Məhkəmə qərarları › İş №e-2-1(118)-50/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-50/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-50/2022 10.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 sentyabr 2020-ci il tarixli **********199533 nömrəli “X14 AKTİ” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3141497 nömrəli qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 sentyabr 2020-ci il tarixli **********199533 nömrəli “X14 AKTİ” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3141497 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı çıxışında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 sentyabr 2020-ci il tarixli **********199533 nömrəli “X14 aktı” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3141497 nömrəli qərarını ləğv edilməsi tələbinə dair e-2-1(118)-50/2022 saylı inzibati iş məhkəmənin icraatındadır. KY201464869 saylı, 12 noyabr 2020-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək növbədənkənar X14 keçirilmişdir. Növbədənkənar X14nın keçirilməsinə əsas - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016- cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş X14nın keçirilməsi Qaydalarının 13.6-cü bəndinə əsasən Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı tərəfindən verginin və ya məcburi dövlət sosial sığorta və ya işsizlikdən sığorta haqqının, yaxud icbari tibbi sığorta haqqının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar edildiyi üçün vergi ödəyicisinə və ya sığortaedənə, yaxud sığortalıya dəqiqləşdirilmiş vergi bəyannaməsinin və ya hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərildikdən sonra da dəqiqləşdirilmiş bəyannamə və ya hesabat təqdim edilmədikdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri nəzərə alınaraq X14nın keçirilməsi məsələsinə baxılır. Cavabdeh inzibati orqan SVY aktında növbədənkənar X14nın keçirilməsinə əsas olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etsə də, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumatın əldə etməsi ilə bağlı sübut təqdim etməmiş, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş X14nın keçirilməsi Qaydalarının 13.6-cü bəndinə əsasən qeyd edilmiş bildiriş cavabdeh vergi orqanı tərəfindən iddiaçıya göndərilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən həmin maddə ilə növbədənkənar X14nın aparılması qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1. X14, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. X14 növbəti və növbədənkənar ola bilər. Növbəti X14 keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Belə ki, xx.xx.2020-ci il tarixli, **********199533 saylı “X14” Aktının surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) X14 xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. X14 keçirilən zaman qüvvədə olan Həmin Məcəllənin 38.2- ci maddəsinə əsasən Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti X14 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X14 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X14nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə “X14nın iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi”nə dair müddəa həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 və 90 günlük müddətlərin təqvim günü kimi başa düşülməli olduğunu istisna etmir. Qanunvericiliyin ifadə tərzinə və mənasına görə X14 yalnız iş günlərində və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməli olsa da, ümumilikdə 30 təqvim günü, müstəsna hallarda isə 90 təqvim günündən artıq davam etməməlidir. Cavabdeh vergi orqanı isə qanunvericiliyin tələblərini yanlış tətbiq edərək yoxlama müddətlərini iş günü ilə təyin etmişlər ki, bu da yoxlamanın qanunsuz olaraq uzadılması ilə nəticələnmişdir. Bu hal onunla bir daha təsdiq edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-də 38.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən təqvim günü iş günləri ilə əvəz edilmişdir. Bununla da sübut olunur ki, cavabdehin iddia ərizəsinə etirazda qeyd etdiyi təqvim günlərini, vergi ödəyicisinin iş günləri kimi yanaşması qanunsuz və əsassızdır. xx.xx.2016-cı il tarixli VN-nin Kollegiyasının qərarı ilə təsdiq edilmiş X14nın keçirilməsi barədə qərarında, s.v.y-nın keçirilməsi müddəti 30 iş günü deyil, 30 gün müəyyən edilmişdir. Cavabdeh tərəfindən s.v.y. qərarı təhriv edilərək, 30 gün əvəzinə qanunsuz olaraq, 30 iş günü qeyd olunmuşdur. KY201464869 saylı, 12 noyabr 2020-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışından görünür ki, Yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdə başlanmış, (48 gün davam etmiş) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (46 gün müddətinə artırılmış), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (43 gün müddətinə artırılmış) artırılmışdır. Yoxlama müddəti (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) 137 gün çəkmişdir. Qanunvericiliyin tələblərinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamarın vahid məlumat reyestri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. X14 keçirilən zaman qüvvədə olan Həmin Məcəllənin 38.2- ci maddəsinin 2-ci abzasının 1-ci cümləsinə əsasən “X14 30 gündən artıq davam edə bilməz” Lakin iş materiallarına əlavə edilmiş KY201464869 saylı, 12 noyabr 2020-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən cavabdeh inzibati orqan yoxlamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (48 gün) Vergi Məcəlləsinin tələblərinə zidd olaraq 30 gündən artıq həyata keçirmişdir. X14 keçirilən zaman qüvvədə olan Həmin Məcəllənin 38.2- ci maddəsinin 2-ci abzasının 2-ci cümləsinə əsasən “Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X14nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.” Lakin iş materiallarına əlavə edilmiş KY201464869 saylı, 12 noyabr 2020-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən cavabdeh inzibati orqan tərəfindən iki dəfə X14nın müddətinin artırılması (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, (46 gün müddətinə), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (43 gün) müddətində) nəticəsində ümumilikdə 137 gün davam etmiş, Vergi Məcəlləsinin tələblərinə zidd olaraq 90 gündən artıq həyata keçirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 48.2-ci maddəsinə əsasən Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016- cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş X14nın keçirilməsi Qaydalarının 8.13-cü bəndinə əsasən X14nın nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. KY201464869 saylı, 12 noyabr 2020-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışından görünür ki, cavabdeh inzibati orqan tərəfindən X14 xx.xx.2020-ci tarixdə başa çatmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş № **********199533 saylı X14 aktı xx.xx.2020-ci il tarixində (yuxarıda qeyd olunan Qaydaların 8.13-cü maddəsinə zidd olaraq 4 iş günü müddətində) tərtib edilmişdir. Həmçinin VM-nin 38.2-ci maddəsinin 3-cü abzasına əsasən aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən X14nın nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: X14nın obyektiv və dolğun keçirilməsi üçün zəruri olan- sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda nümunə kimi götürülən əşyaların tədqiqi, X14 zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; X14 ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Lakin SVY zamanı cavabdeh inzibati orqan tərəfindən VM-nin 38.2-ci maddəsinin3cü abzasında nəzərdə tutulan əsaslar olmadığından X14nın nəticələri üzrə aktın tərtibi müddəti uzadılmamışdır. Bununla da aktın tərtibi ilə nəzərdə tutulmuş müddət də cavabdeh inzibati orqan tərəfindən pozulmuşdur. Qeyd edilənlərə əsasən hesab edirlər ki, cavabdehin ümumilikdə 137 gündən artıq davam edən X14 mütəmadi olaraq qanunvericiliklə müəyyən edilən tələblərin pozulması, əsassız qərarların qəbul edilməsi ilə müşayiət olunmuşdur ki, bu cür yoxlamanın nəticələri üzrə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən SVY yoxlaması keçirilməzdən əvvəl, 2 saylı ƏVBİ tərəfindən 2018-ci il gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirilərək, nəticədə **********037600 nömrəli, xx.xx.2019-cu il tarixli qərar ilə 289.048.83 AZN əlavə vergi məbləği hesablanmış, daha sonra gəlir və xərc sənədlərinə baxış keçirilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqan tərəfindən **********257000 saylı yeni qərar qəbul edilərək, əvvəlki **********037600, xx.xx.2019-cu il tarixli qərar ləğv edilərək, əsassız hesablanmış əlavə vergi məbləği silinmişdir. Hazırda cavabdeh inzibati orqanın **********257000 saylı, xx.xx.2019-cu il tarixli qərarı qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. X14 zamanı mövcud qərar - **********257000 saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilmədən, həmin dövr (2018) üzrə yenidən qanuna zidd olaraq hesablama aparılaraq nəticədə qanunsuz qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68 və 69-cu maddələrinə əsasən Vergi orqanı tərəfindən İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi, Qanuni əlverişsiz inzibati aktın və Qanuni əlverişli inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna və ya etibarsız sayıla bilər. Cavabdeh inzibati orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən 55 saylı Qərarın tətbiqini əsaslandırmamışdır. Belə ki, 83.9-cu maddənin tətbiqi, 67.14-cü (67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.) maddəyə əsasən həyata keçirilir. Vergi orqanı isə qanunsuz olaraq bu hesablama metodunu (SVY Aktının 2.1-ci bəndinə əsasən) sənədlərin tam olaraq təqdim edilmədiyindən və alış aktlarının müəyyən edilmiş qaydalara uyğun olaraq tərtib edilmədiyindən istifadə etmişdir. SVY Aktının 1.8-ci bəndində sənədlərin yoxlamaya ümumiyyətlə təqdim edilmədiyi qeyd edilmişdir. Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən X14 zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır. VM-nin 43.10-cu maddəsinin tələblərindən görünür ki, əgər SVY zamanı vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilməmişdirsə, (SVY Aktının 1.8 və 2.1də qeyd edildiyi kimi) bu barədə İMTİNA AKTİ tərtib edilməli idi. Lakin belə bir akt cavabdeh inzibati orqan tərəfindən tərtib edilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixdə saat 14:15-də keçirilmiş iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında SVY zamanı iddiaçının nümayəndəsi olmuş X5 şahid qismində məhkəməyə verdiyi ifadəsində qeyd olunmuşdur ki, 2 saylı ƏVBİ tərəfindən təqdim edilmiş tələbnamayə əsasən tələb olunan sənədlər Sumqayıt şəhərində, 2 saylı ƏVBİ-nin inzibati binasında SVY-nı həyata keçirən X8 təqdim edilmişdir. Lakin sənədlərin C.Təhməzova təqdim edilməsinə baxmayaraq, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokol tərtib edilməmiş, sənədlərin qəbul edilməsini təsdiq edən heç bir qəbz təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixdə saat 14:15-də keçirilmiş iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında SVY zamanı yoxlayıcı olan, 2 saylı ƏVBİ- nin əməkdaşı X7 şahid qismində məhkəməyə verdiyi ifadəsində qeyd olunmuşdur ki, X14 zamanı, bütün sənədləri iddiaçının nümayəndəsi olmuş X2 Sumqayıt şəhərində təhvil almışdır. Məhkəmə prosesi zamanı cavabdeh inzibati orqan tərəfindən X14na təqdim edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanlanmış “cavabdeh inzibati orqana sorğu verilməsi” barədə vəsatətində SVY Aktında sənədlərin təqdim edilməməsi, lakin cavabdeh inzibati orqan tərəfindən yoxlama dövründə iddiaçının nümayəndəsindən (SVY zamanı) təhvil götürülmüş sənədlərin məhkəməyə təqdim edilməsi ziddiyət yaratdığından, sənədlərin və nümunə kimi əşyaların təqdim edilməsi barədə protokolun ya da sənədlərin təqdim edilməməsi barədə imtina aktının təqdim edilməsi üçün məhkəmə tərəfindən sorğu verilməsini xahiş etmişdir. Çoxsaylı şikayətlərdən və tələblərdən sonra sənədlərin təqdim edilməməsi barədə imtina aktını deyil, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə xx.xx.2020-ci il tarixli protokolun əsli cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. Vəsatəti təmin olunaraq cavabdeh inzibati orqana sorğu verilmişdir. Artıq sənədlərin və nümunə kimi əşyaların təqdim edilməsi barədə protokolun, təqdim edilmiş sənədlərin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməsi, SVY Aktında 1.8 və 2.2-ci bəndlərinin həqiqiliyi, cavabdeh inzibati orqanının özü tərəfindən təkzib olunur. Bu da öz növbəsində cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablama aparılmasının qanunsuz olduğunu sübut edir. Məhkəmə iclasında həmin protokolun surəti və sonradan təqdim edilmiş əsli ilə tanışlıq zamanı, həmin protokolda olan məlumatların tam və düzgün qeyd olunmadığı, şahid O.Şükürovun ifadəsində sənədlərin yoxlamaya təqdim ediliyi an protokolun tərtib edilmədiyi bildirdiyindən protokolun qanuni olması şübhə yaratmışdır. Protokolla tanışlıq zamanı, aşkar etmişdir ki, protokolun tərtib edilmə yeri - Bakı şəhəri, sənədləri təhvil verən şəxsin protokolda İddiaçı qeyd edilmişdir. Lakin məhkəmə iclasında iştirak edən hər iki şahid, sənədlərin Sumqayıt şəhərində X10 tərəfindən təhvil verildiyini bildirilmişlər. Həmçinin xx.xx.2020-ci il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********199532 nömrəli Tələbnamədə sənədlərin 15 iş günü müddətində yəni xx.xx.2020-ci il tarixə kimi vergi orqanının vergi yoxlamasını həyata keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının ƏVBİ AZ5001 ünvan 1 ünvanında təqdim olunmalıdır qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli 16:30-da keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı izahatında qeyd etmişdir ki, SVY dövründə bütün sənədlər notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən 2 saylı ƏVBİ-nə təqdim edilmişdir. Şəxsən onun tərəfindən 2 saylı ƏVBİ-yə heç bir sənəd təqdim edilməmişdir və sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə xx.xx.2020-ci il tarixli protokol ona təqdim edilməmiş, protokolda qeyd olunan imza ona məxsus deyildir. Belə olan halda xx.xx.2021-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilməsi barədə Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2021-ci il tarixli protokolun ikinci səhifəsinin sonunda olan (vergi ödəyicisinin götürmədə iştirak edən nümayəndəsi qrafasında) imzaların İddiaçı tərəfindən icra edilibedilməməsi barədə məhkəmə xəttşünaslıq ekspertizasını təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. xx.xx.2021-ci il tarixdə məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1566 saylı rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd olunmuşdur ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokolda İddiaçı yazıları önündəki imzanın, və “götürmə protokolunun surətini aldım” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunub-olunmamasının tətqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokolun həqiqiliyi onu tərtib edən cavabdeh inzibati orqan tərəfindən sübut edilməlidir. Bu hal və protokolda qeyd edilən səhv məlumatlar protokolun cavabdeh vergi orqanı tərəfindən qanunsuz olaraq sonradan tərtib edilməsi, iddiaçının adından saxta imzalanması şübhələrin əsaslı olduğunu sübut etmişdir. Bu da öz növbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkibini yaradır. Bununla da cavabdeh inzibati orqan barəsində məhkəmə tərəfindən xüsusi qərarın qəbul edilməsini şərtləndirir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, hətta bütün yuxarıda qeyd olunanlardan savayı vergi orqanı SVY aktında gəlir vergisi üzrə aparılmış əlavə hesablamanı belə düzgün aparmamışdır. Hesablamada Azərbaycan Respublikası VM- nin 67.1. , 67.14. , 83.9. - cu maddələrin tələbləri pozularaq istifadə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarının müəyyən etdiyi hesablama metodu də səhv tətbiq edilmişdir. Belə ki, qərarın 6.1. bəndində vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir. Yəni hesablama zamanı 6.1.1. bəndinə görə gəlir əsasında və ya 6.1.2. bəndinə görə xərclər əsasında. Amma aktda eyni zamanda hər iki metoddan istifadə edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixdə saat 14:15-ə təyin edilmiş məhkəmə iclasında mənim cavabdeh tərəfindən şahid qismində məhkəməyə dəvət olunmuş Təhməzov Camala verdiyi suala əsasən o cavab olaraq öz ifadəsində bildirmişdir ki, NK-nin 55 nömrəli qərarını, gəlir metoduna görə tətbiq etmişəm. Bununla da sübut olunur ki, X14 aktında qeyd olunan hesablama metodu ilə (aktda hər iki metodla hesablama aparılmışdır) ifadəsində qeyd etdiyi hesablama metodu ziddiyət təşkil edir. Bununla da hər bir halda sübut olunur ki, istər yoxlama aktında istərsə də şahid Camal Təhməzovun ifadəsində NK-nin 55 saylı qərarının tətbiqi yol verilməzdir. Yolverilməzdir ona görə ki, yoxlama aktında hər iki metod tətbiq edilmişdir. Lakin qərarda birmənalı şəkildə qeyd olunur ki, metodlardan yalnız biri tətbiq edilə bilər. Təhməzov Camalın bildirdiyi fikirlər aktda qeyd olunanlarla üst-üstə düşmür və gəlir metodunun tətbiq edilməsi belə mövcud məlumatlar əsasında mümkün ola bilməz. Sənədlər təqdim edilib, cavabdeh inzibati orqan tərəfindən həm gəlir həm də xərc məlumatları mövcuddur. Həmçinin SVY Aktının 2.7. və 3.1. bəndlərində vergi ödəyici tərəfindən Azərbaycan Respublikası VM-nin 58.7-1-ci maddəsinin və “Nağd hesablaşmalar haqqında” Azəybaycan Respublikasının qanunun tələbləri pozulması qeyd olunmuş və nəticədə əssassız olaraq 297458,90 AZN maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh SVY aktında Azərbaycan Respublikası VM-nin 58.7-1-ci maddəsinin hansı bəndinin, tələblərini pozulduğunu qeyd etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə; 58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə; 58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya; 58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə; 58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə; 58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə; Vergi orqanın SVY aktında qeyd etdiyi “Nağd hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunu mövcud deyildir. Cavabdeh “Nağdsız hesabalşmalar haqqında” Azərbaycan Respublikasının qanunu nəzərdə tutmuşdursa yenə bu qanunun hansı maddəsinin tələbininin pozulduğunu qeyd etməyib. Aktda qeyd edilən İddiaçı malların alış aktı əsasında mal aldığı 13 fiziki şəxslə vergi orqanlarında qeydiyyatdadır. Bu səbəbdən “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulan limitdən artıq nağd əməliyyat aparıldığına görə artıq olan hissədə 10 faiz maliyyə sanksiyası hesablanmışdır. Lakin tətbiq edilən maliyyə sanksiyası əsassızdır. Belə ki, 2020-ci il yanvar ayının 1-nə qədər ölkə üzrə tərtib edilmiş malların alış aktları qanunvericiliyə əsasən kağız daşıyıcı üzərində həyata keçirilirdi. Belə olan halda iddiaçı həmin şəxslərin vergi orqanında sahibkar kimi qeydiyyatda olduğunu müəyyən edə bilmirdi. İddiaçı əməliyyatları “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinin tələblərinə əsasən qanuni formada həyata keçirmişdir. “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; Bu hal “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 243 nömrəli 7 iyul 2020-ci il tarixli Qərarı qüvvəyə mindiyi andan, yəni xx.xx.2020-ci il tarixdən, elektron alış aktları tətbiqi qüvvəyə mindikdən sonra, sahibkarlar mal satanın vergi qeydiyyatında olubolmadığını aşkar edə bildi, vergi qeydiyyatında olan şəxslərlə malların alış aktlarının bağlanması mümkün olmur. Cavabdeh inzibati orqanın SVY aktında qeyd etdiyi alış aktları 2018 və 2019-cu illər ərzində bağlanmışdır. Sonda Vergi Məcəlləsinin tələblərinə görə alış aktını tərtib edən şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmamasını müəyyənləşdirmək vəzifəsi yoxdur. Bu səbəbdən tətbiq edilmiş maliyyə sanksiyası qərəzli, əsassız və qanunsuzdur. Belə ki, cavabdeh inzibati orqan bu halın qanun pozuntusu olduğunu iddia edirsə mal satanlara Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsini tətbiq edərək, onlara maliyyə sanksiyası tətbiq etməli idi. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində X14 keçirilərkən, yoxlamaya iş materiallarına əlavə edilmiş Sərbəst Audit rəyi də təqdim edilmişdir. Lakin həmin audit rəyi s.v.y. zamanı nəzərə alınmamışdır. Həmin audit rəyində qeyd olunmuşdur ki, Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı qərarının tətbiqi üçün 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşsin. Yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün 83.9-cü maddəsi tətbiq olunur. 83.9-cü maddə isə artıq 55 saylı qərarın tətbiq olunmasına gətirir. Sənədləşmələr var, gəlirlər və xərclər sənədləşdirilmiş, uçota alınmış və bunlara əsasən qeyd olunan illər üzrə X4 Sizə təqdim edilmişdir. Sənədlər təqdim edildiyi üçün Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarının tədbiq edilərək mənfəət hesablana bilməz. Eyni zamanda maliyyə sanksiyası ilə bağlı audit rəyində qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 13.2.10-cu, 16.1.11-6-cı, 73-cü və 130-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Parakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası ” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün Vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) almaqla, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib etmələ və belə malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış aktı” (MAA-1) ilə sənədləşdirilir. 2018-ci il və 2019-cu il tarixlərində Vergi ödəyicisi qanunvericiliyin tələbinə əsasən malları “Malların alış aktı” ilə alaraq anbara mədaxil etmiş və daxili bazarda sataraq mükəlləfiyyətinə uyğun hesabat verərək vergisini ödəmişdir. Alış aktı tərtib olunan zaman qarşı tərəfin vergi ödəyicisi kimi qeydiyyatda olmasını aşkar etmək mümkün deyildir. Yalnız 2020-ci ildən elektron alış aktları təşkilindən sonra mal alan bu məlumatı əldə edə bilir. Bu səbəbdən aktda bu hal üzrə nəzərdə tutulan maliyyə sanksiyasının hesablanması qanuna müvafiq deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bununla da hesab edirlər ki, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014- cü il tarixli **********823750 nömrəli Qərar Azərbaycan Respublikası Vergi Məcəlləsinin və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmadan qəbul edilmiş və onun qəbulunu zəruri edən şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq düzgün olmayaraq şərti rentabellik norması əsasında vergilərin hesablandığı, yoxlama müddətinin Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə uyğun olmayaraq 30 təqvim günü hesabı ilə deyil, 30 iş günü hesabı ilə aparıldığını, yoxlama müddətinin artırılmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığı, yoxlamaya təqdim edilmiş sərbəst audit rəyinin nəzərə alınmadığı əsas tutularaq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3141497 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Aşağıda göstərilənlərə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********37232 nömrəli qərarın ləğv edilməsinə dair iddiaçının dəlillərini əsassız hesab edirlər. “X14nın keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********199523 nömrəli qərara əsasən iddiaçıda iyun 2018-ci il tarixdən mart 2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar X14 keçirilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********19953 nömrəli X14 aktı tərtib edilməklə başa çatdırılmışdır. Yoxlama aktı iddiaçıya təqdim edilsə də iddiaçı tərəfindən heç bir səbəb göstərilmədən imza edilməsindən imtina edilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində aktı imzalamamasının səbəblərini izah edən, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə ifadə edən və etirazının dəlilərini təsdiq edən sübut əlavə edilməklə hər hansı bir yazılı məlumat iddiaçı tərəfindən cavabdeh vergi orqanına təqdim edilməmişdir. X14nın materiallarına Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********141497 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2018-ci il üzrə gəlir vergisinin 315861,82 manat, 2019-cu il üzrə gəlir vergisinin 1.402.545,58 manat, 2019-cu ildə ödəmə mənbəyində tutulan verginin 156,34 manat, 2020-ci ilin mart ayı üzrə ƏDV-nin 30,0 manat, cəmisi 1.718.593,74 manat məbləğində vergilərin azaldılmasına yol verildiyinə görə Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən 859.296,87 manat məbləğində, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7- 1 maddəsinə əsasən 297458,90 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq düzgün olmayaraq şərti rentabellik norması əsasında vergilərin hesablanmasına dair iddiaçının dəlilinə münasibətdə bildirirlər ki, yoxlamanın keçirilməsi ilə əlaqədar olaraq zəruri sənədlərin təqdim edilməsinə dair qərara əsasən sənədlər yoxlamaya tam olaraq təqdim edilməmişdir. Belə ki, dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə- tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tətbiq edilmədiyindən mənfəətin (gəlirin) birbaşa müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələbləri əsas götürülməklə şərti rentabellik norması tətbiq edilmişdir. İddiaçının gəliri müəyyən edilərkən həmçinin Hesabat/Axtarış informasiya sistemi məlumatları, bank məlumatları, qarşılıqlı əlaqələr və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsas götürülmüşdür. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozularaq yoxlamanın təqvim günü ilə deyil, iş günü hesabı ilə aparılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə bildirirlər ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X14 vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən X14 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X14nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən X14 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərilən dəlilləri əsasızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Cavabdeh etiraza əlavəsində qeyd etmişdir ki, “X14nın keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********199523 nömrəli qərara əsasən iddiaçıda iyun 2018-ci il tarixdən mart 2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar X14 keçirilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********19953 nömrəli X14 aktı tərtib edilməklə başa çatdırılmışdır. Yoxlama aktı iddiaçıya təqdim edilsə də iddiaçı tərəfindən heç bir səbəb göstərilmədən imza edilməsindən imtina edilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində aktı imzalamamasının səbəblərini izah edən, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə ifadə edən və etirazının dəlilərini təsdiq edən sübut əlavə edilməklə hər hansı bir yazılı məlumat iddiaçı tərəfindən cavabdeh vergi orqanına təqdim edilməmişdir. Belə ki, Vergi Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə xx.xx.2020-ci il tarixdə saat 11.00-da baxılacağı barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********045200 AVİS nömrəli məktubla müraciət olunmuşdur. xx.xx.2020-ci il tarixdə saat 11.30-da vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli 21/19 saylı müqavilə əsasında səlahiyyətli nümayəndələri X6 və X1 2 saylı Ərazi Vergilər Baş İdarəsinə gəlməsi təmin edilmişdir. Vergi ödəyicisinin müqavilə əsasında səlahiyyətli nümayəndələrin iştirakı ilə X14 aktında hesablanmış vergilər müzakirə olunaraq kənarlaşmalar barədə ətraflı izahat verilmişdir. Müzakirənin nəticəsi xx.xx.2020-ci il tarixli “X14 aktına baxılması haqqında” protokolla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən X14, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. X14 növbəti və növbədənkənar ola bilər. Növbəti X14 keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə növbəti X14 keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. X14 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X14nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki X14 ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar X14nın keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən X14 zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən X14nın keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar X14nın keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Yuxarıda Vergi Məcəlləsinin müddəlarında da qeyd oldunduğu kimi növbəti X14 keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Yoxlama xx.xx.2020 tarixdə başlanıldı və xx.xx.2020 tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərar(lar)a əsasən müvəqqəti uzadıldı və (və ya) müvəqqəti dayandırıldı: Qərarın adı Tarixi Nömrəsi Müddəti Müddət uzadılması xx.xx.2020 **********137357 30 Müddət uzadılması xx.xx.2020 **********138650 30 Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən X14 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X14nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. X14nın materiallarına Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********141497 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2018-ci il üzrə gəlir vergisinin 315861,82 manat, 2019-cu il üzrə gəlir vergisinin 1.402.545,58 manat, 2019-cu ildə ödəmə mənbəyində tutulan verginin 156,34 manat, 2020-ci ilin mart ayı üzrə ƏDV-nin 30,0 manat, cəmisi 1.718.593,74 manat məbləğində vergilərin azaldılmasına yol verildiyinə görə Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən 859.296,87 manat məbləğində, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7- 1 maddəsinə əsasən 297458,90 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi ödəyicisinin təqdim etdiyi 2018-cı il gəlir vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 9 019 249.00 manat, ümumi gəlirdən çıxılan xərclər 8 961 285.00 göstərilmiş, vergiyə cəlb olunan 57 964.00 (9 019 249.00- 8 961 285.00) manat gəlirdən 20% dərəcə ilə 11 592.80 manat gəlir vergisi hesablanmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən 3417531,48 manat idxal və 5722600,69 manat dəyərində meyvə tərəvəz ixrac etmişdir. Vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qəran ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət (Gəlir )müəyyən edilmişdir. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qəran idxal və ixrac malları üzrə tətbiq edilmişdir. İdxal edilmiş mallarara münasibətdə xərcə görə 4101037.78 manat gəlir müəyyən edildi (3417531,48/5*6 = 4101037.78) gəlir artırılır, ixrac edilən mallara münasibətdə isə gəlirə görə 4768833.91 manat xərc müəyyən edilmişdir (5722600,69 / 6*5 =4768833.91) xərc azaldılaraq yoxlama ilə vergi ödəyicisinin 2018-ci ilin gəlir vergisi üzrə çıxılmalardan sonra ümümi gəliri 9823638,46 manat, ümumi gəlirdən çıxılan xərclər isə 8186365,38 müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli Qərarına əsasən “Mallarin alış aktı” ciddi hesabat blankı hesab edilir. Fərdi sahibkar tərəfindən “Malların alış aktı” ciddi hesabat blankı alınmamış, adi qaydada akt tərtib edilmiş, alınmış kənd təsərrüfatı mallarının istehsal yeri barədə məlumat təqdim edilməmişdir. Belə ki, 2018-cı il üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlir aşağıdakı düsturla hesablanmışdır. (9823638,46-8186365,38)*20%-11592,8 (cari bəyannaməyə əsasən gəlir vergisi )=315861.82 manat gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən 2019-cu il gəlir vergisi hesabatını boş təqdim etmişdir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən 17646245,28 manat idxal və 20900873,18 manat dəyərində meyvə tərəvəz ixrac etmişdir. Vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qəran ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qəran ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət ( Gəlir) müəyyən edildi. Beləl ki, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qəran idxal və ixrac mallan üzrə tətbiq edilmişdir İİdxal edilmiş mallarara münasibətdə xərcə görə ********.34 manat gəlir müəyyən edildi(17646245,28/5*6 = ********.34) gəlir artırılır, ixrac edilən mallara münasibətdə isə gəlirə görə ********.32 manat xərc müəyyən edildi(20900873,18 / 6*5 =********.32) xərc azaldılaraq Yoxlama ilə vergi ödəyicisinin manat 2019-ci ilin gəlir vergisi üzrə çıxılmalardan sonra ümümi gəliri 42076367,52 manat, ümumi gəlirdən çıxılan xərclər isə 35063639,59 müəyyən edildi. Belə ki, 2019-cı il üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlir aşağıdakı düsturla hesablanmışdır.) (42076367,52-35063639,59)*20%=1402545.58 manat gəlir vergisi hesablanmışdır Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən 2018-ci ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 315861.82 manat azaldılmasına və 2019-cu ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1402545.58 manat cəmi 1718407.4 manat azıldılmasına görə 50% məbləğində, yəni 859203.7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq düzgün olmayaraq şərti rentabellik norması əsasında vergilərin hesablanmasına dair iddiaçının dəlilinə münasibətdə bildirirlər ki, yoxlamanın keçirilməsi ilə əlaqədar olaraq zəruri sənədlərin təqdim edilməsinə dair qərara əsasən sənədlər yoxlamaya tam olaraq təqdim edilməmişdir. Belə ki, dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə - tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən mənfəətin (gəlirin) birbaşa müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələbləri əsas götürülməklə şərti rentabellik norması tətbiq edilmişdir, iddiaçının gəliri müəyyən edilərkən həmçinin Hesabat/Axtarış informasiya sistemi məlumatları, bank məlumatları, qarşılıqlı əlaqələr və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsas götürülmüşdür. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.7-cı maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və 16.1.12-ci maddəsinə əsasən bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifələridir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəəmaterial ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin qanunun 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin qanunun 3.1-ci maddəsinə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Ödəmə mənbəyində tutulan verginin müqayisəli cədvəli (Azərbaycan Manatı) Dövr Vergi məbləği Fərq Sonuncu Kameral SVY Azaldılmışd Artıq bəyannamə bəyannamə bəyannamə hesablanmlşdır ır məlumatı məlumatı məlumatı l-ci Rüb 2019 0.00 0.00 156.34 156.34 0.00 Cəmi 0 0 156.34 156.34 0 Fərdi sahibkar tərəfindən icarəyə götürülmüş təsərrüfat subyektinə (obyektinə) görə İcarə müqaviləsi bağlamağına baxmayaraq, 2019-cu il 1-cirüb hesabat dövrünə “Ödəmə mənbəyində tutulan vergi” bəyannaməsini təqdim edilməmişdir. Cədvəldən göründüyü kimi, 2019-ci ilin 1-ci rübü üzrə cəmi ödənilmiş 1 116.69 manat icarə haqqı üzrə ödəmə mənbəyində tutulan məbləğ üzrə cəmi 156.34 manat ödəmə mənbəyində tutulan vergi azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən ödəmə mənbəyində verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 156.34 manat azaldılmasına görə 50% məbləğində, yəni 78.17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunur. Həmçinin iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsininvə " Nağd hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Belə ki fiziki şəxs tərəfindən aylar üzrə nağd olaraq 4652511.31 manat məbləğində nağd qaydada 13 vergi ödəyicisindən meyvə tərəvəz alışı olmuşdur. ( 30000 manatdan yuxan alışlar, 2019-cu ilin yanvar ayı 286597,6 manat ,fevral ayı 235116,1 manat, mart ayı 0 manat, aprel ayı 0 manat, may ayı 1430569,4 manat, iyun ayı 179460,1 manat, iyul ayı 91181,5 manat, avqust ayı 29837,1 manat, sentyabr ayı 156568,4 manat, oktyabr ayı 142387,6 manat, noyabr ayı 194575,6 manat, dekabr ayı 228296 manat cəmi 2974589,4 manat). Qeyd olunan qeyd olunan 2974589,4 manat aşkarlanan 1-ci hal kimi qiymətləndirilərək Vegi məcəlləsinin 58,7-1-ci maddəsinə əsasən 297458,9 manat maliyyə sanksiyası hesablanmışdır. Qanunun tələbləri pozulmaqla aparılmış Qanunun tələbləri pozulmaqla aparılmış Tətbiq olunan maliyyə sanksiyası əməliyyatın növü əməliyyatın məbləği Təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan (15000 min manatdan) artıq olan 2974589,0 297458,90 hesablaşmalar üzrə ödənişlərin naği qaydada həyata keçirilməsi Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərilən dəlilləri əsasızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarından şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-ni direktorudur. Şirkətlə İddiaçı arasında bağlanan müqavilə şərtlərinə görə sifarişçinin təqdim etdiyi sənədlər və məlumatlar əsasında mühasibatlıq xidməti göstərirlər. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı barəsində X14 aparılmışdır. X14 01 iyun 2018 – 01 aprel 2020-ci ilə olan dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə 2 saylı ƏVBİ təqdim etdiyi tələbnamə əsasında bütün mühasibat sənədləri, gəlir və xərclər barədə, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr və razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətləri əks etdirən hesabatlar yoxlama gününədək Vergi orqanına təqdim edilmişdir. Qeyd edir ki, X14ndan öncə 2019-cu ildə sahibkar İddiaçı 2018-ci il Gəlir Vergisi bəyannaməsinə kameral yoxlama keçirilmişdir və yoxlama nəticəsində 2 saylı ƏVBİ tərəfindən kameral hesablama qərarı verilmişdir. Qərardan ƏVBİ-ya şikayət olunmuşdur və şikayətin araşdırılması üçün 2018-ci ilə aid olan bütün mühasibatlıq sənədlərinin əsli ilə 2 saylı ƏVBİ-nin kordinasiya şöbəsinə təqdim etmək üçün yaxınlaşmışdır. Şöbənin əməkdaşları sənədləri qəbul etməkdən imtina etmişdirlər. Səbəb olaraq sənədlərin həcminin çox olmasını, onların bu sənədləri qəbul etməyə vaxtlarının olmadığını bildirdilər. Vergi əməkdaşlarının hərəkətlərinin qanunsuz olduğunu bildirmiş və sənədləri qəbul etmələrini təkid etdikdən sonra şöbənin rəhbəri sənədləri ondan götürmüşdürlər. Sənədlərin qəbulu ilə əlaqədar qəbz tələb etdikdə ona qəbzin verilməyəcəyini etiraz etdiyi təqdirdə sənədləri götürüb getməli olduğunu bildirmişdirlər. Sənədlərin əslini təqdim etdiyindən qəbzi israrla tələb etmiş, əməkdaşlar ona sənədləri qeydiyyata aldıqdan sonra gəlib geri götürə biləcəyini bildirmişdirlər. Şikayətin araşdırılmasının tez həyata keçirilməsi üçün sənədləri təqdim edib daha sonra vergi əməkdaşlarının hərəkətləri barədə Vergilər Nazirliyinə şikayət etmişdir. Bundan sonra 2 saylı ƏVBİ kameral hesabalama ilə bağlı şikayəti təmin etməyib qərarı qüvvədə saxlamışdır. Bu nəticədən növbəti şikayəti Vergilər Nazirliyinə təqdim etmişdir. Vergilər Nazirliyi sənədləri 2 saylı ƏVBİ-dan geri götürüb onlara təqdim etməli olduğunu bildirmişdir. Sənədləri geri götürmək üçün 2 saylı ƏVBİ-nin kordinasiya şöbəsinə yaxınlaşmış və nazirlikdən sənədlərin tələb edildiyini bildirmişdir. Lakin şöbənin əməkdaşları ona sənədləri geri verə bilməyəcəklərini bildirmiş və sənədləri tez bir zamanda elektron sistemlərinə daxil edəcəklərini bildirmişdirlər. Bundan bir neçə müddət sonra Nazirlikdə həmin sənədlərə baxış keçirdib izahatlarını aldıqdan sonra 2 saylı ƏVBİnin qərarını əsassız hesab etmiş kameral yoxlamanın qərarını ləğv etmiş, hesablanmış əlavə vergi məbləği silinmişdir. 2020 ci ilin may ayında sahibkar İddiaçı 2 saylı ƏVBİ tərəfindən X14nın keçirilməsi barədə qərarın olması barədə məlumat əldə etmişdirlər. Yoxlamanı həyata keçirən X12 tərəfindən sənədlərin təqdim edilməsi üçün tələbnamə təqdim edilmişdir. Tələbnaməyə əsasən 2019 və 2020 ci illərə aid vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər (dövriyyəni təsdiq edən), mühasibatlıq sənədləri və tələbnamədə qeyd edilən bütün sənədlər tərəflərindən Təhməzov Camala təqdim edilmişdir. Sənədlər təqdim edildikdən sonra yenə də sənədlərin qəbulu barəsində heç bir qəbz və ya akt qarşı tərəfdən təqdim edilməmişdir. 2018-ci ilə aid sənədlərin əsillərini 2 saylı ƏVBİ-ya təqdim etdiyini Təhməzov Camala bildirmişdir. O da öz növbəsində həmin sənədlərin elektron sistemində mövcud olduğunu və onlarla tanış olduğunu bildirmişdir. X14 müddətində sənədlərin araşdırılması ilə bağlı yoxlamaya əlavə edilən əməkdaş Şahbazov Pərviz tez-tez iddiaçı ilə əlaqədə olmuş, yoxlamanın aparılmasına kömək məqsədi ilə həmin sənədlərlə bağlı bütün suallarını cavablandırmışdır. Yoxlama başlanmasından 130 gün keçdikdən sonra yoxlamanı aparan vergi əməkdaşları ilə əlaqə saxlamış, vergi yoxlamasının müddəti 90 gündən artıq keçirilə bilmədiyindən bu qədər müddət keçməsinə baxmayaraq yoxlamanın nəticəsi barədə məlumat verilməməsinin səbəbini soruşmuşdur. İddiaçıya 6 gündən sonra X14 haqqında akt təqdim edilmədən yoxlama qərardadından imtina aktı göndərilmişdir. Etirazından sonra ona X14 aktı təqdim edilmişdir. Aktdan tanış olduqda sənədləri təqdim etmədikləri və buna görə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik metodunun tətbiq edilməsi ilə vergi hesablandığı, Nağd hesablaşma haqqında qanuna əsasən əlavə vergilər və maliyyə sanksiyalarının hesablandığını görmüşdürlər. Aktdan qanunvericiliyin müəyyən etdiyi müddətdə 2 saylı ƏVBİ-ya şikayət etmişdirlər. Şikayətdə X14nın 90 gündən artıq keçirilməməli olduğu halda qanunvericiliyin tələbinə zidd olaraq 136 gün ərzində keçirildiyini, sənədləri təqdim etdiyim təqdirdə əssasız olaraq 55 nömrəli qərara əsasən vergi hesablanmasını hətta hesablandığı təqdirdə belə düzgün tətbiq edilib hesablanmadığı yəni 55 saylı qərara əsasən şərti rentabelik gəlir və ya xərcə metodu ilə hesabalana bilər. Hesabalama yalnız metodlardan biri ilə aparıla bilər. Amma aktda bir dövrün hesablanmasında hər iki metod tətbiq edilmişdir. Aktda həmçin Nağd hesabalaşmalar haqqında qanuna əsasən maliyyə sanksiyası hesablandığı qeyd edilir, lakin Azərbaycan Respublikasında nağd hesablaşamalar haqqında hər hansısa bir qanun mövcud deyil. Vergi orqanın ifadə etmək istədiyi fikirlər Azərbaycan Respublikası Nağdsız hesablaşmalar haqqında qanunu ilə tənzimlənir. Mallarına alış aktı ilə əldə olunan məhsuların satıcılarının bəzilərinin vergi uçotunda qeydiyyatda olduğuna görə həmin şəxslərlə alqı satqı prosesi zamanı malların alış aktları ilə deyil, e-qaimə vasitəsi ilə aparılmalı olduğuna görə həmin məbləğlərə 10 faiz maliyyə sanksiyası tətbiq edilmişdir. Qanunverciliyə əsasən malların alış aktı həmin dövrdə yalnız kağız daşıyıcı üzərində tərtib edilirdi. Aktı tərtib edən sahibkar mal satanın vergi uçotunda olub olmadığını müəyyən etmək üçün hər hansısa bir üsul və vasitə mövcud deyildir. Həmçinin Vergi Məcəlləsinə görə alış aktı tərtib edən, mal alan, vergi ödəyicisinin belə bir vəzifəsi mövcud deyil. Şikayətdən sonra o, 2 saylı ƏVBİ-nin inzibati binasına çağırılmışdır. Şöbə müdiri özünü Orxan kimi təqdim edən şəxs onu qəbul etmişdir. Şikayətinə əhəmiyyət qoymadan “biz bu qədər hesablamışıq siz nə təklif edirsiz və nə ödəyə bilərsiz” deyə sual verilmişdir. Deyilən fikrin absurd olduğunu ödənilməli vergilər barədə müvafiq hesabatları təqdim edildiyini və ödənildiyini bildirmişdir. Bundan sonra əsassız və qanunsuz olan qərar qəbul edilmişdir. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar Vergi Yoxlamaları İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik müşaviri vəzifəsində işləyir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********1199533 nömrəli Qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə X14 keçirilmişdir. Yoxlama xx.xx.2020-ci ildən başlanmış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Yoxlam dövründə iki dəfə yoxlama müddəti 30 gün müddətinə atrırılmışdır. X14nın nəticəsi olaraq xx.xx.2020-ci il tarixli **********1199533 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********41497 nömrəli qərar qəbul edilmişdir. İddiaçı aktı imzalamaqdan imtina etmiş və bu barədə akt tərtib edilmişdir. SVY ilə 2018-2019-cu illər üzrə gəlir vergisi və maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinə tələbnmə verilmiş, 2018-ci il üçün alış sənədləri təqdim edilməmişdir. Vergi ödəyicisinin təqdim etdiyi 2018-ci il gəlir vergisi hesabatına əsasən ümumi gəliri 9019249,00 manat, ümumi gəlirdən çıxılan xərclər 8961.285,00 manat göstərilmiş, vergiyə cəlb olunan 57964,00 manat gəlirdən 20% dərəcə ilə 11592,80 manat gəlir vergisi hesablanmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən 3417351,48 manat idxal, 5722600,69 manat meyvə tərəvəz ixrac edilmişdir.Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün, yəni idxal edilən meyvə tərəvəzlərin kimə satılmağı təsdiq edən sənəd və ixrac olunan məhsulların alış aktları məyyən edilmiş qaydalara uyğun olaraq tətbiq edilmədiyindən Vergi Məcəlləsinin 83.9 maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003 -cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət (Gəlir) müəyyən edildi. Belə ki, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı idxal və ixrac malları üzrə tətbiq edilmişdir. İdxal edilmiş mallarara münasibətdə xərcə görə 4101037.78 manat gəlir müəyyən edildi (3417531,48/5*6 = 4101037.78) gəlir artırılır, ixrac edilən mallara münasibətdə isə gəlirə görə 4768833.91 manat xərc müəyyən edildi (5722600,69/6*5=4768833.91) xərc azaldılaraq yoxlama ilə vergi ödəyicisinin manat 2018ci ilin gəlir vergisi üzrə çıxılmalardan sonra ümümi gəliri 9823638,46 manat, ümumi gəlirdən çıxılan xərclər isə 8186365,38 müəyyən edilmişdir. Belə ki, 2018-cı il üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlir aşağıdakı düsturla hesablanmışdır. (9823638,46-8186365,38)*20%-11592,8 (cari bəyannaməyə əsasən gəlir vergisi )=315861.82 manat gəlir vergisi hesablanmışdır. Vergi ödəyisinin təqdim etdiyi 2019-cu il gəlir vergisi hesabatını boş təqdim etmişdir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən 17646245,28 manat idxal və 20900873,18 manat dəyərində meyvə tərəvəz ixrac etmişdir.Vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə tərəvəzlərin kimə satıldığım təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003 -cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət (Gəlir) müəyyən edildi. Belə ki, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı idxal və ixrac malları üzrə tətbiq edilmişdir. İdxal edilmiş mallarara münasibətdə xərcə görə 21175494,34 manat gəlir müəyyən edildi (17646245,28/5*6 = 21175494,34) gəlir artırılır, ixrac edilən mallara münasibətdə isə gəlirə görə 17417394,32 manat xərc müəyyən edildi. (20900873,18/6*5=17417394,32) xərc azaldılaraq Yoxlama ilə vergi ödəyicisinin manat 2019-cu ilin gəlir vergisi üzrə çıxılmalardan sonra ümümi gəliri 42076367,52 manat, ümumi gəlirdən çıxılan xərclər isə 35063639,59 müəyyən edildi. Belə ki, 2019-cu il üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlir aşağıdakı düsturla hesablandı. (42076367,52-35063639,59)*20%=1402545,58 manat gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1-ci maddəsinə əsasən 2018-ci ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 315 861.82 manat azaldılmasına və 2019-cu ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1402545.58 manat cəmi 1718407.4 manat azıldılmasma görə 50% məbləğində, yəni 859203.7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa fərdi sahibkar tərəfindən icarəyə götürülmüş təsərrüfat subyektinə (obyektinə) görə icarə müqaviləsi bağlamağına baxmayaraq, 2019-cu il 1-ci rüb hesabat dövrünə “ödəmə mənbəyində tutulan vergi” bəyannaməsini təqdim edilməmişdir. 2019-ci ilin 1-ci rübü üzrə cəmi ödənilmiş 1116.69 manat icarə haqqı üzrə ödəmə mənbəyində tutulan məbləğ üzrə cəmi 156.34 manat ödəmə mənbəyində tutulan vergi azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən ödəmə mənbəyində verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 156.34 manat azaldılmasına görə 50% məbləğində, yəni 78.17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2019-ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyindən vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2018-ci ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 315861.82 manat azaldılmasına və 2019-cu İlin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1402545.58 manat cəmi 1718407.4 manat azıldılmasma görə 50% məbləğində, yəni 859203.7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi odəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin və "Nağd hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Belə ki, fiziki şəxs tərəfindən 4652511.31 manat məbləğində nağd qaydada 13 vergi ödəyicisindən meyvə tərəvəz alışı olmuşdur. Təqdim olunmuş alış aktlarına əsasən (30000 manatdan yuxan alışlar, 2019-cu ilin yanvar ayı 286597,6 manat, fevral ayı 235116,1 manat, mart ayı 0 manat, aprel ayı 0 manat, may ayı 1430569,4 manat, iyun ayı 179460,1 manat, iyul ayı 91181,5 manat, avqust ayı 29837,1 manat, sentyabr ayı 156568,4 manat, oktyabr ayı 142387,6 manat, noyabr ayı 194575,6 manat, dekabr ayı 228296 manat cəmi 2974589,4 manat). Tərəflərindən aşkarlanan hal 2974589,4 manat 1ci hal kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 297458,9 manat maliyyə sanksiyası hesablanmışdır. X12 iddiaçının nümayəndəsi və vəkilinin və məhkəmənin suallarına cavablarında isə bildirmişdir ki, sənədlər təqdim ediləndə vergi orqanı tərəfindən protokollaşdırılır. Protokolda sənədləri kimdən götürülübsə qeydlər var. Ola bilsin protokol cinayət işi materiallarında olsun. Əlavə sənədlər varsa bu gündə təqdim edə bilər. Sənədlər vergi orqanındadır. Qaimə fakturaları varsa təqdim etsinlər. Sənədləri vergi ödəyicisi təqdim etmişdir. 2018-ci il üçün ona sənəd təqdim edilməmişdir. Xərci əsas götürüb, şərti rentabellik tətbiq edilmişdir. Nə sənəd təqdim edilibsə vergi orqanındadır. Nağdsiz qaydada 13 nəfər vergi ödəyicinə pul ödənilmişdir. . Yoxlama topdan satış müəssisəsində keçirilmişdir. Məhkəmə iclasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X13 iştirak etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əlyazmalar və səslərin ekspertizası şöbəsinin aparıcı eksperti vəzifəsində işləyir. Məhkəmə qərardadına əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyi tərəfindən tərtib edilmişdir. Şübhə olduqda yeni sübutlar təqdim edilərsə təkrar ekspertiza keçirilə bilər. Ekspert rəyində qeyd olunanları müdafiə edir. Ekspert Məhkəmənin suallarına cavabında bidirmişdir ki, əlavə imza nümunələri iş materiallarında var. Sadəcə nümunə kimi bir sənəd təqdim edilmişdir. İmzanın oxşadılması halında imzada dayanma və titrəmə olur. Şübhə olduğu üçün qəti nəticəyə gələ bilməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavabında bildirmişdir ki, bəzi imzalar hərflərlə olur. Müqayisə edəndə əlamətlərin fərqi müəyyən edilir. Təhqiq olunan sənəd hərf olmadığı üçün müəyyən edə bilməmişdirlər. Təqdim olunan nümunələrdə problem yoxdur. Protokolda olan imza qrafik materialın azlığıdır. Ekspert kimi gördüyü imzaya baxıb nəticəyə gəlmişdir. Cizgilərin sadəliyi, qrafik materialın azlığı, həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlər azlığı səbəbindən qəti nəticəyə gələ bilmədiyi üçün tam nəticə verə bilməmişdir. Əlyazmaların tədqiqat metodikası tətbiq edilmişdir. Hər ekspert öz gözü ilə gördüyünü yazır. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 sentyabr 2020-ci il tarixli **********199533 nömrəli “X14 AKTİ” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3141497 nömrəli qərarının ləğv edilməsini istəyir. Cavabdeh inzibati orqan aşağıda qeyd edilən inzibati icraat aparmış 24 sentyabr 2020-ci il tarixli **********199533 nömrəli “X14 AKTİ” əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3141497 nömrəli qərar qəbul etmişdir. İnzibati orqan qeyd edir ki, “X14nın keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********199523 nömrəli qərara əsasən iddiaçıda iyun 2018-ci il tarixdən mart 2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar X14 keçirilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********19953 nömrəli X14 aktı tərtib edilməklə başa çatdırılmışdır. Yoxlama aktı iddiaçıya təqdim edilsə də iddiaçı tərəfindən heç bir səbəb göstərilmədən imza edilməsindən imtina edilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində aktı imzalamamasının səbəblərini izah edən, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə ifadə edən və etirazının dəlilərini təsdiq edən sübut əlavə edilməklə hər hansı bir yazılı məlumat iddiaçı tərəfindən cavabdeh vergi orqanına təqdim edilməmişdir. X14nın materiallarına Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********141497 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2018-ci il üzrə gəlir vergisinin 315861,82 manat, 2019-cu il üzrə gəlir vergisinin 1.402.545,58 manat, 2019-cu ildə ödəmə mənbəyində tutulan verginin 156,34 manat, 2020-ci ilin mart ayı üzrə ƏDV-nin 30,0 manat, cəmisi 1.718.593,74 manat məbləğində vergilərin azaldılmasına yol verildiyinə görə Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən 859.296,87 manat məbləğində, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7- 1 maddəsinə əsasən 297458,90 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq düzgün olmayaraq şərti rentabellik norması əsasında vergilərin hesablanmasına dair iddiaçının dəlilinə münasibətdə inzibati orqan bildirmişdir ki, yoxlamanın keçirilməsi ilə əlaqədar olaraq zəruri sənədlərin təqdim edilməsinə dair qərara əsasən sənədlər yoxlamaya tam olaraq təqdim edilməmişdir. Belə ki, dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvətərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tətbiq edilmədiyindən mənfəətin (gəlirin) birbaşa müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələbləri əsas götürülməklə şərti rentabellik norması tətbiq edilmişdir. İddiaçının gəliri müəyyən edilərkən həmçinin Hesabat/Axtarış informasiya sistemi məlumatları, bank məlumatları, qarşılıqlı əlaqələr və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsas götürülmüşdür. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozularaq yoxlamanın təqvim günü ilə deyil, iş günü hesabı ilə aparılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə cavabdeh inzibati orqan bildirmişdir ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X14 vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən X14 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X14nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən X14 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Göründüyü kimi cavabdeh inzibati orqan qanunvericiliyə uyğun olaraq səlahiyyətlərinə uyğun şəkildə mübahisələndirilən qərarı qəbul etmişdir. İddiaçının iddiasının əsas dəlillərindən biri vergi yoxlamasının qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdən artıq həyata keçirilməsi təşkil edir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən X14 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X14nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yoxlama xx.xx.2020 tarixdə başlanılmış və xx.xx.2020 tarixdə başa çatdırılmışdır. Yoxlama müddəti aşağıdakı qərarlarla uzadılmışdır. Qərarın adı Tarixi Nömrəsi Müddəti Müddət uzadılması xx.xx.2020 **********137357 30 Müddət uzadılması xx.xx.2020 **********138650 30 Məhkəmə hesab edir ki, yoxlama müddəti uzadıldığına görə iddiaçının qeyd etdiyi hallar iddianın təmini üçün əsas təkil edə bilməz. İnzibati orqan qeyd edir ki, X14nın materiallarına Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06.11,2020-ci il tarixli **********141497 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2018-ci il üzrə gəlir vergisinin 315861,82 manat, 2019-cu il üzrə gəlir vergisinin 1.402.545,58 manat, 2019-cu ildə ödəmə mənbəyində tutulan verginin 156,34 manat, 2020-ci ilin mart ayı üzrə ƏDV-nin 30,0 manat, cəmisi 1.718.593,74 manat məbləğində vergilərin azaldılmasına yol verildiyinə görə Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən 859.296,87 manat məbləğində, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7- 1 maddəsinə əsasən 297458,90 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi ödəyiсisinin təqdim etdiyi 2018-cı il gəlir vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 9 019 249.00 manat, ümumi gəlirdən çıxılan xərclər 8 961 285.00 göstərilmiş, vergiyə cəlb olunan 57 964.00 (9 019 249.00- 8 961 285.00) manat gəlirdən 20% dərəcə ilə 11 592.80 manat gəlir vergisi hesablanmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən 3417531,48 manat idxal və 5722600,69 manat dəyərində meyvə tərəvəz ixrac etmişdir. Vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qəran ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət (Gəlir )müəyyən edilmişdir. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qəran idxal və ixrac malları üzrə tətbiq edilmişdir. İdxal edilmiş mallarara münasibətdə xərcə görə 4101037.78 manat gəlir müəyyən edildi (3417531,48/5*6 = 4101037.78) gəlir artırılır, ixrac edilən mallara münasibətdə isə gəlirə görə 4768833.91 manat xərc müəyyən edilmişdir (5722600,69 / 6*5 =4768833.91) xərc azaldılaraq yoxlama ilə vergi ödəyicisinin 2018-ci ilin gəlir vergisi üzrə çıxılmalardan sonra ümümi gəliri 9823638,46 manat, ümumi gəlirdən çıxılan xərclər isə 8186365,38 müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli Qərarına əsasən “Mallarin alış aktı” ciddi hesabat blankı hesab edilir. Fərdi sahibkar tərəfindən “Malların alış aktı” ciddi hesabat blankı alınmamış, adi qaydada akt tərtib edilmiş, alınmış kənd təsərrüfatı mallarının istehsal yeri barədə məlumat təqdim edilməmişdir. Belə ki, 2018-cı il üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlir aşağıdakı düsturla hesablanmışdır. (9823638,46-8186365,38)*20%-11592,8 (cari bəyannaməyə əsasən gəlir vergisi )=315861.82 manat gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən 2019-cu il gəlir vergisi hesabatını boş təqdim etmişdir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən 17646245,28 manat idxal və 20900873,18 manat dəyərində meyvə tərəvəz ixrac etmişdir. Vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qəran ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qəran ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət ( Gəlir) müəyyən edildi. Beləl ki, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qəran idxal və ixrac mallan üzrə tətbiq edilmişdir İİdxal edilmiş mallarara münasibətdə xərcə görə ********.34 manat gəlir müəyyən edildi(17646245,28/5*6 = ********.34) gəlir artırılır, ixrac edilən mallara münasibətdə isə gəlirə görə ********.32 manat xərc müəyyən edildi(20900873,18 / 6*5 =********.32) xərc azaldılaraq Yoxlama ilə vergi ödəyicisinin manat 2019-ci ilin gəlir vergisi üzrə çıxılmalardan sonra ümümi gəliri 42076367,52 manat, ümumi gəlirdən çıxılan xərclər isə 35063639,59 müəyyən edildi. Belə ki, 2019-cı il üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlir aşağıdakı düsturla hesablanmışdır.) (42076367,52-35063639,59)*20%=1402545.58 manat gəlir vergisi hesablanmışdır Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən 2018-ci ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 315861.82 manat azaldılmasına və 2019-cu ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1402545.58 manat cəmi 1718407.4 manat azıldılmasına görə 50% məbləğində, yəni 859203.7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq düzgün olmayaraq şərti rentabellik norması əsasında vergilərin hesablanmasına dair iddiaçının dəlilinə münasibətdə bildirirlər ki, yoxlamanın keçirilməsi ilə əlaqədar olaraq zəruri sənədlərin təqdim edilməsinə dair qərara əsasən sənədlər yoxlamaya tam olaraq təqdim edilməmişdir. Belə ki, dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə - tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən mənfəətin (gəlirin) birbaşa müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələbləri əsas götürülməklə şərti rentabellik norması tətbiq edilmişdir, iddiaçının gəliri müəyyən edilərkən həmçinin Hesabat/Axtarış informasiya sistemi məlumatları, bank məlumatları, qarşılıqlı əlaqələr və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsas götürülmüşdür. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.7-cı maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və 16.1.12-ci maddəsinə əsasən bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifələridir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəəmaterial ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin qanunun 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin qanunun 3.1-ci maddəsinə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Ödəmə mənbəyində tutulan verginin müqayisəli cədvəli (Azərbaycan Manatı Dövr Vergi məbləği Fərq Sonuncu Kameral SVY Azaldılmışd Artıq bəyannamə bəyannamə bəyannamə hesablanmlşdır ır məlumatı məlumatı məlumatı l-ci Rüb 2019 0.00 0.00 156.34 156.34 0.00 Cəmi 0 0 156.34 156.34 0 Fərdi sahibkar tərəfindən icarəyə götürülmüş təsərrüfat subyektinə (obyektinə) görə İcarə müqaviləsi bağlamağına baxmayaraq, 2019-cuil 1-cirüb hesabat dövrünə “Ödəmə mənbəyində tutulan vergi” bəyannaməsini təqdim edilməmişdir. Cədvəldən göründüyü kimi, 2019-ci ilin 1-ci rübü üzrə cəmi ödənilmiş 1 116.69 manat icarə haqqı üzrə ödəmə mənbəyində tutulan məbləğ üzrə cəmi 156.34 manat ödəmə mənbəyində tutulan vergi azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən ödəmə mənbəyində verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 156.34 manat azaldılmasına görə 50% məbləğində, yəni 78.17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunur. Həmçinin iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin və " Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Belə ki fiziki şəxs tərəfindən aylar üzrə nağd olaraq 4652511.31 manat məbləğində nağd qaydada 13 vergi ödəyicisindən meyvə tərəvəz alışı olmuşdur. ( 30000 manatdan yuxan alışlar, 2019-cu ilin yanvar ayı 286597,6 manat ,fevral ayı 235116,1 manat, mart ayı 0 manat, aprel ayı 0 manat, may ayı 1430569,4 manat, iyun ayı 179460,1 manat, iyul ayı 91181,5 manat, avqust ayı 29837,1 manat, sentyabr ayı 156568,4 manat, oktyabr ayı 142387,6 manat, noyabr ayı 194575,6 manat, dekabr ayı 228296 manat cəmi 2974589,4 manat). Qeyd olunan qeyd olunan 2974589,4 manat aşkarlanan 1-ci hal kimi qiymətləndirilərək Vegi məcəlləsinin 58,7-1-ci maddəsinə əsasən 297458,9 manat maliyyə sanksiyası hesablanmışdır. Qanunun tələbləri pozulmaqla aparılmış Qanunun tələbləri pozulmaqla aparılmış Tətbiq olunan maliyyə sanksiyası əməliyyatın növü əməliyyatın məbləği Təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan (15000 min manatdan) artıq olan 2974589,0 297458,90 hesablaşmalar üzrə ödənişlərin naği qaydada həyata keçirilməsi Məhkəmə cavabdeh inzibati orqanın yuxarıda qeyd etdiklərini inzibati aktın qəbulu üçün əsaslı hesab edir. İddiaçının dəlilləri isə iddianın təmini üçün əsas hesab etmir. İddiaçının iddianın təmini üçün əsas dəlilllərindən biridə ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən SVY yoxlaması keçirilməzdən əvvəl, 2 saylı ƏVBİ tərəfindən 2018-ci il gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirilərək, nəticədə **********037600 nömrəli, xx.xx.2019-cu il tarixli qərar ilə 289.048.83 AZN əlavə vergi məbləği hesablanmış, daha sonra gəlir və xərc sənədlərinə baxış keçirilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqan tərəfindən **********257000 saylı yeni qərar qəbul edilərək, əvvəlki **********037600, xx.xx.2019-cu il tarixli qərar ləğv edilərək, əsassız hesablanmış əlavə vergi məbləği silinmişdir. Hazırda cavabdeh inzibati orqanın **********257000 saylı, xx.xx.2019-cu il tarixli qərarı qüvvədədir. Məhkəmə qeyd edir ki, bu halın mövcudluğunun səyyar vergi yoxlamsı keçirilməsini istisna edəcək tənzimləmə vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Ona görədə iddiaçının bu dəlilinidə məhkəmə iddianın təmini üçün əsas hesab etmir. İddiaçının əsas dəlillərindən biridə ondan ibarətdir ki, onlar zəruri sənədləri inzibati orqana təqdim etmişdirlər, eyni zamanda müvafiq protokollar saxtalaşdırılmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Vəkil bildirmişdir ki, Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokolun ikinci səhifəsinin sonunda olan imzalar saxtalaşdırılmışdır, iddiaçıya məxsus deyil. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli protokolun əsli məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfin vəsatəti nəzərə alınaraq, məhkəmənin e-2(118)-545/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokolun ikinci səhifəsinin sonunda olan (vergi ödəyicisinin götürmədə iştirak edən nümayəndəsi qrafasında) imzalar İddiaçı tərəfindən icra edilmişdirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1566 saylı rəyində bildirilmişdir ki, Ekspertizaya təqdim edilmiş, inzibati işin 159-160-cı vərəqələrində olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokolda “İddiaçı” yazıları önündəki imzanın və “Götürmə protokolunun surətini aldım” qrafasındakı imzanın - İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ekspertiza nəticəsində müvafiq imzaların saxtalaşdırlması öz təsdiqini tapmasada, həmin imzaların iddiaçı tərəfindən imzalanmasıda öz təsdiqini tapmamışdır. Bu hal qeyd edilən sənədə münasibətdə iddiaçının xeyrinə olan hal kimi məhkəmə tərəfindən qiymətləndirilmiş, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokolun hüquqi nəticəsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Lakin məhkəmə hesab edir ki, bu hal iddianın təmini üçün əsas təkil etmir. Beləki hər bir halda iddiaçı zəruri olan alış-satış sənədlərini tam şəkildə nə inzibati orqana nədə məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilən alış sənələri isə ciddi hesabat sənədləri olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin təqdim etdiyi 2018-cı il gəlir vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 9 019 249.00 manat, ümumi gəlirdən çıxılan xərclər 8 961 285.00 göstərilmiş, vergiyə cəlb olunan 57 964.00 (9 019 249.00- 8 961 285.00) manat gəlirdən 20% dərəcə ilə 11 592.80 manat gəlir vergisi hesablanmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən 3417531,48 manat idxal və 5722600,69 manat dəyərində meyvə tərəvəz ixrac edilmişdir. İddiaçı tərəfindən 2019-cu il gəlir vergisi hesabatı boş təqdim edilmişdir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən 17646245,28 manat idxal və 20900873,18 manat dəyərində meyvə tərəvəz ixrac etmişdir. Bu halda vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən, inzibati orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı əsasında hesablamama aparmasını məhkəmə əsaslı hesab edir. Yuxarıda qeyd edilənləri və inzibati orqanın inzibati aktın qəbulunun əsaslandırılması ilə bağlı məhkəməyə təqdim etdiyi dəlillərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. İddiaçı 124 (yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar