Məhkəmə qərarları › İş №e-2-1(118)-467/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-467/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-467/2022 11.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan N ünvanında yaşayan), Cavabdehin nümayəndəsi XN (Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi, ünvan 3i ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi X3 29.09.202N-ci il tarixli 022gm №-li əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi X3 26.09.202N-ci il tarixli 022gm №-li əmrindən çıxarışın ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi X3 29.09.202N-ci il tarixli 022gm №-li əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, iddiaçı xx.xx.N986-cı il tarixdə anadan olmuşdur. 22.04.2006-cı il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlamışdır. Sonradan 22.0N.2008-ci il tarixdən 24.N0.20N3-cü il tarixə kimi N N saylı hərbi hissədə, 24.N0.20N3cü il tarixdən 24.NN.20N8-ci il tarixə kimi N N saylı hərbi hissənin kəşfiyyat bölüyündə baş çavuş, 29.N0.2020-ci il tarixdən N2.N0.202N-ci il tarixə kimi N N saylı hərbi hissənin kəşfiyyat bölüyünün radiokəşfiyyat və radiomaneə tağımınn komandiri kimi xidmət etmişdir. 20N7-ci ilin may aynda baş vermiş Tərtər hadisələri ilə əlaqədar o, 20N8-ci ildə həbs edilmiş və 6 il müddəyinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsi tərəfindən cəzası azaldılmışdır. 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsinin başlamasından sonra o, dəfələrlə Azərbaycan Respublikası Prezidentinə müraciət edərək onun azadlığa buraxılaraq müharibəyə getmək istədiyini bildirmişdir. Xəzər rayon Məhkəməsinin 24.N0.202N-ci il tarixli qərarına əsasən o, cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ertəsi gün müharibəyə yollanmışdır. Bundan sonra o,N il müddətində N saylı hərbi hissədə xidmət etmişdir. Təxris olunmazdan əvvəl kadrlar üzrə müavin onu çağıraraq təxris olumalı olduğuinu bildirmişdir. Halbuki, obun xidmət ərzində hər hansı nöqsanı və inzibati tənbehi olmamışdır. Əksinə xidmət göstərdiyi müddətlərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 90 illik yubileyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubiley”, “Qüsursuz xidmətlərə görə 3-cü dərəcə” və Azərbyacan Ordusunun N00 illiyi yubiley medalları ilə təltif olunmuşdur. Onun bir nöqsanı olmuş olsaydı, müharibədən sonra N il ərzində xidmətdə saxlanılmazdı və ümumiyyətlə, yenidən hərbi xidmətə qəbul edilməzdi. Bununla baölı, o, təxris olunması barədə əmri qanunsuz hesab edərək ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, ehtiyatda olan gizir İddiaçı N Nömrəli hərbi hissədə, gizir hərbi rütbəsində, hərbi xidmətdə olarkən ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməllərini törətdiyindən Tərtər hərbi məhkəməsinin N3 mart 20N9-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N26.2.N, N26.2.3, 62, N26.3, 62, N27.2.2, N33.2.N, N33.2.3, N33.2.4, N33.2.6, 34N.2.3, 34N.2.N və 66.3-cü maddələrində əsasən 6 il nmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan sonra, Tərtər hərbi məhkəməsinin 28 avqust 2020-ci il qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 0N may 2020-ci il tarixli qanununu tətbiq edilməklə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.2.N, 34N.2.3-cü maddəsindən Cinayət Məcəlləsinin 34N.N-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 5 il N ay azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin N3 oktyabr 2020-ci il tarixli qərarı ilə 28 avqust 2020-ci il tarixli qərar ləğv edilmiş, əməli Azərbaycan Respublikası CM-nin N26.2.N,N26.2.3, N26.3, N33.2.N, N33.2.3, N33.2.4, N33.2.6 maddələri Cinayət Məcəlləsinin 329.2.N, 329.2.2, 329.2.6, 329.3-cü maddələrinə tövsif edilmiş və Cinayət Məcəlləsinin 329.2.N, 329.2.2, 329.2.3. 329.2.6, 62, 329.3, 62, N27.2.2, 34N.2.N, 34N.2.3, 66.3-cü maddələri ilə qəti olaraq 3 il N ay müddətinə azadlıqdan mərhumetmə cəzası təyin olunmuşdur. Beləliklə, İddiaçı xidmət dövründə Cinayət Məcəlləsinin məcmusu ilə nəzərdə tutulmuş, insan həyat və sağlamlığı əleyhinə olan cinayətlər qrupuna aid bir sıra ağır cinayətlər törətdiyi, onun təqsiri məhkəmə hökmləri ilə tam sübuta yetirilmiş azadlıqdan məhrum etmə növündə cəzasının bir hissəsini cəzaçəkmə məntqəsində saxlanılmaqla çəkmişdir. 24 oktyabr 202N-ci ildə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə İddiaçı 9 ay 5 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Vətən müharibəsi ərəfəsində vətəndaş İddiaçı öz müraciəti nəzərə alınaraq hərbi xidmətə qəbul edilmiş, Vətənin müdafiəsində minlərlə digər vətəndaşlar kimi iştirak etmişdir. Vətəndaş İddiaçı hərbi xidmətə qəbul olunarkən Vətən müharibəsinin ən gərgin həlledici mərhələsi olmuşdur. Ona müharibədən sonra xidmət etməsi barədə öhdəlik tərtib olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin tələblərinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Vətəndaş İddiaçı də Azərbaycan Respublikasının vətəndaşı kimi həmin dövrdə öz vətəndaaşlıq borcunu yerinə yetirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində qeyd olunur ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. İddiaçı ehtiyyata buraxıldığı an, yəni 26.09.202N-ci il tarixə məhkumluğu ödənilməmiş, xidmətə münasibəti və davranışı dəyişməmişdir. Belə ki, iş materiallarında olan N Nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş N5.09.202N-ci il tarixli NN333 nömrəli aktın surətindən görünür ki, N Nömrəli hərbi hissədə xidmət edən gizir İddiaçı Azərbaycan Respublikasının yuxarıda qeyd olunan maddələr ilə azadlıqdan məhrumedilmə cəzasına məhkum edilməsi, hərbi hissənin şəxsi heyəti tərəfindən bilinməkdədir, onun bu əməlləri şəxsi heyət tərəfindən birmənalı qarşılanmır. İddiaçı qeyd olunan əməlləri hərbi hissənin şəxsi heyətinin intizamına və mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərir, gələcəkdə hər hansı neqativ halların baş verməməsi məqsədi ilə gizir İddiaçı Azərbaycan Ordusundan xidmətini davam etdirməsini məqsədəuyğun görünmədiyindən onun ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır.Şərh olunanlardan görünür ki, ehtiyatda olan gizir İddiaçı ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməllərini hərbi xidmət dövründə törətdiyindən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edildiyindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə uyğun olaraq qanuni və əsaslı şəkildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan : - -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı müavini X3 26.09.202N-ci il tarixli, 022gm, №-li əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı “Hərbixidmətkeçmə haqqında “ Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - -N Nömrəli hərbi hissə komandirinin N2.N0.202N-ci il tarixli 295 nömrəli əmrindən görünür ki, K.Əliyev N2.N0.202N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyataq durmaq üçün SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 0N.NN.202N-ci il tarilxi arayışından görünür ki,Əliyev X5 Hərbi Məhkəməsinin N3 mart 202N9-cu il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Tərtər Hərbi Məhkəməsinin 28 avqust 2020-ci il tarilxi qərarı ilə 05 il 0N ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Şəki Apellyasiya Məhkəməsinin N3 oktyabr 2020-ci il tarixli qərarı ilə 28 avqust 2002-ci il tarixli qərar ləğv edilmiş, İddiaçı qəti olaraq 03 il 0N ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 24 oktyabr 2020-ci ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə 09 ay 05 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. -703 saylı hərbi hissənin komandiri tərəfindən tərtib olunmuş və komissiya üzvləri tərəfindən təsdiq edilmiş N5.09.202N-ci il tarixli NN333 saylı aktdan görünür ki,gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətini davam etdirməsini məqsədəuyğun görülmür. -İddiaçı barəsində təqdim olunan N6.09.202N-ci il tarixli təqdimatın nəticə hissəsindən görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun deyil, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırır. - Şəxsi işdə olan N-ci söhbət vərəqindən görünür ki, İddiaçı ilə N5.09.202N-ci il tarixdə keçirilmiş söhbət zamanı o, üzərinə atılan şər və böhtanların araşdırılmasını, döyüş zamanı düşmənə zərbələr endirməsini, 2-ci Qarabağ müharibəsi iştiakçısı olmasını və N5 il 6 ay xidmətinin nəzərə alınmasını xahiş etmişdir. - Şəxsi işdə olan 2-ci söhbət vərəqindən görünür ki, İddiaçı ilə N6.09.202N-ci il tarixdə keçirilmiş söhbət zamanı o, N5 il xidmət müddətində bir dəfə də olsun şərəf məhkəməsinə çıxmamış, hər hansı cəza almamışdır. Azyaşlı övladlarını və pandemiya dövrünü nəzərə alınaraq işdən azad edilməməsini xahiş etmişdir. -iddiaçının xidmət vərəqəsindən çıxarışdan görünür ki, İddiaçı N saylı hərbi hissənin müvafiq əmrləri ilə N9.03.202N-ci il, 27.05.202N-ci il 25.06.202N-ci il tarixlərdə “təşəkkür” verilmişdir. Cəzaları olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına görə Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizaminaməsində təsbit olunmuş əsaslara görə hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Bundan başqa, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; döyüşçü yoldaşlığına sadiq olmalı öz yoldaşlarına sözü və işi ilə kömək etməli onları nalayiq hərəkətlərdən çəkindirməli həyatını əsirgəmədən təhlükədən xilas etməlidir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun 24-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.20N5-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasəında həqiqi hərbi xidmətə daxil olmanın halları Qaydası”nın 3.9.2ci bəndinə görə məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslər ilə həqiqi hərbi xidmətə qəbul edilməklə bağlı bağlaşmanın imzalanmasından imtina edilir. Azərbaycan Respublikasının 03 oktyabr N997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N56-cı maddəsinin «e» bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Əsasnamənin N58-ci bəndinə görə törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; Məhkəmə qeyd edir ki, Vətən müharibəsi gedişatında iddiaçı cəzanı çəkməkdən vaxtından əvvəl azad edilmişdir və öz arzusu ilə müharibəyə yollanmışdır. Müharibə başa çatdıqdan sonra o, həmin hərbi hissədə xidmətini davam etmişdir. Lakin bu hal onun qanuni surətdə hərbi xidmətə qəbul edilməsi anlamına gəlmir. Belə ki, iddiaçı məhkəmənin qanuni qüvvəyə mimmiş hökmü ilə ağır cinayətləri törətməkdə təqsirli bilinmişdir və məhkumluğu ödənilmədiyi müddətdə yenidən hərbi xidmətə qəbul edilə bilməzdi. Bu halı aşkar edən cavabdeh onun ehtiyata buraxılması barədə əmr qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ehtiyata biuraxıması qanunauğyundur. Onun ehtiyata buraxılmasına dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.N-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.N-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.N-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar