Məhkəmə qərarları › İş №e-2-1(118)-367/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-367/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-367/2023 11.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli **********658600 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli **********084600 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi 2 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə məcburi ƏDV qeydiyyata alınmışdır. İddiaçının əsas fəaliyyəti avtomobil vasitəsilə daşımaların təşkilindən ibarət olmuşdur. cavabdeh tərəfindən həyata keçirilən kameral vergi yoxlaması nəticəsində iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının əsas xərci yanacağın alışı ilə bağlı olmuşdur. Belə ki, 2020-ci il ərzində vergi ödəyicisi "xxxx" MMC-nin yanacaqdoldurma məntəqəsindən ümumi dəyəri 133700.0 manat məbləğində yanacaq almış, həmin məbləğin yalnız 58648,84 manat məbləğində olan hissəsinə qarşı tərəfdən e-qaimə faktura təqdim edilməmişdir. Yanacağa sərf olunan vəsaitin hamısı vergi ödəyicisinin "xxxx" ASC-də olan müvafiq hesablaşma hesabı üzrə açılmış “Biznes Kart” vasitəsilə nağdsız qaydada "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İalin yoxlama zamanı cavabdeh əməliyyatların e-qaimə təqdim edilməyən hissəini xərc kimi nəzərə almamışdır. Halbuki, həmin xərclərin hamısı nağdsız qaydada “Biznes Kart” vasitəsilə köçürülmüşdür. həmin köçürmələr xx.xx.2022-ci il tarixdə bankın Suraxanı filialından alınmış müvafiq “ödəniş kartı üzrə çıxarış”da öz əksini tapmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş e-qaimə fakturalar üzrə aparılan əməliyyatların həcmi 230002.00 manat olmasına baxmayaraq, hesablaçma hesabına ümumilikdə 213000,00 manat vəsait mədaxil olmuşdur. Belə ki, hesaba mədaxil olunmuş məbləğlə e-qaimə yazılmış məbləğ arasənda 17002.0 manat fərq olmuşdur. hazırda qüvvədə olan vergi qanunvericiliyinə əsasən dəyəri bank hesabına ödənilməmiş əməliyyatların vergitutma məqsədləri üçün hər hansı öhdəlik yaratmadığını nəzərə alaıaraq, 17002.0 manat məbləğində vəsaitin ümumi vergi bazasından çıxılması məqsədəmüvafiqdir. Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi mübahisələndirilən qərarın artıq vergi orqanı tərəfindən ləğv edildiyini və iddiaçının dəqiqləşmə bəyannaməsindən sonra onun barəsində xx.xx.2022-ci il tarixli **********658600 saylı qərarın qəbul edildiyini, həmin qərarın iddiaçı tərəfindən elə həmin gün elektron qaydada oxunduğu və iddia müddətini ötürüldüyünü bildirmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2022-ci il tarixli **********658600 saylı qərarın ləğv edilməsini xahiş etdi və izah etdi ki, iddiaçı elektron sənədlərlə işləyə bilmir, həmin qərarı oxuyacaq adam yalnız mühasibi ola bilər ki, o da oxumayıb və iddiaçıya bu barədə məlumat verməmişdir. İddiaçı bu müddət ərzində əvvəlki qərarı mübahiəsləndirmiş, sonrakı qərardan xəbərdar olsaydı, həmin qərarı mübahiəsləndirərdi. Əslində sonrakı qərarı vergi orqanı gizlətmiş və hətta məhkəmə araşdırması zamanı bu qərarın mövcudluğunu bildirməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi hesab edir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbinin dəqiqləşdirilməsindən sonra İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı hazırki iddia tələbi xx.xx.2022ci il tarixli **********658600 saylı qərarın ləğv edilməsi barədədir. Məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göstərilən Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respiblikası Vergi Məcəlləsinin 70.2.1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ...70.2-1.3- elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı elektron qaydada vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə göndərmiş və elə həmin gün vergi ödəyicisi tərəfindən oxunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, həmin qərar vergi ödəyicisi tərəfindən oxunmasa belə, yuxarıda göstərilən qanunun tələbinə uyğun olaraq təqdim edilmiş hesab edilir. İddiaçının nümayəndəsi həmin qərarın ləğv edilməsinə dair idida tələbini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin həmin qərarın vergi orqanı tərəfindən gizlədildiyi və cavabdehin nümayəndəsi tərəfindən məhkəmə araşdırması zamanı bəyan etməməsi barədə dəlillərini əsaslı hesab etmir. Həmin qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya göndərilmiş və elektron qutu açılaraq oxunmuşdur. Cavabdehin nümayəndəsi mübahiəslənidirilən qərarı iddiaçının nümayəndəsinə elan etmək vəzifəsini daşımır və bu hal iddia müddətinin ötürülməmiş hesab edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə üzürlü səbəb olmadan iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir . “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli **********658600 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar