Məhkəmə qərarları › İş №e-2-1(118)-4058/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-4058/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-4058/2025 21.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medalla təltif olunma və müharibə veteranı adının verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44 günlük müharibədə iştirakını nəzərə alaraq, ona “Füzulinin, Cəbrayılın, Hadrutun azad edilməsinə görə” medalları ilə təltif olunmağı və müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasınə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2qayıt şəhər X3 xəstəxanasının neyrocərrahiyyə şöbəsində neyrocərrah həkim vəzifəsində çalışmışdır. Hal-hazırda Respublika neyrocərrahiyyə xəstəxanasında həkim neyrocərrah vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi ünvan 2qaylt Şəhər X3 xəstəxanasının xx.xx.2020-ci il tarixli, 388 nömrəli əmrinə əsasən, respublikadakı hərbi vəziyyətlə əlaqədar, yəni 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlanması ilə əlaqədar X3 göstərmək üçün xx.xx.2020-ci il tarixdə Füzuli rayonunda yerləşən N saylı hərbi hissəyə ezam olunmuşdur. xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissənin komandirinin N nömrəli əmrinə əsasən, hərbi hissənin ezamiyyətə gəlmişlər siyahısına əlavə olunmuşdur. Həmin gün iddiaçı, yəni xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissənin komandiri Elçin Abdullayevlə görüşmüş və həmin gün əməliyyatlara başlamışdır. Ezamiyyətdə olduğu müddətdə Füzuli rayon hospitalında, Füzuli rayon diaqnostika mərkəzində, Horadiz qəsəbəsində yerləşən mülki xəstəxanada, Hadrut azad olunduqdan sonra orada yaradılan yeni hərbi hospitalda ağır yaralıların cərrahi əməliyyatlarını həyata keçirmişdir. Horadiz istiqamətində düşmənin atəş məsafəsinin yaxın olmasına baxmayaraq, orada yaralılara ilkin tibbi yardım məntəqəsinin təşkil olunmasında iştirak etmişdir. Cəbrayıl rayonunun Daşkəsən qəsəbəsində yaralıların ilkin tibbi yardım göstərilərək bilavasitə döyüş sahəsindən təxliyyə olunmasında iştirak etmişdi. İddiaçının cəbhədə fəaliyyətini, yəni qeyd etdiklərini təsdiq edən şahidləri də vardır. İddiaçı ilə 44 günlük müharibədə iştirak edən və medallara və veteran adına layiq görülmüş hərbi tibbi həkim personalı dediklərini şahid kimi təsdiq edə bilər. İddiaçı cəbhədə olduğu müddətdə Füzuli, Cəbrayıl, Hadrut işğaldan azad olundu. İddiaçı ilə cəbhədə eyni şəraitdə xidmət edən həkimlərə, orden və medallar, Vətən müharibəsi veteranı adı verilmişdir. Əməliyyat etdiyi xəstələrə asistenlik edən həkimə “Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsinə görə” medalları, müharibə veteranı adı verilmişdir. İddiaçı 44 günlük müharibənin iştirakçısı olmağına, qələbənin əldə edilməsində iddiaçının də rolu olmasına baxmayaraq bu günə kimi iba nə medal, nə də veteran adı verilməmişdir. İddiaçı bir neçə dəfə Müdafiə Nazirliyinə, həmin Nazirliyin İşlər İdarəsinə müraciət edərək, Vətən müharibəsində iştirakına görə medallar verilməsini, eyni zamanda, Vətən müharibəsi veteranı adının verilməsini xahiş etmişdir. Bu günə kimi müsbət cavab almamışdır. İddiaçıya bildiriblər ki, bu məsələlərə TƏBİB baxır. İddiaçı TƏBİB-ə müraciət etmişdir və TƏBİB-dən Müdafiə Nazirliyinə məktub göndərilib. Lakin Müdafiə Nazirliyi tərəfindən bu günə kimi iddiaçıya nə medal təqdim olunmuş, nə də Vətən müharibəsi veteranı adı verilmişdir. Ona nazirlikdən dəfələrlə məktublar göndərilərək məsələnin araşdırıldığını bildirmişlər.

3. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.

4. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

9. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir.

10. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur.

11. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44 günlük müharibədə iştirakını nəzərə alaraq ona “Füzulinin, Cəbrayılın, Hadrutun azad edilməsinə görə” medalları ilə təltif olunmağı və müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasınə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5706/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə ünvan 2qayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

12. İş hal-hazırda ünvan 2qayıt İnzibati Məhkəməsinin hakimi Qəşəm Məmmədlinin (İş № e-2- 1(118)-4092/2025) icraatındadır.

13. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə iş icraatda görə hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.

15. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. X1-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar