Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-4173/2025 18.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 4 ilə yaxın müddət ərzində icra olunmadığına görə Abşeron rayon İcra və Probasiya şöbəsindən ona dəymiş maddi ziyana görə 150.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pul tutularaq ödənilməsi” tələbi barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında İddiaçı verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X3, "xxxx" MMC-nin iştirakçısı X6 və "xxxx" MMC-nin iştirakçısı X4 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 15 olduğuna görə icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 4 ilə yaxın müddət keçməsinə baxmayaraq icra sənədinin icra olunmasından ötrü icra məmuru tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bu 4 ilə yaxın müddət ərzində icra məmuru tərəfindən əsassız bəhanələr gətirməklə müxtəlif vasitələrlə icra sənədinin icrasından yayınmağa çalışmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin icra olunmaması üçün icra məmurları aşağıda qeyd olunan qanunsuz addımlar atmışlar.
1. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) İddiaçı həmin qərardan şikayət verərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsi üzrə icraatının davam etdirilməsi haqqında məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. X1 həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-691/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından X1nun verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(105)-28/2023 nömrəli qərardadı ilə X1nun şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli və onunla bağlı 27 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022- ci il tarixli qərarından "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) İddiaçı tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət rədd edilmişdir. Həmin qərardaddan tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) İddiaçı vəkili nümayəndəsi X11 şikayət verərək Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması barədə məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-59/2023 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)- 216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Bundan sonra yenə də icra sənədinin icra olunması ilə bağlı dəfələrlə rəsmi qaydada ərizə ilə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir, lakin bugünədək müraciətinə heç bir münasibət bildirilməmişdir.
2. Tələbkar olaraq tərəfindən edilmiş müraciətlərdən yayınmaq üçün Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən əsassız formada xx.xx.2023-cü il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul edilmişdir. Həmin qərardan tərəflərindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra şöbəsinə göndərilmişdir. Lakin bununla razılaşmayan Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyev tərəfindən Abşeron Rayon Məhkəməsinin 8(012)- 614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməkdən də çəkinməmişlər. Lakin hazırda qüvvədə olan qanunvericiliyin tələblərini də düzgün bilmədiklərinə görə məhkəmənin qərardadından şikayət vermə müddətini ötürərək, şikayət vermə formasına riayət etməmişlər. Bu səbəbdən də icra məmuru tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Lakin yenə də israrlarından əl çəkməyən icra məmuru və ona havadarlıq edən rəisi tərəfindən bu dəfə müddətin bərpası haqqında ərizə vermişlər və Abşeron Rayon Məhkəməsinin qərardadından şikayət vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(105)-27/2024 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş məhkəmə baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, icra sənədi üzrə X1nun Abşeron Rayon Məhkəməsinin 8(012)- 614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, şikayətlərin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadının ləğv edilməsi, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ilə tələbkar İddiaçı tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətin təmin edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2023- cü il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. X1 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ləğv edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, “kollegiya yuxarıda sadalananları nəzərə alaraq, hesab edir ki, X5 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunduğundan, icra sənədində göstərilən tələblər (təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında tələbkara verilməsi, iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi) X5 tərəfindən hal-hazırkı vəziyyətdə icra edilməsi mümkün olmadığından, Abşeron rayon İcra və Probasiya Şöbəsi düzgün olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad edərək, icra sənədini ona münasibətdə geri qaytarmışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hal “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-18-ci maddələrində nəzərdə tutulmadığından və icra sənədi üzrə icraatın dayandırılması üçün əsaslar mövcud olmadığından, icra məmuru tərəfindən xx.xx.2023-cü il qərarın çıxarılması mövcud vəziyyətə uyğun olmuşdur. Lakin kollegiya eyni zamanda qeyd ki, mövcud qərardad həmin icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsinə mane olmur”. Bundan sonra tərəfindən ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsininn yenidən icraya yönəldilməsi xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsi tərəfindən verilən şifahi məlumata əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi üzrə icra vərəqəsi 2024-cü ilin avqust və oktyabr aylarında iki dəfə icraya yönəldilmiş, lakin Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən İcra haqqında qanunun 7 və 9-cu maddələrinə əsasən qərarsız formada geri qaytarmışlar. Sonuncu dəfə müraciətinə Abşeron Rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilir ki, “Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra məmurunun xx.xx.2023- cü il tarixli qərarı ilə “İcra haqqında” qanunun 70.4-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinə qaytarılmış və qərar tərəflərə rəsmi olaraq göndərilmişdir. Həmin qərar tələbkar tərəfindən mübahisələndirilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)- 88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bu hissə ilə bağlı yuxarıda da qeyd olunduğu kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “LAKİN KOLLEGİYA EYNİ ZAMANDA QEYD Kİ, MÖVCUD QƏRARDAD HƏMİN İCRA SƏNƏD MMC-YƏ AİD HİSSƏDƏ YENİDƏN İCRAYA YÖNƏLDİLMƏSİNƏ MANE OLMUR”. Bu səbəbdən də tərəfindən ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi xahiş olunmuşdur. Tərəflərindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi ilə bağlı edilmiş müraciətlərinə Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilir ki, “Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə yenidən icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli 17/75298592/2 saylı məktubunda icra məmurunun “İcra haqqında” qanunun 70.4-cü maddəsinə əsasən icra sənədini xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır” Hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi "xxxx" MMC-yə münasibətdə icra olunmamış qalmaqdadır. Hazırda iddiaçının mülkiyyətində olan əmlakların talanması ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işinin istintaqı davam edir və həmin iş üzrə iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC-nin təsisçiləri X2 Namiq Gülosman oğlu və MMC-nin direktoru X5 tərəfindən ünvan 2 ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC 2011-ci ildən şəhərdaxili və şəhərlərarası sərnişin daşıma fəaliyyəti ilə məşğuldur. Şəhər daxilində olan 113, 208 və 209 nömrəli marşurutlar Bakı Nəqliyyat Agentliyi tərəfindən "xxxx" MMC-yə müvəqqəti istismara verilmişdir. Tabeliyimizdə olan "xxxx" MMC-nin balansında 20 ədəd 2018-ci il buraxılışi KARSAN ATAK, 8 ədəd 2013-cü il buraxılış DAEWOO BSo9o və 24 ədəd 2009cuu il buraxılış DAEWOO BS090 mövcuddur. "xxxx" MMC-nin maddi-texnik bazasının daha da inkişafı üçün, "xxxx" MMC-də istismarımızda olan 113, 208 və 209 nömrəli marşrutların "xxxx" MMC-yə istismara verilməsinə etiraz etmirəm və bu məsələdə bizə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.” Belə ki, məktubunun məzmunundan da görünür ki, "xxxx" MMC-nin direktoru X5 Bakı Nəqliyyat Agentliyinə müraciət edərək iddiaçının təsisçisi olduğu MMC-nin istifadəsində olan avtobus xətlərinin onun məlumatı olmadan başqa bir müəssisəyə istismara verilməsini xahiş edir. Belə ki, xx.xx.2024-cü il tarixdə məktubla Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14 rayon İcra və Probasiya şöbəsinin rəisi Ayaz Nuqaylıya müraciət edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 4 il ərzində qəsdən icra olunmadığına görə dəymiş maddi ziyana görə 150.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pul məbləğinin ödənilməsini tələb etmişdir. Lakin nə icra şöbəsinin rəisi, nə də icra məmuru həmin məktuba heç bir münasibət bildirməmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, iddiaçı Abşeron rayon İcra və Probasiya şöbəsinin məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən narazıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Odur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova