Məhkəmə qərarları › İş №e-2-1(118)-4862/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4862/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4862/2024 25.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 noyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. N sentyabr 2007-ci il tarixli, AO seriyalı, ******* nömrəli İddiaçı məxsus təkrar “Hərbi bilet”;

2. “E-sosial” elektron portaldan çıxarışdan görünür ki, İddiaçı N yanvar 2006-cı il tarixdən 3N mart 20N-cu il tarixədək “Qarabağ müharibəsi veteranlarına” növündə müavinət təyin edilmişdir.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N5 noyabr 2023-cü il tarixli, 2/2- N0844 nömrəli “N sentyabr 2023-cü il tarixli, A-N09N0 nöməli daxil olan sənədin icrası” barədə İddiaçı göndərilmiş məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 3 noyabr 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N iyun 2023-cü il tarixli 2904 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət yerini 9 fevral N94-cü il tarixdə və təkrar olaraq tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 24 oktyabr 2023-cü il tarixli, N802 nömrəli arxiv arayışından görünür ki, Qubadlı RHK-dan çağırılmış, N7N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli N35 №-li əmrilə (əsas: §3, səh 30, sıra N, əmrdə hərbi rütbəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla daxil edilərək əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin N dekabr N93-cü il tarixli 282 №-li əmrilə İddiaçı (əsas: §5, sıra N4, səh 36, əmrdə hərbi rütbəsi göstərilməyib) 4-cü taborun əsgəri vəzifəsinə təyin olunmuşdur. 4 yanvar N94-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün Qubadlı RHK-nın çağırışçısı, 4-cü taburun hərbi qulluqçusu X6 N №-li hərbi hissə komandirinin N fevral N94cü il tarixli 309 №-li əmrilə (əsas: §N0, sıra 435, əmrdə soyadı Əliyev yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) ştatdan kənar edilməklə bütün müavinatlardan çıxarılaraq ilkin-istintaq materialları toplanıb hüquq-mühafizə orqanlarına verilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Qubadlı RHK-nın çağırışçısı X6 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının 3 fevral N94-cü il tarixli müvafiq Direktivinə əsasən N №-li hərbi hissə komandirinin N2 fevral N94-cü il tarixli 3N6 №-li əmrilə (əsas: §4, səh 4, sıra N320, əmrdə soyadı Əliyev yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, qarşısında “xx.xx.N94” yazılmışdır) N0 fevral N94-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün müavinatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikası HK-na göndərilmişdir. Fərarilik etdiyinə görə ştatdan kənar edilmiş, 4-cü taburun hərbi qulluqçusu İddiaçı fərarilikdən qayıtdığı üçün N №-li hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li əmrilə (əsas: §7, səh 9, sıra 3, əmrdə hərbi rütbəsi göstərilməyib) hərbi hissənin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-un əsgəri vəzifəsinə təyin olunmuşdur. Fərarilikdən qayıtdığı üçün 4-cü taburun hərbi qulluqçusu İddiaçı N №-li hərbi hissə komandirinin N may N94-cü il tarixli 392 №-li əmrində (əsas: §N4, səh 38, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N94-cü il tarixli 439 №-li əmrilə 4-cü taburun hərbi qulluqçusu, sıravi İddiaçı (əsas: §N, əmrdə vəzifəsi göstərilməyib) xəstəliyi ilə əlaqədar olaraq hərbi hospitala getmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N95-ci il tarixli 945 №-li əmrilə sıravi İddiaçı (əsas: §4, sıra 9, səh 20, əmrdə vəzifəsi göstərilməyib) 4-cü taburun qida təminatından çıxarılaraq hərbi hissənin qida təminatına qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun N96-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunmuş, N7N-ci il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N avqust N96-cı il tarixli 207 №-li əmrilə (əsas: §8, səh N3, sıra N26, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHK-a göndərilmişdir.

5. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 23 noyabr 2023-cü il tarixli, 3- 3-N20/2-0N0982/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, N may N93-cü il tarixdən N avqust N96-cı il tarixədək N №-li hərbi hissədə xidmət etdiyi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin NN may 2024-cü il tarixli, 2/2-5637 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 3 noyabr 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N iyun 2023-cü il tarixli 2904 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət yerini 9 fevral N94-cü il tarixdə və təkrar olaraq tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

7. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin N2 iyun 2024-cü il tarixli, 989 nömrəli arayışından görünür ki, Alıyev X5 rayonu, Mehdiabad qəsəbə, C.Cabbarlı küçəsi, yataqxana N ünvanında qeydiyyatsız yaşayır. Qubadlı rayonundan məcburi köçkündür.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N5 avqust 2024-cü il tarixli, 2386 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N4 iyul N9N-ci il tarixli N29 №-li əmrində (əsas: §-N, səh-N43, sıra-2N, əmrdə adı və atasının adı tam yazılmamışdır, soyadı “Əliyev” yazılmışdır) həqiqi hərbi xidmətini davam etdirmək üçün sıravi M.F.Əliyevin N №-li hərbi hissədən gəlməsi, N4 iyul N9N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N fevral N92-ci il tarixli N8 №-li əmrində (əsas: §-N, səh-N8, sıra-6, əmrdə adı və atasının adı tam yazılmamışdır, soyadı “Əliyev” yazılmışdır) hərbi inşaatçı, sıravi M.F.Əliyevin N73 №-li hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat vardir. N №-li hərbi hissə komandirinin NN noyabr N92-ci il tarixli 4N №-li əmrində (əsas: §-2, səh-42, əmrdə soyadı “Əliyev” atasının adı “Amil” yazılmışdır) 3-cü hərbi inşaat bölüyünün hərbi inşaatçısı, sıravi XN müalicədən gəlmiş hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr N9N-ci il, mart-avqust N92-ci il, 686(32966) hərbi hissə komandirinin yanvar-oktyabr, dekabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N92-ci il tarixli nizamı hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Qubadlı RHK-dan çağırılmış, N7N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli N35 №-li əmrilə (əsas: §-3, səh-30, sıra-N, əmrdə hərbi rütbəsi göstərilməmişdir) N aprel N93-cü il tarixdən 4-cü taborun şəxsi heyətin siyahısına, bütün növ təminatlarla salınaraq əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin N dekabr N93-cü il tarixli 282 №-li əmrilə (əsas: §-5, sıra-N4, səh-36, əmrdə hərbi rütbəsi göstərilməmişdir) İddiaçı 4-cü taborun əsgəri vəzifəsinə təyin olunmuşdur. Qubadlı RHK-nın çağırışçısı, 4-cü taburun hərbi qulluqçusu X6 4 yanvar N94-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin N fevral N94-cü il tarixli 309 №-lı əmrilə (əsas: §-N0, sıra-435, əmrdə soyadı “Əliyev” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) ştatdan kənar edilməklə bütün müavinatlardan çıxarılaraq ilkin-istintaq materialları toplanıb hüquq-mühafizə orqanlarına verilmişdir. Qubadlı RHK-nın çağırışçısı, 4-cü taburun hərbi qulluqçusu X6 hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının 3 fevral N94-cü il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin N2 fevral N94cü il tarixli 3N6 №-li əmrilə (əsas: §-4, səh-4, sıra-N320, əmrdə soyadı “Əliyev” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, adının qarşısında “xx.xx.N94” yazılmışdır) N0 fevral N94-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün müavinatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Fərarilik etdiyinə görə, ştatdan kənar edilmiş, 4-cü taburun hərbi qulluaçusu İddiaçı fərarilikdən qayıtdığına görə, N №-li hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li əmrilə (əsas: §-7, səh-9, sıra-3, əmrdə hərbi rütbəsi göstərilməmişdir) 4-cü MAT-un əsgəri vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N94-cü il tarixli 392 №-li əmrində (əsas: §-N4, səh-38, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) fərarilikdən qayıtdığı görə, 4-cü taburun hərbi qulluqçusu İddiaçı yenidən hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunması və vəzifəsinin icrasını davam etdirməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N94-cü il tarixli 439 №-li əmrilə (əsas: §-N, əmrdə vəzifəsi göstərilməmişdir) hərbi hissənin 4-cü taburunda xidmət edən, sıravi İddiaçı xəstəliyi ilə əlaqədar olaraq hərbi hospitala getmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N95-ci il tarixli 945 №-li əmrilə (əsas: §-4, sıra-9, səh-020, əmrdə vəzifəsi göstərilməmişdir) sıravi İddiaçı 4-cü taburun qida təminatından çıxarılaraq hərbi hissənin qida təminatına qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun N96-cı il tarixli müvafiq əmrinə əsasən, N7N-ci il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin N avqust N96-cı il tarixli 207 №-li əmrilə (əsas: §-8, səh-N3, sıra-N26, əmrdə vəzifəsi göstərilməmişdir) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHK-a göndərilmişdir.

9. Ağdam Hərbi Prokurorluğunun 2N avqust 2024-cü il tarixli, 3-3-N70/2-030346/2024 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

10. Qubadlı Hərbi Prokurorluğunun 27 avqust 2024-cü il tarixli, 3-3-230/2-5879/24 nömrəli məktubundan görünür ki, Qubadlı Hərbi Prokurorluğunda N noyabr N7N-ci il təvəllüdlü İddiaçı barəsində hər hansı cinayət işi və ya təqsirləndirici material araşdırılmamışdır.

11. Füzuli Hərbi Prokurorluğunun N8 sentyabr 2024-cü il tarixli, 3-3-N50/2-2N-4903/24 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli hərbi prokurorluğunda cinayət işi və ya təqsirləndirici material olmamışdır.

12. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 5 noyabr 2024-cü il tarixli, 3-25- 4/2-7005/24 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Katibliyinin 30 oktyabr 2024-cü il tarixli, 3-25-/2-A-NN4xx-xx/2024 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmiş, vətəndaş komissiyaya NN aprel 2022-ci il və N sentyabr 2023-cü il tarixlərdə müraciət etmiş, sənədlərinə 6 dekabr 2022-ci il və 3 noyabr 2023-cü il tarixli iclaslarda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Katibliyinin N dekabr 2022-ci il tarixli, 4/3-N3835 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, döyüş əməliyyatları aparılan dövrdə xidmətinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivin N3 may 2022-ci il tarixli 4/2-3070 nömrəli arayışına və əldə olunan sənədlərə əsasən həmin dövrdə əməliyyatlarda iştirak edən hərbi hissəni özbaşına tərk etməyi və sənədlərinin hüquq mühafizə orqanlarına göndərilməsi barədə məlumatları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olaraq “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün deyil. - N sentyab 2007-ci il tarixli, AO seriyalı, ******* nömrəli İddiaçı məxsus təkrar “Hərbi bilet”; - 706 saylı Hərbi hissə komandirinin N avqust N96-cı il tarixli, 207 nömrəli əmrindən çıxarış; - Tərtər Hərbi Prokurorluğunun 6 aprel 2022-ci il tarixli, 22HP256N nömrəli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibində bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər hərbi prokurorluğunda heç bir məlumat yoxdur. - Ağdam Hərbi Prokurorluğunun N0 may 2022-ci il tarixli, N8/2778 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Ağdam hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdınlmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivin N3 may 2022-ci il tarixli 4/2-3070 nömrəli arayışı; - 706 saylı Hərbi hissə komandirinin N may N94-cü il tarixli, 392 nömrəli əmrindən çıxarış; - 706 saylı Hərbi hissə komandirinin N avqust N96-cı il tarixli, 207 nömrəli əmrindən çıxarış; - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N5 noyabr 2023-cü il tarixli, 2/2- N0844 nömrəli “N sentyabr 2023-cü il tarixli, A-N09N0 nöməli daxil olan sənədin icrası” barədə İddiaçı göndərilmiş məktubu (§3); - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N iyun 2023-cü il tarixli 2904 nömrəli arayışı.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

13. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi (yenidən verilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 may N9N-ci il tarixdə Qubadlı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N4 iyul N9N-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. N oktyabr N92-ci il tarixdən isə N nömrəli hərbi hissənin siyahısına daxil edilməklə xidmətini davam etdirmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü il tarixli, N35 №-li əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlara daxil edilərək xidməti vəzifələrini icra etmişdir. Hərbi xidmət dövrü N-ci Qarabağ müharibəsinə təsadüf etdiyindən 6 ilə yaxın hərbi xidmətdə olmuşdur və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında (Qubadlı, Ağdam, Füzuli və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə) iştirak etmişdir. Müdafiə Nazirinin 24 iyun N96-cı il tarixli müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılmışdır (tərxis olmuşdur). N nömrəli hərbi hissə komandirinin N avqust N96-cı il tarixli 207 №-li əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHK-na göndərilmişdir. Hərbi əməliyyatlarda iştirak etdiyi üçün iddiaçıya müharibə veteranı adı verilmiş və 20N-cu ilə kimi Müharibə veteranları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə hüququ olmuş və müharibə veteranı olduğu üçün müavinət almışdır. Həmin ildə (20N-cu il) müharibə veteranı statusu heç bir məlumat verilmədən iddiaçıya məlum olmayan səbəbdən ləğv edilmiş və müavinətin verilməsi dayandırılmışdır. Xidmət yerini özbaşına tərk etdiyi təqdirdə barəsində cinayət işi başlanılmalı və təqsiri sübuta yetirildiyi təqdirdə barəsində ittihamhökmü qəbul edilməli idi. Azərbaycan Respublikası Hərbi prokurorluğundan verilən 23 noyyabr 2023-сü il tarixli məktubdan da görünür ki, N may N93-cü il tarixdən N avqust N96-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etməyi ilə bağlı barəsində cinayət işi və ya təqsirləndirici material aşkar edilməmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası və şərtlərinə uyğun olduğu üçün ona “Müharibə veteranı” statusu verilmişdir. Əks təqdirdə bu status ümumiyyətlə verilməzdi.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.N, 8.N.3-cü maddələrinə istinad olunmuşdur.

16. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə dair cavabdehin münasibəti:

18. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N5 avqust 2024-cü il tarixli 2382 nömrəli arxiv arayışına əsasən iddiaçı dəfələrlə xidmət yerini özbaşına tərk etdiyinə görə ştatdan kənar edilməklə ilkin istintaq materialları toplanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir.Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.

20. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci bənlərinə, prosessual hüquqi əsası kimi İPM-in N4.3, 38, 47.2, 48.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47, 77, N54-cü maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 may 202N-ci il tarixli, 2-N(N02)-895/202N saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

24. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § N-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

25. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

26. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

27. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Həmin Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

31. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

32. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya N yanvar 2006-cı il tarixdən 3N mart 20N-cu il tarixədək “Qarabağ müharibəsi veteranı” kimi müavinət təyin edilmişdir. Həmin müddət bitəndən sonra iddiaçı cavabdeh orqana müraciət etmiş, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh isə müraciətin icrasından imtina etmişdir.

33. Cavabdehin imtinasının və məhkəməyə təqdim edilmiş etirazın dəlili ondan ibarətdir ki, N5 avqust 2024-cü il tarixli 2382 nömrəli arxiv arayışına əsasən iddiaçı dəfələrlə xidmət verini özbaşına tərk etdiyinə görə ştatdan kənar edilməklə ilkin istintaq materialları toplanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir.

34. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in N2-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

35. İş materiallarına əlavə edilmiş arxiv arayışlardan müəyyən edilir ki, iddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli N35 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla daxil edilərək əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin N dekabr N93-cü il tarixli 282 №-li əmrilə 4-cü taborun əsgəri vəzifəsinə təyin olunmuşdur. 4 yanvar N94-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün Qubadlı RHK-nın çağırışçısı, 4-cü taburun hərbi qulluqçusu X6 N №-li hərbi hissə komandirinin N fevral N94-cü il tarixli 309 №-li əmrilə ştatdan kənar edilməklə bütün müavinatlardan çıxarılaraq ilkin-istintaq materialları toplanıb hüquqmühafizə orqanlarına verilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının 3 fevral N94-cü il tarixli müvafiq Direktivinə əsasən N №-li hərbi hissə komandirinin N2 fevral N94-cü il tarixli 3N6 №-li əmrilə N0 fevral N94-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün müavinatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikası HK-na göndərilmişdir. Fərarilik etdiyinə görə ştatdan kənar edilmiş, 4-cü taburun hərbi qulluqçusu olan iddiaçı fərarilikdən qayıtdığı üçün N №-li hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-un əsgəri vəzifəsinə təyin olunmuşdur. Fərarilikdən qayıtdığı üçün onun N №-li hərbi hissə komandirinin N may N94cü il tarixli 392 №-li əmrində şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N94-cü il tarixli 439 №-li əmrilə xəstəliyi ilə əlaqədar olaraq hərbi hospitala getmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N95-ci il tarixli 945 №-li əmrilə 4-cü taburun qida təminatından çıxarılaraq hərbi hissənin qida təminatına qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun N96-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunmuş N №-li hərbi hissə komandirinin N avqust N96-cı il tarixli 207 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHK-a göndərilmişdir.

36. Eyni zamanda, iddiaçının təqdim edilmiş arayışlardan, cavabdeh tərəfindən göndərilmiş sənədlərdən, məhkəmə sorğularına cavab olaraq göndərilmiş məktublardan müəyyən edilir ki, Ağdam, Qubadlı, Füzuli, Tərtər və digər Hərbi Prokurorluğlarda iddiaçı barədə hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

37. Belə ki, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivində mövcud olan arxiv arayışlarında iddiaçının dəfələrlə xidmət yerini özbaşına tərk etdiyinə görə ştatdan kənar edilməklə ilkin istintaq materiallarının toplanaraq hüquq mühafizə orqanlarına göndərilməsi qeyd olunsa da, barəsində Hərbi Prokurorluğunda cinayət işinin açılması təsdiq edilməmişdir.

38. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlili məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

40. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N44-cü il yanvarın N-dən N5N-ci il dekabrın 3N-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N4N - N45-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

41. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı: N. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... N.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2-N(N02)-N375/2023 nömrəli Qərarına əsasən “33. Cavabdehin iddiaçının N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk etməsi barədə təkrarlanan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. 34. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı qərarın N 7-ci bəndində qeyd ediən prosessual normanın tələbləri baxımından məcburetmə haqqında iddialarda inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. 35. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti, iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.”

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N dekabr 202Nci il tarixli, 2-N(N02)-2252/202N nömrəli Qərarına əsasən “... cavabdeh inzibati orqan iddia tələbinə etirazında iddiaçının fərarilik etməsini “müharibə veteranı” adının vəvəsiqəsinin verilməsini istisna edən hal kimi göstərmişdir. Cavabdeh inzibati orqan həmin hala görə iddiaçıya “müharibə veteranı” adının verilməsindən imtina edilməsinin qanuniliyini əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin «Qeyd» hissəsinin müddəalarına istinad etmişdir. 28. Lakin, həmin Əsasnamənin N-ci bəndinə Qeyd hissəsinin müddəaları hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini tərk etməsi və ya fərarilik etməsini hərbi qulluqçunun mütləq qaydada məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqələndirir.” 29. Apellyasiya məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, iddiaçının fərarilik etməsi ilə bağlı məhkum olunması və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi öz təsdiqini tapmamışdır.”

44. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, etirazın dəlilləri yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi üçün əsas deyildir. Bu səbəbdən iddia tələbi təmin edilməlidir.

45. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı “müharibə veteranı adı və vəsiqəsi”nin bərpa edilməsi (yenidən verilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar