmaq hüququ yoxdur və məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçıya izah edilsin ki, üçüncü şəxslə aralarında olan mülki mübahisənin nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar