Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6015/2024 28.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İBRAGİMOV GURBANİN cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********179845 saylı qərarına əsasən, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə dekabr 2020 – noyabr 2023 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə xx.xx.2024-cü il tarixli **********180055 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktda qeyd edilənlərə əsasən:Səyyar vergi yoxlaması 2 halda ümumilikdə 33 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda isə ümumilikdə 60 gün müddətinə uzadılmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan səndlərin təqdim olunması haqqında” xx.xx.2023-ci il tarixli **********179891 nömrəli Tələbnaməyə əsasən əmək haqqı cədvəlləri, bank sənədləri, kassa Z hesabatları, elektron qaimə-fakturalar təqdim edilmiş və buna dair xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Təqdim edilməyən sənədlərlə bağlı isə xx.xx.2024-cü il tarixli imtina aktı tərtib edilmişdir.Yoxlama zamanı elektron qaimə fakturalara, daxil olmuş bank mədaxillərinə, NKA məlumatlarına əsasən vergi ödəyicisinin dövriyyəsi araşdırılmış və nəticədə yoxlanılan dövr (dekabr 2020 – noyabr 2023) üzrə 25,458.72 manat ƏDV-nin az, 4,760.94 manat ƏDV-nin artıq hesablanması, nəticədə 20,697.75 manat ƏDV-nin az hesablanması müəyyən edilmiş və buna görə 12,729.35 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.Yoxlama zamanı vergi ödəyicisinin gəlirdən çıxılan xərclərini müəyyən etmək mümkün olmadığından 2020-2022-ci illər üzrə gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmış, nəticədə gəlir vergisinin 2020-ci il üzrə 147,724.68 manat, 2021-ci il üzrə 523,469.82 manat az, 2022-ci il üzrə 3,869.29 manat artıq hesablandığı müəyyən edilmişdir.Yoxlama zamanı iddiaçı tərəfindən qeyri-rezidentə beynəlxalq daşımaya görə 3,400.0 manat ödəniş edildiyi, lakin ödəmə mənbəyində 6% dərəcə ilə 204 manat verginin tutulmadığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli **********186326 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən: ƏDV üzrə 2021-ci ilə 20,767.94 manat əlavə vergi məbləği hesablanmış və 12,706.48 manat maliyyə sanksiyası tətbiq edilmiş; ƏDV üzrə 2022-ci ilə 45.77 manat əlavə vergi məbləği hesablanmış və 22.89 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2023-cü ildə 115.93 manat ƏDV-nin artıq hesablandığı müəyyən edilmiş; Gəlir vergisi üzrə 2020-ci ilə 147,724.67 manat əlavə vergi məbləği hesablanmış və 73,862.34 manat maliyyə sanksiyası tətbiq edilmiş; Gəlir vergisi üzrə 2021-ci ilə 523,469.81 manat əlavə vergi məbləği hesablanmış və 261,734.91 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2022-ci il üzrə 3,869.29 manat gəlir vergisinin artıq hesablandığı müəyən edilmiş; ÖMV üzrə 2021-ci ilə 204 manat əlavə vergi məbləği hesablanmış və 102 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********186326 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 692,212.19 manat manat əlavə vergi məbləği hesablanmış, 348,428.62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli **********186326 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin vergi orqanı yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********179845 saylı qərarda səyyar vergi yoxlamasının hansı əsasla təyin edilməsi barədə hər hansı konkret səbəb göstərməmiş, sadəcə olaraq Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edilməklə kifayətlənmişdir. Halbuki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının qorunması məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral və səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir.Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Göstərilənlərə əsasən hesab edirik ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakim Səyyad Kərimov)xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 saylı qərarında da eyni mövqe nümayiş etdirilmişdir. Qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsinə dair 67.17-ci maddə Vergi Məcəlləsinə xx.xx.2022- ci il tarixdən əlavə edilmişdir. Göründüyü kimi, vergi orqanı 2020- 2021-ci illər üzrə gəlir vergisini hesablayan zaman Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmişdir. Bu səbəbdən də mübahisələndirilən qərar qeyd edilən hissələrdə qanunsuz olduğundan ləğv edilməlidir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia dəqiqləşdirilmiş iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179845 saylı qərarına əsasən fərdi sahibkar İbraqimov Gurbanda (VÖEN **********) xx.xx.2020-ci il tarixdən 30.11,2023-ci il növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2023-cü il tarixli **********179891 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi digər qruplara daxil edilməyən ixtisasdırılmış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə ilə bank əməliyyatları üzrə çıxarış cədvəlləri müqayisə edilərkən fərqlərin olduğu müəyyən edilmişdir. ..Belə ki, müəyyən edilən dövriyyə məbləğləri vergi ödəyicisinin bəyan etdiyi dövriyyə məbləğləri ilə müqayisə edilmişdir. 2021-ci ilin yanvar ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 585.6 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 105.41 manat azaldılmışdır. 2021-ci ilin fevral ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 42 085 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 7575.30 manat hesablama aparılmışdır. 2021-ci ilin mart ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 853.94 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 153.71 manat hesablama aparılmışdır. 2021-ci ilin aprel ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 432.26 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 77.81 manat azaldılmışdır. 2021-ci ilin iyun ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 18210.15 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 3277.83 manat hesablama aparılmışdır. 2021-ci ilin iyul ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 3601.7 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 648.31 manat azaldılmışdır.2021-ci ilin avqust ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 30507.99 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 5491.44 manat hesablama aparılmışdır. 2021-ci ilin sentyabr ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 47492.04 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 8548.57 manat hesablama aparılmışdır. 2021-ci ilin noyabr ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 2033.9 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 366.1 manat hesablama aparılmışdır. 2021-ci ilin dekabr ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 21186.12 manat az oimuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 3813.5 manat azaldılmışdır. 2022-ci ilin yanvar ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 254.25 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 45.77 manat hesablama aparılmışdır. 2023-cü ilin avqust ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 644.06 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 115.93 manat azaldılmışdır. Ümumilikdə ƏDV üzrə Vergi Məcəlləsinin 159.1 -ci, 166-cı maddələrinə əsasən 20 697.75 manat hesablama aparılmış, Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən isə 12 729.35 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Fərdi sahibkar İbraqimov Qurbanın fəaliyyətinin araşdırılması zamanı yoxlama ilə əhatə olunan dövr ərzində təsərrüfat mallarının (santexnika malları, mətbəx əşyaları, avto ehtiyat hissələri, keramik qablar, kombilər və.s) pərakəndə və topdan satışı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İbraqimov Gurban xx.xx.2021-ci il tarixindən riskli vergi ödəyicisi siyahsına daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2020-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 5 879 068.08 manat, cəmi gəlirdən çıxılan xərcləri 5 858 668.30 manat, vergitutma məqsədləri üçün gəliri 20 399.78 manat vergi məbləği 4 079.96 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2020-ci ildə elektron qaimə-faktura əsasında təqdim edilən mal (iş və xidmətlərin) dəyəri 57 750 manat (ƏDV-siz), bank hesablaşma hesabına mədaxil olan məbləğ 125 611,7 manat, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 4 428 527,29 manat olmuşdur. Vergi orqanında olan uçot- baza məlumatlarına əsasən vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 4 554 138,99 manat olmuşdur. Nəticədə bank hesabına daxil olan məbləğlərə və nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (5 879 068,08 - 4 554 138,99) = 1 324 929,09 manat fərq müəyyən edilmişdir.Müəyyən edilən fərq sənədlərlə təsdiqini tapmadığından həmin məbləğ dövriyyə məbləğindən azaldılmışdır. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən “santexnika malları, avto ehtiyat hissələri, kombi, çaynik, ərik qurusu, kosmetika, keramik qablar, şüşə qablar və.s” satışının həyata keçirildiyi müəyyən edildi. Vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən xərcləri yoxlanılmışdır. Belə ki, vergi ödəyicisinin alışları yük gömrük bəyannamələrinə əsasən formalaşmışdır. Vergi ödəyicisi malları əsasən “Çin, İran, Türkiy, BƏƏ, Gürcüstan ölkələrindən əldə etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya mal-material hesabatı təqdim edilməmişdir. Mal-material hesabatı yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisinin əldə etdiyi malların aylar və ya illər üzrə maya dəyərini müəyyən etmək mümkün olmamışdır....M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2020 = 4 554 138,99 x 20 / 120 = 759 023,16 manat Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 4 554 138,99 manat, cəmi xərcləri 3 795 115.83 manat, vergitutma məqsədləri üçün mənfəəti 759 023.16 manat, vergi məbləği 151 804.63 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 4079.96 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104-cü, 105.1-ci, 108-ci, 109-cu, 121-ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən 147 724.68 manat vergi hesablansın, Vergi Məcəlləsinin 58.1 ci maddəsinə əsasən 73 862.34 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2021-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 15 881 942.29 manat, cəmi gəlirdən çıxılan xərcləri 15 832 732.45 manat, vergitutma məqsədləri üçün gəliri 49 209.84 manat vergi məbləği 9 841.97 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2021-ci ildə elektron qaiməfaktura əsasında təqdim edilən mal (iş və xidmətlərin) dəyəri 451 520 manat (ƏDV-siz), bank hesablaşma hesabına mədaxil olan məbləğ 549 482 manat, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 15 449 871.53 manat olmuşdur. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 15 999 353,53 manat olmuşdur. Nəticədə bank hesabına daxil olan məbləğlərə və nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (15 881 942.29 - 15 999 353,53) = - 117 411,24 manat fərq müəyyən edilmişdir.Vergi ödəyicisi tərəfindən az bəyan edilən dövriyyə fərqi yoxlama ilə bərpa edilmişdir. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən “santexnika malları, avto ehtiyat hissələri, kombi, mebel, ət, qazan dəstləri, keramik qablar, şüşə qablar, ayaqqabı, meyvə quruları və.s” satışının həyata keçirildiyi müəyyən edildi. 2021-ci ildə Vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən xərcləri yoxlanılmışdır.Belə ki, vergi ödəyicisinin alışları yük gömrük bəyannamələrinə əsasən formalaşmışdır. Vergi ödəyicisi malları əsasən “Çin, İran, Türkiyə, BƏƏ, Gürcüstan ölkələrindən əldə etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya mal-material hesabatı təqdim edilməmişdir. Mal-material hesabatı yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisinin əldə etdiyi malların aylar və ya illər üzrə maya dəyərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin idxal edilən malların çeşid sayının çox olması və eyni zamanda malların ölçülərini müxtəlif olması, müxtəlif göstəricilərdə malik olması, hər malın göstəricilərinə müvafiq qiymətlərinin dəyişkən olması səbəbindən yoxlama ilə idxal edilən malların mal-material hesabatı formasında tərtib edilməsi və satışlarla üzləşdirilməsi mümkün olmamışdır. ....gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2021 = 15 999 353,53 x 20 / 120 = 2 66 558.92 manat Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 15 999 353,53 manat, cəmi xərcləri 13 332 794,61 manat, vergitutma məqsədləri üçün mənfəəti 2 666 558.92 manat, vergi məbləği 533 311,78 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 9841.97 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104-cü, 105.1 -ci, 108-ci, 109-cu, 121 -ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən 523 469.82 manat vergi hesablanış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 261 734.91 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 537 824.28 manat, cəmi gəlirdən çıxılan xərcləri 448 186.90 manat, vergitutma məqsədləri üçün gəliri 49 209.84 manat vergi məbləği 9 841.97 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2022-ci ildə elektron qaiməfaktura əsasında mal (iş və xidmət) təqdimetməsi olmamış, bank hesablaşma hesabına mədaxil satışla bağlı mədaxil məbləğ olmamış, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 421 745.76 manat olmuşdur. Vergi orqanında olan uçotbaza məlumatlarına əsasən vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 421 745.76 manat olmuşdur. Nəticədə nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (537 824.28 - 421 745.76) = 116 078.52 manat fərq müəyyən edilmişdir. Müəyyən edilən fərq sənədlərlə təsdiqini tapmadığından həmin məbləğ dövriyyə məbləğindən azaldılmışdır. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən “keramik qablar və ət” satışının həyata keçirildiyi müəyyən edildi. Vergi ödəyicisinin 2022-ci ildə kassa məlumatlarına əsasən 387 423.73 manat məbləğində ət satışının olmasına baxmayaraq, həmin dövr ərzində vergi ödəyicisinin ət alışı olmamışdır. 2022-ci ildə Vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən xərcləri yoxlanılmışdır....Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2022 = 421 745.76 x 20 / 120 = 70 290.96 manat Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 421 745.76 manat, cəmi xərcləri 351454,8 manat, vergitutma məqsədləri üçün mənfəəti 70 290.96 manat, vergi məbləği 14 058.19 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 17 927.48 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104cü, 108-ci, 109-cu, 121 -ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən vergi ödəyicisi tərəfindən vergilərin 3 869.28 manat artıq hesablandığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin 3.49 manat azaldıldığı, 3564 manat artıq hesablandığı müəyyən edildi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış verginin 50%-i, yəni 1.75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda vergi ödəyicisi özünü müdafiə üçün xx.xx.2022-ci il **********154805 nömrəli Səyyar vergi yoxlaması aktına etiraz ilə bağlı xx.xx.2022-ci il tarixli **********858500 və **********865100 saylı məktublar ilə müraciət etmiş və səyyar vergi yoxlaması aktı ilə və hesablanmış vergilərlə razı olmadığını bildirmişdir. Belə ki, vergi ödəyicisi müəssisənin fəaliyyətində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinə etiraz etmişdir. Yoxlama Baş İdarənin xx.xx.2021 ci il tarixli **********047800 saylı xidməti məlumatı əsasında keçirilmiş vizual müşahidə baxış zamanı müəssisənin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə baxmayaraq təqdim olunan vergi bəyannamələrində göstərilən məlumatlar arasındakı uyğunsuzluqların mövcudluğu və nəticədə vergidənyayınma risklərinin olması səbəbindən Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. ÖMV- üzrə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 % dərəcə ilə vergi tutulur. Bank hesablarının araşdırılması zamanı fiziki şəxs İbragimov Gurban tərəfindən beynəlxalq daşınmalar həyata keçirən "X3 Nakliyeci" şirkətinə 2021-ci ilin sentyabr ayında 3400.0 manat (2,0 min ABŞ dolları) ödəniş etmiş, lakin qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində 6% ÖMV hesablanmamışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən köçürülən ödənişlərə görə 204 manat hesablama aparılsın, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 102 manat maliyyə sanksiyasının tətbiq edilmişdir.Fiziki şəxs İbragimov Gurban (VÖEN-**********) növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən Tələbnamə vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmiş və Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixli **********179891 nömrəli tələbnamədə göstərilən sənədlərdən xx.xx.2020- xx.xx.2023-cü il dövrləri üzrə ilkin mühasibat sənədləri, 01,01.2020-ci (gəlir vergisi məqsədləri üçün), xx.xx.2020- ci, xx.xx.2021 -ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərinə anbar qalıqları (mal çeşidləri üzrə adlı siyahı) mallar üzrə dəyəri göstərilməklə malların alış-satış sənədləri, kalkulyasiya məlumatları, iş və xidmətlərin alış-satış sənədləri, ayrı-ayrı fiziki və hüquqi şəxslərlə bağlanmış iş xidmət, əmək müqavilələri, yoxlanılan dövr üzrə bank sənədləri, qaimələr, əmək haqqı cədvəlləri, kredit müqavilələri, amortizasiya cədvəlləri, 2020, 2021, 2022-ci il gəlir vergisi bəyannamələrinin xərclər bölməsinin müvafiq sətrlərində qeyd olunan xərclərin, həmçinin gəlirlər bölməsində bəyan edilən gəlirin təsdiq edici sənədləri (e-qaimələr və s.), malların aylar və illər üzrə hərəkəti cədvəli,həmçinin debitor borcların dövriyyə qalıq cədvəlləri vergilərin, MDSS, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün zəruri olan digər sənədlər (həmçinin elektron fayllarda) təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilən əmək haqqı cədvəlləri, bank sənədləri, kassa Z hesabatları, təqdim edilən elektron qaimə-fakturalarla bağlı Vergi Məcəlləsinin 23- 43 mədələrinə əsasən götürülmüşdür. Vergi ödəyicisi tərəfindən tələbnamədə müəyyən edilən, tərtib edilməyən və təqdim edilməyən mal-material hesabatı, kassa məlumatlarının açılışı, malların əldə edilməsi ilə bağlı (daşınma, sığorta, yüklənmə, boşaldılma və.s xərclər) və digər zəruri olan sənədlərlə bağlı Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixlərdə imtina aktı və izaat tərtib edilmiş və bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi Fiziki şəxs X1 (VÖEN-**********) aparılan səyyar vergi yoxlaması keçirilərkən yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsini əsas tutularaq xx.xx.2024-cü il tarixli **********180592 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar qəbul edilmişdir. Qərarın bir nüsxəsi vergi ödəyicisinə əlbəəl təqdim edilmişdir. Tələb olunan sənədlərdən xx.xx.2024-cü il tarixdə yoxlanılan dövr üzrə kassa Z hesabatları (aylar üzrə), YGB üzrə bəyənnamə sənədləri, invoys sənədlərinin götürülməsi həyata keçirildi. Götürülən sənədlərlə bağlı Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən 02.002.2024-cü il tarixli 01 nömrəli Sənədlərin və nümumə kimi əşyaların götürülməsi haqqında Protokol tərtib olundu. Tərtib edilmiş protokolun bir nüsxəsi əlbəəl vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən yoxlamanın aparılması üçün zəruri olan sənədlər, yəni mal-materialların aylar üzrə hərəkəti cədvəlləri, kassa məlumatlarının açılışı, mallarla bağlı təhvil-təslim aktları və zəruri olan digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə Sənədlərin və nümunə kimi əşyaların götürülməsindən imtina haqqında Protokol tərtib olundu. Protokolun bir nüsxəsi vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə xx.xx.2024-cü il tarixdə əlbəəl formasında təqdim edilmişdir...Vergi ödəyicisinin vergi orqanında olan aktiv təsərrüfat subyektlərində, Abşeron rayonu Fatmayi kəndi Qara-Qarayev küçəsində yerləşən (anbar-icarə sahəsi) və Mehtiabad qəsəbəsi ünvanında yerləşən Şərab evi, Xingəlxana,1001 xırdavat obyektlərində xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilən baxış zamanı vergi ödəyicisinin təsərrüfat subyektlərində Heç bir mal-matrial və hazır məhsul aşkar edilmədi.(Obyektin video və foto şəkilləri çəkilmişdir).Keçirilmiş baxışın nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə vergi ödəyicinin ərazisinə,binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçrilməsi haqqında Protokol tərtib edilmişdir.Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması aktına baxılma, eləcə də müraciətlərdə qeyd olunan məsələlərin müzakirəsi üçün xx.xx.2024-cü il tarixli **********287200 nömrəli məktubla vergi orqanına dəvət olunmuş, lakin vergi ödəyicisi göstərilən ünvana gəlməmişdir.Yoxlama xx.xx.2024-cü il tarixli **********178835 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərar qəbul edilmişdir.Mübahisələndirilən qərar qanunvericiliyə əsasən düzgün qəbul edilmişdir.. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X4 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə qərarının elanı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdeh tərəfindən qəbul edilmiş cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli qərarın surəti, cavabdehin etirazı, mühasibatlıq sənədləri və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İBRAGİMOV GURBAN xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əhatə edən dövrü üçün vergi orqanı tərəfindən səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinə yoxlama aparılmış və yoxlamanın nəticəsi olaraq cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli qərar qəbul edilmişdir.Qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərar vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından ləğv edilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********179845 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərara əsasən iddiaçı İbragımov Gurban üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən dekabr 2020 – noyabr 2023 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd olunan qərarda təyin edilmənin əsası kimi “təqdim edilmiş mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi” qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının hansı əsasla təyin edilməsi barədə konkret səbəb göstərməmiş, sadəcə olaraq Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad etməklə və vergi ödəyicisinin təqdim etdiyi mallar üzrə ticarət əlavəsinin uçot-baza məlumatları ilə müqayisədə aşağı olmasını qeyd etməklə kifayətlənmişdir. Başqa sözlə desək, qərarda iddiaçının bəyan etdiyi ticarət əlavəsinin vergi orqanlarında mövcud olan göstəricilərdən hansı həcmdə və məbləğdə fərqlənməsinə, qeyd olunan fərqin vergilərin azaldılmasına (gizlədilməsinə) hansı formada təsir etməsinə, müəyyən edilən kənarlaşmanın təxirəsalınmaz şəkildə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsini hansı səbəbdən zəruri etməsinə dair hər hansı əsaslandırma həyata keçirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının qorunması məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi və ya ümumi sözlərlə səbəb qeyd etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı halda, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, **********179845 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə və “ticarət əlavəsinin aşağı olması” barədə ümumi sözlərlə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Digər yandan, yoxlamanın təyin edilməsi barədə qərarda səbəb qismində ticarət əlavəsinin uçot-baza məlumatları ilə müqayisədə aşağı olması göstərilsə də, daha sonra yoxlama zamanı bununla bağlı hər hansı araşdırma aparılmamış və qeyd olunan hal ilə bağlı hər hansı kənarlaşma aşkar edilməmişdir. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasını formal əsaslarla təyin etmişdir ki, bu da qanunvericiliyin yuxarıda göstərilən əsaslarına zidd olmuşdur. Yuxarıda qeyd olunanların birgə təhlilinə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə qanuni əsas olmamışdır. İddiaçıya hesablanmış gəlir vergisinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Səyyar vergi yoxlaması aktında (səhifə 13-17) qeyd edilənlərə əsasən yoxlama nəticəsində gəlir vergisinin iddiaçı tərəfindən 2020-ci il üzrə 147,724.68 manat, 2021-ci il üzrə 523,469.82 manat az hesablandığı, 2022-ci il üzrə 3,869.29 manat artıq hesablandığı müəyyən edilmişdir. Belə ki, iddiaçı mal-materiala dair hesabatı vergi orqanına təqdim edə bilmədiyindən, satılan malların maya dəyərini hesablamaq mümkün olmamışdır. Bu səbəbdən də cavabdeh iddiaçının 2020-2022-ci illər üzrə ödəməli olduğu gəlir vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na müvafiq olaraq şərti rentabellik əsasında hesablamışdır. Hesablama ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh mal-material hesabatının olmamasına istinad edərək, iddiaçıya münasibətdə birbaşa şərti rentabellik normasını tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2022-ci ilədək qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2022-ci ilədək qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2022ci ilədək qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4cü maddələrinin 2022-ci ilədək qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır (Ali Məhkəmənin 2-1(102)-769/2024 nömrəli, 2-1(102)-943/2024 nömrəli inzibati işlər üzrə qərarları). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2020-2021-ci illərə şərti rentabelliyin tətbiqi nəticəsində gəlir vergisi üzrə əlavə vergi məbləğinin hesablanması əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan başqa qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli **********186326 nömrəli məsuliyyət qərarının əsasında duran növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə qanuni əsas olmadığından, bununla da, mübahisələndirilən qərar qanunsuz olduğundan, nəticə etibarilə həmin yoxlamanın nəticəsində digər vergilər – ödəmə mənbəyində tutulan vergi və əlavə dəyər vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinin də düzgünlüyü öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024cü il tarixli **********186326 nömrəli Qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı İBRAGİMOV GURBAN barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №e-2-1(118)-6015/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-6015/2024
28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver