Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-504/2020 05.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi, İddiaçılar İddiaçı7 və İddiaçı10 qızının vəkili Nümayəndə iştrakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı7, X10, İddiaçı13, İddiaçı6, İddiaçı8, İddiaçı1, İddiaçı11, İddiaçı2, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı14 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X27rşı cavabdehin 3-cü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kənd ərazisindən 3,9029 hektar və 2,7604 hektar torpaq sahələrinin verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə, həmin qeydiyyatın nəticələrini, yəni 3,9029 hektar torpaq sahəsinə dair xx xxxxxx 2014–cü il qeydiyyat tarixi seriya RX ******* nömrəli, 2.7604 hektar torpaq sahəsinə dair isə xx xxxxxx 2014–cü il qeydiyyat tarixi seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı7, X22, İddiaçı13, İddiaçı6, İddiaçı8, İddiaçı1, İddiaçı11, İddiaçı2, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı14 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X27rşı cavabdehin 3-cü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kənd ərazisindən 3,9029 hektar və 2,7604 hektar torpaq sahələrinin verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə, həmin qeydiyyatın nəticələrini, yəni 3,9029 hektar torpaq sahəsinə dair xx xxxxxx 2014–cü il qeydiyyat tarixi seriya RX ******* nömrəli, 2.7604 hektar torpaq sahəsinə dair isə xx xxxxxx 2014–cü il qeydiyyat tarixi seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Quba rayonu X6 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə iddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızının, İddiaçı4, İddiaçı1 valideynləri, İddiaçı10 qaynanası mərhum Salahova Bəturə Ömər qızının mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-3xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.Quba rayonu İcra Hakimiyyəti Başçısının 1-ci X41 Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxxxx 2016-cı il tarixli AZ-İ 823572 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir ki, Salahova Bəturə Ömər qızı xx xxxxxx 2005- ci il tarixdə vəfat etmişdir.Quba rayonu X6 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə iddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızının mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-3xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba rayonu X6 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə iddiaçılardan İddiaçı4 və ailə üzvləri Salahova (Bayramova) Bahar Nəriman qızının, İddiaçı13, İddiaçı6 və İddiaçı8 mülkiyyətinə, Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,32 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-3xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.İddia ərizəsinə əlavə edilmiş Qusar rayon məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli 2-459a/2006 saylı məhkəmə qətnaməsinin surətindən göründüyü kimi, Quba rayonu X6 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı1 mülkiyyətinə 0,88 ha, X7 mülkiyyətinə 0,88 ha torpaq sahəsi ayrılmışdır.Quba rayonu İcra Hakimiyyəti Başçısının 1-ci X41 Vahidi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2006-cı i! tarixli AZ-1 179439 nömrəli şəhadətnamə ilə təsdiq edilir ki, X18 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir.İddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızının qardaşı, iş üzrə üçüncü şəxs Cavabdeh2 ilə aralarında olan torpaq mübahisəsinədair məhkəmə qətnaməsinin icrası zamanı məlum olmuşdur ki, üçüncü şəxs Cavabdeh2 əldə etdiyi saxta məhkəmə qətnaməsinə əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahələrini öz adına keçirmiş, sonradan isə iş üzrə digər üçüncü şəxs Cavabdeh3 satmışdır.Belə ki, sorğuları əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X45, sorğularına xx.xx.2019-cu il tarixli **********36 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-459a/2006 saylı məhkəmə qətnaməsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli seriya MH 0006575, xx.xx.2007-ci il tarixli seriya MH 0006578, Cavabdeh3 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli seriya RX ******* və ******* nömrəli çıxarışların ləğvi üçün çıxarışda adları qeyd olunmuş hüquq sahiblərinin notarial qaydada çıxarışın ləğvi ilə bağlı razılıq ərizəsi təqdim olunmalıdır. Əks təqdirdə məhkəməyə müraciət olunmalıdır.Həmin idarədən əldə etdikləri Qusar rayon məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli 2-459a/2006 saylı məhkəmə qətnaməsinin surətindən göründüyü kimi həmin qətnaməyə əsasən iddianın təmin edilməsi, Cavabdeh2 tərəfindən cavabdehlər Salahova Bəturə Ömər qızına məxsus 0,22 ha, İddiaçı4 məxsus 1,32 ha, İddiaçı1 məxsus 0,88 ha. X11 məxsus 0,22 ha, X13 məxsus 0,22 ha, X14 məxsus 0,22 ha, Cəbrayılov Bəkir Ömər oğluna məxsus 0,44 ha, X8 məxsus 0,88 ha, X12 məxsus 0,88 ha, X2 məxsus 1,10 ha, X3 məxsus 0,22 ha, X4 məxsus 0,44 ha, Salahov Rövşən Süleymanşah oğluna məxsus 0,44 ha, X5 məxsus 0,88 ha, X15 məxsus 0,22 ha, X19 məxsus 0,41 ha, X9 məxsus 1,05 ha, X20 məxsus 0,63 ha, X21 məxsus 0,51 ha və X16 məxsus 1,06 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin etibarlı hesab edilməsi, iş üzrə cavabdehlər Salahova Bəturə Ömər qızına məxsus JN-333, İddiaçı4 məxsus JN-334, İddiaçı1 məxsus JN-335, X11 məxsus JN-336, X13 məxsus JN-337, X17 məxsus JN-338, Cəbrayılov Bəkir Ömər oğluna məxsus JN-339, X8 məxsus JN-340, X12 məxsus JN-341, X2 məxsus JN-342, X3 məxsus JN-343, X4 məxsus JN-344, Salahov Rövşən Süleymanşah oğluna məxsus JN-345, X5 məxsus JN- 346, X15 məxsus JN-347, X19 məxsus JN-709, X9 məxsus JN-1329, X20 məxsus JN- 942, X21 məxsus JN-941 və X16 məxsus JN-955 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarının satılmış hissələri üzrə ləğv edilməsi, cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahələri çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışların verilməsi, qətnamənin icrasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Bu qətnamə Cavabdeh2 adına Quba rayonunun 1-cı Nügədi kəndində yerləşən 12,24 ha torpaq sahəsinə Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuşdur.Göstərilən məhkəmə qətnaməsi əsasında üçüncü şəxs Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X45 tərəfindən 3,45932 ha torpaq sahəsinə dair xx xxxxxx 2007-ci il qeydiyyat tarixli seriya MH ******* nömrəli, 2,103096 ha torpaq sahəsinə dair isə xx xxxxxx 2007- ci il qeydiyyat tarixli seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.İddia ərizəsinə əlavə etdikləri Quba rayonunun Notariat kontorunun xüsusi notariusu X31 tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, həmin müqaviləyə əsasən üçüncü şəxs Cavabdeh2, mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi kəndi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha torpaq sahəsini 5000 manata iş üzrə digər üçüncü şəxs Cavabdeh3 satmışdır. xx xxxxxxx 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi həmin müqaviləyə əsasən üçüncü şəxs Cavabdeh2 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi kəndi ərazisində yerləşən ümumi sahəsi 2.103096 ha torpaq sahəsini 4000 manata iş üzrə digər üçüncü şəxs Cavabdeh3 satmışdır.xx xxxxxxx 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, həmin müqaviləyə əsasən üçüncü şəxs Cavabdeh2 özünün və ailə üzvlərinin mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi kəndi ərazisində yerləşən ümumi sahəsi 1,1 ha torpaq sahəsini 5000 manata iş üzrə digər üçüncü şəxs Cavabdeh3 satmışdır.Qeyd olunan alqı-satqı müqavilələri əsasında üçüncü şəxs Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X45 tərəfindən 3,9029 ha torpaq sahəsinə dair xx xxxxxx 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli, 2,7604 ha torpaq sahəsinə dair isə xx xxxxxx 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verilmişdir.Onlar tərəfindən verilmiş sorğuya Qusar rayon məhkəməsi xx xxxx 2019-cu il tarixli G(029)-369/2019 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh2 tərəf olduğu xx xxxxxx 2006-cı il tarixli 2-459a/2006 saylı mülki iş mövcud deyil və bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri mümkündür. Qusar rayon məhkəməsinin qeyd olunan qətnaməsinin saxta olması bir daha onunla, da təsdiq olunur ki, xx.xx.2006-cı il tarixli qətnamədə cavabdeh qismində göstərilərək məhkəmə iclasında dindirilməsi qeyd olunan Salahova Bəturə Ömər qızı xx xxxxxx 2005-ci il tarixdə, X18 isə xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişlər, halbuki ölmüş adamların məhkəmə iclasında dindirilməsi qeyri mümkündür. Digər tərəfdən Qusar rayon məhkəməsinin qeyd olunan qətnaməsində təsvir olunan mübahisənin Qusar rayonuna heç bir aidiyyəti yoxdur.Beləliklə, iddia ərizəsinə əlavə olunan sənədlərlə tam təsdiq edilir ki, saxta məhkəmə qətnaməsi əsasında onların mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq hazırkı iş üzrə üçüncü şəxs Cavabdeh2 adına qeydə alınmış, o da öz növbəsində həmin torpaq sahələrini isə iş üzrə digər üçüncü şəxs Heybətov Cabbaf, Əlibala oğluna satmışdır.Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X45nin üçüncü şəxs Cavabdeh3Əlibala oğlunun mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3,9029 ha və 2,7604 ha torpaq sahələrinin verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli və həmin qeydiyyatın nəticələri, yəni 3,9029 ha torpaq sahəsinə dair xx xxxxxx 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli, 2,7604 ha torpaq sahəsinə dair isə xx xxxxxx 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir.Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə prosesində iştrak edən iddiaçılar İddiaçı7 və İddiaçı10 vəkili Nümayəndə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X45 məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçılar İddiaçı7 və İddiaçı10 vəkili Nümayəndə izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş hüquqların dövlət qeydiyyatına əsas olmuş sənədlərdən müəyyən edilmişdir ki, mübahisələndirilən 3,9029 ha torpaq sahəsinə dair xx xxxxxx 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli, 2,7604 ha torpaq sahəsinə dair isə xx xxxxxx 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar alqı-satqı müqavilələrinin nəticəsində hazırlanmışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarışlar alqı-satqı müqavilələrinin nəticəsi olduğundan hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mаhiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarışlar alqı-satqı müqavilələrinin nəticəsi olduğundan mülki xarakterlidir və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci, 35-ci və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı7, X10, İddiaçı13, İddiaçı6, İddiaçı8, İddiaçı1, İddiaçı11, İddiaçı2, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı14 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X27rşı cavabdehin 3-cü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kənd ərazisindən 3,9029 hektar və 2,7604 hektar torpaq sahələrinin verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə, həmin qeydiyyatın nəticələrini, yəni 3,9029 hektar torpaq sahəsinə dair xx xxxxxx 2014–cü il qeydiyyat tarixi seriya RX ******* nömrəli, 2.7604 hektar torpaq sahəsinə dair isə xx xxxxxx 2014–cü il qeydiyyat tarixi seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-504/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-504/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver