Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-409/2023 10.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 0352/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının sabiq vəzifəsi üzrə xidmətə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işəburaxmaya görə əmək haqqının artımlar da hesablanmaqla iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işburaxmaya görə əmək haqqının artımlar da hesablanılmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qərar icra edilən tarixə qədər olan müddətin iddiaçının xidməti illərinə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 0352/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının sabiq vəzifəsi üzrə xidmətə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işəburaxmaya görə əmək haqqının artımlar da hesablanmaqla iddiaçıya ödənilməsi, xx.xx.2012-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işburaxmaya görə əmək haqqının artımlar da hesablanılmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, xx.xx.2012-ci il tarixdən qətnamə icra edilən tarixə qədər olan müddətin iddiaçının xidməti illərinə daxil edilməsi və yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərdə iştirakına görə aylıq vəzifə maaşının 5 mislinədək miqdarda müddətli əlavənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, “cavabdehin xx.xx.2022-ci il tarixli, 0352/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının sabiq vəzifəsi üzrə xidmətə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işəburaxmaya görə əmək haqqının artımlar da hesablanmaqla iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işburaxmaya görə əmək haqqının artımlar da hesablanılmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qərar icra edilən tarixə qədər olan müddətin iddiaçının xidməti illərinə daxil edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixindən Azərbaycan Respublikasının Cavabdehndə Tibb Mərkəzində tibb bacısı kimi həqiqi hərbi xidmətə qəbul edilmişdir. Xidmdətdə olduğu müddətdə hər zaman vəzifələrini qüsursuz icra etməyə çalışmış, rəhbərliyin tapşırıqlarına əməl etməyə və havalə edilmiş işlərin öhdəsindən layiqincə gəlməyə çalışaraq fövqəladə hallar orqanı işçisinin adını uca tutmağa çalışmışdır.44 günlük Vətən Müharibəsində (İİ Qarabağ Müharibəsi) vətəni və dövləti üçün bir tibb bacısı olaraq əlindən gələni etməyə çalışmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına ezam olunaraq, helikopter vasitəsilə gətirilən hərbi qulluqçulara gecə-gündüz tibbi yardım göstərmişdir. Bununla bağlı AR FHN naziri cənab Kəmaləddin Heydərov tərəfindən AR FHN-nin “Xidmətə görə” döş nişanı ilə təltif edilmişdir. Bundan əlavə 2020-ci ilin noyabr ayından etibarən dünyanı bürüyən yeni növ koronavirus (COVİD-19) infeksiyası (epidemiyası) ilə mübarizə və profilaktika tədbirlərində yaxından iştirak edərək tibb bacısı kimi seçilməklə AR FHN-nin Modul tipli hospitalına ezam edilmiş və orada əvvəlcə bir neçə ay Stasionar Şöbədə daha sonra Şüa-Diaqnostika Şöbəsinin radiologiya bölməsinin (Komputer tomoqrafiyası(KT) və Rentgen üzrə) tibb bacısı kimi covid xəstələri ilə birbaşa təmasda olmaqla 2022-ci ilin fevral ayınadək xidmətini davam etdirmişdir. Lakin xidmət etdiyi dövr ərzində ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş əmək haqqına müvafiq əlavələr ödənilməmişdir. Bununla bağlı o bir neçə dəfə sabiq rəisi AR FHN-nin Tibb Xidməti Mərkəzinin rəisi polkovnik Kamal Əliyevin qəbuluna gedərək ondan vəzifə maaşına 5 qat əlavənin verilməsinə göstəriş verməyini xahiş etsə də, nəticədə ona xidmət etdiyi dövr ərzində hər hansı bir əmək haqqına əlavələr ödənilməmiş, əksinə ona qarşı qərəzli mövqe tutmaqla onunla işləmək istəmədiklərini bildirərək, müxtəlif yollarla ona təzyiq edilmiş (bu barədə Nazirliyə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciətində ətraflı qeyd etmişdir), onun analıq məzuniyyətinə çıxmaq istəməyini bildirməsinə baxmayaraq, nəticədə ondan iradəsinə zidd olaraq xidmətdən ethiyata buraxılmağı barədə ərizə yazmağı tələb edilmiş( AR FHN-nin Tibb Xidməti Mərkəzinin kadr işi üzrə baş zabiti X1 onu ailə vəziyyətilə bağlı ehtiyata buraxılmağına dair ərizə yazmağa məcbur edib) əks halda müvafiq maddə ilə xidmətdən azad ediləcəyi bildirilməklə ondan psixoloji təzyiq altında xx.xx.2022-ci il tarixli ailə vəziyyətilə bağlı xidmətdən ehtiyata buraxılmağla bağlı ərizə alınmışdır. Daha sonra o, xx.xx.2021-ci il tarixli ərizə ilə AR FHN-ə yenidən müraciət edərək onun xx.xx.2021-ci il tarixli ərizəsini etibarsız hesab etməklə baxılmamış saxlanılmasını xahiş etsə də, ərizəsi nəzərə alınmamış və əsassız olaraq xx.xx.2022-ci il tarixində AR FHN-nin №0352/Ş saylı əmri ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağına baxmayaraq, ona son haqq-hesab ödənişləri ödənilməmişdir. Hesab edir ki, AR FHN- müraciətini nərəzə almamaqla qanunsuz və əsassız olaraq onu xidmətdən ehtiyata buraxmış, yeni növ koronavirus (COVİD-2019) infeksiyası ilə mübarizə yaxından iştirakına görə əmək haqqında müddətli əlavənin verilməsini həyata keçirməmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh AR FHN-lə yaranmış mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, 26 fevral 2022-ci il tarixli arayışa əsasən cavabdeh AR FHN-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesi baş tutmamışdır. İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 26 fevral 2022-ci il tarixli arayışından da göründüyü kimi ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc nağd qaydada tərəfindən ödənilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçı öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə ərizə yazmışdır. Həmin tarixdə onun məzuniyyət barədə ərizəsi olmuşdur. Rəhbərlik iddiaçıya işə dönüşlə bağlı bir şans vermiş, lakin iddiaçı məzuniyyət dövründən sonra işdən azad edilmişdir. İddiaçının ehtiyata buraxılmaqla bağlı razılığını təsdiq edən söhbət vərəqələri də mövcuddur ki, onlar da məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı tərəfindən yazılmış 18 fevral 2022-ci il tarixli təqrirdən görünür ki, iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı ilə bağlı yuxarı Səfərbərlik qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - 05 yanvar 2022-ci il və 18 fevral 2022-ci il tarixli söhbət vərəqələrindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “d” bəndinə əsasən ehtiyata buraxılmasına razı olduğunu, etiraz etmədiyini bildirmişdir. - 18 fevral 2022-ci il tarixli təqdimatdan görünür ki, gizir İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “d” bəndinə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq ehtiyata buraxlmağa təqdim olunmuşdur. - 28 mart 2022-ci il tarixli, 0352/ş saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzinin Poliklinika Şöbəsinin tibb bacısı gizir İddiaçı ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova ünvanlanmış 25 fevral 2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixli ərizəsinin etibarsız hesab edilməklə baxılmamış saxlanılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi dörd hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “əmrin ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli 0352/ş nömrəli əmr iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Cavabdeh 28 mart 2022-ci il tarixli, 0352/ş saylı əmri ilə Tibb Xidmətinin 23 fevral 2022-ci il tarixli xx/xx-00064 məktubuna və təqdimatına əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmuş, daha sonra 25 fevral 2022-ci il tarixli ərizə ilə xx.xx.2022-ci il tarixli ərizəsinin etibarsız hesab edilməklə baxılmamış saxlanılmasını və işə bərpa edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilməmişdir. İddia tələbindən görünür ki, iddiaçının tələbi dörd hissədən ibarətdir:
1. Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2022-ci il tarixli, 0352/ş saylı əmrinin ləğv edilməsi;
2. iddiaçının Azərbaycan Respublikasının Cavabdehndə sabiq vəzifəsi üzrə xidmətə bərpa edilməsi;
3. xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işburaxmaya görə əmək haqqının artımlar da hesablanılmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi;
4. xx.xx.2022-ci il tarixdən qərar icra edilən tarixə qədər olan müddətin iddiaçının xidməti illərinə daxil edilməsi; Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının tələbləri əsassız, cavabdeh inzibati orqanın imtinası isə əsaslı olmuşdur. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsasları bunlardır: 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; 33.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 33.1.3. qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə, habelə hərbi və ya hüquq mühafizə orqanlarına xidmətə keçdikdə; 33.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 33.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə xüsusi-həkim ekspertiza komissiyasının rəyi olduqda; 33.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 33.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 33.1.8. müvafiq icra hakimiyyəti orqanının tələbi ilə tibbi müayinədən keçməkdən imtina etdikdə; 33.1.9. bu Qanunla fövqəladə hallar orqanlarında xidmətə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 33.1.10. bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə; 33.1.11. xidmətdə olmanın son yaş həddinə çatdıqda; 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; 33.1.13. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. Qanunun 34-cü maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsinin əsasları xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy və məhkəmənin qərarıdır. Qanunun 35.1-ci maddəsində qeyd olunmuşdur ki, fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı 18 fevral 2022-ci il tarixli təqrirlə nazirliyə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı ilə bağlı yuxarı Səfərbərlik qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı ilə aparılmış söhbət vərəqələrindən də görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “d” bəndinə əsasən ehtiyata buraxılmasına razı olduğunu, etiraz etmədiyini bildirmişdir. Bundan sonra 18 fevral 2022-ci il tarixli, xx/xx-00064 təqdimatla gizir İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “d” bəndinə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq ehtiyata buraxlmağa təqdim olunmuşdur. İddiaçının istəyi nəzərə alınaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 28 mart 2022-ci il tarixli, 0352/ş saylı əmri ilə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzinin Poliklinika Şöbəsinin tibb bacısı gizir İddiaçı ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının öz iradəsi ilə tutuduğu vəzifədən ehtiyata buraxılması barədə iradəsinə uyğun olmayan ərizəsi mübahisələndirilmədiyi tədqirdə, həmin ərizənin əsasında işdən azad olunması barədə Azərbaycan Respublikasının Cavabdeh 28 mart 2022-ci il tarixli, 0352/ş saylı əmrinin ləğv edilməsi mümkün deyil. Çünki mübahisə predmeti olan 28 mart 2022-ci il tarixli, 0352/ş əmr İddiaçı ehtiyata buraxılması ilə bağlı xahişi əkst etdirən 18 fevral 2022-ci il tarixli təqrir əsasında qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsi təmin edilə bilməz. İddiaçı onun tərəfindən yazılmış ərizənin onun öz iradəsini ifadə etməməsini, təzyiq altına yazmasını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı bir sübutu təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Bundan başqa məhkəmə iddiaçının digər tələblərinə münasibətdə isə qeyd etməyi zəruri hesab ki, digər tələblər birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin digər hissələrinin də təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 0352/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının sabiq vəzifəsi üzrə xidmətə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işəburaxmaya görə əmək haqqının artımlar da hesablanmaqla iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işburaxmaya görə əmək haqqının artımlar da hesablanılmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qərar icra edilən tarixə qədər olan müddətin iddiaçının xidməti illərinə daxil edilməsi” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 0352/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının sabiq vəzifəsi üzrə xidmətə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işəburaxmaya görə əmək haqqının artımlar da hesablanmaqla iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qulluğa bərpa edilənə qədər olan dövr üzrə məcburi işburaxmaya görə əmək haqqının artımlar da hesablanılmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qərar icra edilən tarixə qədər olan müddətin iddiaçının xidməti illərinə daxil edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva