Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-5144/2025 04.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, əlilliyin müəyyən olunması) GİRİŞ HİSSƏ X7-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “qərarın ləğvi, əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ekspertiza təyin olunması və əlilliyin düzgün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və 85-100% əlilliyin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə müraciəti TSEK-da qeydə alınmış və xx.xx.2025-ci il Sumqayıt TSEK iddiaçıya 1-ci qrup əvəzinə 2-ci qrup əlillik verib. İddiaçı xx.xx.2025-ci ildə qəbula yazılmış və Bakıda mərkəzi TSEK -də qəbul edilmişlər, video qeydə alınıb. xx.xx.2025-ci ildə zəng gəlib və Sumgayıt TSEK-ə yaxınlaşmağı xahiş edilib. Oğluna xx.xx.2025-ci il 2-ci qrup əlillik sənədi təqdim edilib və razılaşmırsa, Mərkəzi TSEK-ə müayinəyə getmək tövsiyə olunub.
4. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/8, 33 ünvanında qeydiyyatda оlаn İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin F00249420МХ nömrəli göndarişinə əsasən, xx.xx.2025-ci il tarixda qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindan əsaslı olaraq tibb müəssisəsinə göndərilmişdir. Ətraflı səbəb: “Xəstə ixtisaslaşmış stasionarda müayinə və müalicə olunaraq, ekspertiza üşün əhəmiyyətli ağırlaşmalar instrumental müayinələr, ixtisas həkimlərinin rəyi ilə təsdiq olunsun.”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin F00249420AAX nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (G81.1 Spastik hemiplegiya. Sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü-1-1.5 bal)) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.4 bəndinə əsasən, orqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X13 X5” X9 məhkəməyə təqdim etdiyi T751/2025 saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1-10. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, F00249420AAX nömrəli Forma 88 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: İ69.3-beyin infarktının nəticələri, sağ OBAH-də keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşmalar: G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya, Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyac var, G81.1 -spastik hemiplegiya, sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü 1-1,5 bal), R47.0disfaziya və afaziya, bulbar sindrom (difagiya, distoniya), R26- hərəkətin və yerişin pozulmları, hərəki funksiyaların və yerişin kobud pozulması, İl0-essensial (birincili) hipertenziya” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin xx.xx.2025-ci il tarixdə DTSERA-da əyani müayinəsində tibbi-sosial ekspertləri tərəfindən Forma 88 göndərişinin qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyrlarına dair Əsasnamə”nin 6.5.1.4. bəndinə əsasən, orqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. -Qərardadda ekspertiza qarşısında qoyulmuş suallar meyarlara aid olduğundan həmin sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspeıt Komissiyaları tərəfindən həyata keçirilir.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X13 X5” X9 məhkəməyə təqdim etdiyi T955/2025 saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri. Sağ OBAH-də keçirilmiş işemik insultun qalıq əlamətləri; Ağırlaşmalar: G40.3-Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya, Z74-Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyac var, G81.1-Spastik hemiplegiya, sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü-1-1,5 bal), R47.0-Disfaziya və afaziya, bulbar sindrom, (difagiya, distoniya); R26-Hərəkətin və yerişin pozulmları, hərəki funksiyaların və yerişin kobud pozulması, İ10- Essensial (birincili) hipertenziya, arterial hipertenziya İİİ dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Şəxsin xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol diz oynağının şişkin, həmin oynaqda bükmənin natamam olması müşahidə edilmiş, sol yuxarı ətrafda hərəkət məhdudluğu qeyd edilmiş, sol əl barmaqlarında açma, sağ yuxarı ətrafda isə qaldırma hərəkəti natamam olması müəyyən edilmişdir. Əlil arabasındadır. - Vətəndaş İddiaçı Sumqayıt Tibb Mərkəzi 4 nömrəli şəhər xəstəxanasının nevroloji şöbəsində 06-xx.xx.2025-ci il tarixlərdə “İ69.3-Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, Ağırlaşma: G82-Sol qolunda plegiya, G81-sol ətrafların distal hemiparezi (1 bal) M62.4-əzələ kontrakturası. R26-Hərəki funksiyaların və yerişin kobud pozulması. R47.0-Bulbar sindrom, disfagiya, disfoniya. G40.2-Simptomatik epilepsiya. Z74.1-Kənar şəxslərin daimi köməyinə və quluuğuna ehtiyac. Yanaşı xəstəliklər: İ15.9-Arterial hipertenziya 2-ci dərəcə, əlavə risk 4.İ48-Qulaqcıqların fıbrilyasiyası titrəməsi (anamnestik)” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. - Qərardadın müvafiq sualında göstərilən halın təyini DTSERA-nm tibbi sosial ekspertlərinin (nevroloji xəstəliklər üzrə) səlahiyyətlərinə aid olduğundan onlar tərəfindən həll edilməlidir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazı müdafiə edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olubolmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
15. 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
16. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir.
17. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
18. Əlillik altsistemindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2025-ci il tarixli əyani müayinə aktına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.4 bəndinə əsasən orqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Qərar xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşirilmişdir.
19. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının yaşayış yeri Sumqayıt şəhəri olduğuna görə, məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
- xx.xx.2025-ci il tarixli əyani müayinə aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.4 bəndinə əsasən orqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilmişdir. - Sumqayıt Tibb Mərkəzi 4 nömrəli Sumqayıt şəhər xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda qeyd olunur: DİAQNOZ: İ69.3 Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri. AĞİRLAŞMA: G82 Sol qolunda plegiya, G81 sol ətraflann distal hemiparezi (1 bal), M62.4 əzələ kontrakturası. R26 Hərəki funksiyaların və yerişin kobud pozulması. R47.0 Bulbar sindrom, disfagiya, disfoniya. G40.2 Simptomatik epilepsiya, Z74.1 Kənar şəxslərin daimi köməyinə və quluuğuna ehtiyac. YANAŞİ: İ 15.9 Arterial hipertenziya 2-ci dərəcə, əlavə risk 4. İ48 Qulaqcıqların fibrilyasiyası titrəməsi (anamnestik). ŞİKAYƏTLƏRİ: Sol ətraflarında məhdudluq, hərəkətin mümkünsüzlüyü, başgicəllənmə, başağrı, sol gözdə, sol qulaqda ağrı, udmanın qismən çətinləşməsi. ANAMNEZ MORBİ: Deməsinə və əldə olan sənədlərə əsasən 2021-ci ildə Ukraynada insult keçirib. Səbəbini yüksək arterial təzyiqi qeyd edir. Orada dəfələrlə müalicələr qəbul edib. Keçən ilin payızında Sumqayıta qayıdıb. 2024-cü ilin dekabrında 4 saylı xəstəxanada müalicə qəbul edib. 2022-ci ildən xəstədə qıcolma tutması qeyd olunub. Son tutma 2024, oktyabr ayında müşahidə olunub. Davamlı olaraq Depakin xrono 500 Vı tab x 2 dəfə qəbul edir. Stasionar müalicəyə göndərilib. STATUS PRAESENS: Orta boylu, astenik quruluşludur. Dəri örtükləri adidir, bir qədər solğundur. Dərialtı piy qatı zəif inkişaf edib. Ürək tonları karlaşıb. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. TDS-18. Nəbzi ritmiki, 1 dəq 77 vurğu, A/T-130/80 mm.cst. Dili nəm, udma bir qədər çətinləşib. Qarm yumşaq və ağrısızdır. Qaraciyər, dalaq əllənmir. Stul və sidik ifrazı sərbəst, qəbizlik qeyd olunur. Xəstənin sol sağrı nahiyəsində yataq yarasının çapıqlaşmış yeri və aşağısında yüngül qızartı qeyd olunur. STATUS NEVROSUS Bəbəklər dairəvi olub D=S, işığa qarşı reaksiya saxlanılıb. Göz almalarının hərəkəti tam ağrısızdır. Burun-dodaq asimmetrik, dili orta xətt üzrədir. Udma refleksi zəif almır. Vətər və sümüküstü refleksləri yuxarı və aşağı ətraflarda S>D, solda yüksəkdir. Əzələ tonusu solda yüksəkdir, əzələ gücü sol qolda ~0 bal, sol ayqaqda 1,0 bal qiymətləndirilir. Kənar yardıma ehtiyaclıdır. MÜAYİNƏLƏR: LAB: Hemoqlabin-12,2 g/dl; eritrosit-4,08*106/ul; leykositlər-5,9*103/ul; eçs-14 mm/saat; qlükoza-62 mg/dl; kreatinin-0,9 mg/dl; triqliseridlər-76 mg/dl; xolesterol total-189 mg/dl; bilirubin total-0,57 mg/dl; trombin zamanı-16,4 san; AST-7 u/1; ALT-4 u/1; Siflis (kart-test)-neqativ (-); HİV (kart-test)-neqativ(-); Anti-HCV (kart test)- neqativ (-); HBsAg Hepatit B(kart-test)- neqativ (-); sidik analizi: leykosit-6-9 g/s, epitel-8-12 g/s, eritrosit-0-2 g/s, kristall oksalat duzlan az miqdar, zülal-pozitiv(+). EKQ: Sinus ritmi. Döş aparmalarında T dalğalarının in versiyası izlənir. Baş beynin KT müayinəsi (xx.xx.2021): Beynin sağ yarımkürəsinin alm-gicgah-əmgək nahiyəsində, yivlərin hamarlanması və ağ və boz maddələrin fərqlənməsi ilə aydın sərhədləri olmayan şərti ölçüləri 70x36x100 mm olan zolaq şəklində böyük hipodensiv ocaq müəyyən edilir. Rəy: İşemik tipə görə HPMK-nin KT əlamətləri: beynin sağ yarımkürəsində işemik infarkt; əvvəllər HPMK keçirilmiş qalıq dəyişiklikləri. Terapevt baxışı: Dz- Arterial hipertenziya 2-ci dərəcə, əlavə risk 4. Kardioloq baxışı: Dz- Qulaqcıqların fıbrilyasiyası titrəməsi (anamnestik). MÜALİCƏ: Trombopol, Cordaron, S.Serebrolyzini+S.NaCl, S.Neyrotex+S.NaCl, S.Riboxin, S.Pyracetham, S.Difosfosin+S.NaCl, S.Ac.nicotinici, fizioterapevtik proseduralar. MÜALİCƏVİ VƏ ƏMƏK MƏSLƏHƏTLƏRİ: Xəstə cüzi yaxşılaşma ilə evə yazılır. Ambulator şəraitdə nevroloq, terapevt, kardioloqun nəzarəti və müalicəsi (Depakin xrono 500 Vı tab x 2 dəfə; Fezam 1 tab x 1 dəfə; Cardoron 1 tab x 1 dəfə; Trombopol 1 tab x 7 dəfə y/s qəbulu) məsləhət görülür.
İV. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6. Sinir sistemi xəstəlikləri Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) – G81-G83 Qiymətləndirmə: 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular – 40, 1 il, 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular – 40-60, 2 il, 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular – 40-60, müddətsiz, 6.5.1.4. təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular – 65- 80, müddətsiz, 6.5.1.5. mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsək oynağında 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular – 65-80, müddətsiz, 6.5.1.6. əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular – 85-100, müddətsiz.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədlərolmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması 1.3-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən, göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən, Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən, tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.1.2-ci bəndinə əsasən, göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
İV. Məhkəmənin mövqeyi
26. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
27. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilmişdir.
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X13 X5” X9 məhkəməyə təqdim etdiyi T751/2025 saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1-10. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, F00249420AAX nömrəli Forma 88 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş '‘Əsas diaqnoz: İ69.3-beyin infarktının nəticələri, sağ OBAH-də keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşmalar: G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya, Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyac var, G81.1 -spastik hemiplegiya, sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü 1-1,5 bal), R47.0-disfaziya və afaziya, bulbar sindrom (difagiya, distoniya), R26- hərəkətin və yerişin pozulmları, hərəki funksiyaların və yerişin kobud pozulması, İl0-essensial (birincili) hipertenziya” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin xx.xx.2025-ci il tarixdə DTSERA-da əyani müayinəsində tibbi-sosial ekspertləri tərəfindən Forma 88 göndərişinin qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyrlarına dair Əsasnamə”nin 6.5.1.4. bəndinə əsasən, orqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. -Qərardadda ekspertiza qarşısında qoyulmuş suallar meyarlara aid olduğundan həmin sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspeıt Komissiyaları tərəfindən həyata keçirilir.
29. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X13 X5” X9 məhkəməyə təqdim etdiyi T955/2025 saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri. Sağ OBAH-də keçirilmiş işemik insultun qalıq əlamətləri; Ağırlaşmalar: G40.3-Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya, Z74-Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyac var, G81.1-Spastik hemiplegiya, sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü-1-1,5 bal), R47.0-Disfaziya və afaziya, bulbar sindrom, (difagiya, distoniya); R26-Hərəkətin və yerişin pozulmları, hərəki funksiyaların və yerişin kobud pozulması, İ10- Essensial (birincili) hipertenziya, arterial hipertenziya İİİ dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Şəxsin xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol diz oynağının şişkin, həmin oynaqda bükmənin natamam olması müşahidə edilmiş, sol yuxarı ətrafda hərəkət məhdudluğu qeyd edilmiş, sol əl barmaqlarında açma, sağ yuxarı ətrafda isə qaldırma hərəkəti natamam olması müəyyən edilmişdir. Əlil arabasındadır. - Vətəndaş İddiaçı Sumqayıt Tibb Mərkəzi 4 nömrəli şəhər xəstəxanasının nevroloji şöbəsində 06-xx.xx.2025-ci il tarixlərdə “İ69.3-Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, Ağırlaşma: G82-Sol qolunda plegiya, G81-sol ətrafların distal hemiparezi (1 bal) M62.4-əzələ kontrakturası. R26-Hərəki funksiyaların və yerişin kobud pozulması. R47.0-Bulbar sindrom, disfagiya, disfoniya. G40.2-Simptomatik epilepsiya. Z74.1-Kənar şəxslərin daimi köməyinə və quluuğuna ehtiyac. Yanaşı xəstəliklər: İ15.9-Arterial hipertenziya 2-ci dərəcə, əlavə risk 4.İ48-Qulaqcıqların fıbrilyasiyası titrəməsi (anamnestik)” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. - Qərardadın müvafiq sualında göstərilən halın təyini DTSERA-nm tibbi sosial ekspertlərinin (nevroloji xəstəliklər üzrə) səlahiyyətlərinə aid olduğundan onlar tərəfindən həll edilməlidir.
30. Sumqayıt Tibb Mərkəzi 4 nömrəli Sumqayıt şəhər xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, STATUS NEVROSUS Bəbəklər dairəvi olub D=S, işığa qarşı reaksiya saxlanılıb. Göz almalarının hərəkəti tam ağrısızdır. Burun-dodaq asimmetrik, dili orta xətt üzrədir. Udma refleksi zəif almır. Vətər və sümüküstü refleksləri yuxarı və aşağı ətraflarda S>D, solda yüksəkdir. Əzələ tonusu solda yüksəkdir, əzələ gücü sol qolda ~0 bal, sol ayaqda 1,0 bal qiymətləndirilir. Kənar yardıma ehtiyaclıdır.
31. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.5.1-ci bənd serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) –6.5.1.6. əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
32. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də, iddia əsaslı hesab edilməli və təmin edilməlidir.
33. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 85-100 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 85-100 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X7-Abbaszadə