Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-5165/2023 14.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis Şöbəsinə qarşı “3-cü şəxs olan X1 iddiaçının mülkiyyətində olan Abşeron rayon, Mehdiabad qəsəbəsi 20 yanvar küçəsindəki 14 saylı evin 53 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehih üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə elektron kabinetindən daxil olmuş ərizəsinə əsasən iddiaçı işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. 16 oktyabr 2023-cü il tarixdə iddiaçı məhkəmə iclasına dəvət olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmiş, mülkiyyət hüququnu təsdiq edən sənədin, üçüncü şəxsin mənzilində qeydiyyatda olmasını təsdiq edən sənədlərin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. İddiaçının şəxsən iştirakı tələb olunduğuna görə məhkəmə iclasının keçirilməsi 14 noyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı 14 noyabr 2023-cü il tarixli məhkəmə iclasına gəlməmiş, tələb edilən sənədlərin əslini təqdim etməmişdir. İddiaçının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən məhkəmə iclasına şəxsən gəlməyi tələb edilmiş və iddianın geri götürülmüş hesab edilməsi barədə təkrar xəbərdarlıq edilmiş, növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə elektron kabinetindən daxil olmuş ərizəsində iddiaçı bildirmişdir ki, tələb edilmiş sənədlər tərəfindən skan edilərək elektron kabinetə yerləşdirilmiş, işi olduğuna görə iddia ərizəsinə iştirakı olmadan baxılmasına dair iki ərizə göndərmişdir. Sonda iddiaçı elektron kabinetə yerləşdirdiyi iddia ərizəsi və sənədlər əsasında iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı təkrar xəbərdarlıq edilməsinə baxmayaraq şəxsən məhkəmə iclasında iştirak etməmiş, sənədlərin əslini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında şəxsən iştirak etmədiyinə görə, məhkəmə iddiaçının iş üzrə məhkəmə icraatından yayındığı qənaətinə gəlir və bunun iddia geri götürülmüş sayılması üçün əsas hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X3 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Polis Şöbəsinə qarşı “3-cü şəxs olan X1 iddiaçının mülkiyyətində olan Abşeron rayon, Mehdiabad qəsəbəsi 20 yanvar küçəsindəki 14 saylı evin 53 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehih üzərinə qoyulmasına” dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(118)-5165/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-5165/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver