Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-387/2024 11.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155227 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ” qərarına əsasən, yə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilərək, fevral 2019 - yanvar 2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən cəmiyyətə 679 186,73 manat əlavə vergi hesablanmış və 391 168,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama dövründə cəmiyyətin Sumqayıt şəhəri, 52-ci məhəllə ünvanında 2 ədəd “ANBAR” adlı təsərrüfat subyekti qeydiyyatda olmuş, pərakəndə satış aparılması üçün nəzarət kassa aparatı mövcud olmamışdır. Səyyar vergi yoxlaması aktının 1.9.2 və 1.9.3-cü bəndlərinə əsasən vergi ödəyicisinin əmlakının inventarizasiyası aparılmamış, binasına və ərazisinə baxış keçirilməmişdir. Həmçinin yoxlama zamanı mal qalığının yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 50 və 58-ci maddələrinə uyğun olaraq operativ vergi nəzarəti tədbiri keçirilməmişdir. Aktda qeyd edilmişdir ki, yoxlama zamanı bilavasitə vergi orqanının fəaliyyət sahəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə VM-nin 44 və 45-ci maddələrinə əsasən ekspert və mütəxəssis dəvət edilməsinə zərurət yaranmış və xx.xx.2022-ci il tarixli **********8159868 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən mütəxəssis qarşısında aşağıdakı sualla qoyulmuşdur: “Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinədək olan dövrdə istehsal olunmuş PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVS dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısının istehsal həcminin müəyyənləşdirilməsi. Qərar mütəxəssis dəvət edilməsi ilə bağlı olsa da, xx.xx.2022-ci il tarixində “Ekspertiza keçirilməsi haqqında qərarla tanış olma barədə” protokol tərtib edilmiş və vergi ödəyicisinə bu protokol imzalatdırılmışdır. SVY aktından qeyd edilir ki, “Azərekspertiza” Birliyinin eksperti X3 vergi ödəyicisinin istehsal obyektində iştirak etmişdir. İddiaçı bildirir ki, yoxlama prosesində belə bir iştirak olmamışdır, həmin iştirakı təsdiq edən baxış protokolu da mövcud deyildir.Bu hal svy aktının özü ilə də təsdiq edilir. Beləki ki, yuxarıda qeyd edildiyi kimi Səyyar vergi yoxlaması aktının 1.9.2 və 1.9.3-cü bəndlərinə əsasən vergi ödəyicisinin əmlakının inventarizasiyası aparılmamış, binasına və ərazisinə baxış keçirilməmişdir. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, “Azərekspertiza” Birliyinin xx.xx.2022ci il tarixli 48 saylı məktubu ilə mütəxəssis rəyi təqdim etmişdir. Mütəxəssis rəyi əsasında vergilərin hesablanması prosesual qanun pozuntuları ilə aparılmışdır: - Qeyd olunan rəyin hazırlanılması üçün istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə yerində istehsal prosesində baxış keçirilməsi tələb olunsa da, belə bir baxış və istehsal prosesinin müşahidəsi həyata keçirilməmişdir; Yerində istehsal prosesi müşahidə edilmədən, yerində yoxlama aparılmadan belə bir material sərfiyyatının müəyyən edilməsi təbii ki mümkün deyildir. - Mütəxəssis dəvət edilməsi ilə bağlı qərar çıxarılsa da, SVY aktında “Ekspertiza təyin edilməsi barədə qərar” qəbul edilməsi qeyd edilmişdir; - xx.xx.2022-ci il tarixində “Ekspertiza keçirilməsi haqqında qərarla tanış olma barədə” protokol tərtib edilmiş və VM-nin 44.7-ci maddəsinə istinad edilərək vergi ödəyicisinin hüquqları(ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq) izah edilmişdir. Lakin VM-nin 44 və 45-ci maddələrinin tələblərinə zidd olaraq tərtib olunmuş mütəxəssis rəyi vergi ödəyicisinə təqdim edilməmişdir. Qərarda və səyyar vergi yoxlaması aktının 8 və 11-ci səhifələrində göstərilmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən istehsal olunan hazır məhsulun və xammalın hərəkət cədvəli yoxlamaya təqdim edilmədiyindən, tərəfindən istehsal olunan malların istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə müətəxəssis cəlb olunmuş və xx.xx.2022-ci il tarxili 48 nömrəli mütəxxəssis rəyi verilmişdir. Mütəxəssis rəyi ilə xx.xx.2019-cu ildən, xx.xx.2022-ci il tarixədək istehsal məhsulları olan profillərin illə üzrə alışlarına görə material sərfiyyatını təqdim edilmişdir. Mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatları arasında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə artıq göstərilmiş saylar yoxlama ilə e-qaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə 2019-cu il üzrə 126 112 manat, 2020-ci il üzrə 551 580,12 manat və 2021-ci il üzrə 109 419,34 manat, ümumilikdə 787 111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Azaldılmış dövriyyə məbləğləri müvafiq olaraq azaldılmış dövrlər üzrə ƏDV və mənfəət vergisi bəyənnamələrinə əlavə edilmişdir. SVY aktında qeyd olunmuşdur ki, “Həmçinin vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir”. İddiaçı bildirir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal qalığının olmaması ilə bağlı heç bir izahat yazılmamışdır. xx.xx.2023-cü il tarixli, **********108500 sayı məktubla vergi orqanına müraciət edilərək, aktda qeyd olunan izahatın surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli **********380900 saylı "xxxx" MMC-də (VÖEN **********) aparılan növbədənkənar səyyar vergi yoxlaması haqqında” məktubda qeyd olunan izahatın surəti təqdim olunmamışdır. Belə olan halda, əgər mütəxəssis rəyinə əsasən profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmiş olsa belə, həmin mal qalığının yerində olub-olmaması məqsədi ilə yerində yoxlama və baxış keçirilməli, mallar aşkar edilmədiyi halda VM-nin 159.1-ci maddəsinə əsasən ilk öncə ƏDV hesablana, daha sonra mənfəət dövriyyəsi artırılaraq, əlavə mənfəət vergisi hesablana bilərdi. Səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3-cü bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir. Lakin mal qalığının olmadığı səbəbindən satış kimi qiymətləndirilərək vergilər hesablanmışdır. Sual olunur ki, inventarizasiya aparılmadan və binaya (əraziyə) baxış keçirilmədən mal qalığı necə müəyyənləşdirilə bilər? Yəni vergi orqanı eyni sənəddə bir-birinə əks olan məlumat qeyd etmişdir. Bu isə vergi orqanı tərəfindən vergilərin hesablanmasına çox səthi və qanunsuz yanaşılmasının sübutudur. Səyyar vergi yoxlaması aktında qeyd edilir ki, vergi ödəyicisi tərəfindən istehsal olunan hazır məhsulun və xammalın hərəkət cədvəli yoxlamaya təqdim edilmədiyindən, tərəfindən istehsal olunan malların istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə müətəxəssis cəlb olunmuşdur. Daha sonra isə qeyd olunur ki, mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatları arasında kənarlaşma olduğu müəyyən edilmişdir. Göründüyü kimi əvvəl sənədlərin təqdim olunmadığı qeyd edilir, sonra isə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatlarına istinad olunur. Bu isə tamamilə ziddiyyətli məqamdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, **********108500 saylı “Material uçot cədvəlinin təqdim olunması barədə” məktubla vergi orqanına müraciət edilərək, səyyar vergi yoxlaması zamanı yoxlama tərəfindən tərtib olunmuş material uçot cədvəlinin surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli **********380900 saylı “VİV İNŞAAT" MMC-də (VÖEN **********) aparılan növbədənkənar səyyar vergi yoxlaması haqqında” məktubda qeyd yalnız vergi ödəyicisi tərəfindən material uçot cədvəlinin təqdim olunmamasına istinad edilmiş, yoxlama zamanı material uçot cədvəli tərtib olunmasına münasibət bildirilməmişdir. Bildiririk ki, aktda qeyd olunduğu kimi, istehsal olunmuş mallara dair sərfiyyatın müəyyən olunması üçün, mütləq şəkildə yoxlama tərəfindən material uçot cədvəli tərtib olunmalı idi. Bu cədvəldə istehsal məqsədləri üçün alınmış xammalın miqdarı, istehsal olunmuş məhsulun sayı və ya həcmi, 1 məhsul istehsalına gedən xammal sərfiyyatı və sonda alınmış mallardan artıq qalıq qeyd edilməli idi, yalnız bundan sonra hansısa malların istehsal sərfiyyatından artıq alınması barədə fikir yürütmək olardı. Halbuki, səyyar vergi yoxlaması aktının özündə də hansı mallardan və hansı miqdarda artıq alınması barədə heç bir qeyd mövcud deyildir. Yalnız ümumi şəkildə 2019-cu il üzrə 126 112 manat, 2020-ci il üzrə 551 580,12 manat və 2021-ci il üzrə 109 419,34 manat, ümumilikdə 787 111,46 manatlıq malların artıq alınması və bu malların VM-nin 159.1-ci maddəsinə əsasən satış kimi qiymətləndirilərək, ƏDV və mənfəət vergisi hesablanması qeyd edilmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155227 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ” qərarına əsasən, yə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin VM-nin 38.3.5-ci maddəsinə əsasən yoxlamanın keçirilməsi əsaslandırılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1356/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında(Z.Quliyev) deyilir: Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddiani tələb mümkünsüz hesab edir: İddia ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155227 saylı qərarına əsasən İddiaçı MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edilməklə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2022-ci il tarixli **********155262 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi PVC pəncərə, qapı sanuzel, qapı eyvan, vintraj, kombi qutusu və digər məhsulların istehsalı, divar kağızı, şüşə, profil, şrup və digər məhsulların isə topdan satışı ilə məşğul olmuşdur. Müəssisənin fəaliyyətinin yoxlanılması zamanı cəmiyyət tərəfindən PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısı məhsullarının istehsalı, e-qaimə faktura, YGB məlumatlarına əsasən çerepitsa, divar kağızı, şüşə, profil, şrup, paduqa və s. məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Yoxlama zamanı iddiaçı tərəfindən hazır məhsulun və xammalın hərəkəti cədvəli yoxlamaya təqdim edilmədiyindən, müəssisə tərəfindən istehsal olunan PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısı məhsullarının istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünün müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsinə görə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixli 48 nömrəli mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əsas istehsal məhsulları olan PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısının istehsal edilməsində istifadə olunan plastik profil və aluminium profilərin illər üzrə alışlarına görə material sərfiyyatını təqdim etmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəylə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatlarında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatının vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyat ilə eyni olmamışdır. Mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə artıq göstərilmiş saylar yoxlama ilə e-qaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə 2019cu il üzrə 126.112,0 manat, 2020-ci il üzrə 551.580,12 manat və 2021-ci il üzrə 109.419,34 manat, ümumilikdə 787.111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir. Azaldılmış cəmi 787.111,46 manat dövriyyə məbləği Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vergiyə cəlb edilərək 141.680,06 manat əlavə dəyər vergisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 70.840,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinin təqdim etdiyi 2019-cu ilin fevral ayının ƏDV bəyananməsində yaranmış Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyənizdən ƏDV-nin 64113,94 manat məbləğində olduğu müəyyən olunmuşdur. Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 62760,83 manat təşkil etdiyi üçün 1353,11 manat kənarlaşmaya əsasən hesablama aparılmışdır. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinin təqdim etdiyi 2019-cu ilin iyun ayının ƏDV bəyannaməsində yaranmış Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyənizdən ƏDV-nin 252208.05 manat məbləğində olduğu müəyyən olunmuşdur. Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən tutulan əməliyyatlar üzrə dövriyyənizdən ƏDV 247513.51 manat təşkil etdiyi üçün 4694.54 manat kənarlaşma əsasən hesablama aparılmışdır. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinin təqdim etdiyi 2019-cu ilin avqust ayının ƏDV bəyannaməsində yaranmış elektron uyğunsuzluğa əsasən kənarlaşma yaranmış və əlavə olaraq vergi ödəyicisinə 3205,04 manat hesablama aparılmışdır. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinin təqdim etdiyi 2020-ci ilin aprel ayının ƏDV bəyannaməsində yaranmış 2020-ci ilin yanvar-aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar (301.1 )(Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)) sətirində əks etdirilmiş 1501216,47 manat məbləğ/ çıxılsın (-) / Qarşı tərəfin əvəzləşdirdiyi 1518322,94 manat ƏDV-siz məbləği nəticəsində yaranan - 17106,47 manat ƏDV-siz dövriyyədən xx.xx.2020-dək Avans məbləği 0 manat çıxılmaqla yaranan kənarlaşma üzrə -3079,16 manat ƏDV-dən yayınma riski müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılmasında səbəb vergi ödəyicisinin dövriyyəsinin Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən müəyyən edilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə 149.262,38 manat məbləğində əlavə dəyər vergisinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 105.514,06 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəylə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyaytı məlumatlarında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatının vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyat ilə eyni olmamışdır. Mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir Artıq istehsal həcmi müəyyən edilən mallara müvafiq çeşidlər üzrə e-qaimə fakturalarda müəyyən edilən orta satış qiymətləri (ƏDV-siz) tətbiq edilməklə 2019-cu il üzrə 126.112,0 manat, 2020-ci il üzrə 551.580,12 manat və 2021-ci il üzrə 109.419,34 manat, ümumilikdə 787.111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Azaldılmış dövriyyə məbləğləri müvafiq olaraq azaldılmış dövrlər üzrə mənfəət vergisi bəyannamələrinə əlavə edilmişdir. Əlavə olaraq vergi ödəyicisi istehsal fəaliyyəti ilə yanaşı alış-satış fəaliyyəti ilə məşğul olmuşdur. E-qaimə, idxal məlumatlarına əsasən istehsal prosesində istifadə olunan profil, şrup, şüşə və.s məhsullar həm istehsal prosesində istifadə edildiyi, həm də e-qaimə əsasında satışı müəyyən edilmişdir. Əlavə olaraq çerepitsa, lambirin, kley, divar kağız, paduqa və.s malların alınıb-satılması ilə bağlı malların hərəkəti cədvəli tərtib edilmədiyindən yoxlamaya təqdim edilməmişdir. Göstərilən səbəblərdən mütəxəssis tərəfindən artırılan dövriyyə məbləği ilə bağlı xərcləri, həmçinin istehsalda və e-qaimə faktura əsasında satılan mallar üzrə malmaterial hesabatı təqdim edilmədiyindən istehsal edilən və satılan malların xərclərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edildi. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə gəlirin formalaşması -2019-cu ilin Mənfəət vergisi bəyannaməsində 5.376.011,57 manat göstərilən dövriyyə məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaiməfakturalara, həmçinin 2019- cu il üzrə mütəxəssis tərəfindən xammal-material sərfiyyatına əsasən müəyyən edilən əlavə 126.112,0 manat dövriyyə məbləğinə əsasən təsdiq edilmişdir. Yoxlama zamanı müəssisənin 2019-cu il dövrü üzrə müəyyən edilmiş 917.020,59 manat mənfəətdən 183.404,12 manat məbləğində mənfəət vergisi hesablandı. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə gəlirin formalaşması- 2020-ci ilin Mənfəət vergisi bəyannaməsində 9.271.779,64 manat göstərilən dövriyyə məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaiməfakturalara, həmçinin 2020-ci il üzrə mütəxəssis tərəfindən xammal-material sərfiyyatına əsasən müəyyən edilən əlavə 551.580.12 manat dövriyyə məbləğinə əsasən təsdiq edilmişdir. Yoxlama zamanı müəssisənin 2020-ci il dövrü üzrə müəyyən edilmiş 1.637.226,63 manat mənfəətdən 327.445,33 manat məbləğində mənfəət vergisi hesablandı. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə gəlirin formalaşması -2021-ci ilin Mənfəət vergisi bəyannaməsində 1.686.533,46 manat göstərilən dövriyyə məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaiməfakturalara, həmçinin 2021-ci il üzrə mütəxəssis tərəfindən xammal-material sərfiyyatına əsasən müəyyən edilən əlavə 109.419,34 manat dövriyyə məbləğinə əsasən təsdiq edilmişdir. Yoxlama zamanı müəssisənin 2021-ci il dövrü üzrə müəyyən edilmiş 299.325,47 manat mənfəətdən 59.865,09 manat məbləğində mənfəət vergisi hesablandı. Cədvəldən göründüyü kimi müəssisə tərəfindən 2019-cu ilin mənfəət vergisi üzrə 183.404,12 manat, 2021-ci ilin mənfəət vergisi üzrə 327.445,33 manat, 2021-ci ilin mənfəət vergisi üzrə 327.445,33 manat 59.865,09 manat mənfəət vergisi məbləği azaldılmışdır. Mənfəət vergisinin azaldılmasının səbəbi gəlirin düzgün müəyyən edilməməsi olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə 529.924,77 manat məbləğində mənfəət vergisinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 264.962,39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********155789 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167605 nömrəli Qərar qəbul edilmişdir.. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktının surəti; xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın surəti;, şəxsi hesab vərəqəsinin surəti; əldə edilmiş və təqdim edilmiş e-qaimələrin siyahısı; idxal olunmuş malların siyahısı; malların alış aktlarının surətləri; bank hesablarından çıxarışlar; ƏDV depozit hesabından çıxarış; yoxlamanının dayandırılması və müddət uzatma barədə qərarların surətləri və s.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 3t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyatına aid olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155227 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ” qərarına əsasən, müəssisəyə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilərək, fevral 2019 - yanvar 2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən şirkətə 679 186,73 manat əlavə vergi hesablanmış və 391 168,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki iş üzrə İddiaçı MMC barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın mübahisələndirilməsindən ibarətdir və məhkəmə hesab edir ki, vergi orqanı vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, yoxlamanın təyin olunma əsası Vergi Məcəlləsinini 38-ci maddəsinin tələblərinə zidd olmuşdur. Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Həmin maddəyə əsasən vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (38.3.5). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən məhz bu qaydada istifadə etməsinin səbəbini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (xüsusilə mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Həmçinin vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, qanunun normasına bu şəkildə istinad edilməklə vergi ödəyicisinin barəsində yoxlama tədbiri keçirilməsi sahibkarlıq subyektinin fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və bu əsasla təyin edilmiş yoxlama qanuni sayıla bilməz. Eyni zamanda növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur ki, bu da növbəti vergi yoxlamasından fərqlidir. Məsələn, Məcəllənin 38.3.1-ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki, yoxlama Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər. Beləliklə əgər həmin il üzrə növbəti SVY keçirilməmişdirsə növbədənkənar" SVY keçirilməsinin növbəti SVY hesab edilməsi düzgün deyildir. Çünki, növbəti SVY ilə növbədənkənar SVY arasında prosessual fərqlər mövcud olduğundan (növbəti SVY keçirilərkən Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən azı 15 gün əvvəl vergi ödəyicisinə yazılı məlumat verilməli olmasına baxmayaraq növbədənkənar SVY-da bu hal mövcud deyildir) bu hal vergi ödəyicilərinə münasibətdə qanundankənar prosessual davranışın həyata keçirilməsinə səbəb olur (bax: Z.Quliyev - 2-1(102)-1801/2024, xx.xx.2024-cü il) Cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlama, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməmişdir (bax: səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar). Bununla bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin qərarları (2-1(102)- 1089/2024, 2-1(102)-669/2022, 2-1(102)-2181/2023, 2-1(102)-670/2024, 2- 1(102)- 1117/2023, 2-1(102)-1201/2024, 2-1(102)-751/2024, 2-1(102)-1632/2023, 2-1(102)- 900/2023, 2-1(102)-1801/2024, 2-1(102)-1534/2023, 2-1(102)-712/2022) mövcuddur və yalnız qeyd olunan əsas inzibati aktın formal-hüquqi baxımdan qüsurlu olduğuna görə ləğv olunması üçün yetərli hesab olunmuşdur. Həmçinin Ali Məhkəmənin formalaşmış mövqeyi olması səbəbindən Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə əsaslanmaqla keçirilmiş səyyar vergi yoxlamaları üzrə 2-1(102)-1578/2024 saylı xx.xx.2024-cü il tarixli(Z.Quliyev) qərardada əsasən iş üzrə verilmiş kasassiya şikayətinin qəbulundan imtina olunmaqla mümkünsüz sayılmışdır. Qərardadda qeyd edilmişdir: “Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur”. Səyyar vergi yoxlaması aktının 8-ci səhifəsində qeyd edilmişdir ki, mütəxəssis tərəfindən artırılan dövriyyə məbləği ilə bağlı xərcləri, həmçinin istehsalda və e-qaimə faktura əsasında satılan mallar üzrə mal-material hesabatı təqdim edilmədiyindən istehsal edilən və satılan mallarıın xərclərini müəyyən etmək mümkün olmamışdır. SVY aktının 4-cü səhifəsində isə qeyd edilir ki, xx.xx.2022-ci il tarixli **********158092 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarla müəssisənin bank əməliyyatlarının, istehsal edilmiş mallar üzrə kalkulyasiyalarin, yük gömrük bəyənnamələrinin, invoysların təsdiq edilmiş surəti götürülmüş, nümunə kimi sənədlərin götürülməsi müvafiq olaraq xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. İş materiallarında olan Vergi orqanından daxil olmuş xx.xx.2023-cü il tarixli **********293200 saylı və xx.xx.2023-cü il tarixli **********768200 saylı məktublara əsasən yoxlama dövrün müəssisənin elektron qaimə fakturalar əsasında 2019-cu il ərzində 4,560,450.40 manat, 2020-ci il ərzində 7,770,583.21 manat, 2021-ci il ərzində 1,597,552.77 manat olmaqla, cəmi 13,928,586.38 manat, yük gömrük bəyənnamələri əsasında 2019-cu il ərzində 265,437.10 manat, 2020-ci ildə 965,010.61 manat olmaqla, cəmi 1,230,447.71 manat, eyni zamanda 2019-cu il ərzində 27 ədəd alış aktları əsasında 375235.78 manat dəyərində malların alınması müəyyən olunmuşdur. Qeyd olunan sənədlərin mövcud olmasına və yoxlamaya təqdim edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 83.9-cu maddəsini əldə rəhbər tutaraq, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümükün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb edilən mənfəət müəyyən edilərək mənfəət vergisi hesablanmışdır. Bu yolla 2019-cu il üzrə 183 404,12 manat, 2020-ci il üzrə 327 445,33 manat və 2021-ci il üzrə 59 865,09 manat mənfəət vergisi hesablanmışdır. Yoxlayıcı orqan həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Hesab edirik ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Yoxlayıcı orqan tərəfindən VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz”. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. Verginin bu qaydada hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir (bax:xx.xx.2023, 22-1(102)-2258/2023 saylı qərar- vahid məhkəmə təcrübəsi formalaşdıran***, 2-1(102)-532/2022 , xx.xx.2022, 2-1(102)- 2486/2022 saylı, xx.xx.2022, 2-1(102)-1239/2022 saylı, xx.xx.2022, 2-1(102)-532/2022 saylı, xx.xx.2022, 2-1(102)-1239/2022 saylı, xx.xx.2022, 2-1(102)-22/2022 saylı, xx.xx.2021, 2-1(102)-1525/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-155/2023 saylı, xx.xx.2023, 2-1(102)-826/2023 saylı qərarlar) Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2019-2021-cu illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci madəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Eyni zamanda təqdim edilmiş sənədlər gəlirin əldə olunmasına və ƏDV-nin hesablanılmasına münasibətdə nəzərə alınmış, xərclərin müəyyən olunmasına münasibətdə isə nəzərə alınmayara “İnzibati İcraat haqqında” qanunun 12.4-cü maddəsinə(İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir) zidd olaraq ikili mövqe sərgiləmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-2393/2024 saylı qərardadına (S.Kərimov) əsasən kasassiya instansiya məhkəməsinin şərti rentabellik insitutunun tətbiqi ilə bağlı mövqeyi formalaşdığından analoji hal ilə bağlı verilmiş kasassiya şikayətinin qəbulundan imtina edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərekspertiza” Birliyinin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, mütəxəssis tərəfindən 12 adda profil məhsulunun sərfiyyatına dair cədvəl təqdim etsə də, hansı qaydada, hansı metod və üsulla hesablama aparıldığı göstərilməmiş, sadəcə müvafiq rəqəmlər əks etdilməklə kifayətlənilmişdir. Eyni zamanda qeyd olunan mütəxəssis rəyində müxtəlif profil məhsullarının istehsal həcminə münasibət bildirilsə də, rəydə xx.xx.2019-xx.xx.2022-ci illər üzrə 3 fərqli cədvəl əks etdirilmişdir. Lakin cədvəllərə əsasən hesablamaların hansı illərə aid olması əks etdirilməmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən əsassız yanaşma nümayiş etdirilərək hər il üzrə ayrılıqda material sərfiyyatına münasibət bildirilmişdir. Yoxlayıcı orqan tərəfindən qeyd olunan rəyə istinad edilməklə VM-nin 159.1 və 67.15-ci maddələrinə istinad edilməklə 2019-cu il üzrə 126 112.0 manat, 2020-ci il üzrə 551 580.12 manat, 2021-ci il üzrə 109 419.34 manat olmaqla, cəmi 787 111.46 manat əlavə dövriyyə müəyyən edilməklə, həmin dövriyyə münasibətdə 141 680.06 manat ƏDV və 70 840.03 manat maliyyə sanksiyası müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan rəy vergilərin hesablanmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməz.(bax: xx.xx.2023-cü il tarixli 2-1(102)-2258/2023 saylı vahid məhkəmə təcrübəsi formalaşdıran *** qərar) Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.15 və 159.1-ci maddələrləri düzgün tətbiq edilməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən “Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir”. Göründüyü kimi bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlamasının 1.9.2-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. İş materiallarına əsasən ƏDV məbləği Vergi Məcəlləsinin 159.1 və 67.15-ci maddəsinə istinad edilməklə hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi (səhifə 6) yoxlama zamanı inventarizasiyanın keçirilməsindən imtina edilmişdir. Belə olan halda, uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir. Eyni zamanda iş materiallarında qeyd olunan malmaterialın iddiaçının uçot sənədlərində əks olunduğu barədə hər hansı sübut mövcud deyildir (bax: Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-273/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-1174/2023 nömrəli qərarları) Səyyar vergi yoxlaması aktına əsasən ƏDV-nin müqayisəli cədvəlinə əsasən aylar üzrə 7 581.22 manat ƏDV müəyyən edilməsi və aylar üzrə azaldılmış ƏDV məbləğinə isə 34 678.57 manat maliyyə sanksiyası tətbiq edilməsi bildirilmiş, lakin bunun nəyin hesabına baş verməsi, hansı aylar üzrə kənarlaşma yaranması barədə heç bir açıqlama verilməmişdir. Məhkəmənin e-2-1(118)-2277/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə kompleks məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16—16/2/9/51xxxx/5037 saylı məktubuna əsasən ekspert rəyinin verilməsindən imtina olunmuşdur. Bundan sonra məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində iş materialları yenidən ekpsertiza mərkəzinə göndərilmişdir. Ekspert rəyinin verilməsi üçün tələb olunan müvafiq sənədlər (mal-materialın kalkulyasiya cədvəlləri, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, alış aktları, müqavilələr, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, alınmış, istehsal edilmiş və satılmış məhsulların siyahısı və s.) kağız və elektron daşıyıcıda təqdim edilmişdir. Sumqayıt İnzibatı Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-387/2024 saylı məktubuna əsasən qeyd olunan sənədlər(yuxarıda açıqlaması verilmişdir) yenidən Ekspertiza Mərkəzinə təqdim edilmişdir. Buna baxmayaraq Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-6/1235 saylı məktubu ilə tətqiqat obyektlərinin tətqiqata təqdim edilməməsi və baxış keçirilməməsi səbəbində imtina verilmiş, lakin iş materiallarını geri qaytarmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iş materiallarının geri qaytarılması tələb edilmiş, yalnız bundan sonra Məhkəmə Ekspertiza Mərkəzininin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/15xx-xx/6505/2024 saylı məktuba əsasən iş materialları geri qaytarılmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə qərardadına və göndərilmiş sənədlərə münasibət bildirilmədiyi halda, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş ekspertiza üzrə xx.xx.2024-cü il tarixl 9/6920 saylı ekspert rəyi həmin idarəyə təqdim edilmişdir. Məhkəmə araşdırmasında qeyd olunan rəy tətqiq olunmaqla bələ nəticəyə gəlinmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə heç bir araşdırma aparmadan, Ali Məhkəmənin oxşar işlər üzrə mövqeyi nəzərə alınmadan birtərəfli şəkildə hazırlanılmaqla vergi orqanın səyyar vergi yoxlaması aktında yazılmış rəqəmləri heç bir əsaslandırma, hesablama, tətqiqat və araşdırma olmadan təsdiq etmişdir. Beləki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən yalnız “Azərekspertiza” Birliyinin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 48 saylı mütəxəssis rəyinə istinad edilməklə yalnız ƏDV-nin hesablanılmasına münasibət bildirilmişdir. Qeyd olunan mütəxəssis rəyinin isə vergilərin hesablanmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməməsi barədə yuxarıda izahat verilmişdir. Ekspert rəyində mənfəət vergisinin hesablanılmasına münasibətdə rəyin əsaslandırma hissəsində heç bir mövqe bildirilmədən, yalnız nəticə hissəsində vergi orqanının yoxlama aktında hesablanılmış məbləği olduğu kimi təsdiq etmiş, məbləğiin hansı qaydada hesablanılması ilə bağlı heç bir mövqe bildirilməmişdir. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 4-cü maddəsinə əsasən “Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır”. Həmin qanunun 6-cı maddəsinə əsasən “Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir”. Məhkəmə hesab edir ki, ekspert tərəfindən qanunun tələbinə zidd olaraq heç bir araşdırma aparılmamış, xüsusi biliyinə əsasən deyil, “Azərekspertiza” Birliyinin rəyinə və səyyar vergi yoxlaması istinadən rəy vermişdir. Bununla bağlı olaraq da qeyd olunan ekspert rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. MPM-in 101.6-ci maddəsinə əsasən Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. MPM-in 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ali Məhkəmənin analoji işlərlə bağlı 2-1(102)-669/2022 nömrəli inzibati iş üzrə qərarında qeyd edilmişdir: “Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.” Hazırkı işdə inzibati orqan tərəfindən iddiaçıya münasibətdə verginin hesablanması ümumiyyətlə vergi qanunvericiliyinə zidd həyata keçirildiyindən, həmin vergi öhdəliyini müəyyən edən qərar hissəvi olaraq, yəni müəyyən hissədə əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin VİV İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva