Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4099/2025 13.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ünvanlı sosial yardımın təyin olunması) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə 13 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq, 2023-cü ilin noyabr ayının 1-dən etibarən 1 illik müddətinə ailəsinə ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ddia 01 noyabr 2024-cü il tarixindən olmaqla 1 il müddətinə ünvanlı sosial yardımın təyin olunmasını, həmin ayların daxilində 2024-cü ilin noyabr, dekabr ayları üzrə hər aylıq 703 manat pul məbləğində, 2025-ci ilin yanvar ayından başlamaqla hər aylıq 985 manat pul məbləğində olmaqla ünvanlı dövlət sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müraciətini nəzərə alaraq sosial yardıma müraciət etdiyi dövrdən yəni xx.xx.2024-cü il tarixindən ailəsinə 1 il müddətinə, aylıq olaraq 985 manat pul məbləğində ünvanlı sosial yardımın təyin olunmasını, xx.xx.2025-ci il tarixinə qədər ödənilməli olan 9850 manat pul məbləğindən, 7 ay üzrə qismən ödənilmiş olan cəmi olaraq 3321,71 manat pul məbləği çıxılmaqla, qalıq qalan 6528,29 manat pul məbləğinin cavabdehdın tutulması və cari ilin sentyabr, oktyabr aylarının sosial ödənişinin hər aylıq olaraq ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsinəə ünvanlı sosial yardımın təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 30 noyabr 2024-cü il tarixində elektron qayda da müraciət etmişdir. Müraciətindən 2 ay müdddətinin keçməsinə baxmayaraq, bü günə qədər müraciətinə hər hansı bir cavab verilməmişdir. Ünvanlı sosial yardım haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, ünvanlı sosial yardım onu almaq üçün müraciət olunan ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin tələblərinə əsasən, ailəyə ünvanlı sosial yardımın təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qayda da müraciətə 15 iş günü müddətində baxılaraq müvafiq qərar qəbul olunur, lakin müraciəti qanunvericiliyin tələbinə əsasən, göstərilən 15 iş günü müddətinin keçməsinə baxmayaraq, qərəzli olaraq ailəsinə ünvanlı sosial yardım təyin olunmamışdır. İşin faktiki hallarından da görünür ki, ailəsinə ünvanlı sosial yardımın təyin olunması üçün elektron qayda da təqdim etdiyi sənədlərdə hər hansı bir nöqsan olmadığından imtina cavabıda verilməmişdir. Deməli, buradan da görünür ki, faktiki olaraq ailəyə ünvanlı sosial yardım təyin olunmalı halda qərəzli olaraq həmin qərar müvafiq qurum tərəfindən verilmir. Ünvanlı sosial yardımın təyin olunması üçün müəyyənləşdirilmiş 2023-cü il üçün “Ehtiyac Meyarı” hər adambaşına 246 manat olduğundan və ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olduğundan və aylıq əmək haqqının 600 manat pul məbləğində olduğunu nəzərə alınsa, ailəyə 630 manat pul məbləğində ünvanlı sosial yardım təyin olunmalı idi, amma cavabdeh qurumun bu işə qərəzli yanaşması üzündən 2023-cü ilin noyabr ayından ailəyə təyin olunmalı olan ünvanlı sosial yardımı ala bilmir. Cavabdeh təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq, bü günə qədər ailəyə ünvanlı sosial yardım təyin olunması təmin olunmamışdır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. İddiaçının müraciəti əsasında ona 1 yanvar 2025-ci il tarixdən 474,53 manat məbləğdə Sosial Yardım təyin edilmişdir. Bunun əsasında məhkəməyə icraata xitam verilməsi barədə vəsatət təqdim edilmiş, lakin İddiaçı ona təyin edilmiş sosial yardımın məbləğindən və təyin edilməsi müddətindən narazı olduğunu bildirərək iddia tələbini yuxarıda göstərilən formada dəqiqləşdirmişdir. İddiaçı tərəfindən ona təyin edilmiş Sosial Yardım məbləğinin faktiki təyin olunmalı məbləğdən xeyli aşağı olduğu bildirilsə də, qeyd olunan fərziyyə hər hansı formada əsaslandırılmamış, təyin olunan 474,53 manat məbləğin nəyə görə yanlış olduğu barədə hesablama təqdim edilməmişdir. Bununla bağlı olaraq, iddiçıya təyin olunmuş Sosial Yardım məbləğinin hesablanması qaydasını təqdim etmişdir: Belə ki, İddiaçı Sosial Yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2024-cü il tarixli, **********8577-1 nömrəli müraciəti üzrə ailənin sosial yardım məbləğinin hesablanması, ailədə adambaşına düşən orta aylıq gəlirin 117,19 manat, adambaşına düşən orta aylıq telefon xərcinin (R+RM) isə 0 manat məbləğində olması nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, 5 nəfər ailə üzvü üçün aşağıdakı kimidir: YM (39.2%+18.8%+8.7%)+R+RM (285 x 66.7%) + 0 = 190.095 285-190.095 = 94.905 94.905 x 5 (ailə üzvlərinin sayı) = 474.53 Qeyd olunanlara əsasən, ailəyə xx.xx.2025-ci il tarixindən aylıq 474,53 manat məbləğində sosial yardım ödənişi təyin edilmişdir. Əlavə olaraq bildirilir ki, elektron sistem (VEMTAS) heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Qeyd edilir ki, İddiaçı təyin edilmiş sosial yardımın məbləğində heç bir uyğunsuzluq yoxdur və təyin edilmiş məbləğ tam düzgün şəkildə hesablanmışdır. İddiaçının heç bir hesablama qaydası və əsas göstərilmədən aşağı məbləğdə sosial yardım təyin edilməsini bildirməsi tam olaraq əsassız tələbdir. Bundan başqa, iddiaçının Sosial Yardımın təyin edilməsi müddətinin 2024-cü ilin noyabr ayından etibarən hesablanması tələbinə münasibətdə bildirir ki: “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 il müddətinə təyin olunur. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciət əsasında 1 il müddətinə 474,53 manat məbləğdə sosial yardım təyin edilmişdir. Buna nəzərən iddiaçının ona əvvəlki 2 ayın ödənilməsi tələbi qanunvericiyin tələblərinə zidd olaraq yuxarıda göstərilən normanın tələblərini ziddir. Ona görə ki, iddiaçıya əvvəlki 2 aya münasibətdə sosial yardımın təyin edilməsi nəticə olaraq ona 14 ay ərzində müvafiq məbləğin ödənilməsinə gətirib çıxarır və Qanunun 8.1-ci maddəsinin tələbi pozulmuş olur. Qeyd olunan mövqe Ali Məhkəmənin 2-1(102)-1383/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında əksini tapmışdır. İş üzrə Ali Məhkəmənin mövqeyinə görə: məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, həmin nəticəni yanlış və qanuna zidd hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-727/2023 saylı qərarında qeyd etdiyi kimi iddiaçı ünvanlı dövlət sosial yardımının 2023-cü ilin yanvar və fevral ayları üçün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi ərizəni məhkəmənin icraatına qəbul etmiş və bu iddianı təmin etmişdir. Beləliklə, apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı ünvanlı dövlət sosial yardımını 2023-cü ilin fevral ayı daxil olmaqla cavabdeh tərəfindən verilməlidir, yəni apellyasiya məhkəməsi iddiaçıya 1 il 2 ay (14 ay) müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Belə ki, ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki iki ay üzrə ödənilməsidir. Halbuki iddiaçıya xx.xx.2023-cü il tarixli, **********8402 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Əlavə olaraq bildirir ki, iddiaçıya Sosial Yardımın təyin edilməsi ilə bağlı inzibati akt 2025-ci ilin yanvar ayında qəbul edilsə də, iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddiaya dəqiqləşmə ərizəsini 2025-ci ilin iyul ayında təqdim etmişdir. Göründüyü kimi, qeyd edilən əsasla iddiaçı yuxarıda qeyd edilənlərlə yanaşı mübahisələndirmə müddətini ötürmüşdür. Bununla əlaqədar Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 nömrəli qərarında göstərilən hüquqi mövqeyə əsasən: Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilməlidir ki, cavabdehin iddiaçının müraciətinə verilən imtina cavabları iddiaçı tərəfindən İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da, həmin qərarlar qüvvəyə minmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, əvvəlki imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya ünvanlı sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əlavə olaraq, iddiaçı eyni zamanda ona təyin edilmiş sosial yardımın 2025ci ilin aprel ayından etibarən dayandırıldığını bildirmişdir, bununla bağlı olaraq qeyd edir ki: İddiaçıya xx.xx.2025-ci il tarixdən təyin edilmiş sosial yardımın qurumlarla yoxlanılması nəticəsində ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması müəyyən edilmişdir. Bu səbəbdən, Sosial Yardımın verilməsi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Daha sonra, iş üzrə əldə edilmiş məlumatlara əsasən, İddiaçı xx.xx.2025-ci il tarixindən 6 (altı) ay müddətində aylıq 440 manat olmaqla işsizlikdən sığorta ödənişinin təyin edilərək ödənildiyi və xx.xx.2025-ci il tarixindən dayandırıldığı, eyni zamanda xx.xx.2025-ci il tarixindən 3 (üç) ay müddətində aylıq 400 manat olmaqla yenidən sığorta ödənişi təyin edildiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq, İddiaçı təyin edilmiş sosial yardım dayandırıldığı xx.xx.2025-ci il tarixdən bərpa edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçıya 2025-ci ilin yanvar ayından etibarən 1 illik müddətə təyin edilmiş Sosial Yardımın ödənişi hazırda davam etdirilir. Belə olan təqdirdə iddiaçının Sosial Yardım aldığı təqdirdə yenidən ona təyinat aparılması ilə bağlı subyektiv hüququ mövcud deyil və belə bir hal qanunvericiliklə mümkün hesab edilə bilməz. Qaydaların 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydaların 3.3-cü bəndinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST" mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Qaydaların 3.4-cü bəndinə əsasən, bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Qaydaların 3.4.2-ci yarımbəndinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.5-ci bəndinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 X1 filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən ilkin təyinat məbləği uşağa görə əlavə ilə birlikdə 440,00 manat olmaqla 6 (altı) ay müddətinə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. İşsiz olduğu müddət ərzində 2025-ci ilin yanvar ayı üzrə 440,00 manat, 2025-ci ilin fevral ayı üzrə 440,00 manat, 2025-ci ilin mart ayı üzrə 440,00 manat, 2025-ci ilin aprel ayı üzrə 440,00 manat, 2025-ci ilin may ayı üzrə 440,00 manat, 2025-ci ilin iyun ayı üzrə 440,00 manat məbləğində vəsait kart hesabına köçürülmüş və ona təyin olunmuş işsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu”nun 18.0.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2025-ci il tarixdən təyinat məbləği 400,00 manat olmaqla 3 (üç) ay müddətinə təkrar işsizlikdən sığorta ödənişi təyin olunmuşdur.
IV. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən, ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya İşçilərin sayı və ya ştatların ixtisar edilməsi İlə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hərbiraİİə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Qanunun 6.2-ci və 6.3-cü maddələrinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Qanunun 7.2-ci maddəsinə əsasən, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
15. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Fərmanın 2.4-cü bəndinə əsasən Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir.
17. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.1-ci bəninə əsasən, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Qaydaların 2.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq, təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərir. Qaydaların 3.7-ci bəndinə əsasən, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Qaydaların 3.8-ci bəndinə əsasən, VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz
IV. Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
20. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı müraciəti əsasında 01 yanvar 2025-ci il tarixdən 474,53 manat məbləğdə sosial yardım təyin edilmişdir.
21. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən ona təyin edilmiş Sosial Yardım məbləğinin faktiki təyin olunmalı məbləğdən xeyli aşağı olduğu bildirilsə də, qeyd olunanlar hər hansı formada əsaslandırılmamış, təyin olunan 474,53 manat məbləğin nəyə görə yanlış olduğu barədə hesablama təqdim edilməmişdir. İddiaçı təyin edilmiş sosial yardımın məbləğində heç bir uyğunsuzluq yoxdur və təyin edilmiş məbləğ tam düzgün şəkildə hesablanmışdır. İddiaçının heç bir hesablama qaydası və əsas göstərilmədən aşağı məbləğdə sosial yardım təyin edilməsini bildirməsi tam olaraq əsassız tələbdir. Bundan başqa, iddiaçının Sosial Yardımın təyin edilməsi müddətinin 2024-cü ilin noyabr ayından etibarən hesablanması tələbinə münasibətdə bildirir ki: “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. İddiaçı xx.xx.2024-cü il tarixli müraciət əsasında 1 il müddətinə 474,53 manat məbləğdə sosial yardım təyin edilmişdir. Buna nəzərən iddiaçının ona əvvəlki 2 ayın ödənilməsi tələbi qanunvericiyin tələblərinə zidd olaraq yuxarıda göstərilən normanın tələblərini ziddir. Ona görə ki, iddiaçıya əvvəlki 2 aya münasibətdə sosial yardımın təyin edilməsi nəticə olaraq, ona 14 ay ərzində müvafiq məbləğin ödənilməsinə gətirib çıxarır və Qanunun 8.1-ci maddəsinin tələbi pozulmuş olur. Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, həmin nəticəni yanlış və qanuna zidd hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-727/2023 saylı qərarında qeyd etdiyi kimi iddiaçı ünvanlı dövlət sosial yardımının 2023-cü ilin yanvar və fevral ayları üçün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi ərizəni məhkəmənin icraatına qəbul etmiş və bu iddianı təmin etmişdir. Beləliklə, apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı ünvanlı dövlət sosial yardımını 2023-cü ilin fevral ayı daxil olmaqla cavabdeh tərəfindən verilməlidir, yəni apellyasiya məhkəməsi iddiaçıya 1 il 2 ay (14 ay) müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Belə ki, ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər.
22. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
24. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3).
25. Hazırki işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.
26. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də, hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
28. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X5-Abbaszadə