Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-471/2022 30.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Madat İbragimovun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “ “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli Qərarın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Madat İbragimov cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia qaldıraraq “ “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli Qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005461 nömrəli Akt tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində guya həmin obyektdə xx.xx.2021-ci il tarixdə 3214566,3 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********1360 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar əsasında cəmiyyətə 321456,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda 04 noyabr 2021-ci il tarixli **********5358100 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında" Qərara əsasən tərəfindən xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə ünvanlanmış “sənədlə alınmış ******* manat dəyərində malların pərakəndə satılmasına baxmayaraq vergi orqanı əməkdaşları tərəfindən qanunsuz olaraq həmin malların satışının topdansatış kimi aktlaşdırılması nəticəsində ona tətbiq edilən 321436.6 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsinə dair” inzibati şikayəti təmin edilməmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********1360 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız hesab edirlər: Cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 3214566,3 manat dəyərində malların elektron qaiməfaktura təqdim edilməli olduğu halda elektron qaimə-faktura verilmədən təqdim edilməsi aşkar olunmuşdur. Başqa sözlə desək, vergi orqanı cəmiyyətə məxsus obyektdə qəfil reyd zamanı xx.xx.2021-ci il tarixdə 3214566,3 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. Qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (xx.xx.2021-ci il tarixdə) cəmiyyətə məxsus obyektdə 3214566,3 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri Nəzarət kassa aparatına mədaxil edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 16.1.11-6-cı maddəsinə əsasən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi (16.1.11-6.1), dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi (16.1.11-6.2) və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi (16.1.11-6.3) istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Sadalanan normalardan aydın olduğu kimi, mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün təqdim edildiyi halda isə həmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət-kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-fakturanın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. İddiaçı, İbragimov Madat sahibkar kimi malların pərakəndə və topdansatışı ilə fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə- faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaimə- fakturanın təqdim edilməsi qeyri-mümkün olur. Başqa sözlə desək, elektron qaiməfaktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, iddiaçı sahibkar kimi qanunvericiliklə üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, ona əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və 50.1.1-50.1.14-cü maddələrdə sadalanan məsələləri, o cümlədən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilşmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsini (50.1.13) əhatə edən vergi nəzarəti formasıdır. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli aktda həmin gün deyil, xx.xx.2021-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və Nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək, iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Beləliklə, iddiaçı malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirərər, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: “Sübutetmə vəzifəsi” başlıqlı 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verəərk iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Uçot-baza məlumatlarına əsasən Madat İbragımovun xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2017-ci il tarixdən fəaliyyətini dayandırdığı, xx.xx.2021-ci il tarixdə fəaliyyətini bərpa etdiyi, xx.xx.2021-ci il tarixdə ilk obyekt qeydiyyatı (sahəsi 30 kv metr) barədə ərizə ilə müraciət etdiyi, xx.xx.2021-ci il tarixdə “İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” fəaliyyəti üçün ilk kassa aparatını qeydiyyata saldığı, xx.xx.2021-ci il tarixdə isə vergi ödəyicisi “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” və “Avtomobil ehtiyat hissələrinin pərakəndə satışı” (əsas) fəaliyyətləri ilə uçot məlumatlarına dəyişiklik etdiyi müəyyən olunur. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9054 nömrəli qərarı əsasında M.İbragımovun sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən mağaza-anbarda (sahəsi 30 kv metr) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 3.214.366,25 manat dəyərində malların elektron qaimə- faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005461 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, həmin akt M.İbragimov tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, operativ vergi nəzarəti tədbiri zamanı M.İbragimov təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda malları 20 % ticarət əlavəsi ilə topdan qaydada satdığını, eyni tarixli izahatında elektron qaimə-faktura tətbiq etmədən malları satdığını etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli qərarı ilə M.İbragimova 312.436,63 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********736200 nömrəli məktubu ilə M.lbragımovun qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 17:35-də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib) Həmçinin qeyd edirlər ki, vergi ödəyicisi xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 2.324.938,00 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 4076,62 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, əmək müqaviləsi hüquqi qüvvəyə minməklə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçisinin olmadığı, sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən mağaza-anbarın uçot baza məlumatlarına əsasən sahəsinin 30 kv metr olduğu, həmin dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin 2.898.666.03 manat (ƏDV-li) olduğu, cəmi 50.014,0 manat (ƏDV-siz) məbləğində malları elektron qaimə-faktura əsasında təqdim edildiyi, qeyd olunan dövr ərzində ümumilikdə 3211 çek üzrə 2.526.242,0 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, 1 çek üzrə orta hesabla 786,74 manat mədaxil olunduğu, seçmə üsulu ilə nəzarət- kassa aparatının çeklərində malların adının, markasının və fərqləndirici xüsusiyyətlərinin əks olunmadığı (nümunə: xx.xx.2021-ci il tarixli 600,0 manatlıq 16 nömrəli çek üzrə vahidinin qiyməti 600,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 500,0 manatlıq 506 nömrəli çek üzrə vahidinin qiyməti 500,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 800,0 manatlıq 604 nömrəli çek üzrə vahidinin qiyməti 800,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021ci il tarixli 800,0 manatlıq 1164 nömrəli çek üzrə vahidinin qiyməti 800,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri xx.xx.2021-ci il tarixli 1100,0 manatlıq 1576 nömrəli çek üzrə vahidinin qiyməti 1100,0 mana olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 1000,0 manatlıq 2700 nömrə çek üzrə vahidinin qiyməti 1000,0 manat olmaqla 1 ədəd avto təkər, xx.xx.2021-ci il tarix 900,0 manatlıq 2720 nömrəli çek üzrə vahidinin qiyməti 900,0 manat olmaqla 1 ədəd avtı təkər, xx.xx.2021-ci il tarixli 1000,0 manatlıq 2907 nömrəli çek üzrə vahidinin qiyməti 1000 manat olmaqla 1 ədəd avto təkər, xx.xx.2021-ci il tarixli 1500,0 manatlıq 2917 nömrəli çek üzrə vahidinin qiyməti 1500,0 manat olmaqla 1 ədəd işlənmiş avto mühərrik, xx.xx.2021-ci il tarixli 1200,0 manatlıq 2979 nömrəli çek üzrə vahidinin qiyməti 1200,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri), eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması və gün ərzində eyni məbləğdə çeklərin dəfələrlə kassaya vurulması halları, həmçinin operativ vergi nəzarəti zamanı aşkar olunmuş halların vergi ödəyicisinin faktiki iqtisadi göstəricilərinə (idxal edilmiş malların həcmi, obyektin sahəsi, işçi sayı) uyğun olmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3 bəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-İ, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Belə ki, sözügedən hallar (çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması və gün ərzində eyni məbləğdə çeklərin dəfələrlə kassaya vurulması, idxal edilmiş malların həcmi, obyektin sahəsi, işçi sayı) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Vergi orqanı tərəfindən yuxarıda sadalanan hallar aşkar olunaraq malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yanlız tədbir keçirilən zaman (gün və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri tədbiq edilir”. Bununla bağlı qeyd edirlər ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Yuxarıda qeyd olunan maddədən aydın olur ki, vergi orqanı Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il ərzində vergi ödəyicisini həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edə bilər. Göründüyü kimi vergi ödəyicisinin məhkəməyə müraciət etməsi vergi borcunu ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmişdir ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehin etirazına münasibətində qeyd etmişdir ki, iddiaçının operativ vergi nəzarəti tədbiri zamanı verdiyi izahatda malları vergi ödəyicilərinə satmasını etiraf etməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, idxal edilən malların gömrük orqanından buraxılışı qeyri-qanuni şəkildə məhdudlaşdırıldığından, iddiaçı həmin etirafedici izahatı verməyə məcbur buraxılmışdır. Bundan başqa qeyd edir ki, “Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə müəyyən olunur ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Bununla bağlı kollegiya qeyd edir ki, real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə yeganə mövqeyi olan - iddiaçı MTK-nın təsisçisinin etiraf - izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Belə ki, işdən görünür ki, iddiaçı tərəf həmin izahatın səhvən verildiyini iddia edir. Başqa sözlə, iddiaçının mövqeyinə əsasən bu, yanılma nəticəsində verilmiş izahatdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin yuxarıda əks olunmuş mövqeyinə görə, təkcə etiraf yetərli deyil, bu fakt digər sübutlarla da təsdiq olunmalıdır.” (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli 2-1(102)-468/2022 nömrəli Qərarı) Eyni zamanda, “..prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə.” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Qərarı) Yuxarıda qeyd olunanlardan aydın olur ki, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, istərsə də Ali Məhkəmənin İnzibati Kollegiyasının mövqeyi ondan ibarətdir ki, tərəfin izahatı yalnız iş üzrə başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin hazırkı işin hallarından göründüyü kimi, iddiaçının yoxlama zamanı verdiyi izahat iş üzrə digər obyektiv sübutlarla təsdiqini tapmadığından, məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilməz. Cavabdeh vergi orqanının iddiaçı tərəfindən vergi ödəyicilərinə satılmış mallara görə elektron qaimə-fakturaların təqdim edilməməsinə dair dəlillərinə münasibətdə ilk öncə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı məhz fərziyyələr və öz təxəyyülünün məhsulu olan “reallıqlar” əsasında qəbul etmişdir. Halbuki, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati aktı tam, hərtərəfli və obyektiv araşıdırılmış, hər hansı şübhəyə yer buraxmayan, bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verilmiş sübutlar əsasında qəbul etməlidir. (“İnzibati icraat haqqında” AR Qanunun 24- cü və 47-ci maddələri) Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri). İstinad olunan normaların təhlili onu deməyə əsas verir ki, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalıdır, başqa sözlə, vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-468/2022 nömrəli Qərarı) Hazırki işdə bir halda ki, cavabdeh malların topdan satıldığını iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Lakin işdə bu faktı təsdiq edən mötəbər sübut yoxdur. Belə ki, cavabdeh vergi orqanı inzibati icraat (operativ vergi nəzarəti) zamanı iddiaçı tərəfindən elektron qaimə-faktura tərtib edilmədən topdansatış qaydasında mal satılan bir nəfər də olsun vergi ödəyicisi aşkar edə bilməmiş, bu səbəbdən də gəldiyi nəticəni fərziyyələr (ehtimallar) ilə sübuta yetirməyə çalışmışdır. Çünki, cavabdeh vergi orqanı iddiaçının təsərrüfat subyektində sadəcə bir halda - VM-nin 58.8-ci maddəsinə müvafiq olaraq mal qalığının müəyyən edilməsi məqsədilə gəlmiş, VM-nin 58.13-cü maddəsi ilə bağlı isə hər hansı nəzarət tədbiri həyata keçirməmişdir. Belə ki, cavabdeh qeyd olunan maddəyə iddiaçı tərəfindən əməl edilməsinin yoxlanılması məqsədilə sonuncunun təsərrüfat subyektlərinə (obyektlərinə) getmədən, sadəcə vergi orqanının uçot bazasında olan məlumatlar əsasında hesablama həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktdan da bəlli olur ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən idxal edilmiş malların ümumi dəyərindən tədbir zamanı aşkar edilmiş qalıq malların və hesabat dövrləri ərzində elektron qaimə-faktura əsasında satılmış malların ümumi dəyərini çıxaraq, əldə olunan məbləğə 2 faiz ticarət əlavəsi və 18 % ƏDV məbləğini əlavə etməklə, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilmədən satılmış malların həcmini müəyyən etməyə çalışmışdır. Halbuki, operativ vergi nəzarəti VM-nin 50.2-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu hallarda vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektində (və ya nəqliyyat vasitəsində) əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində, vergi ödəyicisi tərəfindən tədbir baş tutan anda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində göstərilən məsələlərə riayət edilib- edilməməsini aşkar etmək məqsədilə həyata keçirilən vergi nəzarəti formasıdır. (Vergi Məcəlləsinin 50.1, 50.2, 50.3 və 50.4-cü maddələri) Göründüyü kimi, operativ vergi nəzarəti vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə getməklə, müşahidə anında vergi qanunvericiliyində nəzərdə tutulan tələblərə riyaət edilməsinin yoxlanılması məqsədilə həyata keçirilən nəzarət tədbiri olduğu halda, cavabdeh vergi orqanı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında iddiaçı tərəfindən VMnin 58.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim edilmədən mal satışının həyata keçirilib- keçirilməməsi ilə bağlı hər hansı nəzarət tədbiri (reydlər) həyata keçirmədən, sadə riyazi hesablama əsasında iddiaçıya əsassız maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğunu göstərir. Həmçinin qeyd edir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9054 nömrəli Qərarda nəzarət tədbirinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həyata keçirilməsi nəzərdə tutulsa da, cavabdeh vergi orqanı iddiaçının 2021-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər olan bütün fəaliyyətini əhatə etmişdir ki, bu da VM-nin yuxarıda izahı verilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi qaydalarını, şərtlərini və əsaslarını müəyyən edən 50.1- 50.4-cü maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, əvvəlki paraqraflarda izah edildiyi kimi, operativ vergi nəzarəti qəfil reyd şəklində vergi ödəyicisinin cari, yəni tədbir həyata keçirilən anda olan fəaliyyətini əhatə edə biləcəyi halda, cavabdeh vergi orqanı iddiaçının tədbir ilə əhatə olunmayan dövrlər üzrə faəliyyətini araşdıraraq mübahisəli qərarı qəbul etmişdir ki, qeyd olunan hesabat dövrləri vergi qanunvericiliyinə uyğun olaraq yalnızca səyyar vergi yoxlaması ilə yoxlanıla bilərdi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli Çıxarışda yoxlanılan dövrün “cari fəaliyyət” olaraq qeyd edilməsi də təsadüfi deyildir. Cavabdehin iddiaçı tərəfindən NKA-na mədaxil edilmiş məbləğlər ilə bağlı ƏDVlərin məhdud sayda fiziki şəxslər tərəfindən geri qaytarılması barədə dəlilinə münasibətdə ilk öncə qeyd edir ki, əgər vergi orqanın “əsas sübutu” məhz qaytarılan ƏDV məbləğlərinin məhdud sayda fiziki şəxslər arasında bölüşdürülməsidirsə, o zaman həyata keçirilmiş operativ vergi nəzarətinin və onun nəticəsində qəbul edilmiş qərarın qanunsuzluğu sübut etmək üçün çox də əziyyət çəkməyə ehtiyac qalmır. Belə ki, qeyd olunan “əsas sübut” vergi orqanının mübahisələndirilən inzibati aktı konkret sübutlar əsasında deyil, ehtimalar əsasında qəbul etdiyini bariz şəkildə göstərən etiraf kimi qiymətləndirilə bilər. Əvvəla, ona görə ki, məhkəmə təcrübəsindən bilindiyi kimi, adətən ƏDV qaytarılan şəxslər (hazırkı işdə cavabdeh bununla bağlı hər hansı araşdırma aparmanı məhkəməyə təqdim etməmişdir) vergi orqanında uçotda olmayan fiziki şəxslər olur ki, bu da vergi orqanının “iddiaçının malları EQF tərtib etmədən vergi ödəyicilərinə satması” barədə dəlilinin səhvliyini sübuta yetirir. İkincisi, cavabdeh vergi orqanı qeyd olunan araşdırmanı - yəni nəzarət kassa aparatları ilə satılmış mallar üzrə ƏDV-ni geri qaytaran şəxslərin siyahısını və məbləğini inzibati icraat çərçivəsində deyil, məhz məhkəmə çəkişməsi zamanı həyata keçirmişdir ki, bu da cavabdehin inzibati icraat haqqında qanunvericiliyə hansı səviyyədə riayət etdiyini və iddiaçının VM-nin 58.13-cü maddəsinin tələblərinə əməl edib-etməməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı nəzarət tədbirin həyata keçirilmədiyi barədə dəlilin doğruluğunu göstərir. Halbuki, cavabdeh vergi orqanı obyektiv və qanuni qərar qəbul etmək məqsədilə inzibati icraat (operativ vergi nəzarəti) çərçivəsində iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilmədən mal satılan vergi ödəyicilərinin (ən azı birinin) aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirməli, ƏDV qaytaran fiziki şəxslərin həmin malları istehlak yoxsa sahibkarlıq fəaliyyəti məqsədilə aldığını müəyyən etməli və həmin şəxslərin məhz faktiki mal alan şəxslər yoxsa 3-cü şəxslər olduğunu müəyyən etməli idi. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən vergi ödəyicisinin sahibliyində olan malların alışına dair elektron qaimə-fakturaların mövcud olub- olmamasının aşkar edilməsi də operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdəndir. Göründüyü kimi, vergi ödəyiciləri arasında sənədsiz malların satışının qarşısını almağı qarşısına guyaki “məqsəd” qoyduğunu iddia edən cavabdeh qurum, bu məqsədə nail olmaq üçün sənədsiz malların satışını və alışını həyata keçirən vergi ödəyiciləri ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparmalı olduğu halda, hazırkı halda ƏDV qaytaran şəxslərin siyahısını dəqiqliklə görə bildiyi və bununla bağlı nəzarət tədbiri zamanı araşdırma aparmalı olduğu halda, sadəcə iddiaçıya ehtimal əsasında maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da cavabdeh vergi orqanının məqsədinin sənədsiz malların dövriyyəsinin qarşısını almaq deyil, sadəcə olaraq büdcə proqnozlarını icra etmək xatirinə qanuni olub-olmamasına əhəmiyyət vermədən vergi ödəyicilərinə külli miqdarda maliyyə sanksiyaları tətbiq etmək olduğunu göstərir. Əgər cavabdeh vergi orqanı apardığı bu təhlilin məntiqsiz olduğunu zənn edirsə, qeyd edir ki, həyata keçirdikləri operativ vergi nəzarətini də məhz belə dolayı məntiqlər əsasında həyata keçirmişlər. Bir məqamı qeyd edir ki, cavabdeh vergi orqanının ƏDV qaytaran şəxslər ilə bağlı hər hansı araşdırma aparmamasının səbəbi həmin şəxslərin istehlakçı olmasıdır ki, bu hal sübuta yetiriləcəyi təqdirdə cavabdehin dəlilləri puç olacaqdı. Məhz bu səbəbdən də cavabdeh vergi orqanı VM-nin 58.13-cü maddəsinə iddiaçı tərəfindən riayət edilibedilməməsi ilə bağlı hər hansı əlavə araşdırma aparmadan sadəcə olaraq riyazi hesablama nəticəsində iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsini tərcih etmişdir. Cavabdehin iddiaçının malları kommersiya məqsədləri üçün alan şəxslərə NKA vasitəsilə satması barədə dəlilinə münasibətdə qeyd edir ki, dəfələrlə məhkəmə çıxışlarında da vurğuladığı kimi, mal alan şəxsin həmin malı istehlak yoxsa kommersiya məqsədləri üçün almasını, başqa sözlə alış niyətini müəyyən etmək satıcının öhdəliyi deyildir. Alıcının aldığı malları daha sonra hansı məqsədlər üçün istifadə etməsinə nəzarət etmək hüququ məhz vergi orqanlarının səlahiyyətinə daxildir. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan normalardan aydın olur ki, mallar istehlak məqsədilə alındıqda bu fəaliyyət pərakəndə, sahibkarlıq fəaliyyəti məqsədləri üçün alındıqda isə topdansatış fəaliyyəti hesab edilir. Pərakəndə satış zamanı alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, topdansatış zamanı isə elektron qaimə-faktura təqdim edilir. Qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi hesabat dövrləri ərzində təsərrüfat subyektinə daxil olmuş alıcılar malları istehlak məqsədilə aldığını və vergi orqanında uçotda olmadığını qeyd etdikdə, həmin şəxslərə satdığı mallara görə NKA- nın çekini, alıcılar malları sahibkarlıq fəaliyyəti məqsədilə aldığını və vergi orqanında uçotda olduğunu qeyd etdiyi halda isə həmin şəxslərə satdığı mallara görə elektron qaimə-faktura təqdim etmiş və satılmış mallar ilə bağlı vergiləri tam həcmdə ödəməklə dövlət büdcəsindən hər hansı vergi məbləğinin yayınmasına yol verməmişdir. Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə- fakturanın tərtib edilməsinə nəzarət edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 58.8.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda, alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Sadalanan normalardan aydın olduğu kimi, sahibkarlıq fəaliyyəti göstərən şəxslərin sahibliyində olan malların alışına dair elektron qaimə-fakturanın olub- olmadığını müəyyən etmək vergi orqanının hüququdur və vergi orqanı operativ vergi nəzarəti zamanı hər hansı vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-fakturanın olmadığını aşkar etdikdə, həmin şəxsə VM-nin 58.8-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyası tətbiq edir. Yuxarıda qeyd olunanları ümumiləşdirsək belə nəticə əldə edilə bilər ki, malların satışını həyata keçirən vergi ödəyiciləri, mal alan şəxsin malları hansı məqsədlə aldığını bəyan etməsindən asılı olaraq, malları istehlak məqsədilə aldığını bildirən şəxslərə NKAnın çekini, sahibkarlıq fəaliyyəti məqsədilə aldığını bildirən şəxslərə isə elektron qaiməfaktura təqdim edir. Satıcının alınan malların həqiqətdə hansı məqsədlə alındığını müəyyən etmək üçün hər hansı əlavə tədbir həyata keçirmək hüququ və ya öhdəliyi qanunla təsbit edilməmişdir. Bu isə o deməkdir ki, satıcı satışa dair sənədin növünü (qəbz, NKA çeki və ya elektron qaimə-faktura) alıcının özünü hansı formada təqdim etməsindən və malları hansı məqsədlə almasına dair iradə ifadəsindən asılı olaraq müəyyən edir. Qeyd olunan alıcıların həmin malları daha sonra hansı təyinat üzrə, yəni istehlak yoxsa sahibkarlıq fəaliyyət məqsədilə istifadə edib-etməməsini, sahibkarlıq fəaliyyəti məqsədilə istifadə etdiyi halda alışa dair elektron qaimə-fakturanın mövcud olubolmadığını müəyyən etmək öhdəliyi VM-nin 50.1.13 və 58.8-ci maddələrinə müvafiq olaraq vergi orqanlarının üzərinə qoyulmuşdur. Bu isə o deməkdir, alınan malların dəyərinin böyük və kiçik olmasından asılı olmayaraq (çünki qanunla belə bir say və ya qiymət məhdudiyyəti müəyyən edilməmişdir), malların satışını həyata keçirən vergi ödəyiciləri, indiki halda isə iddiaçı mal alan şəxslər özlərini istehlakçı kimi qələmə verdikdə, həmin şəxslərə NKA-nın çekini, vergi ödəyicisi kimi qələmə verikdə isə, həmin şəxslərə elektron qaimə-faktura təqdim etməli və alıcının daha sonra həmin malları aldığı təyinatdan fərqli formada istifadə etməsinə görə satıcı məsuliyyət daşıya və buna görə satıcıya hər hansı məsuliyyət tədbiri görülə bilməz. Cavabdehin iddiaçının NKA-dan istifadə etməsinə baxmayaraq, əslində topdansatış faəliyyəti göstərməsi barədə dəlilinə münasibətdə bildirir ki, nəzarət kassa aparatı pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə əhali ilə nağd pul hesablaşmalarının aparılması məqsədilə quraşdırılması məcburi olan elektron avadanlıq və ya kompüter sistemidir. (VM-nin 13.2.24 və 16.1.8-ci maddələri). Həmçinin qeyd edir ki, vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin (obyektlərinin) və onlarda quraşdırılan nəzarət-kassa aparatlarının uçotunu aparmaq vergi orqanlarının vəzifəsi kimi təsbit edilmişdir. (VM-nin 24.0.6-cı maddəsi) Eyni zamanda, vergi ödəyiciləri tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vergi orqanı tərəfindən həyata keçirilən operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdən biridir və həyata keçirilmiş nəzarət tədbiri zamanı buna dair hər hansı qanun pozuntusu aşkar edildiyi təqdirdə vergi ödəyicisinə müvafiq maliyyə sanksiyası tətbiq edilir. (VM-nin 50.1.3-cü və 58.7.1- ci maddələri) Yuxarıda sadalananlardan göründüyü kimi, qanunla nəzərdə tutulmuş hallarda, o cümlədən pərakəndə satış zamanı əhali ilə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir və vergi ödəyiciləri tərəfindən həmin qaydalara riayət edilib-edilməməsini aşkar etmək məqsədilə vergi orqanları tərəfindən vergi ödəyicilərinə məxsus obyektlərdə operativ vergi nəzarəti həyata keçirilir. Tədbir zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu aşkar edildikdə isə həmin vergi ödəyicilərinə VM-nin 58.7-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyaları tətbiq edilir. İş materiallarından göründüyü kimi, iddiaçı pərakəndə satış həyata keçirdiyi **********-31001 kodlu obyektdə nağd pul hesablaşmalarını rəsmiləşdirmək məqsədilə nəzarət-kassa aparatı quraşdırmış və həmin nəzarət-kassa aparatının vergi orqanında uçota alınmasına dair qeydiyyat vərəqəsi iddiaçıya təqdim edilmişdir. Eyni zamanda qeyd edir ki, yuxarıda göstərilən obyektdə mübahisələndirilən nəzarət tədbiri həyata keçirilən günədək - xx.xx.2021-ci il tarixədək vergi orqanı tərəfindən VM-nin tələblərinə müvafiq olaraq əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilməmiş və bununla bağlı iddiaçıya hər hansı maliyyə sanksiyası tətbiq edilməmişdir ki, bu da iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə pərakəndə satış fəaliyyətini qanunla müəyyən edilmiş qaydada həyata keçirdiyini, əhali ilə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirdiyini və ötən müddət ərzində vergi orqanı tərəfindən buna dair hər hansı qanun pozuntusunun aşkar edilmədiyini sübuta yetirir. Həmçinin qeyd edilməlidir ki, vergi orqanı iddiçının NKA-na daxil edilən məbləğlərin əslində topdan satılmış mallar ilə bağlı olduğunu iddia edirsə, bunu ehtimallar əsasında deyil, faktiki sübutlar əsasında, məsələn, iddiaçıdan mal almış vergi ödəyicisi və ya vergi ödəyiciləri barədə konkret məlumatlar (rekvizitlər) təqdim etməklə sübuta yetirməlidir. Belə ki, İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün idia olmaqla bərabər həmdə əsaslıdır. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar inzibati akt hesab olunduğuna görə iddia mübahisələndirmə haqqında iddiadır, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli Qərarın ləğv edilməsini istəyir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh vergi orqanı qeyd edir ki, Uçot-baza məlumatlarına əsasən Madat İbragımovun xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2017-ci il tarixdən fəaliyyətini dayandırdığı, xx.xx.2021ci il tarixdə fəaliyyətini bərpa etdiyi, xx.xx.2021-ci il tarixdə ilk obyekt qeydiyyatı (sahəsi 30 kv metr) barədə ərizə ilə müraciət etdiyi, xx.xx.2021-ci il tarixdə “İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” fəaliyyəti üçün ilk kassa aparatını qeydiyyata saldığı, xx.xx.2021-ci il tarixdə isə vergi ödəyicisi “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” və “Avtomobil ehtiyat hissələrinin pərakəndə satışı” (əsas) fəaliyyətləri ilə uçot məlumatlarına dəyişiklik etdiyi müəyyən olunur. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9054 nömrəli qərarı əsasında M.İbragımovun sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən mağaza-anbarda (sahəsi 30 kv metr) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 3.214.366,25 manat dəyərində malların elektron qaimə- faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005461 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, həmin akt M.İbragimov tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, operativ vergi nəzarəti tədbiri zamanı M.İbragimov təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda malları 20 % ticarət əlavəsi ilə topdan qaydada satdığını, eyni tarixli izahatında elektron qaimə-faktura tətbiq etmədən malları satdığını etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli qərarı ilə M.İbragimova 312.436,63 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********736200 nömrəli məktubu ilə M.lbragımovun qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 17:35-də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib) Həmçinin qeyd edirlər ki, vergi ödəyicisi xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 2.324.938,00 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 4076,62 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, əmək müqaviləsi hüquqi qüvvəyə minməklə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçisinin olmadığı, sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən mağaza-anbarın uçot baza məlumatlarına əsasən sahəsinin 30 kv metr olduğu, həmin dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin 2.898.666.03 manat (ƏDV-li) olduğu, cəmi 50.014,0 manat (ƏDV-siz) məbləğində malları elektron qaimə-faktura əsasında təqdim edildiyi, qeyd olunan dövr ərzində ümumilikdə 3211 çek üzrə 2.526.242,0 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, 1 çek üzrə orta hesabla 786,74 manat mədaxil olunduğu, seçmə üsulu ilə nəzarət- kassa aparatının çeklərində malların adının, markasının və fərqləndirici xüsusiyyətlərinin əks olunmadığı (nümunə: xx.xx.2021-ci il tarixli 600,0 manatlıq 16 nömrəli çek üzrə vahidinin qiyməti 600,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 500,0 manatlıq 506 nömrəli çek üzrə vahidinin qiyməti 500,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 800,0 manatlıq 604 nömrəli çek üzrə vahidinin qiyməti 800,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021ci il tarixli 800,0 manatlıq 1164 nömrəli çek üzrə vahidinin qiyməti 800,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri xx.xx.2021-ci il tarixli 1100,0 manatlıq 1576 nömrəli çek üzrə vahidinin qiyməti 1100,0 mana olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 1000,0 manatlıq 2700 nömrə çek üzrə vahidinin qiyməti 1000,0 manat olmaqla 1 ədəd avto təkər, xx.xx.2021-ci il tarix 900,0 manatlıq 2720 nömrəli çek üzrə vahidinin qiyməti 900,0 manat olmaqla 1 ədəd avtı təkər, xx.xx.2021-ci il tarixli 1000,0 manatlıq 2907 nömrəli çek üzrə vahidinin qiyməti 1000 manat olmaqla 1 ədəd avto təkər, xx.xx.2021-ci il tarixli 1500,0 manatlıq 2917 nömrəli çek üzrə vahidinin qiyməti 1500,0 manat olmaqla 1 ədəd işlənmiş avto mühərrik, xx.xx.2021-ci il tarixli 1200,0 manatlıq 2979 nömrəli çek üzrə vahidinin qiyməti 1200,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri), eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması və gün ərzində eyni məbləğdə çeklərin dəfələrlə kassaya vurulması halları, həmçinin operativ vergi nəzarəti zamanı aşkar olunmuş halların vergi ödəyicisinin faktiki iqtisadi göstəricilərinə (idxal edilmiş malların həcmi, obyektin sahəsi, işçi sayı) uyğun olmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3 bəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-İ, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Belə ki, sözügedən hallar (çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması və gün ərzində eyni məbləğdə çeklərin dəfələrlə kassaya vurulması, idxal edilmiş malların həcmi, obyektin sahəsi, işçi sayı) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Vergi orqanı tərəfindən yuxarıda sadalanan hallar aşkar olunaraq malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********1360 nömrəli Qərar qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Beləki Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ olaraq müəyyən edilmişdir. Həmin məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Göründüyü kimi qanunverici vergi orqanına operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətinin diskression sərhədlərini Vergi Məcəllənin 50.2-ci maddəsi ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işdə Vergi Məcəllənin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün xx.xx.2021-ci il tarixli **********1360 nömrəli Qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun təyin edilməməsindən başqa, Operativ vergi nəzarətinin aparılması da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləki, operativ vergi nəzarətinin mahiyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2- ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (ığıdlıdlaşob) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Göründüyü kimi operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən yuxarıda sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Məhkəmə bunlardan əlavə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vegri orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun omlayan yoxlama keçirimiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Vergi orqanı qeyd edir ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9054 nömrəli qərarı əsasında M.İbragımovun sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən mağaza-anbarda (sahəsi 30 kv metr) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 3.214.366,25 manat dəyərində malların elektron qaimə- faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005461 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, həmin akt M.İbragimov tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, operativ vergi nəzarəti tədbiri zamanı M.İbragimov təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda malları 20 % ticarət əlavəsi ilə topdan qaydada satdığını, eyni tarixli izahatında elektron qaimə-faktura tətbiq etmədən malları satdığını etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli qərarı ilə M.İbragimova 312.436,63 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının gəldiyi bu nəticədə əsaslı hesab edilə bilməz. Vergi orqanının iddiaçıya maliyə sanksiyası tətbiq etməsinin hüquqi əsasını Vergi Məcəlləsinin 58.13-cü maddəsi təşkil edir. Həmin normaya əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmişdir. Halbu ki, vergi orqanı vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halı düzgün müəyyən etməmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Həmin məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Həmin məcəllənin hazırki hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. (03 dekabr 2021-ci il tarixli 406- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 16.1.11-7-ci maddə ləğv edilmişdir.) Göründüyü kimi pərakəndə ticarət fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının göstərdiyi dəlilləri iddianın təmini üçün əsas hesab etsədə, vergi ödəyicilərinin və vergi orqanlarının məsul şəxslərinin öz hüquqlarından vicdanla istifadə etməli olmasının ədalətin bərqərar olmasındakı oynadığı rolun əhəmiyyətini və eyni zamanda məhkəmə qərarlarının inzibati orqanların praktikasının formalaşmasındakı oynadığı rolu nəzərə alaraq, iddiaçının qeyd etdiyi bəzi məqamlara münasibət bildirməyi gərəkli hesab edir. İddiaçı qeyd edir ki, ------------------ göründüyü kimi, vergi ödəyiciləri arasında sənədsiz malların satışının qarşısını almağı qarşısına guyaki “məqsəd” qoyduğunu iddia edən cavabdeh qurum, bu məqsədə nail olmaq üçün sənədsiz malların satışını və alışını həyata keçirən vergi ödəyiciləri ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparmalı olduğu halda, hazırkı halda ƏDV qaytaran şəxslərin siyahısını dəqiqliklə görə bildiyi və bununla bağlı nəzarət tədbiri zamanı araşdırma aparmalı olduğu halda, sadəcə iddiaçıya ehtimal əsasında maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da cavabdeh vergi orqanının məqsədinin sənədsiz malların dövriyyəsinin qarşısını almaq deyil, sadəcə olaraq büdcə proqnozlarını icra etmək xatirinə qanuni olub-olmamasına əhəmiyyət vermədən vergi ödəyicilərinə külli miqdarda maliyyə sanksiyaları tətbiq etmək olduğunu göstərir. Məhkəmə qeyd edir ki, vergi ödəyiciləri arasında sənədsiz malların satışının qarşısını almaq həm vergi ödəyicilərinin, həmdə vergi orqanı əməkdaşlarının vəzifəsidir və bununla bağlı öz hüqularında vicdanla istifadə etməklə bağlı məsuliyyət daşıyırlar. Bu hər bir şəxsin mənəvi məsuliyyətindən başqa, eyni zamanda qanunvericiliklə konkret müəyyən edilmiş məsiliyyətdə yaradır. Topdansatış fəaliyyəti ilə məşgul olan vergi ödəyicilərinə bu fəalyyəti gizlədilərək başqa formada göstərməsi halında maliyyə sanksiyasının tətbiq edilməsi bunun bir nümunəsidir. İddiaçı eyni zamanda qeyd edir ki, ---------- iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi hesabat dövrləri ərzində təsərrüfat subyektinə daxil olmuş alıcılar malları istehlak məqsədilə aldığını və vergi orqanında uçotda olmadığını qeyd etdikdə, həmin şəxslərə satdığı mallara görə NKA- nın çekini, alıcılar malları sahibkarlıq fəaliyyəti məqsədilə aldığını və vergi orqanında uçotda olduğunu qeyd etdiyi halda isə həmin şəxslərə satdığı mallara görə elektron qaimə-faktura təqdim etmiş və satılmış mallar ilə bağlı vergiləri tam həcmdə ödəməklə dövlət büdcəsindən hər hansı vergi məbləğinin yayınmasına yol verməmişdir. Cavabdeh inzibati orqanın göstəridyi dəlillər nəzərə alınanda vergi ödəyicisinin bu dediyi halın doğruluğu ciddi şübhələr yaradır. Lakin vergi qanunvericiliyinə əsasən bu Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozması ilə bağlı şübhələr olsada, vergi ödəyicisinə konkret maliyyə sanksiyasının tətbiq edilməsi şübhələr əsasında yox, konkret müəyyən olunmuş hallar əsasında həyata keçirilə bilər. Əgər vergi orqanın məqsədi həqiqətəndə qanunsuz mal dövriyyəsinin qarşısını almaqdan ibarətdirsə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tətbiqini vergi qanunvericiliyində nəzərdə tutulmuş geniş imkanlardan istifadə edərək həyata keçirə bilər. Səyyar vergi yoxlaması keçirməklə, mal alan şəxslərlə bağlı konkret araşdırma apararaq, və.s. Eyni zamanda həmin şəxslərin müəyyən edilməsi digər qanunsuz fəalyyətlərin müəyyən olunması üçün əsas yarada bilər. Hər bir halda məhkəmə hesab edir ki, qanunsuz fəlayyətin qarşısının alınması qanuni yollarala həyata keçirilməlidir. Qanunsuz fəaliyyətin qarşısının qanunsuz yolla alınması yolverilməzdir, dövlətin konstitusiya ilə müəyyən edilmi hüquq və vəzifələrinə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddiaçı Madat İbragimov barəsində tərtib etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli Qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(118)-471/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-471/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver