Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3955/2024 07.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: akt qeydinin dəyişdiriməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “akt qeydinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 oktyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. AZ-İİİ seriyalı, 041917 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx xxx 1954-cü il təvəllüdlü İddiaçı atası – X17, anası X10r.
2. İİ-СЛ seriyalı, 306160 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X1 Adilə İmran qızı ilə 30 sentyabr 1982-ci il tarixdə nikahlarını bağlamışlar.
3. İİİ-СЛ seriyalı, 470818 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 13 noyabr 1982-ci il təvəllüdlü X3 atası – X18, anası X11r.
4. İV- СЛ seriyalı, 378575 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 16 noyabr 1983-cü il təvəllüdlü X4 atası – X18, anası X11r.
5. V- СЛ seriyalı, 313536 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 24 may 1985-ci il təvəllüdlü X5 atası – X18, anası X11r.
6. Mehdiabad qəsəbə XDS İcraiyyə Komitəsinin 6 sentyabr 1988-ci il tarixli, 9 nömrəli qərar çıxarışdan görünür ki, X12 fərdi mənzil tikintisinə icazə verilmişdir.
7. Mehdiabad qəsəbə XDS İcraiyyə Komitəsinin 11 oktyabr 1989-cu il tarixli Abşeron rayon Əmanət Kassasına göndərilmiş məktubundan görünür ki, X12 Abşeron üzümçülük sovxozunun 21 iyul 1988-ci il tarixli, 249 nömrəli əmri ilə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində qəsəbə Sovetinin 6 sentyabr 1988-ci il tarixli, 01 nömrəli qərarı ilə fərdi mənzil tikintisinə icazə verilmişdir.
8. Azərbaycan Sovet Sosialist Respublikasının 5213 reyestr nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 3 ünvanda yerləşən 6 nömrəli ev X6 adına qeydiyyata alınmışdır.
9. 1993-cü il tarixli, 5213 reyestr nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, ünvan 3 ünvanda yerləşən 6 nömrəli evin sahibi X13r.
10. Təbriz küçəsi, ev 6 ünvanına dair “Ev kitabı”ndan görünür ki, xx xxx 1954cü il təvəllüdlü X18 və onun ailə üzvləri həmin ünvanda qeydiyyatdadırlar.
11. JN-1325A, KOD 30800027 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Abşeron rayon Aqrar İslahatı Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə X18 və onun ailə üzvləri X19, X20, X21, X14 0,10 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir.
12. Azərbaycan Respublikası 13 aprel 2010-cu il tarixli, AZE seriyalı, 0******* nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, həmin vəsiqə xx xxx 1954cü il təvəllüdlü İddiaçı verilmişdir.
13. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2013-cü il tarixli, 2(012)- 196/2013 nömrəli qətnaməsi ilə İddiaçı İ-CJİ, 280358 saylı doğum haqqında şəhadətnaməsində ana qrafasında anası Sura Cəfərovanın ata adı “Məmməd” olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh İddiaçı göndərilmiş 16 mart 2023-cü il tarixli, 3-16-5/8-2/8/2023 nömrəli məktubundan görünür ki, adı "Rayman”-dan "Rəhman”-a düzəliş edilməsi ilə bağlı daxil olmuş ərizəsinə dair bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X8 30 mart 2024-cü il tarixli, 05/09İS/023231-24 nömrəli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid 30 mart 2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı - 8 sentyabr 1964-cü il təvəllüdlü X22, qızı - 13 noyabr 1982-ci il təvəllüdlü X16, oğlu - 16 noyabr 1983-cü il təvəllüdlü X21, oğlu - 24 may 1985-ci il təvəllüdlü X23.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh 26 aprel 2024-cü il tarixli, 3-16-5/8-13-951/24 nömrəli məktubu ilə göndərilmiş İddiaçı adına tərtib edilmiş 5 mart 2013-cü il tarixli, 01 nömrəli doğum haqqında bərpa akt qeydinin surətindən görünür ki, həmin akt xx xxx 1954-cü il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2013-cü il tarixli qərarına əsasən bərpa edilmişdir.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 22 iyul 2024-cü il tarixli, 18/2-20223/2024 nömrəli məktubundan görünür ki, xx xxx 1954-cü il təvəllüdlü İddiaçı ilk dəfə 19 fevral 2003cü il tarixdə Rayman adı ilə AZE-00535380 nömrəli, 22 aprel 2010-cu il tarixdə eyni adla AZE-0******* nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir.
18. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 23 iyul 2024-cü il tarixli, 02/9306/di nömrəli məktubundan görünür ki, xx xxx 1954-cü il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Həmçinin şəxs hər hansı xarici ölkədən readmissiya edilməmişdir. Eyni zamanda bildirilir ki, adıçəkilən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından, eləcə də yaşayış yeri üzrə qeydiyyatdan çıxma ilə bağlı müraciəti və digər dövlətin vətəndaşlığını əldə etməsinə dair məlumat Dövlət Miqrasiya Xidmətinə daxil olmamışdır. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
19. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 5 mart 2013-cü il tarixdə tərtib edilmiş 01B nömrəli doğum haqqında akt qeydində iddiaçının adının “Rayman”-dan, “Rəhman”-a dəyişiklik olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İddia tələbi işin hallarına (§1-15) istinad edərək onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1954-cü il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur. Erməni millətçilərinin vəhşilikləri nəticəsində 1988-ci ildə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycandan didərgin düşərək ailəlikcə Azərbaycana pənah gətirmişdirlər. Burada Abşeron rayonu, Mehdiabad qəsəbəsində yuxarıda göstərilən ünvanda məskunlaşmışdırlar. xx xxx 1954-cü il tarixdə, Ermənistan SSR, Ararat rayonu X2 İcraiyyə Komitəsi Əfşar kənd sovetliyi tərəfindən iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamə verilərkən bu barədə doğum haqqında akt qeydləri kitabında qeydəalma zamanı səhvə yol verilib. Belə ki, iddiaçının adı Rəhman əvəzinə səhvən Rayman kimi yazılmışdır. Yəni daha doğrusu, Rəhman adı erməni ləhcəsiylə Rayman kimi yazılaraq doğum haqqında şəhadətnamə verilmiş, sonradan mənfur ermənilərin işğalçılıq siyasəti nəticəsində qaçqın düşdüyü zaman həmin doğum haqqında şəhadətnamə qaçqınlıq dövründə naməlum şəraitdə itirilmişdir. Sonradan müvafiq düzəlişlərin akt qeydləri kitabında aparılması və bu barədə nə həqiqi məlumat, nə də ki, müvafiq sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə, arxivinə verilməsi məlum hadisələrlə əlaqədar mümkün olmamışdır. Ona görə də, cavabdeh orqanın arxivindəki sənədlərdə iddiaçının adı Rayman kimi qalmışdır. O, halhazırda ev və torpağa sənədlər düzəltmək istəyir, lakin cavabdeh tərəfindən verilmiş 5 mart 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 041917 nömrəli doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində adı səhvən Rayman kimi yazıldığı üçün hüquqları pozulmuşdur. Ona görə də doğum haqqında akt qeydləri kitabında qeydəalma zamanı səhvə yol verildiyi üçün müəyyən problemlər yaranmışdır. Halhazırda vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi iddiaçıya Qeydiyyat şöbəsi tərəfindən yeni doğum haqqında arxiv arayışının və digər zəruri sənədlərin verilərək Rayman adı qeydinin düzəldilməsi və Rəhman adı qeydi ilə əvəz olunaraq doğum haqqında akt qeydləri kitabında müvafiq qeydin dəyişdirilməsi üçün müvafiq rəsmi sənədlərin alınması məqsədi ilə lazımdır. Ona görə də, hal-hazırda vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının məhkəmə qaydası ilə müəyyən edilməsi zəruriyyəti yaranmışdır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır.
21. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 57, “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasına dair Protokolun 1-ci maddələrinə, “Mirzəyev Azərbaycana qarşı” iş üzrə Qərarın 26-cı bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 saylı Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.3, 73.1-ci maddələrinə istinad olunmuşdur.
22. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
23. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
24. Cavabdeh orqan iş üzrə iddia tələbinə dair münasibətini bildirmiş, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 5 mart 2013-cü il tarixli, 01 nömrəli doğum haqqında bərpa akt qeydində adı “Rayman” qeyd edilmişdir. Kifayət qədər əsas olmadığı üçün doğum haqqında akt qeydinə düzəliş edilməsi mümkün olmamışdır.
Tərəflərin iştirakı və izahatları:
25. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
28. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
29. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
30. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
31. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
32. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
33. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
34. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
b) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
35. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 5 mart 2013-cü il tarixli, 01 nömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində ad “Rayman”ı düzəliş edilərək “Rəhman” kimi yazılmaqla iddiaçıya doğum haqqında yeni şəhadətnamə verilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
38. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
40. Qanunvericiliyin tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.
41. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də iş materialına əlavə edilmiş sənədlərdən (§ 1-18) iddia tələbi əsaslıdır. Bu səbəbdən, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməlidir.
42. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
43. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
44. Şərh olunanlara və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh tərəfindən İddiaçı adına aparılmış 5 mart 2013-cü il tarixli, 01 nömrəli doğum haqqında bərpa akt qeydinin uşaq haqqında məlumat bəndində adının “Rayman”dan “Rəhman”a dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova