Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4450/2025 04.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X4 və X1 iştirakları ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2nin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********181690 saylı qərara əsasən oktyabr/2021- yanvar/2024 dövrləri əhatə olunmaqla xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 nömrəli qərarla iddiaçı barəsində əlavə vergilər və maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama 11 dəfə ardıcıl olaraq mütəxəssis dəvət olunması əsası ilə dayandırılmış, lakin yekunda mütəxəssis rəyi təqdim olunmamış, hesablama aparılması üçün rəydən istifadə olunmamışdır. Bu isə yoxlamanın formal olaraq dayandırıldığını təsdiq edir. Həmçinin, cavabdeh tərəfindən 2021-ci, 2022-ci və 2023-cü illər üzrə birbaşa şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən gəlir və xərclərinin uçotu tam şəkildə aparılmış, mənfəətin Vergi Məcəlləsinin 67-ci maddəsi tətbiq olunmaqda müəyyən edilməsi üçün heç bir əsas yaranmamışdır. Bununla yanaşı, sənədlərdə çatışmazlıq olsaydı belə, kassasiya instansiyasının vahid məhkəmə təcrübəsinə görə, şərti rentabellik normasına birbaşa istinad olunmaqla mənfəətin müəyyən olunması yolverilməzdir və yalnız Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş mənbələr hesabına mənfəətin müəyyən edilməsi mümkün olmadıqda, şərti rentabellik norması tətbiq oluna bilər.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.1, 67.1.1-67.1.9, 67.2.1, 67.2.2, 67.2.3, 67.3, 67.4, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14, 70-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********181690 saylı qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2021 – xx.xx.2024-cü il vergi dövlərini əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2024 tarixində başlanmış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY242089120; xx.xx.2024-cü il). Yoxlanılan dövrdə "xxxx" MMC “dəmir məmulatlarının, su kəməri və istilik şəbəkəsi avadanlıqlarının istehsalı və topdan satışı” ilə məşğul olmuşdur. "xxxx" MMC-yə növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə bildiriş, qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********181748 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin heç biri yoxlamaya təqdim edilməmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsini əsas tutularaq xx.xx.2024-cü il tarixli, **********183122 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar qəbul edilmişdir. Eyni zamanda vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün xx.xx.2024-cü il tarixli, **********525800 nömrəli məktubu ünvanlanmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməyən kalkulyasiya məlumatları, əsas vəsaitlər barədə hesabat, material hesabatı, debitor və kreditor borclar barədə məlumat və digər xx.xx.2024-cü il tarixli, **********181748 nömrəli tələbnamədə qeyd olunan bütün sənədlərə görə Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən vergi ödəyicisinin rəhbəri Qanuni nümayəndə iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və bir nüsxəsi vergi ödəyicisinə əlbə-əl təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisinə Tələbnamə təqdim edilməsinə, məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməyib. vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat vergi orqanına təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən yoxlanılan dövr üzrə istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin istehsal həcminin müəyyən edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 23.1.14-cü və 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğundan xx.xx.2024cü il tarixli qərarla mütəxəssis dəvət edilmiş, Azərbaycan Respublıkası Tıcarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis X3 dəvət olunmuşdur. Mütəxəssis tərəfindən rəy yoxlamayaq təqdim edilənədək yoxlama bir neçə dəfə dayandırılmışdır. Vergi ödəyicisi yoxlamaya zəruri olan sənədləri təqdim etmədiyi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyi tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2024-cü il tarixli, **********959200 nömrəli məktuba əsasən mütəxəssisin rəy verməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra vergi yoxlaması vergi qanunvericiliyinin verdiyi imkanlardan istifadə edərək yoxlamanı davam etdirmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 2021, 2022 və 2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri yoxlanılmışdır. Vergi ödəyicisi 2021-ci ilin mənfəət vergisi bəyannaməsini kassa metodundan, 2022 və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrini hesablama metodundan istifadə edərək təqdim etmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2021-ci il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 4718 900,13 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 4430002,63 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 7128,50 manat, vergitutma məqsədləri üçün mənfəətin 281769,00 manat, mənfəət vergisinin 56353,80 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 7621365,87 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 6685930,53 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 337500 manat, vergitutma məqsədləri üçün mənfəətin 597935,34 manat, mənfəət vergisinin 119587,07 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 8106214,03 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 7505100,61 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 205548 manat, vergitutma məqsədləri üçün mənfəətin 395565,42 manat, mənfəət vergisinin 79113,08 manat olduğu bəyan edilmişdir. qtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə 2021-2023cü illər üzrə “Politelin boruların istehsalı müəssisələrin qurulması layihəsi” üçün investisiya təşviqi sənədi verilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi polietilen xammalı alaraq müxtəlif ölçülərdə boru istehsal etmiş və həmçinin eyni növdə olan boruları idxal və elektron-qaimə faktura vasitəsi ilə əldə etmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisinin gəlirləri vergi orqanının uçot-məlumat bazasına əsasən müəyyən edilən təqdim edilmiş elektron qaimə-faktura və NKA məlumatlarından formalaşmışdır. Belə ki, vergi orqanının baza məlumatlarının qarşılıqlı təhlili zamanı vergi ödəyicisinin istehsaldan əldə etdiyi gəliri 2021-ci il üzrə 1 179324,13 manat, 2022-ci il üzrə 3733426,27 manat və 2023-cü il üzrə isə 4617530,96 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən istehsal olunan mallar haqqında yoxlamaya məlumatlar (kalkulyasiya) təqdim edilmədiyindən həmin mallardan əldə edilən mənfəəti və investisiya təşviqi sənədinə əsasən mənfəətdən azadolmanı müəyyən etmək mümkün olmadığı üçün Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik normasından istifadə edilmiş və müəyyən edilmişdir ki vergi ödəyicisinin istehsal olunan mallar üzrə mənfəəti 2021 ci il üzrə 196 554,02 (( 1179324,13*20 ) / 120)) manat, 2022-ci il üzrə 622237,71 (( 3733 426,27*20 ) / 120)) manat və 2023-cü il üzrə isə 769588,49 (( 4617530,96*20 ) / 120)) manat olmuşdur. Mənfəət vergisi üzrə: 2021-ci il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir. Vergi ödəyicisinin 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər - 4718900,13 manat Mənfəəti 2021-ci il üzrə 4718900,13 x 20 / 120 = 786 483,36 manat Vergi ödəyicisinin 2021-ci il üzrə mənfəəti 786 483,36 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 98277,01 (196552,02 *50%) manat, vergiyə cəlb olunan mənfəəti 688206,34 manat, mənfəət vergisinin məbləği 137 641,27 manat (( 786483,36 - 98277,01) * 20% = 137641,27 ) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2021-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 56 353,80 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2021-ci ilin mənfəət vergisi üzrə 81 287,47 manat (137641,27 - 56353,80) əlavə mənfəət vergisi hesablanmışdır. 2022-ci il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən gəlirə görə şərti rentabellik normasının tətbiqi üsuldan istifadə edilmişdir. Vergi ödəyicisinin 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər - 7747652,08 manat, Mənfəəti 2022-ci il üzrə 7747652,08 x 20 / 120 = 1291275,35 manat, Vergi ödəyicisinin 2022-ci il üzrə mənfəəti 1291275,35 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 311118,86 (622237,71*50% ) manat, vergiyə cəlb olunan mənfəəti 980 156,49 manat, mənfəət vergisinin məbləği 196 031,30 manat ((1291275,35 - 311118,86) * 20% = 196031,30) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2022-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 119587,07 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2022-ci ilin mənfəət vergisi üzrə 76444,23 manat (196031,30 - 119587,07) əlavə mənfəət vergisi hesablanmışdır. 2023-cü il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən gəlirə görə şərti rentabellik normasının tətbiqi üsuldan istifadə edilmişdir. Vergi ödəyicisinin 2023-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər - 8106214,03 manat, Mənfəəti 2023-cü il üzrə 8106214,03 x 20 / 120 = 1351035,67 manat, Vergi ödəyicisinin 2023-cü il üzrə mənfəəti 1351035,67 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 384794,25 manat, vergiyə cəlb olunan mənfəəti 966241,42 manat, mənfəət vergisinin məbləği 193 248,28 manat ((1351035,67 - 384794,25) * 20% = 193248,28 ) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin mənfəət vergisi üzrə bəyan edilmiş 79 113,08 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2023-cü ilin mənfəət vergisi üzrə 114 135,20 manat (193248,28 - 79113,08) əlavə mənfəət vergisi hesablanmışdır. Ümumilikdə 2021-2023-cü illərin mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108- ci, 109-cu, 134-cü, 135-ci, 136-cı, 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən 271 866,90 manat əlavə vergi məbləğinin hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə isə azaldılmış 271866,90 manat (81287,47 +76444,23 +114135,20 = 271866,90) vergi məbləğinin 50%-i miqdarında, yəni 135933,45 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) yoxlama ilə əhatə olunan dövrdə Əlavə dəyər vergisinin tədiyyəçisi olmuşdur. İddiaçı MMC-də aparılan səyyar vergi yoxlaması zamanı əmlakın uçotdan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması məqsədilə inventarizasiyanın aparılması zərurətinin yarandığından Vergi Məcəlləsinin 38.5-ci maddəsinə uyğun olaraq “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********183356 nömrəli qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə mülkiyyətdə və istifadədə olan əmlakın inventarizasiyası aparılaraq bu barədə akt tərtib edilmişdir. Vergi ödəyicisində əvvəlki səyyar vergi yoxlaması zamanı xx.xx.2022-ci ildə keçirilmiş inventarizasiya ilə xx.xx.2024-cü ildə keçirilmiş inventarizasiyanın qarşılıqlı təhlili zamanı 153293,03 manat dəyərində malın (kombi, boru, radiator, nasos və s.) əksik gəldiyi müəyyən edilmişdir. Beləliklə, yerində olmayan 153293,03 manat dəyərində malın yoxlama dövrünün sonuncu ayına, yəni 2024-cü ilin yanvar ayı üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlara əlavə edilərək 153293,03 manat dövriyyənin artırılması, Vergi Məcəlləsinin 67.15-ci və 159.5-ci maddələrinə əsasən 27592,75 manat (153293,03 x 18% = 27592,75) əlavə vergi məbləğinin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 % miqdarında, 13796,38 manat (27592,75*50% ) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müstəqil maliyyə sanksiyaları: Aparılan səyyar vergi yoxlaması zamanı bank və ƏDVDH məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 412 ədəd ödəniş tapşırığında, 2023-cü il üzrə 423 ədəd ödəniş tapşırığında və 2024-cü il üzrə 10 ədəd ödəniş tapşırığında, cəmi 845 ödəniş tapşırığında ödənişin təyinatı hissəsində tələb olunan məlumatlar düzgün qeyd olunmamışdır. Yoxlama zamanı bank və ƏDV depoziti hesabı məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 49 ədəd elektron qaimə-faktura üzrə 4655,46 manat, 2023-cü il üzrə 36 ədəd elektron qaiməfaktura üzrə 13232,92 manat və 2024-cü il üzrə 1 ədəd elektron qaimə-faktura üzrə 4,00 manat ƏDV məbləğinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmişdir.
b) Tərəflərin iştirakı və izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. X2nin xx.xx.2024-cü il tarixli, **********181690 saylı qərarına əsasən oktyabr 2021yanvar 2024 dövrləri əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması həyata keçirilməsi qərara alınmışdır.
10. KY242089120 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir.
11. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********181748 nömrəli tələbnamə təqdim edilərək və tələbnamədə qeyd olunan sənədlərin 15 iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir.
12. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********183122 nömrəli qərar qəbul edilmişdir.
13. xx.xx.2025-ci il tarixli səyyar vergi yoxlaması aktına baxılma haqqında protokoldan görünür ki, vergi ödəyicisinin nümayəndəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə tanış edilmişdir.
14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, zavod ərazisindən icarəyə götürdüyü istehsal sahəsində elektrik enerjisindən istifadə ilə əlaqədar aylıq sayğac göstəriciləri üzrə İddiaçı MMC tərəfindən bank hesabına köçürmə və 09/2-626 Abunǝ koduna ödəmə yolu ilə aidiyyəti üzrə "xxxx" ASC-yə aşağıda qeyd olunan məbləğdə vəsait ödənilmişdir: 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları cəmi 10900 manat, 2022-ci ilin 12 ayı ərzində (yanvar - dekabr) cəmi 69755 manat, 2023-cü ilin 12 ayı ərzində (yanvar - dekabr) cəmi 130542 manat və 2024-cü ilin 7 ayı ərzində (yanvar - iyul) cəmi 111074 manat.
15. X2nin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı əsasında İddiaçı MMC barəsində 299459,65 manat vergilər və 242094,42 manat maliyyə sanksiyası (2021ci il üzrə mənfəət vergisi üzrə - 81287,47 manat, 2022-ci il üzrə mənfəət vergisi üzrə - 76444,23 manat, 2023-cü il üzrə mənfəət vergisi üzrə - 114135,20 manat, 2024-cü il üzrə əlavə dəyər vergisi üzrə - 27592,75 manat, 2021-ci il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 40643,74 manat maliyyə sanksiyası, 2022-ci il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 38222,12 manat maliyyə sanksiyası, 2023-cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 57067,60 manat maliyyə sanksiyası, 2024-cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 13796,38 manat maliyyə sanksiyası, 2022-ci il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2659,47 manat maliyyə sanksiyası, 2023-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 5203,11 manat maliyyə sanksiyası, 2024-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2 manat maliyyə sanksiyası, 2022-ci il üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə VM 57.7-ci maddəsinə uyğun olaraq 41200 manat maliyyə sanksiyası, 2023-cü il üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə VM 57.7-ci maddəsinə uyğun olaraq 42300 manat maliyyə sanksiyası və 2024-cü il üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə VM 57.7-ci maddəsinə uyğun olaraq 100 manat maliyyə sanksiyası) hesablanmışdır. Yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
16. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisi İddiaçı MMC-yə **********957900 nömrəli tələbnamə göndərilərək mübahisələndirilən qərar əsasında hesablanmış 541554,07 manat məbləğin 5 gün müddətində ödənilməsi tələb edilmişdir.
17. İddiaçı tərəfindən İddiaçı MMC-nin 2021-2023-cü illər üzrə idxal əməliyyatları haqqında məlumatlar, alış və satış üzrə elektron qaimələr barəsində məlumatlar məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.
19. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
20. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yəni, bu iddianın xüsusi mümkünlük şərti iddianın prosessual müddətə cavab verməklə qərarın təqdim edilməsi tarixindən 30 gün ərzində mübahisələndirilməsidir. Belə ki, mübahisəli qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edilmişdir.
b) Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyasının: 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. ... 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.11-ci maddəsinə əsasən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir. 16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə - elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 16.11.2. xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi; 16.11.3. borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi. 24.1.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 57.7-ci maddəsinə əsasən bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır (mübahisəli dövrdə qüvvədə olan redaksiyada): 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada): 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (mübahisəli dövrdə qüvvədə olan redaksiyada).
24. 30 iyul 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın: 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
27. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.
28. Belə ki, X2nin xx.xx.2024-cü il tarixli, **********181690 saylı qərarına əsasən oktyabr 2021- yanvar 2024 dövrləri əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması həyata keçirilməsi qərara alınmış, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş, Yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. X2nin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı əsasında İddiaçı MMC barəsində 299459,65 manat vergilər və 242094,42 manat maliyyə sanksiyası hesablanmışdır.
29. Məhkəmə mübahisələndirilən qərarın 2021, 2022 və 2023-cü illər üzrə mənfəət vergisinin hesablanması hissəsinə münasibətdə qeyd edir ki, həmin qərarla hər üç təqvim ili üzrə cavabdeh vergi ödəyicisinin xərclərinin müəyyən edilməsinin mümkün olmadığı qeyd etmiş və gəlirə görə şərti rentabellik norması üsulundan istifadə etməklə mənfəət müəyyən etmişdir.
30. İddiaçı 2021-2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrini və həmin bəyannamələrin xərclər sətirlərində əks olunan göstəricilərə dair sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı hər üç il üzrə təqdim olunan mənfəət vergisi bəyannamələrinin xərclər hissəsində göstərilən əsas xərclərin – 221.3-cü (xammal və materiallar) və 221.4-cü (malın dəyəri) sətirlərində əks olunan məbləğlərin tamlıqla sənədlərlə təsdiq olunduğu müəyyən olunmuşdur. Cavabdeh özü də aktın 14-16-cı səhifələrində iddiaçının bəyannamələrdə əks etdirdiyi əsas xərclərin mövcud olduğunu təkzib etməmiş, yalnız müəyyən xərcləri (enerji, rabitə, digər xərclər) qəbul etmədiyini bildirmişdir. Məhkəmə bildirir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunun ərazisində icarəyə götürdüyü obyektdə fəaliyyət göstərdiyindən elektrik sərfiyyatı barədə ayrıca elektron qaimə-faktura ona deyil, zavoda təqdim olunur. İddiaçı isə ümumi elektrik sərfiyyatının özünə aid olan hissəsini ödəyir. Bununla bağlı təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əsasən iddiaçının 2021-ci ilin oktyabr - dekabr ayları üzrə 10900 manat, 2022-ci il ərzində 69755 manat, 2023-cü il ərzində 130542 manat elektrik enerjisi xərclərini ödədiyi müəyyən olunur. Qalan xərclərin ümumi xərclərin tərkibində xüsusi çəkisi olduqca aşağıdır. Qeyd olunanlara əsasən məhkəmə bildirir ki, iddiaçının 2021-2023-cü illərə dair fəaliyyəti üzrə gəlir və xərc sənədləri təsdiqini tapdığından mənfəət birbaşa müəyyən olunur. Cavabdeh yoxlama aktında və yekun qərarda mənfəət birbaşa müəyyən olunduğu halda hansı əsasla Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini tətbiq etdiyini açıqlamamışdır. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda şərti rentabellik normasını tətbiq etməklə mənfəəti müəyyən edə bilər. Lakin qeyd olunan hallar gəlir və ya xərclərin əsas hissəsinin mövcud olmadığı, başqa sözlə mənfəətin birbaşa müəyyən edilmədiyi hallarda tətbiq olunur. Cavabdeh iddiaçının mənfəətini müəyyən edərkən Vergi Məcəlləsi ilə müəyyən olunan iddiaçıya məxsus əlaqəli məlumatları təhlil etməmiş, analoji vergi ödəyicilərinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, şərti rentabellik normasını heç bir əsaslandırma olmadan birbaşa tətbiq etmişdir. Məhkəmə həmçinin bildirir ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 67.17-ci maddəsi yalnız həmin maddə üzrə ardıcıllığın mövcud olmadığı əks etdirir. Həmin maddə ilə müəyyən olunan hansı üsul və vasitə tətbiq olunursa, inzibati orqan niyə məhz həmin üsulu tətbiq etdiyini əsaslandırmalıdır. Bu öhdəlik Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergi orqanlarının vergiləri düzgün hesablamaq vəzifəsindən irəli gəlir. Hazırkı mübahisədə isə iddiaçının 2021-2023-cü illər üzrə iş materialına əlavə etdiyi xərc sənədləri (elektron qaiməfakturalar, idxal sənədləri, arayış və s.) yoxlama zamanı da cavabdeh inzibati orqanda mövcud olmuş və bu sənədlərin mötəbərliyi mübahisələndirilməmişdir. Bununla da, həm 2021-2023-cü illər üzrə mənfəətin birbaşa müəyyən olunması, həmçinin cavabdeh tərəfindən 67-ci maddənin tələblərinə riayət edilmədən və əsaslandırılmadan birbaşa şərti rentabellik normasını tətbiq edilməsi qanunvericiliyə uyğun olmamışdır.
31. Eyni zamanda vergi orqanı 2022, 2023 və 2024-cü illər üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən maliyyə sanksiyası hesablamışdır. Sözügedən qərarda qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 412 ədəd ödəniş tapşırığında, 2023-cü il üzrə 423 ədəd ödəniş tapşırığında və 2024-cü il üzrə 10 ədəd ödəniş tapşırığında açıqlama hissəsində məlumatlar düzgün qeyd olunmamışdır. Bununla bağlı məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 57.7-ci maddəsinə görə, bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 16.11-ci maddəsinə əsasən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir.
32. Lakin cavabdeh tərəfindən təqdim olunan cədvəldən müəyyən olunur ki, bəhsedilən köçürmələr iddiaçı ilə digər vergi ödəyiciləri arasında bank vasitəsilə aparılan ödənişlər deyil, iddiaçının ƏDV sub-uçot hesabından digər vergi ödəyicilərinin ƏDV subuçot hesablarına aparılan ödəmələrdir. Göründüyü kimi, cavabdeh Vergi Məcəlləsinin 16.11-ci maddəsini yanlış tətbiq edərək hər hansı təchizatçı olmadan birbaşa iki vergi ödəyicisi arasında aparılan əməliyyatı həmin normanın pozuntusu kimi qiymətləndirmişdir.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərar 2021, 2022 və 2023-cü illər üzrə mənfəət vergisinin hesablanması və 2022, 2023 və 2024-cü illər üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyasının hesablanması hissələrində ləğv edilməlidir.
34. Məhkəmə 2024-cü il üzrə əlavə dəyər vergisinin hesablanmasına münasibətdə bildirir ki, yoxlama zamanı xx.xx.2022-ci ildə keçirilmiş inventarizasiya ilə xx.xx.2024-cü ildə keçirilmiş inventarizasiyanın qarşılıqlı təhlili zamanı 153293,03 manat dəyərində malın əksik gəldiyi müəyyən edilmiş, yerində olmayan 153293,03 manat dəyərində malın yoxlama dövrünün sonuncu ayına, yəni 2024-cü ilin yanvar ayı üzrə ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlara əlavə edilərək 27592,75 manat əlavə vergi məbləğinin hesablanmış və həmin məbləğin 50% miqdarında, yəni 13796,38 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İnventarizasiya aktı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və həmin akt iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı tərəf yerində olmayan mallar barədə hər hansı məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi vergi orqanının xx.xx.2025-ci il tarixli qərarı sözügedən hissədə əsaslı olmuş və iddia tələbi həmin hissədə təmin edilməməlidir.
35. Həmçinin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2022-ci il üzrə 2659,47 manat, 2023-cü il üzrə 5203,11 manat və 2024-cü il üzrə 2 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 49 ədəd elektron qaimə-faktura üzrə 4655,46 manat, 2023-cü il üzrə 36 ədəd elektron qaiməfaktura üzrə 13232,92 manat və 2024-cü il üzrə 1 ədəd elektron qaimə-faktura üzrə 4 manat ƏDV məbləğinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd olunan ƏDV məbləğlərinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmədiyini sübuta yetirə bilməmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən qərar həmin hissədə də əsaslı olduğundan və iddia tələbi həmin hissədə təmin edilməməlidir.
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X2nin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı 2024-cü il üzrə əlavə dəyər vergisi üzrə - 27592,75 manat hesablanması, 2024-cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 13796,38 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2022-ci il üzrə VM 58.6cı maddəsinə uyğun olaraq 2659,47 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2023-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 5203,11 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2024-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2 manat maliyyə sanksiyası tətbiq edilməsi istisna olmaqla qalan hissədə ləğv edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. X2nin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı 2024-cü il üzrə əlavə dəyər vergisi üzrə - 27592,75 manat hesablanması, 2024-cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 13796,38 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2022-ci il üzrə VM 58.6cı maddəsinə uyğun olaraq 2659,47 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2023-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 5203,11 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2024-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2 manat maliyyə sanksiyası tətbiq edilməsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli