Məhkəmə qərarları › İş №e-2-1(118)-5928/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-5928/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-5928/2025 21.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair müraciətinin icraata qəbul edilməsi və qərarın etibarsız hesab edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair iddiaçının müraciətinin icraata qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələbinə uyğun olaraq müraciət və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (Tikintidə X3 Agentliyinə) həvalə edilməsi və cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" xx.xx.2025-ci il tarixli 0016 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair iddiaçının müraciətinin icraata qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələbinə uyğun olaraq müraciət və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (Tikintidə X3 Agentliyinə) həvalə edilməsi və cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" xx.xx.2025-ci il tarixli 0016 nömrəli qərarının etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bir mərtəbəli qeyri-yaşayış sahəsini İddiaçı uzun illər öncə tikərək istifadə etmişdir. 2022-ci illərin əvvəlindən başlayaraq istifadəsində olan qeyri-yaşayış sahəsində yenidənqurma işləri apararaq sahəni artırmışdır. İddiaçı qeyri-yaşayış sahəsində aparılan yenidənqurma və tikinti işlərini, yəni yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işlərini 2022-ci ilin dekabr ayında başa çatdırmışdır. Sonradan dam örtüyündə tikinti zamanı istifadə edilən material uyğunsuzluğu aşkar edilmiş və qeyriyaşayış sahəsinin dam örtüyü yenidən sökülərək qurulmuşdur. Nəticədə 2023-cü ilin fevral ayında tikinti işləri başa çatmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,06 ha torpaq sahəsi **********67 reyestr nömrəli Çıxarışla iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmçinin iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. iddiaçı qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək istifadə etdiyi qeyri-yaşayış sahəsinə istismarına icazə verilməsi barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-18-2/2-N-2679-8/2025 saylı məktubla iddiaçının qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi ilə bağlı müraciətini icraata qəbul etməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-18-2/2-N-2679-8/2025 saylı məktubda imtinanın əsası kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin inşasının 2023-cü il iyunun 1-dək başa çatmadığının müəyyən edildiyini göstərmişdir. Cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsasızdır. Belə ki, iddiaçı qeyriyaşayış sahəsinin inşasını 2023-cü ilin fevral ayında tam başa çatdırmışdır. Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinə əsasən; 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri- yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib- yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinəbundan sonra - Xidmət) göndərir; İddiaçı qeyd edilən fərmana uyğun olaraq tikdiyi qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqan hər hansı fakta istinad etmədən bildirmişdir ki, tikintinin inşasının başa çatması 01 iyu 2023-cü il tarixindən sonra baş vermişdir. Cavabdeh inzibati orqan hansı qanuni əsasla bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Cavabdeh inzibati orqanın imtinası qanunsuz olmaqla yanaşı iddiaçının qanunla qorunan hüququnu pozur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın qanunsuz imtinası səbəbindən Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə dövlətin yaratdığı imkandan istifadə edərək öz əmlakı üzərində hüquqlarını rəsmiləşdirə bilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə əsasən; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının müraciətinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 23-cü il tarixli 2181 nömrəli Fərmanını nəzərə alaraq təqdim edilən sənədləri icraata qəbul edərək Fərmanın tələbinə uyğun olaraq müvafiq tədbirləri həyata keçirməli idi İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan onun müraciətini qəbul etməkdən imtina etməklə ona qarşı ayrı-seçkiliyə yol vermiş, onun qanun qarşısında bərabərlik hüququnu pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı vətəndaşlara heç bir hüquqi əsas olmadan, qanunla müəyyən edilmiş tələblərə riayət edilmədən və torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd olmadan, hətta dövlət və bələdiyyə torpaqlarında qanunsuz inşa edilmiş qeyri-yaşayış sahələrinin istismarına icazə hüququ verməklə onların mülkiyyət hüquqlarının qeydiyyata alınmasına şərait yaradır. Baxmayaraq ki, iddiaçının tikdiyi tikilinin altında yerləşən torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh inzibati orqan bu halı da nəzərə almadan iddiaçının müraciətini qəbul etməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək izahatında bildirmişdir ki, qeyri-yaşayış obyektində tikinti işləri aparılmamış, əvvəldən olduğu vəziyyətdədir. 2025-ci il 23 yanvara aid inzibati xəta haqqında protokol və qərar Seyidbəyli Vüqara tərəfindən imza edilməyib. Hesab edir ki, həmin tikintinin nə vaxt başa çatdırılmasını tikinti ekspertizası ilə müəyyən etmək mümkündür. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazənin öz adına verilməsi üçün müvafiq sənədlərlə 07 aprel 2025-ci il tarixində Agentliyə müraciət etmişdir. Sonradan İddiaçı qeyd olunan obyektin yerləşdiyi torpaq sahəsinin öz adına olduğunu təsdiq edən 05 may 2025-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Çıxarışını Agentliyə təqdim etmişdir. “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən sözügedən obyektin tikintisi 2023-cü ilin iyunun 1- dək başa çatmadığından İddiaçı müraciəti icraata qəbul edilməmiş və bu barədə məlumat vətəndaşa Agentliyin 08 may 2025-ci il tarixli 3-18-2/2- N-2679-8/2025 nömrəli məktubla verilmişdir. Müraciətə baxılarkən müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış obyekti, tikinti işlərinin dayandırılması barədə X4 adına tərtib etdiyi 10 yanvar 2025-ci il tarixli 0016 nömrəli Qərarının tələblərinə əməl edilmədən tikintisi başa çatdırılmış obyektdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması QaydasT’nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydanın 3.1.2-ci bəndinə əsasən tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Bununla da hesab edirlər ki, məhkəmə işi obyektiv və hərtərəfli araşdıraraq düzgün qərar qəbul edəcəkdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində qeyd etmişdir ki, bütün qaydalara riayət etmişdirlər. Ərazi əvvəlcə dostunun mülkiyyətində olub. Ərazidə bir iş görmək istəsələr də, lakin alınmadı. Obyekti söküb yenidən tikmək üçün müraciət etdilər. Yenə icazə verilmədi. Xüsusi mülkiyyətdə olan torpaq kimi müraciət etdilər. Nə yaşayış sahəsi kimi, nə də qeyri-yaşayış sahəsi kimi müraciətləri qəbul edilmədi. Torpaq dostunun adından onun adına 2024-cü ildə keçdi ki, orda sərbəst iş görsün. Fasadı dəyişəndə cavabdeh tərəfdən işçilər dedilər ki, sənədsiz iş apara bilmərsiz. Onlar da prosesi uzatmamaq üçün müraciət etdilər. Lakin imtina cavabı verdilər. Sonra işlərin dayandırılmaması üçün məhkəməyə müraciət etdilər və məhkəmənin qərardadını təqdim etdilər. Başqa nə olubsa, xəbəri olmayıb. Cavabdeh tərəf tikintinin dayandırılması ilə bağlı Agentlik tərəfindən ona qərar təqdim edilməsini və imzalanmasını desə də, lakin belə bir şey olmayıb. O, torpağı alanda orda tikili mövcud idi. Bünövrəsində heç bir iş aparılmayıb. Yalnız fasadında və güclü yağış səbəbilə dam örtüyündə təmir işləri aparılıb. İddiaçı onun dostudur. ”AAF Park” ilə aralarında borc olub. Əmlak mübadiləsi ilə ona bu tikilini veriblər. O da müraciət etmişdir ki, bu tikilini dəyərləndirmək istəyir, tikilini sahibkar kimi pul qarşılığında almışdır. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Tikinti işlərinin dayandırılması barədə xx.xx.2025-ci il tarixli 0016 saylı qərar əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən təyinatı məlum olmayan tikinti obyektində icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən edilmiş, pozuntuların aradan qaldırılması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1. maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bğlı sənədlərin Agentliyə təqdim edilməsinin təmin edilməsinə dair göstəriş verilmiş, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. 08 yanvar 2025-ci il tarixli 243263 saylı texniki baxış aktında qeyd edilmişdir ki, tikinti obyektinin təyinatı məlum deyil, sahibi X7r, tikinti obyektinin layihəçisi, xüsusi razılığın rekvizitləri yoxdur, tikinti obyektinin podratçısı, xüsusi razılığın rekvizitləri yoxdur, tikintiyə icazə yoxdur, tikinti işlərinin başlanılması üçün əsas olan xüsusi nişan yoxdur, torpaq sahəsi üzərində mülkiyyət hüququ var, tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri yoxdur. Tikinti işləri gedir, bünövrədə tikinti quraşdırma işləri aparılır. MN ******* saylı inzibati xəta haqqında protokol və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilmişdir. Tikinti obyektinin “google earth” proqramı vasitəsi ilə əldə edilmiş 2022-2025-ci illərə aid peyk görüntüləri iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair iddiaçının müraciətinin icraata qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələbinə uyğun olaraq müraciət və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (Tikintidə X3 Agentliyinə) həvalə edilməsi və cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" xx.xx.2025-ci il tarixli 0016 nömrəli qərarının etibarsız hesab edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazənin öz adına verilməsi üçün müvafiq sənədlərlə 07 aprel 2025-ci il tarixində Agentliyə müraciət etmişdir. Sonradan İddiaçı qeyd olunan obyektin yerləşdiyi torpaq sahəsinin öz adına olduğunu təsdiq edən 05 may 2025-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Çıxarışını Agentliyə təqdim etmişdir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən sözügedən obyektin tikintisi 2023-cü ilin iyunun 1- dək başa çatmadığından İddiaçı müraciəti icraata qəbul edilməmiş və bu barədə məlumat vətəndaşa Agentliyin 08 may 2025-ci il tarixli 3-18-2/2- N-2679-8/2025 nömrəli məktubla verilmişdir. Müraciətə baxılarkən müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış obyekti, tikinti işlərinin dayandırılması barədə X4 adına tərtib etdiyi 10 yanvar 2025-ci il tarixli 0016 nömrəli Qərarının tələblərinə əməl edilmədən tikintisi başa çatdırılmış obyektdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydanın 3.1.2-ci bəndinə əsasən tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə. İş materiallarından görünür ki, “Tikinti işlərinin dayandırılması barədə” xx.xx.2025-ci il tarixli 0016 saylı qərara əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən təyinatı məlum olmayan tikinti obyektində icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən edilmiş, pozuntuların aradan qaldırılması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1. maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin Agentliyə təqdim edilməsinin təmin edilməsinə dair göstəriş verilmiş, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin, xx.xx.2025-ci il tarixli, 3-18-6/3-27-37/25 daxil olma nömrəli, 243263-ö saylı texniki baxış aktında tikinti obyektinin sifarişçisi (sahibi, onun ünvanı) X10, tikinti obyektinin layihəçisi, xüsusi razılığın (lisenziyanın) rekvizitləri – yoxdur, tikinti obyektinin podratçısı – yoxdur, tikintiyə icazə - yoxdur, tikinti işlərinin başlanılması üçün əsas olan xüsusi nişan – yoxdur, torpaq sahəsi üzərində mülkiyyət, icazə və ya istifadə hüququ – mülkiyyət, tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri – yoxdur, aparılmış tikinti-quraşdırma işlərinin həcmi və tikinti obyektinin mövcud vəziyyəti – tikinti gedir, bünövrədə tikinti quraşdırma işləri aparılır, tikintidə aşkarlanmış pozuntular – Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin tələbləri pozulmaqla tikinti işləri aparılır qeyd edilmişdir. MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda f/ş X10 barəsində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin ərazisində aparılan tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 0016 nömrəli Qərara əməl etmədən tikinti işləri davam etdirildiyindən X10 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qeyd edilmişdir. İnzibati tənbeh vermə haqqında MN №1583787 saylı xx.xx.2025-ci il tarixli X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Abşeron rayon İcra hakimiyyətinə və Abşeron rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-18-2/2-868/2025 saylı məktubdan görünür ki, X10 tərəfindən təyinatı məlum olmayan obyektin tikinti işlərinin aparıldığı və tikinti işlərinin dayandırılması barədə xx.xx.2025-ci il tarixli, 0016 nömrəli “Qərar” verildiyi qeyd edilmiş, Azərbaycan Respubikası Prezidentinin 2014-cü il tarixli 17 noyabr 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələbinə uyğun olaraq qəbul edilmiş “Qərar” icra üçün sifariçiyə verilməsinə baxmayaraq tikinti işləri davam etdirildiyi üçün tikinti ərazisinə nəzarətin gücləndirilməsi məqsədi ilə “Qərar”ın surəti Agentlik tərəfindən göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)-24/2025 saylı qərardadından görünür ki, ərizəçi X10 məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək onun xüsusi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən 0.12 ha-dan ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsində layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə maneələr (tikinti işlərinin dayandırılmasının, inşa olunmuş yaşayış sahəsinin sökülməsinin) cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin e- 16(012)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə maneələrin (tikinti işlərinin dayandırılması, inşa olunmuş yaşayış sahəsinin sökülməsi) Abşeron Rayon İcra Hakimiyyətinə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)-24/2025 saylı qərardadı ilə Abşeron rayon İcra hakimiyyəti tərəfindən e-16(012)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmə tərəfindən tikinti obyektinin ayrı-ayrı illər üzrə mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə “google earth” proqramı vasitəsi ilə 2022-2025-ci illərə aid peyk görüntüləri əldə edilmiş və iş materiallarına əlavə edilmişdir. Qeyd edilən görüntülərdən aydın olur ki, tikinti obyektinin 2022-2024-cü illər üzrə peyk görüntüsündə dəyişiklik olmamış və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş görüntülərlə eynilik təşkil etmişdir. xx.xx.2025-ci il tarixli peyk görüntüsündə isə əvvəlki illərdən fərqli olaraq, mövcüd tikilinin ölçülərində dəyişiklik edildiyi, tikilinin həcminin genişləndirildiyi müəyyən edilmişdir. Beləliklə, 2025-ci ildə tikinti quraşdırma işlərinin aparılması iş üzrə əldə edilmiş, yuxarıda sadalanan sübutlarla təsdiq olunur. Cavabdeh orqan tərəfindən qeyd edilən tikinti işlərinin aparılmasının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görülmüş və qərarlar qəbul edilmişdir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 saylı Fərmanına əsasən: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; İddiaçının tələbinin digər hissəsi – cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" xx.xx.2025-ci il tarixli 0016 nömrəli qərarının etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati aktın etibarsızlığı İnzibati Prosessual Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş tanınma haqqında iddia vasitəsi ilə tanınır. Həmin normaya görə tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Bununla bağlı qeyd olunmalıdır ki, inzibati aktın etibarsız sayılması ilə bağlı hallar “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə tənzimlənir və inzibati aktın etibarsızlığına səbəb olan halların dairəsi həmin maddədə təsbit edilmişdir. İstinad olunan maddəyə görə, aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən qərarın etibarsız hesab edilməsi və bununla bağlı iddianın əsaslı sayılması üçün həmin qərarın ən azından “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit olunmuş qüsurlardan hər hansı birinə malik olmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" xx.xx.2025-ci il tarixli 0016 nömrəli qərarının etibarsız hesab edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində qeyd edilmiş əsasların mövcudluğuna istinad edilməmiş, qərarın etibarsız hesab edilməsi əsasları göstərilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, mübahisələndirilən qərar X8 barəsində qəbul edilsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan hazırki məhkəmənin gedişində xəbər tutduğunu bildirmiş, lakin məhkəmənin sualına cavab olaraq qeyd edilən qərarı hazırki günədək mübahisələndirmədiyini bildirmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Həmçinin, inzibati aktın etibarsız sayılması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində qeyd edilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar