Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-5119/2024 21.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, riskli vergi ödəyicisi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayədəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı " cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərarın ləğv edilməsini ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərara əsasən “"xxxx" MMCyə 2024-cü ilin aprel ayı üçün əlavə 49.081,14 manat əlavə ƏDV məbləği hesablanmışdır. Mübahisələndirilən qəraralarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, tərəfinizdən ƏDV bəyannaməsində ( 03.2024 ) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura üzr aparılan əməlliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 49081.14 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannaməin 324-cü sətrind bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 49081.14 manat kənarlaşma yaranmışdır. Cavabdeh vergi orqanı tərəfindən 2023-cü ildə əməkdaşlıq etdikləri bir neçə vergi ödəyicisinin hazırda riskli vergi ödəyicisi statusu daşıması səbəbindən həmin ödəyicilərdən əldə edilmiş aşağıda qeyd edilən elektron qaimə-faktura məbləğlərinin gəlirdən çıxılan xərc kimi təsdiqlənmədiyi qeyd edilmişdir. Aşağıda qeyd olunanlara əsasən 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərarı qanunsuz və əsassız hesab edirlər: Vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli **********044000 qeydiyyat nömrəli məktubla əməkdaşlıq etdikləri “Strong Construction" MMC-dən (VÖEN: **********) görülmüş işlərin qarşılığında əldə etdikləri elektron qaimə-fakturaların əvəzləşmə üçün əsas hesab edilmədiyi qeyd edilmişdir. Məlumdur ki, Vergi Məcəlləsinin 175.11. maddəsinin müddəalarına əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər verginin əvəzləşdirilməsinə əsas vermir. "xxxx" MMC (VöEN: **********) tikinti, yenidənquraşdırma, abadlıq işlərinin görülməsi sahəsində fəaliyyət göstərir və tenderlərdə iştirak edərək əsasən dövlət orqanları ilə əməkdaşlıq edir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti (VÖEN: **********) sifarişi ilə ümumi dəyəri ƏDV daxil 1 289 387.17 manat olan, Bakı şəhəri, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin,mənzilin,dam örtüklərinin və qəsəbə daxili qum-çınqıl yolların təmiri işlərinin həyata keçirilməsi məqsədilə bağlanılmış xx.xx.2024-cü il tarixli MİD/AZ/03 nömrəli müqavilənin icrası zamanı işlərin müəyyən hissəsinin görülməsi “Strong Construction " MMC-yə (VÖEN: **********) həvalə edilmişdir. Dəqiqliklə qeyd etmək lazım olarsa, “STRONG CONSTRUCTİON" MMC (VÖEN: **********) ilə bağlanılmış xx.xx.2024-cü il tarixli 05/24 nömrə subpodrat müqaviləsi ilə ƏDV daxil 321754.14 manat məbləğində işlərin yerinə yetirilməsi razılaşdırılmış, işlər bağlanılmış müqavilələrə uyğun olaraq yekunlaşmış, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00077965 nömrəli e-qaimə ilə rəsmiləşdirilmişdir. İddiaçı işlərin yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti-nə (VÖEN: **********) üm məbləğlərinin cəmi ƏDV daxil 1 289 387.17 manat olan 3 ədəd elektron qaimə-fakturanı uyğun olaraq xx.xx.2024-cü il tarixində (EBDY 874357), xx.xx.2024-cü il tarixində (EBDZ 842122) və xx.xx.2024-cü il tarixində (EBEA 468003) təqdim edilmişdir. İnternet Vergi İdarəsinin “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” axtarış sistemi vasitəsilə əldə etdikləri məlumata əsasən “STRONG CONSTRUCTİON" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********616200 nömrəli qərarla riskli vergi ödəyicisi kimi dəyərləndirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda, hazırda riskli vergi ödəyicisi statusu daşıyan hüuquqi şəxs ilə qarşılıqlı həyata keçirilmiş əməliyyatların həmin hüquqi şəxsin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutduğu aydın olur. Yuxarıda qeyd edilən bir daha təsdiq edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, “STRONG CONSTRUCTİON" MMC (VÖEN: **********) dolayısı ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti -nə (VÖEN: 13003905Ü görmüş, bu işlərin təhvilinin üzərindən müəyyən vaxt keçmişdir və həmin vergi ödəyicisi görülən işlərin müddəti çərçivəsində riskli vergi ödəyicisi kimi dəyərləndirilməmişdir. Əməkdaşlıq etdikləri vergi ödəyicilərinin işləmə prinsipinin və eyni zamanda bütün sənədləşmə, rəsmiləşmə prosedurlarının qanunvericiliyin tələblərinə tam uyğun olması onların da öncəliyidir. AR Vergi Məcəlləsinin müddəalarına əsasən, riskli vergi ödəyicisi statusu daşıyan ödəyicilərə tətbiq edilən məhdudlaşmaları və bununla əlaqədar olaraq onlarla işləyən sahibkarların üzərinə düşən vergi yükünü nəzərə alsaq, heç bir fiziki və hüquqi şəxs həmin ödəyicilər ilə işləmək marağında deyil. Müqavilənin bağlanılması zamanı qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılmış, risk meyarı daşımadığı üçün müqavilə bağlanılmış, işlər yerinə yetirilmişdir. Hazırda riskli vergi ödəyicisi statusu daşıyan müəssisədən əldə etdiyimiz elektron-qaimə fakturaların ƏDV-nin əvəzləşdirilməsi və vergitutma məqsədləri baxımından xərc kimi tanınması zamanı nəzərə alınmaması halında yarana biləcək vergi yükünü düşünərsək, əmtəəsiz və ya riskli hesab edilən əməliyyat aparmaq marağımız olmamışdır. Lakin, məlumdur ki, hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi kimi dəyərləndirilə biləcəyi ehtimalını öncədən müəyyənləşdirmək mümkün deyildir. “STRONG CONSTRUCTİON" MMC (VÖEN **********) ilə əməkdaşlıq həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi statusu daşımadığı dövrdə olmuş, görülmüş işlər faktiki və tam şəffaf olaraq icra edilmiş, hər hansı əmtəəsiz əməliyyat baş tutmamışdır. Əlavə olaraq ümumi dəyəri 321754.14 manat təşkil edən müqavilə üzrə bütün sənədləri (müqavilə, Forma 2, Forma 3) qoşmaya əlavə edərək təqdim edilmişdir. AR Vergi Məcəlləsinin müddəalarına əsasən, riskli vergi ödəyicisi statusu daşıyan ödəyicilərə tətbiq edilən məhdudlaşmaları və bununla əlaqədar olaraq onlarla işləyən sahibkarların üzərinə düşən vergi yükünü nəzərə alsaq, heç bir fiziki və hüquqi şəxs həmin ödəyicilər ilə işləmək marağında deyil. Müqavilənin bağlanılması zamanı qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılmış, risk meyarı daşımadığı üçün müqavilə bağlanılmış, işlər yerinə yetirilmişdir. Hazırda riskli vergi ödəyicisi statusu daşıyan müəssisədən əldə etdikləri elektron-qaimə fakturaların ƏDV-nin əvəzləşdirilməsi və vergitutma məqsədləri baxımından xərc kimi tanınması zamanı nəzərə alınmaması halında yarana biləcək vergi yükünü düşünərsək, əmtəəsiz və ya riskli hesab edilən əməliyyat aparmaq marağımız olmamışdır. Lakin, məlumdur ki, hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi kimi dəyərləndirilə biləcəyi ehtimalını öncədən müəyyənləşdirmək mümkün deyildir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olubolmadığını vergi orqanı tərəfindən X5 müvafiq məlumatlar daxil edildiyi andan görür. Həmçinin, riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə xidmətlərin dəyərinin əvəzləşdirilməməsi və xərc kimi tanınmaması, lakin həmin xidmət əsasında təqdim edilmiş elektron qaimə-fakturaların dəyərinin gəlir kimi tanınması vergi qanunverciliyinə ziddir. Bundan başqa, 2024-cü ilin mart ayında baş tutmuş əvəzləşdirmələrə görə 2024-cü ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə münasibətdə kameral vergi yoxlaması həyata keçirilmişdir ki, bu da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, kameral vergi yoxlaması yalnız ƏDV bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirilə bilərdi. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2496/2023 saylı iş üzrə 11 oktyabr 2023-cü il tarixli qərarında “hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. . . iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda “etaxes.gov.az” saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə, iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu, vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır” qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayədəsi və vəkili Nümayəndə1 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı MMC (VÖEN **********) tikinti, yenidənquraşdırma, abadlıq işlərinin görülməsi sahəsində fəaliyyət göstərir. Bildiririk ki, İddiaçı MMC Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sifarişi ilə Bakı şəhəri, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin dam örtüklərinin və qəsəbə daxili qum-çınqıl yolların təmiri işlərinin həyata keçirilməsi məqsədilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin icrası zamanı işlərin müəyyən hissəsinin görülməsini xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi ilə "xxxx" MMC-yə (VÖEN **********) həvalə etmiş və işlərin görülməsi ilə əlaqədar rəmiləşdirmə MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura ilə aparılmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura əsasında "xxxx" MMC-dən (VÖEN **********) “mənzillərin dam örtüklərinin və qəsəbə daxili qum-çınqıl yolların təmir işləri” xidməti əldə edilmişdir. ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riski vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq “2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə” risk meyarı müəyyən edilmiş və vergi ödəyicisi "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli **********616200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riski vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.2 yarımbəndinin məzmundan da aydın olur, ilk növbədə, əməliyyat həyata keçirilməli, daha sonra həmin əməliyyatın əmtəəsiz əməliyyat olması aşkar edilməli, sonda isə ödəyici riskli vergi ödəyicisi hesab edilməlidir. Əməliyyatın həyata keçirilməsinin və elektron qaimə- fakturanın əldə edilməsinin "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutması mübahisənin həlli baxımından heç bir hüquqi əhəmiyyət kəsb etmir. Həmçinin nəzərə alınmalıdır ki, iki müəssisə arasında həyata keçirilən əmtəəsiz əməliyyat "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması üçün əsas olmuşdur, bu baxımından iddiaçının absurd yanaşması mübahisənin düzgün həlli istiqamətində heç bir hüquqi əsasa söykənmir. Həmçinin mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad etmək zəruridir, hansı ki, həmin maddənin məzmununa əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. Beləliklə, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura üzrə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz aparıldığından əvəzləşdirilməyə əsas vermir. Qeyd olunanlara əsaslanaraq, müvafiq qaimə üzrə daxil edilmiş əvəzləşdirilmiş məbləğə uyğun olaraq 49081.14 manat məbləğində əlavə kameral vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndələri X4 və X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı ilə “Strong Construction" MMC (VÖEN: **********) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 05/24 nömrə subpodrat müqaviləsi ilə ƏDV daxil 321754.14 manat məbləğində işlərin yerinə yetirilməsi razılaşdırılmış, işlər bağlanılmış müqavilələrə uyğun olaraq yekunlaşmış, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00077965 nömrəli e-qaimə ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli **********044000 qeydiyyat nömrəli məktubda qeyd edilmişdir ki, ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı, 00077965 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 iyun 2024-cü il tarixli, **********842100 saylı Qərar ilə 49.081,14 manat əlavə ƏDV məbləği hesablanmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərarın ləğv edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli **********616200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir....Beləliklə, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura üzrə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz aparıldığından əvəzləşdirilməyə əsas vermir. Qeyd olunanlara əsaslanaraq, müvafiq qaimə üzrə daxil edilmiş əvəzləşdirilmiş məbləğə uyğun olaraq 49081.14 manat məbləğində əlavə kameral vergi məbləği hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır . Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: (21 noyabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Qanunvericiliyin tələbinə görə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Analoji faktlara əsaslanan oxşar işlər üzrə məhkəmə təcrübəsinə görə: “Lakin burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir.
31. Həmçinin qeyd edilməlidir ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır.
33. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə görə, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
34. Başqa sözlə sözügedən maddənin məzmunundan göründüyü kimi, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, qanunun bu maddəsi onların fəaliyyəti üzrə kameral vergi yoxlaması tam başa çatdıqdan sonra tətbiq edilir ki, hazırkı işdə bu hal mövcuddur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-2496/2023 saylı Qərarı)” Analoji faktlara əsaslanan oxşar digər qərara görə:
12. Həmçinin analoji faktlara əsaslanan oxşar işlər üzrə məhkəmə təcrübəsinə görə, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir.
13. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X2. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X2 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır.
14. Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2233/2023 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-64/2024 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-305/2024 nömrəli xx.xx.2024-ci il tarixli 2-1(102)-1644/2024 nömrəli qərarları)
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. (Azərbaycan Respublkası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-1502/2024 saylı Qərarı) Hazırki işdən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 05/24 nömrəli subpodrat müqaviləsi ilə adıçəkilən MMC tərəfindən iddiaçıya ƏDV daxil 321.754,14 manat məbləğində işlərin görülməsi razılaşdırılmış, işlər yekunlaşmış və müvafiq olaraq xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı 00077965 nömrəli e-qaimə ilə rəsmiləşdirilmişdir. Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2024-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC həmin tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) əsasən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdeh etirazında "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutmasını mübahisənin həlli baxımından heç bir hüquqi əhəmiyyət kəsb etmədiyini, iki müəssisə arasında həyata keçirilən əmtəəsiz əməliyyatın "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması üçün əsas olduğunu qeyd etmişdir. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əməliyyatların əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda onun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd edilən normanın məzmunundan görünür ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar mübahisələndirilirsə həmin qərarın qəbul edilməsinə əsas olan halların sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə qoyulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova