Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4757/2025 26.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) GİRİŞ HİSSƏ X2-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 26 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan Bələdiyyəsinin 24 fevral 2025-ci il tarixli, xx/xx-2094 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan bələdiyyəsinin 24 fevral 2025-ci il tarixli, xx/xx-2094 saylı qərarına əsasən, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə cari il üçün 1132.62 manat əmlak, 5392.8 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 32627,1 manat, faiz üzrə 10492,87 manat, maliyyə sanksiyası üzrə 500 manat olmaqla, ümumilikdə 50145,39 manat vergi borcunun olduğu iddia edilmişdir. Qeyd edilən borcun Xırdalan bələdiyyəsinin yerli büdcəsinə məcburi ödənilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibatiməhkəmə icraatı qaydasında baxılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Xırdalan Bələdiyyəsi iddiaçının mülkiyyətində olan Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə vergi borcunun ödənilməsi məsələsi barədə iclas keçirmiş, lakin, iddiaçıya bununla bağlı hər hansı məlumat verməmiş və işdə iştirakını təmin etməmişdir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən, inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır, lakin Xırdalan Bələdiyyəsinin qərarıməzmun baxımından anlaşılan deyildir. Həmin Qanunun 61-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibatiakt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Xırdalan Bələdiyyəsinin qəbul etdiyi qərar tamamilə əsassızdır. Əlavə olaraq bildirir ki, iddiaçının mülkiyyətində olan Xırdalan şəhəri, Bakı- Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə cari il üçün 1132,62 manat əmlak, 5392,8 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 32627,1 manat, faiz üzrə 10492,87 manat, maliyyə sanksiyası üzrə 500 manat olmaqla, ümumilikdə 50145.39 manat vergi borcunun hansı əsasla hesablanması iddiaçıya məlum deyildir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1821/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Xırdalan Bələdiyyəsinin iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, xx/xx-1527 saylı qərarı ləğv edilmiş, həmin qərarda da hazırki iddia ərizəsində istinad olunan əsaslar nəzərə alınmışdır. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu qayda maraqlı şəxsin inzibat aktı almadığı və ya gec aldığı hallara şamil edilmir. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Xırdalan Bələdiyyəsinin 24 fevral 2025-ci il tarixli, xx/xx-2094 saylı qərarı icraya yönəldilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən iddiaçıya edilmiş zəngdən sonra, xx.xx.2025-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gedərək qərarı əldə etmişdir.
3. Cavabdehin məhkəməyə ünvanladığı məktubda bildirmişdir ki, İddiaçı tərəfindən bələdiyyənin xx.xx.2025-ci il tarixli qərarından şikayət etmişdir. Həmin qərar bələdiyyə tərəfindən vətəndaşın uzun müddət ərzində ödəmədiyi verci borclarının tələb olunması ilə bağlı qəbul olunmuşdur. Bildirilir ki, bu qərar Vergi Məcəlləsinin, Bələdiyyələrin maliyyəsinin əsasları haqında qanunun, eləcədə yerli yerli özünüidarə orqanlarının səlahiyyətləri çərçivəsində qəbul edilmişdir. İddiaçı cavablarda və aktda göstərilən məlumatları guya kifayət qədər anlaşılan olmaması iddiasını istinadla inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 58.2 maddəsinə əsaslanır. Lakin nəzərinizə çatdırırıq ki, iddiaçıya ünvanlanan tədiyə bildirişləri və aktlar aydın və səlis formada, vergi öhdəliklərini və məbləği açıq şəkildə göstərməklə təqdim olunmuşdur. İddiaçı heç bir halda tədiyə bildirişləri ilə bağlı izahat almaq üçün bələdiyyəyə yaxınlaşmamış, əməkdaşlarla ünsiyyətdən yayınmış, dəfələrlə ərazi üzrə müfəttişin etdiyi dəvətlərə cavab verməmişdir. Əgər sənədlərin anlaşılan olması iddiası obyektiv olsaydı, vətəndaş ilk növbədə bələdiyyəyə yazılı və ya şifahi formada sorğu etməli, izahı tələb etməli idi, lakin bu edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində vergitutma obyektini gizlədən, vergiləri düzgün hesablamaqdan və ödəməkdən yayman şəxs inzibati məsuliyyət daşıyır. Öhdəlikdən yayınmaq, məlumat verməmək və ya bilmirdim demək və yaxud dolayı fikirlər söyləmək qanun qarşısında məsuliyyəti azaltmır, əksinə artırır. Qanunvericiliyə əsasən, vergi öhdəliyinin mövcudluğu və məcburi xarakteri bəhanələrlə aradan qaldırıla bilməz. Bu öhdəlik subyektiv fikirlərə deyik mövcud qanunvericiliyə əsaslanır. Qeyd edir ki, İnzibati icraat haqında Qanunun 58.2-ci maddəsi informasiyanın və sənədlərin anlaşıqlı olmasına yönəlib. Lakin bu vergi borcunun ödənilməsini gecikdirməyə və ya məsuliyyətdən yayınmağa əsas vermir. Vergi borcunun ödənilməsi hüquqi öhdəlikləri AR-nın Vergi Məcəlləsinin 13.2.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinə əməl elməli və vergiləri tam həcmdə və vaxtında ödəməlidir. Həmin maddənin 16.1.1 və 16.1.3-cü vergi ödəyicisinin əsas vəzifələrinə vergiləri hesablamaq və ödəmək daxildir. Maddə 58-də vergilərin vaxtında ödənilməməsi vergi ödəyicisinin məsuliyyətinə səbəb olur. Bələdiyyələrin maliyyəsinin əsasları haqında AR Qanunun 4.1 və 5.1.1-ci maddəsinə əsasən, bələdiyyələrin gəlir mənbələrindən biri bələdiyyə vergiləridir və bu gəlirlər qanunla tənzimlənir. Bu maddələrə əsasən, vergi borcu hüquqi məsuliyyət daşıyır və subyektiv fikirlər, ya da əvəlki proseslərə istinadla bu məsuliyyətdən yayınmaq yolverilməzdi. AR Vergi Məcəlləsinin 59-cu maddəsinə görə, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçtin vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Keçmişdə olan məhkəmə işlərinə istinad əsassızdır, İddiaçı köhnə məhkəmə işlərindədə tədiyyə bildirişinin anlaşılmaz, vergi borcunun düzgün hüsablanılmadığını və indiki iş üzrə dolayı yolla təsir yaratmağa çalışır. Həmin işlərdə bələdiyyənin indiki heyəti iştirak etməyib, bu cür yanaşma Məhkəməyə təzyiq göstərmək cəhdi kimi qiymətləndirmək olar. İddiaçı iddiası hüquqi əsasdan məhrumdu və yalnız vergi borcunun ödənilməsindən yayınmaq məqsədi daşıyır. Vergi borcunun hesablanma qaydası: Əmlak sahəsi 3775.4 kv m, x 0.30 qəpik = 1 132.62 (1 illik əmlak vergisi) 1132,62 x 0.1% x 365 günə = 413.40 (1 illik faiz borcu) 1132,62 + 413.40 = 1546.02 (1 illik ümumi əmlak vergisi) Torpaq sahəsi 38705 kv m. 1 hektara qədər 0.08 qəpikə vurulur. 10000 x 0.08 = 800 manat. Yerdə qalan 28705 kv m torpaq sahəsi 0.16 qəpikə vurulur. 28705 x 0.16 = 4592.8 + 800 = 5932,80 manat ( 1 illik torpaq vergisi) 5932,80 x 01% x 365 günə = 1968.37 (1 illik faiz borcu) 5932,80 + 1968.37 = 7361.17 (1 illik ümumi torpaq vergisi) 1 illik əmlak və torpaq vergisi % lə birlikdə 7361.17 + 1546.02 = 8907.19 Maliyyə sanksiyasına görə 500 manat.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məlumatda qeyd edilmişdir ki, texniki səbəblərdən rəsmi qaydada iddiaçıya məlumat verilməmişdir. İddiaçı adı çəkilən qərarı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən iddiaçıya edilmiş zəngdən sonra, xx.xx.2025-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gedərək qərarı əldə etmişdir. Göründüyü kimi, iddiaçı hal-hazırda mübahisələndirdiyi qərarı rəsmi qaydada əldə edə bilməmişdir. Bununla da, hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.
11. Beləliklə, iddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
12. Abşeron rayonu Xırdalan bələdiyyəsinin 24 fevral 2025-ci il tarixli, xx/xx-2094 nömrəli qərarından görünür ki, ümumilikdə hesablanmış 50145,39 manat borc məbləğinin vergi ödəyicisindən tutulub, Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi qərara alınmışdır.
13. Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1503 nömrəli arayışdan görünür ki, vətəndaşın Xırdalan bələdiyyəsinə ödəyəcəyi əmlak və torpaq sahəsinə görə 2023, 2024 və 2025-ci illər üzrə borc ödənişləri yerinə yetirməmişdir. 2023, 2024 və 2025-ci illər üzrə ödəniş faizsiz şəkildə, həmdə 2024-cü il isə faizlə hesablanmışdır.
14. Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1478 nömrəli və xx.xx.2025-ci il tarixli, 1502 nömrəli ərizələrdən görünür ki, Bələdiyyə tərəfindən aparılmış araşdırmalar və müvafiq uçot sənədlərinə əsasən, cavabdeh tərəfindən 2024-cü ildən 2025ci ilin cari tarixinədək olan dövr üzrə torpaq və əmlak vergilərinin ödənilmədiyi müəyyən edilmişdir. Qeyd edir ki, 2022 və 2024-cü illərdə məhkəmələr tərəfindən həmin şəxsin əvvəlki illərə aid borcu üzrə qərarlar qəbul olunmuş, bələdiyyə qərarları ləğv edilmişdir. Bu vətəndaşın tamamilə vergidən azad olunması demək deyil. Bələdiyyə bu qərarların hüquqi qüvvəsini tanıyır və həmin illərə aid tələbləri irəli sürmür, həmin illər üzrə məhkəmə qərarı olsa belə. Hazırki iş üzrə tələblər yalnız 2024-cü ildən 2025-ci ilə qədər olan dövrə aiddir və qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan torpaq və əmlak vergiləri ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri tam həcmdə və vaxtında ödəməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78. Maddəsində Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Qanunvericiliyə əsasən vergi öhdəliyinin mövcudluğu və məcburi xarakteri bəhanələrlə aradan qaldırıla bilməz. Bu öhdəlik subyektiv fikirlərə deyil, mövcud qanunvericiliyə əsaslanır. Həmin məcəllənin 59-cu maddəsində vergi və ya cari vergi ödəməsi bu məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bələdiyyə tərəfindən aparılmış uçot sənədlərinə əsasən, cavabdeh İddiaçı yenədə 2024-cü ildən 2025-ci ilin cari tarixinə dək olan dövürdə öz mülkiyyətində və istifadəsində olan torpaq və əmlak üzrə qanunla müəyyən edilmiş vergiləri ödəməkdən yayınmışdır. Bu baxımdan məhkəmədən xahiş edirəm qarşı tərəfdən özlərinin hesabladıqları düzgün vergi məbləğini və hesablama metodikasını məhkəməyə təqdim etsinlər. Yuxarıda göstərilənləri və mövcud qanunvericiliyi rəhbər tutaraq, məhkəmədən xahiş edirik cavabdehin 2023-cü ilin son 4ayı və 2024-2025-ci illər üzrə torpaq və əmlak vergilərinin bələdiyyə hesabına ödənilməsi barədə qərar qəbul edilsin və cavabdehin vergi ödəməkdən yayınmasının qarşısının alınması üçün qanunla müəyyən tədbirlərin görülməsini təmin olunsun. Əvvəlki illərə aid qüvvədə olan məhkəmə qərarları nəzərə alınaraq, həmin dövürlər üzrə tələblər baxışdan kənar saxlanılsın. Vergi borcunun hesablanma qaydası: Əmlak sahəsi 3775.4 kv m, x 0.30 qəpik = 1132.62 (1 illik əmlak vergisi) 1132,62 x 0.1% x 365 günə = 413.40 (1 illik faiz borcu) 1132,62 + 413.40 = 1546.02 (1 illik ümumi əmlak vergisi) Torpaq sahəsi 38705 kv m, 1 hektara qədər 0.08 qəpikə vurulur. 10000 x 0.08 = 800 manat. Yerdə qalan 28705 kv m torpaq sahəsi 0.16 qəpikə vurulur. 28705 x 0.16 = 4592.8 + 800 = 5392.80 manat ( 1 illik torpaq vergisi) x 01% x 365 günə = 1968.37(1 illik faiz borcu) 5932,80 + 1968.37 = 7361.17 (1 illik ümumi torpaq vergisi) 1 illik əmlak və torpaq vergisi %lə birlikdə 7361.17 + 1546.02 = 8907.19
IV. Tətbiq edilən hüquq
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. ... Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. ... Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. ... Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. ... Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. ... Maddə 59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 59.2-1. Bu Məcəllənin 90.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanması kredit təşkilatının müflis elan olunması haqqında məhkəmə qərarının qəbul edildiyi gündən etibarən dayandırılır. 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Maddə 196. Vergi ödəyiciləri
196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Maddə 197. Vergitutma obyektləri 197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika (bundan sonra avtonəqliyyat vasitələri), su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). 197.2. Vergitutma obyekti olan, müəssisələr və fərdi sahibkarlar tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla), bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla), isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir. Maddə 198. Vergi dərəcələri 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): ... 198.2. Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. Maddə 203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.https://e-qanun.az/framework/46948 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Maddə 204. Verginin ödəyiciləri
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 206. Vergi dərəcələri 206.1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. 206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. 206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, rabitə, Yaşayış fondlarının, həyətyanı ticarət-məişət xidməti və digər sahələrin torpaqları və xüsusi təyinatlı torpaqlar vətəndaşların bağ sahələrinin Yaşayış (manatla) tutduğu torpaqlar (manatla) məntəqələri 10000 m²- dən 10000 m²-dən 10000 m²- dək 10000 m²- dək yuxarı olan yuxarı olan olduqda olduqda hissə üçün hissə üçün Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron 8 16 0,5 1,0 rayonunun qəsəbə və kəndləri
17. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;
18. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;
19. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; ... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; ... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək;
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.
21. İnzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədləri sayılırlar. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun. Beləliklə, qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur.
V. Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
23. İş materiallarında olan sənədlərdən görünür ki, Xırdalan bələdiyyəsinin 24 fevral 2025-ci il tarixli, xx/xx-2094 saylı qərarına əsasən, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə cari il üçün 1132.62 manat əmlak, 5392.8 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 32627,1 manat, faiz üzrə 10492,87 manat, maliyyə sanksiyası üzrə 500 manat olmaqla, ümumilikdə 50145,39 manat vergi borcunun olduğu iddia edilmişdir.
24. Cavabdeh isə ərizəsində qeyd edir ki, bələdiyyə tərəfindən aparılmış araşdırmalar və müvafiq uçot sənədlərinə əsasən, cavabdeh tərəfindən 2024-cü ildən 2025-ci ilin cari tarixinədək olan dövr üzrə torpaq və əmlak vergilərinin ödənilmədiyi müəyyən edilmişdir. 2022 və 2024-cü illərdə məhkəmələr tərəfindən həmin şəxsin əvvəlki illərə aid borcu üzrə qərarlar qəbul olunmuş, bələdiyyə qərarları ləğv edilmişdir. Hazırki iş üzrə tələblər yalnız 2024-cü ildən 2025-ci ilə qədər olan dövrə aiddir və qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan torpaq və əmlak vergiləri ilə bağlıdır.
25. Məhkməmə hesab edir ki, iddia tələbi Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, № xx/xx-2094 saylı qərar qismən, 28187,36 manat borcun ödənilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, son üç ilə münasibətdə olan vergi borcu (6525,42 + 6525,42 + 8907,19 (bir illik faiz hesablanmaqla)) ödənilməli olan məbləğdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. 71.1-ci maddəsinə əsasən, inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, № xx/xx-2094 saylı qərar qismən, 28187,36 manat borcun ödənilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X2-Abbaszadə