Məhkəmə qərarları › İş №e-2-1(118)-396/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-396/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-396/2024 05.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. Yoxlama dövründə vergi ödəyicisi tərəfindən Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastukturu olan 144 ailəlik, Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi, Göyçay Rayonu ərazisində Məcburi Köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 80 mənzilli yaşayış binasının tikintisi, Kürdəmir rayonu ərazisində 563 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 4 mərtəbəli 28 mənzilli 14 və 15 nömrəli yaşayış binalarının tikintisi, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial- texniki infrastukturu olan Yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 37 №-li yaşayış evlərinin tikintisi işlərinin həyata keçirmiş, eyni zamanda Zaqatala rayonu, Yuxarı Çardaxlar tam orta məktəbinin kommunalkommunikasiya, Qax rayonu, Qaşqaçay kənd tam orta məktəbinin carı təmir işlərini, Balakən rayonu, Kortala 2 kənd tam orta məktəbinin kommunal-kommunikasiya, Samux şəhər 2 №li tam orta məktəbinin kommunal-kommunikasiya, Göygöl rayonu, Zurnabad kənd tam orta məktəbinin kommunal-kommunikasiya və Balakən rayonu, İtitala kənd orta məktəbinin kommunal-kommunikasiya işlərini icra etmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155228 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən, müəssisəyə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilərək, fevral 2019 - yanvar 2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2023-cü il tarixli **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən şirkətə 611 607,58 manat əlavə vergi hesablanmış və 514 518,23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablanmış vergilər və maliyyə sanksiyalarının tərkibi aşağıdakı kimi olmuşdur: Verginin qısa Dövr Əlavə VM-nin Maliyyə adı hesablama(AZ maddəsi sanksiyası(AZN Mənfəət vergisi 2019 237 58.1 118 Mənfəət vergisi 2020 116451.02 58.1 58 225.51 Mənfəət vergisi 2021 20 564.40 58.1 10 282.20 ƏDV 2019 0.17 58.1 120 ƏDV 2020 58.1 75 847.28 ƏDV 2021 58.1 124 ƏDV 2022 236 58.1 118 Ödəmə 2020 97.68 58.1 48.84 mənbəyində tutulan Ödəmə 2021 390.72 58.1 195.36 mənbəyində tutulan Vergi hesabatı 2021 120 b verilmədiyinə görə Cəmi 611 514 Qərarda və səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində göstərilmişdir ki, Vergi ödəyicisi tərəfindən təqdim edilən Forma 2-lərdə göstərilən tikinti xidməti üzrə istifadə olunan mal-material silgilərin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən verilən rəydə 12 növ material üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir, (cədvəl əlavə olunur) Belə ki, təqdim edilmiş rəydə vergi ödəyicisi tərəfindən forma 2 lərdə göstərilən (mişar daşı, gum, dam örtüyü) materialların alışında kifayət qədər olmadığı, (beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, taxta) materiallarının artıq alındığı müəyyən edilmişdir. Əlavə olaraq mütəxəssis tərəfindən təqdim edilən rəydə forma 2-lər üzrə göstərilmiş tikinti xidmətlərinə görə əmək tutumu vergi ödəyicisinin sosial hesabatlarında əmək haqları və e-qaimə faktura əsasında əldə etdiyi işçilik xidmətləri ilə müqayisə edilmiş və nəticədə əmək tutumun artıq göstərildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannaməsində dövriyyə məbləğləri forma 2-lərə, təqdim edilmiş elektron qaimə-fakturalara əsasən təsdiq edilməsinə baxmayaraq, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu proqramından çıxarış kimi təqdim etdiyi mal- material hesabatı araşdırılmışdır. Belə ki, araşdırıma zamanı material hesabatını aylar üzrə təqdim etmədiyindən əldə olunan malların silgisini, həmçinin material hesabatında miqdarın hansı formada olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin artıq alışlara e- qaimə-faktura məlumatlarında müəyyən edilən orta qiymət tətbiq edilməklə əlavə 1 315 787.65 manat əlavə dövriyyə müəyyən edilmişdirfsvy aktı səh-15). Həmin azaldılmış dövriyyə məbləğləri müvafiq olaraq azaldılmış dövrlər üzrə VMnin 159.1-ci maddəsinə əsasən satış kimi qiymətləndirilərək ƏDV və mənfəət vergisi bəyannamələrinə əlavə edilmişdir. SVY aktında qeyd olunmuşdur ki, “Həmçinin vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir”. Bildiririk ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal qalığının olmaması ilə bağlı heç bir izahat yazılmamışdır. Hesab edirik ki, vergi orqanı öz qanunsuz mövqeyini əsaslandırmaq üçün bütün istiadə edir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixli, **********702700 sayı məktubla vergi orqanına müraciət edilərək, aktda qeyd olunan izahatin surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş 01 02.2023-cü il tarixli **********512700 saylı “Sənədlərin göndərilməsi haqqında” məktubda qeyd olunan izahtin surəti təqdim olunmamışdır. Belə olan halda, əgər mütəxəssis rəyinə əsasən mütəxəssis rəyinə əsasən müəyyən olunan mal material sərfiyyatının vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmiş olsa belə, həmin mal qalığının yerində olub-olmaması məqsədi ilə yerində yoxlama və baxış keçirilməli, mallar aşkar edilmədiyi halda VM-nin 159.1-ci maddəsinə əsasən ilk öncə ƏDV hesablana, daha sonra mənfəət dövriyyəsi artırılaraq, əlavə mənfəət vergisi hesablana bilərdi. Səyyar vergi yoxlaması aktının 1.9.2- ci və 1.9.3-cü bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir. *Lakin mal qalığının olmadığı səbəbindən satış kimi qiymətləndirilərək vergilər hesablanmışdır. Sual olunur ki, inventarizasiya aparılmadan və binaya (əraziyə) baxış keçirilmədən mal qalığı necə müəyyənləşdirilə bilər? Yəni vergi orqanı eyni sənəddə bir-birinə əks olan məlumat qeyd etmişdir. Bu isə vergi orqanı tərəfindən vergilərin hesablanmasına çox səthi və qanunsuz yanaşılmasının sübutudur. Səyyar vergi yoxlaması aktında qeyd edilir ki, vergi ödəyicisi tərəfindən istifadə olunan material uçot cədvəli yoxlamaya təqdim edilmədiyindən, müəssisə tərəfindən istifadə olunan malların istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə müətəxəssis cəlb olunmuşdur. Daha sonra isə qeyd olunur ki, Mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi mallar arasında12 növ material üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş rəydə vergi ödəyicisi tərəfindən forma 2 lərdə göstərilən (mişar daşı, qum, dam örtüyü) materialların alışında kifayət qədər olmadığı, (beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, taxta) materiallarının artıq alındığı müəyyən edilmişdir. Göründüyü kimi əvvəl sənədlərin təqdim olunmadığı qeyd edilir sonra isə vergi ödəyicisinin təqdim etdiyi forma 2 və digər sənədlərə məlumatlarına istinad olunur. Bu isə tamamilə ziddiyyətli məqamdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, **********702700 saylı “Material uçot cədvəlinin təqdim olunması barədə” məktubla vergi orqanına müraciət edilərək, səyyar vergi yoxlaması zamanı yoxlama tərəfindən tərtib olunmuş material uçot cədvəlinin surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş 01,02.2023-cü il tarixli **********512700 saylı “Sənədlərin göndərilməsi haqqında" məktubda qeyd vergi ödəyicisi tərəfindən təqdim olunmuş mal-material uçot cədvəli özümüzə geri qaytarilmişdir, yoxlama zamanı tərtib edilmiş material uçot cədvəli bizə təqdim edilməmişdir. Bildiririk ki, aktda qeyd olunduğu kimi istifadə olunmuş mallara dair sərfiyyatın müəyyən olunması üçün, mütləq şəkildə yoxlama tərəfindən MATERİAL UÇOT CƏDVƏLİ tərtib olunmalı idi. Bu cədvəldə tikintidə istifadə olunmuş malların dəyəri, hər vahid üzrə elektron qaimə faktutra əsasında alınmış malların miqdarı, o cümlədən mütəxəssis rəyinə əsasən sərfiyyat miqdarı əks etdirilməli və hansı mallar üzrə kənarlaşma olması dəqiq göstərilməli idi. Yallnız bundan sonra hansısa malların istifadə sərfiyyatından artıq alınması barədə fikir yürütmək olardı. Halbuki, səyyar vergi yoxlaması aktının özündə də hansı mallardan və hansı miqdarda artıq alınması barədə heç bir qeyd mövcud deyildir. Yalnız ümumi şəkildə 1 315 787.65 manat əlavə dövriyyə müəyyən edilməsi bildirilmişdir. Mənfəət vergisinin hesablanması barədə qərarda və səyyar vergi yolaması aktmın 12-ci səhifəsində qeyd edilmişdir ki Həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatında istifadə olunan malların hansı layihə, forma 2 üzrə silgilərini müəyyən etmək mümkün olamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edildi. Vergi Məcəlləsinin 83.9-cu maddəsini əldə rəhbər tutaraq, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümükün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb edilən mənfəət müəyyən edilərək mənfəət vergisi hesablanmışdır. Bu yolla 2019-cu il üzrə 237 261.81 manat, 2020-ci il üzrə 116 451.02 manat və 2021-ci il üzrə 20 564.40manat mənfəət vergisi hesablanmışdır. Qeyd edilən yolla vergilərin hesablanması tamamilə qanunsuz və əsassızdır. Belə ki, mütəxəssis dövriyyə məbləği ilə bağlı xərcləri müəyyən etmək üçün mütəxəssisə görülmüş işlər üzrə mal-material hesabatı təqdim edilməli idi. Yəni belə hesabat təqdim edilmədən mütəxəssis hansı qaydada xərcləri müəyyən edə bilər? Deməli hansısa bir baza xərc məbləği təqdim edilmişdir ki, mütəxəssis həmin baza məbləğini əsas götürərək xərcləri azaltmışdır. Onu qeyd etmək istəyirik ki, şirkətimiz tərəfindən vergilərin hesablanması ilə bağlı bütün sənədlər yoxlamaya tam olaraq təqdim edilmişdir. Həmçinin idxal etdiyimiz, aldığımız və satdığımız mallarla bağlı bütün məlumatlar elektoron informasiya sistemində mövcuddur. Vergi orqanından daxil olmuş xx.xx.2023-cü il tarixli **********278000 məktuba əsasən yoxlama dövrün müəssisənin aldığı mal, iş və xidmətlərin tərkibi aşağıdakı kimi olmuşdur. İddiaçı MMC-nin satdığı, aldığı mallar, iş, xidmətlər və dövriyyəsi barədə özü tərəfindən bəyan olunmuş məlumatlar (AZN) Digər xərclər Təqdim edilmiş Alinmiş elektron (əmək haqqı, Hesablanm ış Bəyan olunmuş qaimə faktura Yaranan İL elektron qaimə DSMF, bank, mənfəət dövriyyə (mal, iş və mənfəət faktura amartizasiya və vergisi xidmətlərin s.) dəyəri) 2019 10,279,091.28 10,279,091.28 9,592,561.14 159,657.29 526,872.85 105,374.57 2020 5,034,607.02 5,034,607.02 4,261,341.46 516,419.52 256,846.04 51,369.21 2021 861,850.97 874,562.84 765,568.45 66,055.94 42,938.45 8,587.69 CƏMİ 16,175,549.27 16,188,261.14 14,619,471.05 742,132.75 826,657.34 165,331.47 "xxxx" MMC-nin satdığı, aldığı mallar, iş, xidmətlər və dövriyyəsi barədə səyyar vergi yoxlamasına əsasən müəyyən olunmuş məlumatlar (AZN) Digər Təqdim Mal, iş Hesablanm ış Bəyan xərclər (əmək Yaranan İL edilmiş elektron olunmuş dövriyyə və xidmətlərin haqqı və mənfəət mənfəət qaimə faktura dəyəri vergisi DSMF) 2019 10,279,091.28 10,279.091.28 8 411 467.83 154 441.57 1 713 181.88 342 636.38 2020 5,034,607.02 5,034,607.02 3 621 535.61 573 532.42 839 101.17 167 820.23 2021 861,850.97 874,562.84 682 500.85 46 301.52 145 152.09 29 152.09 CƏMİ 16,175,549.27 16,188,261.14 12,715,504.29 774,275.51 2,697,435.14 539,608.70 Göründüyü kimi e-qaimə əsasında 14,619,471.05 manatlıq mal, iş və xidmətlər alınmış, dəyəri isə bank köçürmələri ilə nağdsız qaydada ödənilmişdir. Yoxlama ilə elektron qaimə faktura əsasında alınmış mal, iş və xidmətlərin dəyəri 1 903 966.76 manat azaldılaraq 12,715,504.29 manat qeyd edilimişdir. Qeyd edilən məbləğlərin xərc kimi nəzərə alınmaması tamamilə qanunsuz və absurtdur. Halbuki Vergi Məcəlləsində birbaşa nəzərdə tutulmuşdur ki, elektron-qaimə faktura əsasında mal, iş və xidmətlərin əldə olunması birbaşa xərclərə aid edilir. Beləliklə xərc məbləği olduğu üçün, şərti rentabellik əsasında xərcləri birbaşa müəyyən etməmək səbəbindən mənfəət vergisi hesablana bilməz. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, Əlavə olaraq mütəxəssis tərəfindən təqdim edilən rəydə forma 2-lər üzrə göstərilmiş tikinti xidmətlərinə görə əmək tutumu vergi ödəyicisinin sosial hesabatlarında əmək haqları və e-qaimə faktura əsasında əldə etdiyi işçilik xidmətləri ilə müqayisə edilmiş və nəticədə əmək tutumun artıq göstərildiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən ümumi əmək tutumu 2 623 800.00 manat müəyyən olunmuşdur. Lakin səyyar vergi yoxlaması aktında əmək tutumu nə qədər olmalı idi, faktiki nə qədərdir və nə qədər artıq göstərilib bu barədə açıqlama verilməmişdir. Dövr ərzində müəssisə tərəfindən işçilərə hesablanmış əmək haqqı məbləği cəmi 649 498.86 manat( 2019-cu il - 129 140.48 manat, 2020-ci il 481 266.21 manat, 2021-ci il 39 092.17 manat), subpodratçı şəxslərə ödənişlər isə 2 019 858.7 manat olmaqla, cəmi 2 669 357.56 manat təşkil etmişdir. Göründüyü kimi, mütəxəssis rəyində göstərilmiş əmək haqqı tutumu məbləği ilə faktiki çəkilmiş işçilik haqqı arasında cəmi 45 557.56 manat fərq mövcuddur. Bu da ondan irəli gəlir ki, müəssisə tərəfindən işçilərin əmək haqqı tam olaraq rəsmi və yüksək məbləğdə verilir. Bu hissə ilə bağlı vergi hesablanması aparılmamışdır. Əlavə dəyər vergisi üzrə (SVY aktının 15-ci səhifəsi-ƏDV-nin müqayisəli cədvəli və 14-15-ci səhifələr-kənarlaşmanın əsaslandırılması: SVY aktinda qeyd edilir ki, Mütəxəssis tərəfindən təqdim edilmiş rəydə material silgisi kimi müəyyən edilən 12 (on iki) çeşiddə mallar (adları, miqdarları göstərilməklə) yoxlama dövründə elektron qaiməfaktura əsasında əldə edilmiş mallar qruplaşdırılmışdır. Nəticədə beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, çınqıl və taxta məhsulu üzrə artıq alışları müəyyən edilmişdir. Həmin artıq alışlara elektron qaimə-faktura məlumatlarında müəyyən edilən orta qiymət tətbiq edilməklə əlavə 1 315 787.65 manat əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisindən alınmış izahata və keçirilmiş müşahidə baxış zamanı tərtib edilən protokola əsasən müəssisənin faktiki mal qalığının olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə və Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən əskik gələn dövriyyə məbləği yoxlama dövrünün sonuncu ayında yəni 2022-ci ilin yanvar ayının 6DV bəyannaməsində dövriyyəyə cəlb edilməklə əlavə olaraq 236 841.78 manat ƏDV hesablanılmış, 118 420.89 manat isə maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən mal qalığının olmaması barədə heç bir izahat yazilmamışdır, yuxanda qeyd olunduğu kimi, həmin izahatin surətinin əldə olunması üçün vergi orqanına tərəfimizdən sorğu yazılmış və vergi orqanı tərəfindən həmin hissəyə cavab verilməmişdir. Digər tərəfdən SVY aktının özündə də qeyd edildiyi kimi, vergi ödəyicisinin əmlakınm inventarizasiya həyata aparılmamış, ərazisinə və binalarına baxış keçirilməmişdir. Həmçinin yoxlama dövrünün sonuna qaliq kimi müəyyən edilən 1 315 787.65 manat dəyərində malların müəssisənin anbarında və ya işləri icra etdiyi tikinti sahələrində ofub-olmamasının yoxlanılması üçün mal qalığı yoxlanılmamışdır Belə olan halda həmin malların satış kimi qiymətləndirilərək ƏDV hesablanması fərziyyədən başqa bir şey deyildir. Halbuki, İnzibati icraat haqqında qanunun 24-cü maddəsinə əsasən “İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. SVY aktının 15-ci səhifəsində qeyd edilir ki, VMnin 67.15 və 159.1-ci maddələrinə əsasən əskik gələn mallar yoxlama dövrünün sonuna yəni 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsində əks etdirilərək 236 841.78 manat ƏDV hesablanılmış, 118 420.89 manat isə maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan qərar əsasız olduğundan, ləğv edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155228 nömrəli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr əhatə edilməklə vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmiş və xx.xx.2022-ci il tarixli **********155273 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri məşğul olmuşdur. Müəssisə tərəfindən "xxxx" MMC-də (VÖEN **********) aparılan səyyar vergi yoxlaması zamanı forma 2-lərə əsasən görülən işlərlə bağlı mal-material sərfiyyatının, əmək tutumunun müəyyən edilməsinə zərurət yarandığından və bu bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə Vergi Məcəlləsinin 44-cü və 45-ci maddələrinə əsasən mütəxəssis dəvət olunması zərurəti yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən Ağcabədi rayonunnun “Taxta Körpü” ərazisində müvəqqəti məskunlaşmış 1500 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastukturu olan 144 ailəlik, Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi, Göyçay Rayonu Ərazisində Məcburi Köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 80 mənzilli yaşayış binasının tikintisi, Kürdəmir rayonu ərazisində 563 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 4 mərtəbəli 28 mənzilli 14 və 15 nömrəli yaşayış binalarının tikintisi, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastukturu olan Yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 37 №-li yaşayış evlərinin tikintisi, Balakən rayonunun bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya üzrə görülən işlərin dəyəri və sair işlərinə görə görə mal-material silgisinin həcminin düzgünlüyünün müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsinə görə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixli 47 saylı mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə beton, armatur, sement, mişar daşı, kərpiç, qum, emulsiya, kafel, metlax, divar kağızı dam örtüyü, cınqıl, tikinti materiallarının illər üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəydə material silgisi kimi müəyyən edilən 12 (on iki) çeşiddə mallar (adları, miqdarları göstərilməklə) yoxlama dövründə elektron qaimə- faktura əsasında əldə edilmiş mallar qruplaşdırılmışdır. Nəticədə beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, çınqıl və taxta məhsulu üzrə artıq alışları müəyyən edilmişdir. Həmin artıq alışlara elektron qaimə-faktura məlumatlarında müəyyən edilən orta qiymət tətbiq edilməklə əlavə 1.315.787.65 manat əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisindən alınmış izahata və keçirilmiş müşahidə baxış zamanı tərtib edilən protokola əsasən müəssisənin faktiki mal qalığının olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə və Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən əskik gələn dövriyyə məbləği yoxlama dövrünün sonuncu ayında yəni 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsində dövriyyəyə cəlb edilməklə əlavə olaraq 236 841.78 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 118420.89 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş 0 manat məbləğ, fərdi sahibkar X3 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ofisə görə 232.56 manat icarə məbləğinin həmin bəyannamənin 1607.1.2-ci sətrində əks etdirməmişdir. Cədvəldən göründüyü kimi Vergi Məcəlləsinin 124-ci maddəsinə əsasən 2020-ci ilin 1-ci rübü,2021-ci ilin 1-4 rübü üzrə cəmi (232.56*3*14%)= 488.4 manat ödəmə mənbəyində vergi azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergi bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 488.4 manat azaldılmasına görə 50% məbləğində, yəni 244.2 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Müəssisə tərəfindən "xxxx" MMC-də aparılan səyyar vergi yoxlaması zamanı forma 2-lərə əsasən görülən işlərlə bağlı mal-marterial sərfiyyatının, əmək tutumunun müəyyən edilməsinə zərurət yarandığından və bu bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə Vergi Məcəlləsinin 44cü və 45-ci maddələrinə əsasən mütəxəssis dəvət olunması zərurəti yaranmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən Forma 2-lərdə göstərilən tikinti xidməti üzrə istifadə olunan mal-material silgilərin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən verilən rəydə 12 növ material üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş rəydə vergi ödəyicisi tərəfindən forma 2-lərdə göstərilən (mişar daşı, qum, dam örtyü) materialların alışında kifayət qədər olmadığı, (beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, taxta) materiallarının artıq alındığı müəyyən edilmişdir. Əlavə olaraq mütəxəssis tərəfindən təqdim edilən rəydə forma 2-lər üzrə göstərilmiş tikinti xidmətlərinə görə əmək tutumu vergi ödəyicisinin sosial hesabatlarında əmək haqları və e-qaimə faktura əsasında əldə etdiyi işçilik xidmətləri ilə müqayisə edilmiş və nəticədə əmək tutumun artıq göstərildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannaməsində dövriyyə məbləğləri forma 2-lərə, təqdim edilmiş elektron qaimə-fakturalara əsasən təsdiq edilməsinə baxmayaraq, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu proqramından çıxarış kimi təqdim etdiyi mal-material hesabatı araşdırılmışdır. Belə ki, araşdırıma zamanı material hesabatını aylar üzrə təqdim etmədiyindən əldə olunan malların silgisini, həmçinin material hesabatında miqdarın hansı formada olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatında istifadə olunan malların hansı layihə, forma 2 üzrə silgilərini müəyyən etmək mümkün olamışdır. Həmçinin xərc maddələri kimi müəyyən edilən xidmətlərlə bağlı vergi ödəyicisi tərəfindən xərcləri-Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir. Belə ki, 2019-cu il sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti bu qaydaların 6.1.1 bəndinə əsasən aşağıdakı düsturla hesablanmışdır. M1= (G1/100+R))xR Burada: M1- vergi ödəyicisinin mənfəəti; G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir 2019-cu ilin Mənfəət verıgısı bəyannaməsində 10 279 091.28 manat göstərilən dövriyyə məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktualara əsasən təsdiq edilmişdir R - şərti rentabellik normasıdır (20%) Beləliklə: (10279091,28/(100+20)) x 20 = 342636.38 manat mənfəət müəyyən edilmişdir. X1 = 8565909.4 Yoxlama zamanı müəssisənin 2019-cu il dövrü üzrə müəyyən edilmiş 1713181.88 manat mənfəətdən 342636.38 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2020-ci il sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti bu qaydaların 6.1.1 bəndinə əsasən aşağıdakı düsturla hesablandı. M1 = (-G1/(100+R))x R Burada: M1-vergi ödəyicisinin mənfəəti G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir 2020-ci ilin Mənfəət verigisi bəyannaməsində 5034607,02manat göstərilən dövriyyə məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktualara əsasən təsdiq edilmişdir. R - şərti rentabellik normasıdır (20%) Beləliklə: (5034607,02/(100+20)) x 20 = 167820.23 manat mənfəət müəyyən edildi. X1= 4195505.85 Yoxlama zamanı müəssisənin 2020-ci il dövrü üzrə müəyyən edilmiş 839101.17 manat mənfəətdən 167820.23 manat məbləğində mənfəət vergisi hesablandı. 2021-ci il sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti bu qaydaların 6.1.1 bəndinə əsasən aşağıdakı düsturla hesablandı. M1 = (G1/(100+R))x R Burada: M1- vergi ödəyicisinin mənfəəti G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir 2021-ci ilin Mənfəət verigisi bəyannaməsində 874562,84 manat göstərilən dövriyyə məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktualara əsasən təsdiq edilmişdir R - şərti rentabellik normasıdır (20%) Beləliklə: (874562,84/(100+20)) x 20 = 29152.09 manat mənfəət müəyyən edilmişdir. X1 = 728802.37 Yoxlama zamanı müəssisənin 2021-ci il dövrü üzrə müəyyən edilmiş 145760.47 manat mənfəətdən 29152.09 manat məbləğində mənfəət vergisi hesablandı. Cədvəldən göründüyü kimi müəsissə tərəfindən 2019-cu ilin mənfəət vergisi üzrə 237261.81 manat, 2020-ci ilin mənfəət vergisi üzrə 116451.02 manat, 2021-ci ilin mənfəət id üzrə 20564.40 manat mənfəət vergisi məbləği azaldılmışdır. Vergi Məcəlləsinin 104-cü,108-ci, 83.9-cu maddələrini nəzərə almaqla, 374 277,23 anat mənfəət vergisinin azaldılması müəyyən edilməklə, azaldılmış vergilərə görə Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən 187 138,62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********155346 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar; 3-16-16/2-9/51xx-xx/5038 saylı, 30 dekabr 2023-cü il tarixli ekspert rəyi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ - barəsində vergi orqanı tərəfindən vergi borcunun hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 3t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı «Mercury Construction” MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının dan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyatına aid olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən əsaslı iddia olduğundan, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, müəssisəyə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilərək, fevral 2019 - yanvar 2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2023-cü il tarixli **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara iddiaçıya 611 607,58 manat əlavə vergi hesablanmış və 514 518,23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki iş üzrə İddiaçı MMC barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın mübahisələndirilməsindən ibarətdir və məhkəmə hesab edir ki, vergi orqanı vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Həmin maddəyə əsasən vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (38.3.5). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən məhz bu qaydada istifadə etməsinin səbəbini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (xüsusilə mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Həmçinin vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, qanunun normasına bu şəkildə istinad edilməklə vergi ödəyicisinin barəsində yoxlama tədbiri keçirilməsi sahibkarlıq subyektinin fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və bu əsasla təyin edilmiş yoxlama qanuni sayıla bilməz. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələblərinə zidd olaraq vahid məlumat reyestrinə daxil edilməmişdir, halbuki əsasnamənin 1.4-cü bəndinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.11-ci maddəyə əsasən Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada hesablanmamaqla yanaşı, mənfəət vergisinə münasibətdə həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinə istinad edilməklə hesablanma aparılmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, mübahisələndirilən qərarla cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə iddiaçıya əlavə mənfəət vergisi hesablanmışdır. Halbuki, diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş digər üsulları tətbiq etmək hüququndan imtina edərək birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi vergi qanunvericiliyin yuxarıda sadalanan tələblərinə ziddir və bu cür metodla aparılmış hesablama qanuni sayıla bilməz. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun “Hüququn tətbiqindən imtinanın qadağan olunması” başlıqlı 16-cı maddəsinin tələblərinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur (maddə 16.1) və hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır (maddə 16.2). Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2018-2021-ci illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci madəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası əsasında məhkəməyə təqdim edilmiş 3-16-16/2-9/51xx-xx/5038 saylı, 30 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə də cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın düzgün olmaması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yoxlayıcı orqanın Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrinə uyğun olaraq vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək üçün kifayət qədər məlumat bazası(elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, idxal-ixrac əməliyyatları barədə yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, cəmiyyət tərəfində görülmüş işlərə üzrə təhvil-təslim aktları, Forma 2 və Forma 3-lər, əvvəlki illərin illərin gəlir və zərərini əks etdirən mənfəət vergisi bəyənanmələri və s) mövcud olduğu halda həmin sənəd və məlumatlardan vergi ödəyicisinin gəlirinin müəyyən olunması məqsədləri üçün istifadə edilsə də, xərclərinə münasibətdə qeyd olunan sənədlər nəzərə alınmamışdır. Cavabdeh yoxlayıcı orqanın bu cür mövqe sərgiləməsi, vergitutmanın ədalətli olması prinsipinə xidmət etmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibatı orqanın iddiaçının gəlir və xərclərini sənədlər və rəsmi məlumatlar əsasında müəyyən etmək üçün kifayət qədər geniş informasıya bazası mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən VM-nin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır. Səyyar vergi yoxlaması aktinda qeyd edilir ki, Mütəxəssis tərəfindən təqdim edilmiş rəydə material silgisi kimi müəyyən edilən 12 (on iki) çeşiddə mallar (adları, miqdarları göstərilməklə) yoxlama dövründə elektron qaimə-faktura əsasında əldə edilmiş mallar qruplaşdırılmışdır. Nəticədə beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, çınqıl və taxta məhsulu üzrə artıq alışları müəyyən edilmişdir. Həmin artıq alışlara elektron qaimə-faktura məlumatlarında müəyyən edilən orta qiymət tətbiq edilməklə əlavə 1 315 787.65 manat əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisindən alınmış izahata və keçirilmiş müşahidə baxış zamanı tərtib edilən protokola əsasən müəssisənin faktiki mal qalığının olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15ci maddəsinə və Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən əskik gələn dövriyyə məbləği yoxlama dövrünün sonuncu ayında yəni 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsində dövriyyəyə cəlb edilməklə əlavə olaraq 236 841.78 manat ƏDV hesablanılmış, 118 420.89 manat isə maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktının 15-ci səhifəsində müşahidə baxış keçirilməsi və protokol tərtib edilməsi qeyd edilsə də, yenə həmin səyyar vergi yoxlaması aktının 7-ci səhifəsində qeyd edilir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmiş, vergi ödəyicisinin binasına(ərazisinə) baxış keçirilməmişdir. Eyni zamanda baxış keçirilməsi ilə bağlı məhkəmə araşdırmasına hər hansı protokol təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.15 və 159.1-ci maddələrləri düzgün tətbiq edilməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən “Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir”. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2020-ci il üzrə 97.68 manat Ödəmə mənbəyində tutulan vergi və ona münasibətdə tətbiq edilmiş 48.84 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 390.72 Ödəmə mənbəyində tutulan vergi və ona münasibətdə tətbiq edilmiş 195.36 manat maliyyə sanksiyası vergi hesabatlarını vaxtında təqdim etmədiyinə görə 2021-ci il üzrə tətbiq edilmiş 120 manat maliyyə sanksiyası, 2022-ci ilin yanvar ayı üzrə-26 596.90 manat ƏDV və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq olunmalı 13 298.45 manat maliyyə sanksiyası, 2019-2021-ci illər üzrə isə 0.17 manat manat ƏDV və ona münasibətdə VMnin 58.1-ci maddəsinə əsasən tətbiq edilməli 0.085 manat maliyyə sanksiyası və 2019-cu ilin mənfəət vergisi üzrə 1 128.96 manat və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə tətbiq edilməli 564.48 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2020-ci il üzrə 97.68 manat Ödəmə mənbəyində tutulan vergi və ona münasibətdə tətbiq edilmiş 48.84 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 390.72 Ödəmə mənbəyində tutulan vergi və ona münasibətdə tətbiq edilmiş 195.36 manat maliyyə sanksiyası vergi hesabatlarını vaxtında təqdim etmədiyinə görə 2021-ci il üzrə tətbiq edilmiş 120 manat maliyyə sanksiyası, 2022-ci ilin yanvar ayı üzrə-26 596.90 manat ƏDV və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq olunmalı 13 298.45 manat maliyyə sanksiyası, 2019-2021-ci illər üzrə isə 0.17 manat manat ƏDV və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilməli 0.085 manat maliyyə sanksiyası və 2019-cu ilin mənfəət vergisi üzrə 1 128.96 manat və ona münasibətdə VMnin 58.1-ci maddəsinə tətbiq edilməli 564.48 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (bir yüz) manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar