Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-433/2022 13.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********380900 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli **********380900 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarına əsasən kameral qaydada qanunsuz vergi məbləği hesablanmışdır. Qanunsuz vergi məbləğinin hesablanmasına səbəb olaraq iddiaçının topladığı metal tullantılarının və məmulatlarının alış aktları əsasında vergi ödəyicilərinə təhvil verilməsi faktına istinad edilmişdir. Belə ki, vergi orqanı belə qənaətə gəlmişdir ki, onun təhvi verdiyi metal tullantı və məmulatlara görə ona ödənilən məbləğlər onungəliri hesab edilir və belə fəaliyyət həm də sahibkarlıq fəaliyyəti hesab edildiyindən bu məbləğlərdən vergi tutulmalıdır. Halbuki, iddiaçı tərəfindən toplanılan metal tullantıları vergi qanunvericiliyinin tələbinə əsasən daşınan əmlak hesab edilir və onların təqdim edilməsindən əldə edilən gəlir vergidən azad edilmişdir. Digər tərəfdən topladığöımetal tullantıları və məmulatlartını təhvil verdiyi ayrı-ayrı şirkətlər barəsində vergi orqanı tələfindən əlavə vergi məblıəğlərinin hesablanması barədə qərarlar qəbul edilmiş və ona ödənilən məbləğlərdən ödəmə mənbəyində verginin tutulması onlardan tələb edilməkdədir. Bununla bağlı Dövlət Vergi Xidmətinə etdiyi inzibati şikayət xx.xx.2021-ci il tarixli qərarla rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək mübahisələndirilən vergi məbləğinin cavabdeh vergi orqanı tərəfindən ləğv edildiyini bildirmiş və Azərbaycan Respublikası İPM-nin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır və həmin vergi borcu ləğv edilmişdir. İddiaçı mübahisənin bu cür nizama salınması ilə razılaşaraq mübahisənin həll edilmiş sayılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********380900 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-433/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-433/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver