Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-537/2021 08.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili, Bakı şəhəri, Qara Qarayev prospekti ev 82, mənzil 65-də yaşayan) Cavabdehin nümayəndəsi X8 (3 saylı Ərazi Vergilər İdarəsində hüquqşünas vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/1, mənzil 25-də yaşayan )iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 3 saylı Ərazi Vergilər İdarəsinin 13.11.2020-ci il tarixli **********1985 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 3 saylı Ərazi Vergilər İdarəsinin 13.11.2020-ci il tarixli **********1985 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti Qusar rayon ərazisində alma yetişdirilməsi və satışı ilə məşğul olur. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Qusar rayonu ərazisindəki alma bağında keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 29.09.2020-ci il tarixində 000090 saylı akt tərtib olunmuş və aktın əsasında 13.11.2020-ci il tarixində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********1985 saylı qərar qəbul edilmişdir.Vergi orqanının qəran ilə şirkətə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 28000 manat məbləğində maliyyə sanksiyası heablanmışdır. Vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyası tam əsassız və qanunsuzdur. Belə ki, şirkətin əmək müqaviləsi əsasında işləyən daimi heyəti var. Alma yığılması mövsümündə isə mövsümi əsasda və qısa (bir-iki ay müddətinə) almaların yığılması, yüklənməsi və boşaldılması üçün işçi qüvvəsinin cəlb olunmasına ehtiyac duyulur. Şirkət 2020-ci ilin sentyabr ayında bu sahədə xidmət göstərən fərdi sahibkar X5 ilə podrat müqaviləsi və sözügedən işlərin görülməsini podratçıya həvalə etmişdir. Vergi orqanının əmək müqaviləsi bağlanılmadan işçi kimi cəlb edildiyini iddia etdiyi işçilər şirkətin deyil, podratçının işçiləridir və onlarla əmək müqaviləsi bağlamaq şirkətin öhdəliyii deyildir. Şirkət podratçının göstərdiyi xidmət əvəzində yoxlamadan da əvvəl onun bank hesabına xidmət haqqını köçürmüşdür. Həmin şəxslərlə hesablaşmaq, onlar barəsində qanunverciliklə nəzərdə tutulan öhdəlikləri (o cümlədən, əmək müqaviləsi bağlamaq) yenə podratçının öhdəliyidir. Bu barədə vergi orqanının əməkdaşlarına məlumat verilmiş, podrat müqaviləsi təqdim olunmuşdur. Lakin vergi orqanı buna məhəl qoymayaraq, şirkətin məsuliyyətə cəlb etmə barədə qərarı qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etmədi və izah etdi ki, idarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 28.09.2020-ci il tarixli, **********7902 nömrəli qərarına əsasən 29.09.2020-ci il tarixdə İddiaçı MMC-yə məxsus Qusar rayonu Cağar kəndində yerləşən təsərrüfat subyektində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama ilə bağlı vergi ödəyicisinə məxsus obyektdə, özünü müəssisənin əməkdaşı kimi təqdim edən X6 yoxlamanın keçirilməsi üçün əsas olan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" 28.09.2020-ci il tarixli **********7902 nömrəli qərar, 28.09.2020-ci il tarixli KY201500814 nömrəli “Sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarış və 28.09.2020-ci il tarixli **********7908 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş və onun tərəfindən qeyd edilmiş sənədlərlə tanış oldunduqdan və onlara imza edildikdən sonra o, həmin sənədlərin bir nüsxəsini qəbul etmişdir. X9 eyni zamanda, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli **********7907 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarla da tanış olmuşdur. Lakin, o, onda heç bir sənədin olmadığını qeyd etmiş və heç bir səbəb göstərmədən bu barədə tərtib edilmiş 29.09.2020-ci il tarixli aktı imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmişdir. Nəzarət tədbiri zamanı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb olunan 14 nəfər fiziki şəxs müəyyən edilmiş və bu hal 29.09.2020-ci il tarixli, 000090 nömrəli Akt tərtib edilərək rəsmiləşdirilmişdir. Həmin fiziki şəxslərin hər birindən müvafiq izahat alınmış və yoxlama materiallarına əlavə edilmişdir.Tərtib edilmiş aktla tanış olmaq və bir nüsxəsini almaq üçün, akt yoxlamada iştirak edən müəssisənin nümayəndəsi X6 təqdim edilmiş, lakin o heç bir səbəb göstərmədən aktla tanış olmaqdan, onu imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmiş və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılmışdır. Tərtib edilmiş akta əsasən, müəssisəyə 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.11.2020-ci il tarixli, **********1985 nömrəli Qərarı əsasında 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, müəssisəyə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 13.11.2020-ci il tarixli **********1986 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə təqdim edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı, özünün iddia ərizəsini onunla əsaslandırır ki, guya operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı onun obyektində aşkar olunmuş 14 nəfər əmək müqviləsi olmayan işçilərin ona heç bir aidiyyəti yoxdur və onlar guya ki, müəssisəyə podrat müqaviləsi əsasında xidmət göstərən fərdi sahibkar X2 işçiləridirlər. Halbuki, idddiaçının gətirdiyi bu dəlilin heç bir əsası yoxdur. Aşkar olunmuş 14 nəfər əmək müqviləsi olmayan işçilərin heç biri, yoxlamaya təqdim etdiyi izahatında belə bir şəxsin adını qeyd etməmişb və xüsusi olaraq, qeyd edmişlər ki, onlarla nə əmək və nə də ki, xidmət müqaviləsi bağlanmamışdır, yerinə yetirdikləri işin müqabilində hər bir gün üçün müəssisə tərəfindən onların hər birinə 13 manat haqq ödənildiyini bildirmişlər. Operativ vergi nəzarəti zamanı müəssisə tərəfindən vergi orqanı əməkdaşlarına hər hansı bir podrat müqaviləsi və bununla bağlı podratçıya müvafiq ödənişlərin edildiyini tədiq edən sənədlər də təqdim edilməmişdir. Bu isə iddiaçının məhkəməyə təqdim etdiyi podrat müqaviləsinin saxta olduğunu və məsuliyyətdən yayınmaq məqsədilə sonradan tərtib olunduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, iddiaçı şirkət ilə onun arasında 05.09.2020-ci il tarixdə podrat müqaviləsi bağlanmşdır. Müqavilə predmetinə əsasən yığım işləri üçün işçiləri gətirib mövsümi işləri gördürmək daxil olmuşdur. İşçilərin daşınması da bura daxil olmuşdur. Almanın yığılması işçilər tərəfindən həyata keçirilmişdir. Müqavilə bağlandıqdan təxminən bir ay sonra o, bu işlərlə məşğul olan Sevinc adlı xanımla əlaqə saxlamışdır. İşçilərin gətirilməsini və gündəlik haqlarının ödənilməsini həmin xanım təşkil etmişdir. İşçilərə gündəlik əmək haqqı kimi 13 manat ödəniş edilmişdir. İşçiləri Sevinc xanım tanıyır, əmək haqqını da o, ödəmişdir. İlk dəfə şirkət ona 5000-6000 manat köçürmüş, daha sonra isə 2500 manat, sonuncu dəfə 4000- 5000 manat ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, şirkətlə bağlı heç bir məlumatı yoxdur. O, yalnız İmran Balahmədovu tanımışdır. İmran ona zəng edib alma yığımı üçün işçlərin lazım olduğunu bildirmişdir. bundan sonra o, işçiləri yığıb həmin alma bağında işləməyə aparmışdır. Onlardan başqa həmin ərazidə heç kim olmamışdır. İmran Balahmədovla aralarında heç bir rəsmi sənəd olmamışdır. İşçilərə gündəlik 13 manat haqq ödənilmişdir. İşçilr onun qonşuları, tanışları olmuşlar, onlar həmin şirkətin işçiləri olmamışlar. “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti heç bir danışığı olmmamışdır. 8-10-14 nəfər yığımlarda iştirak etmişdir. İşlədiklərinin təxminən 5-ci günü yoxlama gəlmiş, izahatlar yazmağa məcbr etmişlər. İzahatlar vergi orqanının əməkdaşlarının diqtəsi ilə yazılmışdır. İş materiallarına əlavə edilmiş : -3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli **********7902 nömrəli qərardan görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə 29.09.2020-ci il tarixdən 28.10.2020-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır. -3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli **********7907 nömrəli qərardan görünür ki, İddiaçı MMC-dən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri,şəxsiyyəti tədqi edən sənədlərin surəti və operativ vergi nəzarəti tədbiri ilə əlaqədar digər zəruri sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. - 3 saylı Ərazi Vergilər İdarəsinin 28.09.2020-ci il tarixli **********7908 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC-dən bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri,şəxsiyyəti tədqi edən sənədlərin surəti,nəzarət kitabçası və operativ vergi nəzarəti tədbiri ilə əlaqədar digər zəruri sənədlər tələb edilmişdir. -3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 13.11.2020-ci il tarixli **********1985 nömrəl vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10–cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərar alınmışdır. - 3 saylı Ərazi Vergilər İdarəsinin 13.11.2020-ci il tarixli **********1986 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC –dən büdcəyə ödənilməli olan 28000 manat vəsaiti 23.11.2020-ci il tarixədək ödənilməsi tələb edilmişdir. -29.09.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus Xaçmaz rayon Çağar kəndinə yerləşən meyvə bağında meyvə yğımı ilə məşğul olan 17 nəfər işçidən 14 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontrakt) olmadan işlədiyi müəyyən olunmuşdur. -Sifarişçi İddiaçı MMC ilə podratçı X5 arasında bağlanmış 05.09.2020-ci il tarixli 003 saylı podrat müqaviləsindən görünür ki, müqavilə, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçi İddiaçı MMC–nin 19 kv m meyvə bağlarında (xidmətlər,işlər) görməyi öhdəsinə götürməsi, sifarişçinin isə podratçıya razılşadırılmış müzdun ödəməsi barədədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını,şahidlərin ifadələrini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Kespublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan 4 məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.7-ci maddəsinin ikinci abzasına əsasən vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 36.1, 36.1.1, 36.1.2, 36.1.3-cü maddələrinə görə inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçıları sayılırlar. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Lakin qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsinə dair tərtib edilmiş akta baxılarkən və mübahiəsələndirilən qərarı qəbul edildiyi zaman iddiaçının həmin proseslərdə iştirakı təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıı MMC ilə X4 arasında 05.09.2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdılr. Həmin müqavilənin şərtlərinə görə podratçı İddiaçı MMC-nin 19 hk meyvə bağlaında xidmətlər, işlər görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. 09.09.2020-ci il tarixdə, yəni həmin müqavilə bağlandıqdan sonra və vergi orqanı tərəfindən aparılan yoxlamadan əvvəl MMC tərəfindən İmran Balahmədovun hesabına 6393,0 manat məbləğində və 06.10.2020ci il tarixdə 6880.0 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən alınmış izahatlarda alma yığımında iştirak etmiş 14 nəfərdən heç biri iddiaçı müəssisənin işçiləri olması barədə izahat verməmişlər. Məhkəmə hesab edir ki, göstərilən sübutlarla iddiaçının dəlilləri sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 3 saylı Ərazi Vergilər İdarəsinin 13.11.2020-ci il tarixli **********1985 saylı qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC barəsində 3 saylı Ərazi Vergilər İdarəsinin 13.11.2020-ci il tarixli **********1985 saylı qərarın ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-537/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-537/2021
08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver