Məhkəmə qərarları › İş №e-2-1(118)-4116/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4116/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4116/2023 20.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********001000 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixində hüquqi şəxslərin dövlət reystrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli **********535700 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək müəssisəyə analoji qaydada 2021-ci ilin mənfəət vergisi üzrə 30 000 manat mənfəət vergisi hesablanılmışdır.Kameral hesablama barədə qərardan əvvəl xx.xx.2022-ci il tarixli **********602800 saylı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərilmişdir. Lakin həmin məktubda 2021-ci il üzrə gəlir və xərclərin olması bildirilmiş, lakin gəlir tərkibinin nə olması və necə formalaşması barədə heç bir məlumat verilməmişdir, kameral hesablama ilə təsdiq edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunmuşdur ki, müəssisənin 900 000.00 manat gəliri müəyyən olunmuş, xərcləri isə 750

000. 00 manat qəbul edilməklə, 30 000 manat mənfəət vergisi hesablanılmışdır. Bundan sonra həmin qərardan dəfələrlə yuxarı vergi orqanına şikayətlər edilmiş və xx.xx.2023-cü il tarixində dəqiqləşdirilmiş bəyənnamə təqdim edilmişdir. Vergi orqanı tərəfindən təqdim etdiyi dəqiqləşdirilmiş bəyənnamə üzr heç bir uyğunsuzluq məktubu göndərilmədən xx.xx.2023-cü il tarixli **********9219400 saylı Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və 2021-ci il üzrə hər rübə 7500 manat olmaqla cəmi 30000 manat məbləğində mənfəət vergisi hesablanılmışdır. Hesablamanın əsası kimi heç bir normativ hüquqi akta istinad edilməmiş, hesablama əsaslandırılmamışdır. -Bəyannamədə və hesabatda-göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və ya təsdiqedici sənədlər barədə məlumat hissəsində yalnız “**********555500” qeyd edilmişdir. Qeyd olunan məktubda da müəssisənin hər hansı kənarlaşmasının olması barədə heç bir qeyd mövcud olmamış, yalnız müəssisədən malların hərəkət cədvəlləri və s. sənədlər tələb edilmişdir. Qeyd olunan məktub və xx.xx.2023-cü il tarixli **********9219400 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunun tələbinə, uyğun olaraq gücləndirilmiş elektron imza vasitəsi ilə imzalanmamışdır. xx.xx.2023-cü il tarixli **********178100 saylı kameral vergi yoxlaması üçün sənədlərin tələb edilməsi barədə məktubda 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində mal qaliği saxlanılması bildirilmişdir. Bildiririk ki, müəssisənin təsərrüfat subeykti mövcud olmuşdur, müəssisə tərəfindən xx.xx.2020-ci il tarilxi 02 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaaradağ rayonu, ünvan 1 ünvanında 351.9 kv.m anbar sahəsi mövcud olmuşdur, bununla bağlı olaraq xx.xx.2023-cü il tarixli **********102500 saylı obyekt qeydiyyat ərizəsi vergi orqanına göndərilmiş, lakin obyektin qeydiyyat ərizəsinə imtina verilmişdir. Mənfəət vergisi bəyənnaməsinin əlavəsində göstərilmiş mallar 2023-cü ilin mart ayında satılmışdır və halhazırda heç bir qalıq mövcud olmadığından və müəssisə fəaliyyətini dayandırdığından icarə müqaviləsinə xitam verilmişdir, eyni zamanda 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində həmin malların təqdim edilməsi əks etdirilmişdir.VM-nin 3.5-ci maddəsinə əsasən “Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən eyni növ vergini bir dəfədən artıa ödəməvə məcbur edilə bilməz’’. Göründüyü kimi mövcud olan mallara görə mənfəət vergisi bir dəfə 2023-cü i! üzrə bəyan edilmişdir, bu halda həmin məbləğə 2021-ci il üzrə də vergi hesablanmasının hüquqi əsası yoxdur və Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən eyni mənbədə iki dəfə vergi tutulması hesab olunur. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 2 saylı ərazi Vergilər Baş İdarəsinin 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********9219400 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə" qərarı məhkəmədə mübahisələndirilmişdir. Lakin cavabdeh tərəfindən eyni dövr üzrə hesablanılmış vergi məbləği eyni qaydada saxlanılmaqla xx.xx.2023-cü il tarixli **********001000 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Bununla bağlı olaraq da mübahisəndirilən inzibatı akt dəyişdirildiyindən iddia ərizəsi üzrə dəqiqləşmə verilməsinə zərurət yaranmışdır.Əlavə olaraq bildirilir ki, qeyd olunan kameral hesablama barədə qərardan əvvəl Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozularaq kameral uyğunsuzluq barədə məktub göndərilməmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ərazi Vergilər Baş İdarəsinin 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********001000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edilir. Belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində xərclərinin olmasına baxmayaraq (ƏDV-siz 750000 manat dəyərində e-qaimə faktura ilə mal alışı) həmin dövr üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə **********602800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya izahat məktubu təqdim edilmədiyi üçün vergi ödəyicisinə 2021-ci il gəlir vergisinə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik tətbiq edilməklə 900000 manat (750000/5*6) gəlir müəyyən edilməklə 30000 manat mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********535700 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə dövriyyə məbləği və hesablanmış vergi məbləği azaldılmışdır.Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində alınan mallar bəyannamənin 1 saylı əlavəsində mal qalığı olaraq bəyan edilmişdir. Vergi ödəyicisinin mal qalğını müəyyən etmək məqsədilə xx.xx.2023-ci il tarixdə **********036400 nömrəli xidmət məktubla aidiyyəti şöbəyə müraciət olunmuş, lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2 vergi ödəyicisinə ümumilikdə ƏDV- siz 769692,91 manat dəyərində mal qalığı təqdim etmişdir. Eyni zamanda vergi ödəyicisinin növbəti müraciətlərində təqdim edilən malların dəyərinin ödənilmədiyi bildirilmişdir. Cavabdeh vergi orqanı tərəfindən 2021-ci il gəlir vergisinə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik tətbiq edilməklə 900000 manat (750000/5*6) gəlir müəyyən edilməklə 30000 manat mənfəət vergisi hesablanmışdır.Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********219400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir.Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə təqdim olunan elektron qaimə fakturalarm əmtəəsiz əməliyyat olduğunu və əqdin məqsədinin vergidən yayınma sxemi olduğunu (Vergi Məcəlləsinin 13.2.70-ci, 13.2.81-ci və 23.1.6-1-ci maddələri) müəyyənləşdirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə **********845000 nömrəli xidməti məktubla qaimə faktura təqdim edilən vergi ödəyicilərinin qeydiyyatda olduğu vergi orqanına, iqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli **********204900 nömrəli məktubla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) qeyd olunan malların aşkar edilmədiyi bildirilmişdir.Əlavə olaraq bildirilir ki, iddiaçı Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********219400 nömrəli qərarın elektron imza vasitəsi ilə imzalanmadığını bildirmişdir.Bununla bağlı bildirmək istəyir ki, Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********219400 Qərar 26 may 2023-cü il tarixdə elektron qaydada imzalanmış və vergi ödəyicisinə göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 2t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********001000 nömrəli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəməyə təqdim edilmiş iş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixində hüquqi şəxslərin dövlət reystrində qeydiyyata alınmışdır.xx.xx.2022-ci il tarixli **********535700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək müəssisəyə analoji qaydada 2021-ci ilin mənfəət vergisi üzrə 30 000 manat mənfəət vergisi hesablanılmışdır. Kameral hesablama barədə qərardan əvvəl xx.xx.2022-ci il tarixli **********602800 saylı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərilmişdir.Lakin həmin məktubda 2021-ci il üzrə gəlir və xərclərin olması bildirilmiş, lakin gəlir tərkibinin nə olması və necə formalaşması barədə heç bir məlumat verilməmişdir. Kameral hesablama ilə təsdiq edilmiş mənfəət vergisi bəyənnaməsinə əsasən müəyyən olunmuşdur ki, müəssisənin 900 000, 00 manat gəliri müəyyən olunmuş, xərcləri isə 750 000. 00 manat qəbul edilməklə, 30 000 manat mənfəət vergisi hesablanılmışdır.Bundan sonra həmin qərardan dəfələrlə yuxarı vergi orqanına iddiaçı tərəfindən şikayətlər edilmiş və xx.xx.2023-cü il tarixində dəqiqləşdirilmiş bəyənnamə təqdim edilmişdir. Bildirilir ki, müəssisə tərəfindən 2021-ci il ərzində malların təqdim edilməsinə dair heç bir elektron qaimə faktura təqdim edilməmiş, pərakəndə satışa dair aparatı mövcud olmamışdır.Vergi orqanına 01.03. 2023-cü il tarixində təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsinin 1.3.2-ci sətrində alınmış 750 000 manat dəyərində mallar ilin sonuna, qalıq kimi əks etdirilmişdir. Vergi orqanına 01.03. 2023-cü il tarixində təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsinin 1.3.2-ci sətrində alınmış 750 000 manat dəyərində mallar ilin sonuna qalıq kimi əks etdirilmişdir. xx.xx.2023-cü il tarixndə qalıqda əks etdirilmiş 750 000 manat dəyərində mallar elektron qaimə faktura əsasında 769 692.92 manata "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC-lərinə (VÖEN **********) satılaraq ƏDV və mənfəət vergisi bəyənnamələrində əks etdirilmişdir. Malların təqdim edilməsinə görə 19 692.92 manat mənfəət yaranmış və dövlət büdcəsinə 20% olmaqla 3 938.58 manat mənfəət vergisi hesablanılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda da qeyd olunan malların elektron qaimə faktura əsasında qeyd olunan hüquqi şəxslərə təqdim edilməsi etiraf edilmişdir, lakin xx.xx.2023-cü il tarixində malların həmin hüquqi şəxslərin anbarında aşkar edilmədiyi bildirilmişdir. Bununla bağlı olaraq qeyd edilir ki, həmin malların alqı-satqıdan 1 ay sonra alıcıların anbarında aşkar edilməməsi, müəssisəyə heç bir vergi məsuliyyəti yaratmır. Lakin vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixində 2022 və 2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin təsdiq edilməsinə və qalıqda 750 000 manat məbləğin əks etdirilməsinin qəbul edilməsinə baxmayaraq, dəqiqləşdirilmiş bəyannamələr üzr heç bir uyğunsuzluq məktubu göndərilmədən xx.xx.2023-cü il tarixli **********9219400 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və 2021-ci il üzrə hər rübə 7500 manat olmaqla cəmi 30000 manat məbləğində mənfəət vergisi hesablanılmışdır. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və ya təsdiqedici sənədlər barədə məlumat hissəsində yalnız “**********555500” qeyd edilmişdir. Sonradan iddiaçı tərəfindən 2021-ci il üzrə yenidən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilsə də, cavabdeh tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx-2023-cü il tarixli **********001000 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək, əvvəlki hesablama olduğu kimi bərpa edilmişdir. Cavabdeh tərəfindən heç bir halda kameral uyğunsuzluq məktubları və hesablama barədə qərarlarda hesablamanın hansı əsas ilə aparılması bildirilməmişdir. Yalnız Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə əsasən Nazirlər Kabinetinin 55 saylı qərarı əsas götürülməklə şərti rentabellik prinsipi əsasında hesablanıldığı bildirilmişdir. Həmin hesablamaya əsasən 750 000 manat dəyərindən alınmış mallar 2021-ci ildə təqdim edilmə kimi qiymətləndirilib. Lakin yuxarıda qeyd edildiyi kimi, mallar rəsmi elektron qaimə fakturalar əsasında 2023-cü ildə təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən gəlir və xərclər rəsmi sənədlər mövcud olmadığı halda NK-nin 55 saylı qərarına əsasən hesablana bilər. Mövcud halda isə 750 000 manat dəyərində malların alış və satışına dair rəsmi elektron qaimə fakturalar mövcud olduğundan NK-nin 55 saylı qərarı tətbiq edilə bilməz. Əlavə olaraq bildirilir ki, eyni malların təqdim edilməsinə görə faktiki olaraq 2 dəfə vergi hesablaması aparılmışdır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci (Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz) və Vergi Məcəlləsinin 3.5-ci (Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz”) maddələrinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********001000 nömrəli qərarı ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində 2021-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********001000 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar