Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-554/2025 13.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlillik müəyyən olunması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayənəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ona xx.xx.2023-cü il tarixdən təkrarən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin ikinci dərəcə məhdudlaşdırılması halı olan 65-80%-lə müddətsiz olaraq əlillik təyin edilməsini istəyir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 04 aprel 2020-ci ildə Quba rayon Hərbi Komısarlığı vasitəsilə 703 Tərtər rayor hərbi xidmətə getmiş, 27 sentyabr 2020-ci il döyüşə girmiş, 24 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanmış və 15 gündən artıq məcburi xəsdəxanada müalicə almışdır. Sonra Şəmkir rayonunda yerləşən xəstəxanada 23 gün də müalicəm davam edib, ümumilikdə 70 gün məzuniyyətdə olmuşdur. Ordan sonra Bakı Hərbi Xəstəxanasına 75 gün müalicə olmuşdır. 27 iyul 2021- ci ildə xidmətdən tərxis olmuşdur. Bu günədək hərəkət məhdudiyyəti var sol ayağında qəlpə var, ayağı dizdən bükülmür, ayaqların hissiyatı itirmişdir, sol ayağında dəymiş qəlpə nervoloji sinirlərin qoparmışdır, heç yerdə işləyə bilmir, ayağlarının ölçüsündə fərq yaranıb və dəfələrlə müraciətinə baxmayaraq ona əlillik təyin olunmur, çəliklə hərəkət etdiyi üçün heç bir yerə işə qəbul etmirlər dəfələrlə müraciət baxmayaraq ona əllik təyin olunmur. Bir neçə dəfə müayinədən keçmiş və tam əsassız olaraq cavabdeh orqan elektron sms vasitəsilə əlillik təyin edilməsindən imtina etmişdir, imtinanın əsası odur ki, müalicə alsa, ayağı bərpa oluna bilər. Cavabdeh orqanın hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Quba rayon sakini xx.xx.2002- ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAPVY nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 16930 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3-nin yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaralarının birincili-cərrahi işlənməsi, immobilizasiyasından sonrakı bitişmiş sınığı, sol diz oynağının çapıq-əzələ mənşəli kontrakturası və osteoartozu, ağrı sindromu ilə.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə hipermetropik astiqmatizmi sağda Em və Hm 0,75D, solda Em və Hm 1,25D nəticəsində görmə itiliyinin sağda 0,3 qədər azalması, korreksiya ilə 0,4 olmaqla, sol gözün görmə itiliyi 0,05, korreksiya etmir.” diaqnozu ilə xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki aşağı ətrafda olan ağrılarından, şişkinlikdən, sol diz oynağında hərəkət məhdudluğundan, əsəbilikdən şikayətlənmişdir. Agentliyin həkim-ekspert-oftalmoloqun əyani instrumental müayinəsi zamanı diaqnoz “VİSUS OD=0.2 k/e; VİSUS OS=0.03 k/e. OU-zəif dərəcəli hipermetropiya. OU-obyektiv müayinələr zəfi görmənin səbəbini təsdiqləmir.” kimi qeyd edilmişdir. Agentliyin həkim-ekspert-travmatoloqun əyani müayinəsi zamanı sol baldırın yuxarı 1/3-də və sağ pəncənin yan səthində çapıqlar izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş,etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı adma Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli J00038397VVK saylı Forma 088 göndərişində qeyd edilmişdir... “Xəstəliyin başlanma tarixi: xx.xx.2020-ci il tarixdəndir, xronikidir. XBT 10 kodu ilə: Əsas xəstəlik: H52.0-Hipermetropiya. OU-zəif dərəcəli hipermetropiya; Yanaşı xəstəliklər: M19.1- Digər oynaqların postravmatik artrozu, partlayış travması (24.10. 2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1\3-nin yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağrı sindromu ilə; M24.5oynaqların kontrakturası, partlayış travması (xx.xx.2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3-nin yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağrı sindromu ilə.; sümüyün mahmızı; R62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, partlayış travması (xx.xx.2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3-nin yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağrı sindromu ilə.; sümüyün mahmızı; Qiymətləndirmə nəticələrində qeyd edilmişdir... Müayinə tarixi: xx.xx.2022- cü il; Akt nömrəsi: 7MZXDH0004; Müvəqqəti əmək qabiliyyətini itirməmişdir; Diaqnozun mətni: Digər oynaqların posttravmatik artrozu. Oynaqların kontrakturası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Hipermetropiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB phş-nin T491/2024 saylı 12 avqust 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1.2.Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. İş materiallarında onun “Üzvi mənşəli şəxsiyyəıt pozuntusu xəstəliklərindən əziyyət çəkibçəkməməsi ilə əlaqədar hər hansı tibbi sənədi aşkar edilmədi. İş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli J00038397VVK saylı Forma 088 qeyd edilən “Digər oynaqların posttravmatik artrozu. Oynaqların kontrakturası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Hipermetropiya.” diaqnoz stasionarda xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulsa da, şəxsin əyani müayinəsində aşkar edilmiş sol dizaltı və baldırın yuxarı 1\3-də çapıqlar, bütün oynaqlarda hərəkətlərin sərbəst və əzələ inkişafının simmetrik olması, sinir-əzələ patologiyasına spesifik olan patofunksional əlamətlərin aşkar edilməmsi, əlilliyin təyini zamanı ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrindən hər hansı birini şamil etməyə əsas vermədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB phş-nin T 291/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1.3. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli J00038397VVK saylı Forma 088 qeyd edilən “Digər oynaqların posttravmatik artrozu. Oynaqların kontrakturası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Hipermetropiya” diaqnoz stasionarda xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulsa da, xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə zamanı əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır. xx.xx.2025-ci il tarixdə “Elmi-Tədqiqat və Ortopediya İnstitutu” phş-də obyektiv və instrumental müayinələr nəticəsində “Odlu silahla yaralanmadan sonra, sol budun orta-aşağı 1/3-nin ön, sol diz oynağının arxa, ön, sol baldırın yuxarı 1/3-nin ön, iç, sağ pəncənin orta 1/3-nin iç səthlərində kobud çapıq toxumaları, sol qamış sümüyünün proksimal metafizinin mediahnda lokal deformasiyası, kortikal qatda qeyri-bərabər qalınlaşma, bitişmiş sınığı, medial epikondilusda sümük daxili və medial yumşaq toxumalarda bir neçə metal qəlpəsi, sol diz oynağının osteoartrozu, varus deformasiyası, oynağın qeyri-stabilliyi, laxlayan oynağ, sol pəncənin sallanması, sol incik sinirinin neyropatiyası, əzələ atrofıyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması. XBT: Y36.2; L90.5; L91.0; S82.1; M79.5; M17.5; M21.1; M23.5; M25.2; M21.3; G57.3; M62.5; R52.1; R26.8” diaqnozu təyin edilsə də, məhkəmə tibbi müayinə zamanı onda əzələ atrofiyası, sol pəncənin sallanması və laxlayan oynaq aşkar edilmədi. xx.xx.2025-ci il tarixdə Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində obyektiv və instrumental müayinələr nəticəsində “H52.0 Hipermetropiya” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB phş-nin T 644/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından və vətəndaş İddiaçı kifayət qədər tibb müəsissələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun adına Quba Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli J00038397VVK nömrəli (Forma 88-də) göndərişində qeyd edilmiş “XBT 10 kodu: Əsas diaqnoz: H52.0-Hipermetropiya. OU-zəif dərəcəli hipermetropiya; Yanaşı xəstəliklər: M 19.1-Digər oynaqların posttravmatik artrozu, partlayış travması (24.10. 2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3 yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağrı sindromu ilə; M24.5-Oynaqların kontrakturası, partlayış travması (xx.xx.2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3 yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağrı sindromu ilə.; sümüyün mahmızı; R62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, partlayış travması (xx.xx.2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3 yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağn sindromu ilə.; sümüyün mahmızı” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı sol dizaltı və baldırın yuxarı 1/3-də çapıqlar izlənilmiş, bütün oynaqlarda hərəkətləri sərbəst və əzələ inkişafı simmetrik olmuş, sinirəzələ patologiyasına spesifik olan patofimksional əlamətlər aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə özünün məhkəmə-tibbi müayinəsi zamanı sol diz oynağında hərəkət sərbəst, sol aşıq-baldır oynağında açma tam, bükmə azacıq natamam olmuş, yerişi pozulmuş, aşağı ətraflarda atrofıya, parez, sol pəncənin sallanması və laxlayan oynaq aşkar edilməmişdir. Bu baxımdandan da Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2025-ci il tarixdə təyin edilmiş diaqnozlarda hiperdiaqnostikaya yol verilmişdir. xx.xx.2025-ci il tarixdə Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinələr əsasında ona “OU-Zəif dərəcəli hipermetropiya Hm 1,0” diaqnozu təyin edilsə də, OS-xəstənin subyektiv görmə itiliyi ilə obyektiv müayinələrin cavabları arasında uyğunsuzluq müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona əlilliyin müəyyən olunmasını istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: (...) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunvericiliyin tələbindən görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB phş-nin T491/2024 saylı 12 avqust 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1.2.Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. İş materiallarında onun “Üzvi mənşəli şəxsiyyəıt pozuntusu xəstəliklərindən əziyyət çəkibçəkməməsi ilə əlaqədar hər hansı tibbi sənədi aşkar edilmədi. İş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli J00038397VVK saylı Forma 088 qeyd edilən “Digər oynaqların posttravmatik artrozu. Oynaqların kontrakturası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Hipermetropiya.” diaqnoz stasionarda xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulsa da, şəxsin əyani müayinəsində aşkar edilmiş sol dizaltı və baldırın yuxarı 1\3-də çapıqlar, bütün oynaqlarda hərəkətlərin sərbəst və əzələ inkişafının simmetrik olması, sinir-əzələ patologiyasına spesifik olan patofunksional əlamətlərin aşkar edilməməsi, əlilliyin təyini zamanı ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrindən hər hansı birini şamil etməyə əsas vermədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB phş-nin T 291/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1.3. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli J00038397VVK saylı Forma 088 qeyd edilən “Digər oynaqların posttravmatik artrozu. Oynaqların kontrakturası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Hipermetropiya” diaqnoz stasionarda xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulsa da, xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə zamanı əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır. xx.xx.2025-ci il tarixdə “Elmi-Tədqiqat və Ortopediya İnstitutu” phş-də obyektiv və instrumental müayinələr nəticəsində “Odlu silahla yaralanmadan sonra, sol budun orta-aşağı 1/3-nin ön, sol diz oynağının arxa, ön, sol baldırın yuxarı 1/3-nin ön, iç, sağ pəncənin orta 1/3-nin iç səthlərində kobud çapıq toxumaları, sol qamış sümüyünün proksimal metafizinin mediahnda lokal deformasiyası, kortikal qatda qeyri-bərabər qalınlaşma, bitişmiş sınığı, medial epikondilusda sümük daxili və medial yumşaq toxumalarda bir neçə metal qəlpəsi, sol diz oynağının osteoartrozu, varus deformasiyası, oynağın qeyri-stabilliyi, laxlayan oynağ, sol pəncənin sallanması, sol incik sinirinin neyropatiyası, əzələ atrofıyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması. XBT: Y36.2; L90.5; L91.0; S82.1; M79.5; M17.5; M21.1; M23.5; M25.2; M21.3; G57.3; M62.5; R52.1; R26.8” diaqnozu təyin edilsə də, məhkəmə tibbi müayinə zamanı onda əzələ atrofiyası, sol pəncənin sallanması və laxlayan oynaq aşkar edilmədi. xx.xx.2025-ci il tarixdə Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində obyektiv və instrumental müayinələr nəticəsində “H52.0 Hipermetropiya” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB phş-nin T 644/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından və vətəndaş İddiaçı kifayət qədər tibb müəsissələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun adına Quba Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli J00038397VVK nömrəli (Forma 88-də) göndərişində qeyd edilmiş “XBT 10 kodu: Əsas diaqnoz: H52.0-Hipermetropiya. OU-zəif dərəcəli hipermetropiya; Yanaşı xəstəliklər: M 19.1-Digər oynaqların posttravmatik artrozu, partlayış travması (24.10. 2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3 yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağrı sindromu ilə; M24.5-Oynaqların kontrakturası, partlayış travması (xx.xx.2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3 yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağrı sindromu ilə.; sümüyün mahmızı; R62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, partlayış travması (xx.xx.2020). Hər iki aşağı ətrafına çoxsaylı qəlpə yaralanması, sol baldırın yuxarı 1/3 yumşaq toxuma defektli yarasına, qamış sümüyünün proksimal metafizinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, immoblizasiyadan sonrakı bitişmiş sınığı. Sol diz oynağının çapıq əzələ mənşəli kontrakturası və osteoporozu, ağn sindromu ilə.; sümüyün mahmızı” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı sol dizaltı və baldırın yuxarı 1/3-də çapıqlar izlənilmiş, bütün oynaqlarda hərəkətləri sərbəst və əzələ inkişafı simmetrik olmuş, sinirəzələ patologiyasına spesifik olan patofimksional əlamətlər aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə özünün məhkəmə-tibbi müayinəsi zamanı sol diz oynağında hərəkət sərbəst, sol aşıq-baldır oynağında açma tam, bükmə azacıq natamam olmuş, yerişi pozulmuş, aşağı ətraflarda atrofıya, parez, sol pəncənin sallanması və laxlayan oynaq aşkar edilməmişdir. Bu baxımdandan da Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2025-ci il tarixdə təyin edilmiş diaqnozlarda hiperdiaqnostikaya yol verilmişdir. xx.xx.2025-ci il tarixdə Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinələr əsasında ona “OU-Zəif dərəcəli hipermetropiya Hm 1,0” diaqnozu təyin edilsə də, OS-xəstənin subyektiv görmə itiliyi ilə obyektiv müayinələrin cavabları arasında uyğunsuzluq müəyyən olunmuşdur. Beləliklə, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizaların nəticəsindən müəyyən olunur ki, iddiaçıda qeyd edilən diaqnozların mövcudluğu öz təsdiqini tapmamışdır. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova