Məhkəmə qərarları › İş №e-2-1(118)-4986/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4986/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4986/2025 01.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Koopertivinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Koopertivi 2 saylı Ərazi Vergilər Baş İdarəsində VÖEN ********** olmaqla, vergi ödəicisi kimi qeydiyyatdadır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********179951 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçındə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əhatə edən dövr üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi olaraq, 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2025-cü il tarixli **********180012 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir.Tərtib edilmiş **********180012 nömrəli “Səyyar vergi yoxlaması” aktına əsasən “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ xx.xx.2025-ci il tarixli **********191983 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, İddiaçın sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə 1894995,00 manat və 947497,50 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2842492,50 manat maddi məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Eyni zamanda cavabdeh inzibati orqan İddiaçınə “vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********9045400 saylı Tələbnamə göndərmişdir. Yuxarıda qeyd edilmiş vergi orqanın **********191983 nömrəli qərarı ilə hesablanmış vergi məbləği tam əsassız və qanunsuz olduğundan qəbul etmir və hesab edir ki, həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, İddiaçı Mənzil Tikinti Koopertivi tərəfindən fəaliyyəti dövründə Abşeron Rayon İcra Hakimiyyəti başıçısının xx.xx.2009-cu il tarixli 118 nömrəli sərəncamına əsasən yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin sərəncama əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 2 girişli 12 mərtəbəli, 1 girişli 13 mərtəbəli olmaqla yaşayış binası tikilmişdir.**********180012 nömrəli “Səyyar vergi yoxlaması Aktının tərtibatı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydalarına zidd tərtib edilmişdir. Belə ki, “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydalarının 49.3.2. bəndində qeyd edilmişdir ki, “Səyyar vergi yoxlaması “ Aktın tərtibatında yoxlanılan dövrdə vergi ödəyicisinin vəzifəli şəxsləri (rəhbər, baş mühasib və yaxud onların vəzifələrini icra edən şəxslər) qeyd edilməlidir. Yoxlayıcı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********180012 nömrəli SVY Aktının 1.2-ci bəndində İddiaçı MTK –da rəhbər və ya qanuni təmsilçinin kim olması qeyd edilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli **********180012 nömrəli SVY Aktının 1.2-ci bəndində təsisçilər qeyd edilsə də, yoxlanılan dövrdə vergi ödəyicisinin rəhbərlik etmiş vəzifəli şəxsi göstərilməmişdir. Baxmayaraq ki, tərəfindən vergi orqanına xx.xx.2024-cu il tarixli **********065800 nömrəli məktubda ətraflı məlumat verilmiş, lakin yoxlayıcı tərəfindən qərəzli şəkildə bu haqda bilərəkdən açıqlama verilməmişdir. Qeyd edir ki, yoxlamanın əhatə etdiyi xx.xx.2020-ci il taridən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə Abşeron -A1 MTK-ya rəhbərlik etmiş direktoru yoxlama dövründə rəhmətə getmişdir. İddiaçı Mənzil Tikinti Koopertivi tərəfindən 2 girişli 12 mərtəbəli, 1 girişli 13 mərtəbəli yaşayış binasının tikintisi, o vaxt yəni xx.xx.2011-ci il tarixə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli, 140 nömrəli qərarı ilə təsdiq edilmiş əmsallar tətbiq edilməklə hesablanmışdır. Həmin qərarla təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na uyğun olaraq Abşeron rayonunun ərazisində, o cümlədən Xırdalan qəsəbəsində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödənilərkən tikilən binanın ümumi sahəsinin hər kvadratmetri üçün Vergi Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulan 10 manata 1,8 əmsalı tətbiq olunmuşdur. Bununla əlaqədar, "xxxx" MTK tərəfindən 2011-ci ilin 1 rübbü üzrə 12275 kv.m, 2013-cü ilin 4 rübbü üzrə 8902,77 kv.m, 2015-ci ilin 1 rübbü üzrə 10782,72 kv.m olmaqla, ümumilikdə 31960,49 kv.m sahə mənzil tikintisi fəaliyyəti ilə sadələşdirilmiş vergiyə cəlb edilmişdir(vergiyə cəlb edilən sahəyə vergi qanunvericiliyinə uyğun olaraq liftlərin şaxtası, digər şaxtalar və mərtəbələr daxil edilmir). Qeyd edilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsinin (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli 140 nömrəli Qərarına əsasən müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanmışdır. İddiaçı MTK vergi orqanlarına xx.xx.2016-cı il tarixli qeydiyyat nömrəsi **********612800 saylı olan “xx.xx.2016-ci il tarixədək tikinti obyektlərinin tikinti quraşdırma işlərinə başlanılması barədə məlumat forması təqdim edərək,mövcud vergitutma metodunu dəyişməmişdir. Yuxarıda qeyd olunan tikilmiş 2 girişli 12 mərtəbəli, 1 girişli 13 mərtəbəli olmaqla yaşayış binasında tikinti və satış işləri 25 Dekabr 2019-cu il tarixədək başa çatdırılaraq, AR Fövqalədə Hallar Nazirliyinin müvafiq qurumlarından “Çoxmənzilli yaşayış binasının (Çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə 25 Dekabr 2019-cu il tarixli 0318 №-li rəy alınmış və Abşeron Rayon İcra Hakimiyyətinin 21 Yanvar 2020-ci il tarixli 007 nömrəli İcazəsi ilə istismara verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 3 ədəd 1 girişli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlak reyestrində aparılmışdır. 3 ədəd 1 girişli çoxmərtəbəli yaşayış binaları Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar İddiaçı MTK aidiyyəti dövlət qurumları tərəfindən qəbul edilmişdir. Fərmanda qeyd edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələri, yan divarları və dam örtüyünün inşası daxil olmaqla tikinti -quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilsin. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Göstərilənlərə əsasən, İddiaçıMTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 2 girişli 12 mərtəbəli, 1 girişli 13 mərtəbəli olmaqla yaşayış binasının satışa yaralı sahələri yoxlamanın əhatə etdiyi dövrdən əvvələr, yəni xx.xx.2020-ci il tarixdək satış tam başa çatmış və bina istismar üçün aidiyyəti dövlət qurumları tərəfindən qəbul edilmişdir. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Bildirir ki, xx.xx.2025-ci il tarixli **********180012 nömrəli SVY Aktının 1.8-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən səyyar vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasına təqdim olunmuş ilkin mühasibat sənədləri, satış nüqavilələri, tikintinin lahiyəsi, həmçinin vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmış, vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmişdir. Həmin Aktın 1.9-cu bəndində isə yuxarıda qeyd edilən bəndə ziddiyyətli olaraq qeyd edilmişdir ki, mənzillərin və obyektin satış müqavilələri tam həcmdə təqdim edilməmişdir. Bununla əlaqədar qeyd edir ki, İddiaçıMTK tərəfindən bütün müqavilələr səyyar vergi yoxlamasının keçirilən zaman yoxlamaya təqdim edilmişdir. Tərtib edilmiş **********180012 nömrəli SVY Aktında hansı mənzillərin və ya obyektlərin satış müqavilələrinin təqdim edilməməsi qeyd edilsə də, bu barədə heç bir açıqlama verilməmişdir. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları təqdim etmədiyi, bu Məcəllənin 16.1.6-cı maddəsində göstərilən elektron daşıyıcıda, uçot bazalarında və sistemlərində olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmadığı və ya həmin sistemlərdə olan məlumatlar vergi orqanının tələbi ilə təqdim edilmədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi və ya həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasının təmin edilməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Yoxlama zamanı yoxlama dövrünə aid sənədlərin, mənzillərin və ya obyektlərin satış müqavilələrinin təqdim edilməməsi halı ilə əlaqədar yoxlayıcı orqan tərəfindən məhkəmə müraciət halı olmamışdır. Vergi orqanın xx.xx.2025-ci il tarixli **********180012 nömrəli SVY Aktının 2.1-ci bəndində qeyd edilmişdir ki, 113 mənzil satışı müqaviləsi üzrə dövriyyə kənarlaşması müəyyən edilmişdir. Göstərilənlərə əsasən SVY yoxlama aktında qeyd edilmiş 113 satış müqaviləsinin vergilərin hesablanması üçün səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə heç bir aidiyyəti olmamış,113 mənzil satışı müqavilələrinin tarixi, dövrü yoxalmanın əhatə etdiyi dövrdən çox qabaqkı yəni, yoxlamanın əhatə etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki dövrlərdə olmuşdir.Bununla əlaqədar qeyd edir ki , 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********179951 saylı Qərarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əhatə edilən dövrdə əlavə dəyər vergisinin hesablanması üçün vergitutma obyekti və vergitutma bazası olmamışdır. Eyni zamanda səyyar vergi yoxlaması zamanı qanunsuz hesablanmış vəsait tam əsassız hesablama əsasında aparılmışdır. Belə ki, yoxlama zamanı cəlb edilmiş mütəxəssisin rəyi hesablamanın əsasını təşkil etmişdir. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən dəvət edilmiş mütəxəssisin xx.xx.2020-ci il taridən xx.xx.2023-cü il tarixdək olan dövr üzrə İddiaçı MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın ümumi və satışa yararlı sahəsinin müəyyənləşdirilməsi barədə 28 dekabr 2024-cü il tarixli “Mütəxəssis Rəyi”nin 3-cü bəndində qeyd edilmişdir, rəy hazırlanan zaman Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixdə qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanundan istifadə edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” 8 dekabr 2023-cü il tarixli 1052-VİQ №-li Qanunun tətbiqi barədə fərman imzalayıb. Qanunun 26.1-ci maddəsinə əsasən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minmişdir.Həmin Qanunun 26.3-cü maddəsində qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi gündən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1998-ci il 25 iyun tarixli 510-İQ nömrəli Qanunu ləğv edilir. Vergi orqanın xx.xx.2025-ci il tarixli **********180012 №-li SVY Aktında əsaslandığı mütəxəssis rəyi ləğv edilmiş və qüvvədən düşmüş zaman Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixdə qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsaslandığı üçün səyyar vergi yoxlaması aktında qeyd edilənlərlərin hüquqi əsassız yoxdur, əsassız və qanunsuzdur. Eyni zamanda, Vergi Məcəlləsinin 61.1-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Ekspert və ekspert rəyi barədə Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən dəvət edilmiş ekspertin xx.xx.2020-ci il taridən xx.xx.2023-cü il tarixdək olan dövr üzrə İddiaçı MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın satışa yararlı sahəsinin 1 kv.m-nin satışının orta bazar qiymətlərinin müəyyənləşdirilməsi barədə “Ekspert rəyi”nin 3-cü bəndində qeyd edilmişdir ki, 28 dekabr 2024-cü il tarixli ekspert rəyi hazırlanan zaman Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixdə qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanundan istifadə edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” 8 dekabr 2023-cü il tarixli 1052-VİQ №-li Qanunun tətbiqi barədə fərman imzalayıb. Qanunun 26.1-ci maddəsinə əsasən Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 26.3-cü maddəsində qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi gündən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1998-ci il 25 iyun tarixli 510-İQ nömrəli Qanunu ləğv edilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi ilə əlaqədar olaraq bildirilir ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179951 saylı qərarına əsasən MTKda (VÖEN **********) xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2023-cü il tarixli **********179994 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlama zamanı mənzil satışından 113 müqavilə üzrə ümumilikdə 9994.36 kv.m yaşayış sahəsinin (ekspert rəyinə əsasən 1 kv.m-i 800.0 manatdan) satıldığı müəyyən edilmişdir. Bundan başqa vergi ödəyicisi obyektlərin satış müqaviləsini təqdim etmədiyindən (vergi ödəyicisinin izahatına əsasən) mütəxəssis rəyinə əsasən olan sahə 2154,87 kv.m obyektin və 1358,0 kv.m yarım zirzəminin ekspert rəyinə əsasən 1 kv.m-i 1000,0 manat (yarımzirzəmi) və 1500,0 manat (obyekt) satış kimi nəzərə alınır. Ümumilikdə 9994.36 m2 yaşayış sahəsinin 1m2-in satış qiyməti ekspert rəyinə əsasən 800.0 manatdan (ƏDV ilə), 2154,87 kv.m obyektin 1m2-in satış qiyməti ekspert rəyinə əsasən 1500.0 manatdan (ƏDV ilə), 1358,0 kv.m yarımzirzəminin 1m2-in satış qiyməti ekspert rəyinə əsasən 1000.0 manatdan (ƏDV ilə) nəzərə almaqla ümumilikdə ********.0 manat (ƏDV-siz) dövriyyə kənarlaşması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən müəyyən edilmiş ********.0 manat dövriyyə 2023-cü ilin noyabr ayında bərpa edilərək ümumilikdə ƏDV üzrə 1894995.0 manat əlavə ƏDV məbləği hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən əlavə vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1894995.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 947497.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Yoxlama xx.xx.2023-cü il tarixdə başlanılmış xx.xx.2025-ci il tarixli **********180012 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********191983 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və 16.1.12-ci maddəsinə əsasən bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifələridir. Vergi Məcəlləsinin 16.8-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir Vergi Məcəlləsinin 38.1-ci Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. Verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; ...... 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə yaşayış və qeyriyaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş, hər 3 yoxlamada da yaşayış və qeyri-yaşayış sahələrinin satılmadığı müəyyən edilmiş, bu fakt vergi ödəyicisi tərəfindən təsdiqlənmiş, səyyar vergi yoxlaması aktları vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi Məcəlləsinin 44.1 və 45.1- ci maddələrinə əsasən Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda mütəxəssis və ekspert dəvət oluna bilər. Eyni zamanda həmin Məcəllənin 38.7.3-ci maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlamasının dayandırmaq hüququ vardır. Vergi məcəlləsinin 44.5-ci maddəsinə əsasən ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir. Yoxlamaya dəvət olunan mütəxəssis tərəfindən rəyin verilməsindən imtina barədə məktub vergi ödəyicisinə əlbəəl təqdim edilmişdir. Vergi məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması bağlı olaraq bildirilir ki, Vergi məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.1.1. əsasən qəbul edilən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi Qərarında Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin konkret maddələrinin tələblərinin pozulması qeyd edilmişdir. Eyni zamanda Vergi ödəyicisinin qeyd olunan Məcəllənin 39.5-ci maddəsinə uyğun olaraq dəvət məktubu göndərilmiş, lakin vergi ödəyicisinin rəhbəri yaxud nümayəndəsi qeyd olunan tarixdə prosesdə iştirak etməmişdir. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxılmışdır. Əlavə dəyər vergisi üzrə hesablamanın əsassız olduğu barədə iddiyaya cavab olaraq bildirilir ki. Vergi məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunan hazır məhsulunun 1 vahidinə uyğun xammal sərfi normalarına (reseptura) uyğun hesablama aparılmış və Vergi məcəlləsinin 67.15-ci maddəsinə əsasən Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmis hesab edilir.Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli Qərarın surəti, MTK-nin təsis sənədləri, müqavilələrin surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 2t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı MTK barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli Qərara əsasən İddiaçı MTK-də xx.xx.2020 – xx.xx.2023-cü il hesabat dövrlərini əhatə edən səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********180012 nömrəli “Səyyar vergi yoxlaması” aktının 9-cu səhifəsində qeyd edilənlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələrə əsasən ümumilikdə 9994.36 m2 yaşayış sahəsinin (ekspert rəyinə əsasən 1 m2-i 800.0 manatdan) satıldığı müəyyən edilmişdir. Bundan başqa vergi ödəyicisi obyektlərin satış müqaviləsini təqdim etmədiyindən (vergi ödəyicisinin izahatına əsasən) mütəxəssis rəyinə əsasən olan sahə 2154,87 kv.m obyektin və 1358,0 kv.m yarımzirzəminin ekspert rəyinə əsasən 1 m2-i 1000,0 manat (yarımzirzəmi) və 15.00,0 manat (obyekt) satış kimi nəzərə almır. Ümumilikdə 9994.36 m2 yaşayış sahəsinin 1m2-in satış qiyməti ekspert rəyinə əsasən 800.0 manatdan (ƏDV ilə), 2154,87 kv.m obyektin 1 m2-in satış qiyməti ekspert rəyinə əsasən 1500.0 manatdan (ƏDV ilə), 1358,0 m2 yarımzirzəminin 1 m2-in satış qiyməti ekspert rəyinə əsasən 1000.0 manatdan (ƏDV ilə) nəzərə almaqla ümumilikdə ********.0 manat (ƏDV-siz) dövriyyə kənarlaşması aşkar olunur.Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən müəyyən edilmiş ********.0 manat dövriyyə 2023-cü ilin noyabr ayında bərpa edildi. Ümumilikdə ƏDV üzrə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən 113 müqavilə üzrə ümumilikdə 9994.36 m2 yaşayış sahəsinin, 2154,87 kv.m obyektin və 1358,0 m2 yarımzirzəminin satışı müəyyən edilmiş, ********.0 manat (ƏDV-siz) dövriyyə məbləği müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən dövriyyə məbləği göstərilmədiyindən, ********.0 manat dövriyyə kənarlaşması üzrə 1894995.0 manat əlavə ƏDV məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********157289 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 16-cı səhifəsində qeyd edilənlərə əsasən yoxlama ilə ƏDV üzrə ümumilikdə 1 955 674.41 manat verginin azaldılması müəyyən edildi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə azaldılmış verginin 50 %-i, yəni 977 837.2 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif edilir. İş materiallarına əlavə edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli Qərara əsasən İddiaçı MTK-yə 2011-2018-ci illər ərzində təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə ümumilikdə 10 527 775 manat (ƏDV ilə) dövriyyəni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlamanın sonuncu dövrünə, yəni 2023-cü ilin noyabr ayına bərpa etmiş və həmin vergiyə cəlb edilən dövriyyə əsasında iddiaçıya ümumilikdə 1 894 995 manat Əlavə dəyər vergisi hesablamışdır.Azaldılmaya görə 50% məbləğində, yəni 947.497,5 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 118 nömrəli sərəncamına əsasən İddiaçı MTK-yə Xırdalan şəhəri, Heydər Əliyev prospektində 0.45 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” xx.xx.2019-cu il tarixli 0318 nömrəli rəyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 67 ünvanında yerləşən İddiaçı MTK-yə məxsus 3 girişli, 1 səviyyəli zirzəmili, 13 mərtəbəli yaşayış binalarının tikintisi 2015-ci il tarixdə başa çatmış və istismara yararlı olduğu təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binası kompleksinin istismarına” xx.xx.2020-ci il tarixli 007 nömrəli İcazəyə əsasən həmin tarixdən İddiaçı MTK-yə məxsus 3 girişli, zirzəmili, 13 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 260, 264, 266 ünvanında inşa edilmiş 3 ədəd zirzəmili, 1 girişli, 13 mərtəbəli çoxmərtəbəli yaşayış binaları İddiaçı MTK-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmpışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MTK-yə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrə əsasən yaşayış və qeyri-yaşayış sahələri 2011- 2019-cü illər ərzində müxtəlif fiziki şəxslərə satılmışdır. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, cavabdeh vergi orqanı İddiaçı MTK tərəfindən 2011-2018-ci illər ərzində təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə ümumilikdə 10 527 775 manat (ƏDV ilə) dövriyyəni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlamanın sonuncu dövrünə, yəni 2023-cü ilin noyabr ayına bərpa etmiş və həmin vergiyə cəlb edilən dövriyyə əsasında iddiaçıya ümumilikdə 1 894 995 manat Əlavə dəyər vergisi hesablamışdır.Azaldılmaya görə 50% məbləğində, yəni 947.497,5 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli Qərarı mübahisələndirir və hesab edir ki, yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2011-2018-ci il tarixlərdə həyata keçirildiyindən vergi orqanı Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad etməklə iddiaçıya əlavə vergi məbləği hesabaya bilməzdi. Cavabdeh vergi orqanının nümayəndəsinin izahatından və iş materiallarına əlavə edilmiş etirazdan isə göründüyü kimi, cavabdeh vergi orqanı əvvəlki səyyar vergi yoxlamaları zamanı satılmış yaşayış və qeyri-yaşayış sahələri barədə məlumatın vergi orqanına təqdim edilmədiyini əsas gətirərək, əvvəlki tarixlərdə baş tutmuş satış üzrə dövriyyəni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə vergiyə cəlb edilən dövriyyə kimi qiymətləndirərək iddiaçıya ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli Qərarı qəbul edərkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad edilməsinə münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanının həmin normanı iddiaçıya münasibətdə tətbiq etmək hüququ yaranmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: -67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; -67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Həmin Məcəllənin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: -16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; -16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Qeyd olunan normaların birgə təhliindən belə məna çıxır ki, vergi orqanı yalnız aşağıdakı qeyd olunan şəxslərə münasibətdə VM-nin 67.16-cı maddəsinə istinad etməklə, tikinti-quraşdırma işləri başlamış binanın yaşayış və qeyri-yaşayış sahələrini yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş hesab edə bilər: 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış şəxslər; sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. İş materiallarından göründüyü kimi, İddiaçı MTK-ya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən torpaq sahəsində 2011-ci il tarixdə çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə icazə verilmiş və 2 girişli, 12 mərtəbəli və 1 girişli, 13 mərtəbəli yaşayış binalarının tikintisi 2019-cu ildə, həmin binalar üzrə yaşayış və qeyriyaşayış sahələrinin satışı başa çatmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bir haldakı İddiaçı MTK çoxmərtəbəli yaşayış kompleksinin tikintisini 2019-cu ildə, həmin kompleks üzrə yaşayış və qeyriyaşayış sahələrinin satışını isə 2020-ci ildə tam başa çatdırdırmışdır, bu halda vergi orqanının iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad etmək və bu əsasla əlavə vergi məbləği hesablamaq hüququ yaranmamışdır. Belə ki, yuxarıda da izah edildiyi kimi, həmin norma 01 yanvar 2020-ci ildən sonra tikinti-quraşdırma işlərinə başlamış və ya 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə münasibətdə tətbiq edilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsi xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsinə əlavə edildiyi və xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyi halda, cavabdeh vergi orqanı həmin normanı qüvvəyə minməmişdən əvvəlki tarixlərdə, yəni xx.xx.2020-ci il tarixədək baş tutmuş alqısatqı əməliyyalatlarına münasibətdə tətbiq edərək, iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə vergitutulan əməliyyatlar xx.xx.2020-ci tarixədək olan dövrdə baş verdiyindən, cavabdeh vergi orqanı xx.xx.2020-ci tarixdən sonra qüvvəyə minmiş normanı tətbiq etməklə iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, bu da qanunvericiliyin tələblərinin və iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərdən əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı mübahisəli inzibati aktı qəbul edərkən vergi qanunvericiliyində müddətlərlə bağlı nəzərdə tutulmuş məhdudiyyətləri də nəzərə almamışdır. Belə ki, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyətə səbəb olur. Lakin qanunverici məsuliyyətə cəlb etmənin məhdudiyyətsiz deyil, müəyyən müddət çərçivəsində həyata keçirilməli olmasını təsbit edir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalardan göründüyü kimi, səyyar vergi yoxlaması üzrə vergi ödəyicisinin son 3 (üç) təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanılır. Hazırki işin hallarından görünür ki, iddiaçı barəsində aparılmış sonuncu yoxlama ƏDV üzrə yanvar 2021 – noyabr 2023-cü illəri əhatə etmişdir. Başqa sözlə, cavabdeh yoxlamada qeyd olunan dövrlər üzrə 3 illik zaman kəsiyində aşkara çıxmış pozuntularla bağlı iddiaçını məsuliyyətə cəlb etməyə haqlı ola bilər. Lakin cavabdeh, iddiaçını, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı 2011-2019-cu illərdə baş tutmuş satış əməliyyatlarına görə məsuliyyətə cəlb etmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquq pozuntusu kimi aşkara çıxardığını iddia etdiyi hal (2011-2019) yoxlama dövrü (yanvar 2021 - noyabr 2023-cü illər) ilə əhatə olunmur. Hətta qəbul etsək ki, iddiaçı tərəfindən həqiqətən də hüquqpozuntusu törədilmişdir, həmin dövrdən (2011-2019-cü illər) 3 (üç) ildən çox vaxt keçdiyindən, iddiaçı müddətin keçməsi əsası ilə vergi məsuliyyətinə cəlb oluna bilməz. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 aprel 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. (..) Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində (..) nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.” İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin satışının müəyyən edilməməsinə və vergi ödəyicisinin də həmin faktı təsdiq edərək səyyar vergi yoxlaması aktlarını imzalamasına münasibətdə məhkəmə qeyd edir ki, vergi orqanları kameral və ya səyyar vergi yoxlaması, eləcə də operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin izahatından asılı olmayaraq araşdırma aparmaq və hüququ pozuntusu aşkar etdiyi təqdirdə həmin vergi ödəyicisini məsuliyyətə cəlb etmək hüququna malikdir. Başqa sözlə desək, vergi ödəyicisinin izahatı vergi orqanının yoxlama çərçivəsində araşdırma aparmaq imkanını və hüququnu məhdudlaşdırmır. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı hazırkı səyyar vergi yoxlaması zamanı aşkar etdiyi faktları, əvvəlki səyyar vergi yoxlaması zamanı da aşkar etmək hüququna və imkanına malik olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əvvəlki səyyar vergi yoxlaması zamanı cavabdeh vergi orqanının qanunla ona verilmiş hüquq və imkanlardan istifadə edərək araşdırma aparmaması və hazırkı yoxlama zamanı müəyyən etdiyi faktları aşkar etməməsi, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi zamanı qanunla müəyyən edilmiş 3 illik müddət məhdudiyyətinin tətbiqini istisna etmir. Həmçinin, cavabdehin təqdim etdiyi 28 dekabr 2024-cü il tarixli ekspert rəyi hazırlanan zaman Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixdə qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanundan istifadə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidenti “Qiymətləndirmə fəaliyyəti haqqında” 8 dekabr 2023-cü il tarixli 1052-VİQ №-li Qanunun tətbiqi barədə fərman imzalayıb. Həmin qanunun 26.1-ci maddəsinə əsasən Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 26.3-cü maddəsində qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi gündən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1998-ci il 25 iyun tarixli 510-İQ nömrəli Qanunu ləğv edilmişdir. Göründüyü kimi Vergi orqanın xx.xx.2025-ci il tarixli **********180012 №-li SVY Aktında əsaslandığı mütəxəssis rəyi ləğv edilmiş və qüvvədən düşmüş zaman Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixdə qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsaslanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh təşkilat daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi üçün “Azərekspertiza” birliyinin mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyinə əsasən daşınmaz əmlakın 1 m2 qiyməti 2023-cü ilin qiymətlərinə uyğun hesablanaraq 800 manat məbləğində qiymətləndirilmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi alqı-satqı müqavilələrindən görünür ki, MTK ilə payçılar arasında 2013-2018-ci illər arasındakı dövrlər üzrə müqavilələr bağlanmışdır. xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 87,28 m2 mənzil 37530 manata (1 m2 yaşayış sahəsinin dəyəri 37530/87,28= 430 manat), xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 128 m2 mənzil 50000 manata (1 m2 yaşayış sahəsinin dəyəri 50000/128= 390 manat), xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 91,6 m2 mənzil 55000 manata (1 m2 yaşayış sahəsinin dəyəri 55000/91,6= 600 manat) satılmışdır. Həmçinin, iddiaçı tərfindən təqdim edilmiş çoxsaylı alğı-satqı müqavilələrindən belə qənaətə gəlmək olur ki, müvafiq dövrlərdə satılmış yaşayış sahəsinin 1 m2 ortalama qiyməti təqribi 500 manat civarında təşkil etmişdir. Cavabdeh təşkilatın mübahisələndirilən qərarın verilməsinə əsas olmuş mütəxəssis rəyi isə 2023-cü ilin yaşayış sahəsinin satışı qiyməti görürülməklə qəbul edilmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, iddiaçıya səyyar vergi yoxlaması zamanı əlavə dəyər vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, həmçinin bunu sübut etmiş olsaydı belə, məsuliyyətə cəlbetmə müddəti keçdiyindən, iddia tələbi təmin edilməli və mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı Mənzil Tikinti Koopertivi barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191983 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar