Məhkəmə qərarları › İş №e-2-1(118)-4784/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4784/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4784/2025 16.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı Məmmədova (Abdullayeva) Yeganə Telman qızının iştirakı ilə, İddiaçı Məmmədova (Abdullayeva) Yeganə Telman qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X1, X3 və X2 ona məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 7 saylı evin, 10 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 78/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X8 ilə arasında Sumqayıt şəhəri, VVAQ şöbəsində 26 noyabr 2005-ci il tarixində bağlanmış nikah qeydiyyatı pozulmuşdur. Birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X9 ataları X1 himayəsində, xx.xx.2014-cü il təvəllüdlü X6 isə onun himayəsində saxlanılması qət edilmişdir. X8 ilə arasında yaranmış birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü barədə mübahisəni barışıq sazişi ilə həll etmişdir. Hər ikisi ərizə ilə məhkəməyə müraciət edərək, bağladığı barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-599/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən birgə nikah dövründə X1 adına əldə olunmuş Sumqayıt şəhəri, 9-cu mkr, 56 saylı evin 3 otaqlı 7 saylı mənzil X1 mülkiyyətində qalması, İddiaçı həmin mənzilə dair bütün hüquq və tələblərindən imtina edir və gələcəkdə də həmin əmlaka dair hər hansı bir tələb irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Birgə nikah dövründə X1 adına əldə olunmuş Sumqayıt şəhəri, 10-cu mkr, 7 saylı evin 1 otaqlı 10 saylı mənzil İddiaçı mülkiyyətində qalması, X8 həmin mənzilə dair bütün hüquq və tələblərindən imtina edir və gələcəkdə də həmin əmlaka dair hər hansı bir tələb irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Saziş təsdiq edildikdən və Sazişdə göstərilən bütün hüquq və vəzifələr iddiaçı və cavabdeh tərəfindən icra edildikdən sonra Tərəflərin bir-birinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” bütün iddialarına xitam verilir və gələcəkdə də hər hansı istənilən tələbləri istisna edilir. Saziş məhkəmə tərəfindən təsdiq edildikdən və Saziş icra edildikdən sonra qüvvəyə minir. Rəşad Abullayevlə ailə münasibətləri pozulana qədər onun mülkiyyətində saxlanılan Sumqayıt şəhəri, 9-cu mkr. 56 saylı evin 7 saylı mənzilində yaşamışlar, Sumqayıt şəhəri, 10-cu mkr, 7 saylı evin 10 saylı mənzili isə kirayə vermişdir. Göründüyü kimi mənim mülkiyyətimdə saxlanılan Sumqayıt şəhəri, 10-cu mkr, 7 saylı evin 10 saylı mənzilində X8, X10 və X9 yaşamamışlar. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, onların üçü də - X8, X10 və X9 xüsusi mülkiyyətimdə olan Sumqayıt şəhəri, 10-cu mkr, 7 saylı evin 10 saylı mənzilində qeydiyyatdadırlar. Orxan Abdullayev xx.xx.2022-ci, Rəşad Abdullayev əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciətindən sonra xx.xx.2023-cü il, Nuray Abdullayeva isə barışıq sazişi təsdiq edildikdən sonra xx.xx.2024-cü il tarixdə qeydiyyata düşmüşdür. Rəşad Abdullayev mülkiyyətində saxlanılan mənzil üzərində sərəncam verə bilməməyi üçün məqsədli olaraq özünü və daha sonra Nurayı mənzilinə qeydiyyata aldırmışdır. Rəşad Abdullayev özü, Orxan və Nuray Sumqayıt Şəhər Məhkəmənin e- 2(060)-78/2024 saylı xx.xx.2024- cü il tarixli qətnaməsinə əsasən atalarının himayəsində saxlanıldıqları üçün Rəşad Abdullayevin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mkr, 56 saylı evin 7 saylı mənzilində yaşayış sahəsindən istifadə hüquqlarına malikdirlər və həmin mənzildə də yaşayırlar. Onlara təklif etsə də könüllü qayadada mənzilindən qeydiyyatdan çıxmamışlar. Mənzilində yaşayış sahəsindən istifadə hüquqları olmadığına görə xx.xx.1976-cı il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr, 7 saylı evin 10 saylı mənzilindən qeydiyyatdan çıxarılmasına göstəriş verilməsi barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, cavabdehin 21 yanvar 2025-ci il tarixli, 3-13-58/2-M-19xx/xx/25901H-3222 nömrəli məktubla imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli imtina məktubu, DƏDKR tərəfindən verilmiş **********05-05101-093023 reyestr nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-78/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti, Nikahın pozulması haqqında şəhadətnamənin surəti, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-599/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı Məmmədova (Abdullayeva) Yeganə Telman qızı Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 7 saylı evin, 10 nömrəli yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər – X1 oğlu, X10, (X9) qeyd olunan mənzildə pasport qeydiyyatındadır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-78/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X8 ilə iddiaçı arasında bağlanmış nikah qeydiyyatı pozulmuşdur. Birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X9 ataları X1 himayəsində, xx.xx.2014-cü il təvəllüdlü X6 isə iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-599/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən birgə nikah dövründə X1 adına əldə olunmuş Sumqayıt şəhəri, 9-cu mikrorayon, 56 saylı evin 7 saylı mənzil X1 mülkiyyətində qalması, İddiaçı həmin mənzilə dair bütün hüquq və tələblərindən imtina edir və gələcəkdə də həmin əmlaka dair hər hansı bir tələb irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Birgə nikah dövründə X1 adına əldə olunmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, 7 saylı evin 10 saylı mənzil isə İddiaçı mülkiyyətində qalması, X8 həmin mənzilə dair bütün hüquq və tələblərindən imtina edir və gələcəkdə də həmin əmlaka dair hər hansı bir tələb irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Sözügedən saziş qüvvəyə minirmişdir. Göründüyü kimi, X8 barışıq sazişi əsasında iddiaçının mülkiyyətinə keçmiş mənzil üzərində heç bir hüquq və əvzifəsi qalmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının qeydiyytadan çıxartmaq istədiyi digər şəxslər X1 himayəsindədirlər. Ona görə də onların mənzildə pasport qeydiyyatında qalması iddiaçıya əlavə xərclər çəkməsinə səbəb olur və 3-cü şəxslərin qeyd olunan mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların valideynlərin daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onların mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər – X1 oğlu, X10, (X9) Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 7 saylı evin, 10 nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla Məmmədova (Abdullayeva) Yeganə Telman qızının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1, X3 və X2 iddiaçı Məmmədova (Abdullayeva) Yeganə Telman qızına məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 7 saylı evin, 10 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar