Məhkəmə qərarları › İş №e-2-1(118)-6181/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-6181/2024

23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-6181/2024 23.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və Cavabdeh2 qarşı “aktın və çıxarışın ləğv edilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Abşeron rayonu, Məmmədlı kəndi ərazisidə yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsinin Cavabdeh2 təhvil verilməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixliaktı qanunsuz olduğu üçün etibarsız sayılması, **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, İddiaçı **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun bərpa edilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2948/2015 saylı icra sənədinə əsasən borclu X2 12230 manat məbləğində pul tutularaq tələbkar Cavabdeh2 xeyrinə ödənilməlidır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(004)- 1244/2017 saylı qərardadı ilə həmin icra sənədinin icrası ilə əlaqədar borclu X3 əri İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədlı kəndı ərazisındə yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru İlyas Həsənov təqdimatla məhkəməyə müraciət edərək, həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən əmlak tələbkara təklif olunmuş və xx.xx.2019-cu il tarixli aktla Cavabdeh2 təhvil verilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 17/75-8İ 20007 saylı məktubundan görünür ki, **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən0,12 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixli aktla Cavabdeh2 təhvil verildiyi bildirilərək göstərilən torpaq sahəsinin tələbkarın adına rəsmiləşdirilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 8 (004)-554/2019 saylı qərardadı ilə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(004)-1244/2017 saylı qərardadı ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndı ərazisində yerləşən 0,12 ha torpaq sahəsınin üzərinə qoyulmuş həbsin götürülməsi, qərardadın icrasının Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 4 saylı Ərazi İdarəsinin Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, şöbənin xx.xx.2019-cu il tarixli 17/75-8i- 2887 saylı məktubu ilə daxil olmuş Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (004)-2948/2015 saylı icra vərəqəsi icra edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, tələbkar Cavabdeh2 həmin tarixdə şöbəyə müraciət edərək Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (004)-2948/2015 saylı icra sənədinin tam icra olunduğu üçün xitam verilməsini xahiş etmiş, onun ərizəsi nəzərə alınaraq xx.xx.2019-cu il tarixli 2 (004)-2948/2015 saylı icra sənədinə xitam verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Digər 0,06 ha torpaq sahəsi İddiaçı adında qeyd olunmuşdur. Əvvəla qeyd edək ki, borclu X4 əri İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(004)-1244/2017 saylı qərardadından məlumatım olmamışdır. İkincisi də, Abşeron rayonu, Məmmədli kəndi ərazisındə yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması prosedurası da tam qanunsuz olmuşdur. Belə ki, borclu X4 əri İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixlı, 2(004)-2948/2015 saylı qətnamə üzrə tərəf olmamışdır. Üçüncüsü də, X1 Bəhlul Əyyub oğlu ilə 23 mart 1988-ci ildə nikahları rəsmi qeyd etdirməklə ailə həyatı qurmalarına baxmayaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisındə yerləşən 0,12 ha torpaq sahəsi onların birgə nikah dövründə əldə edilmiş əmlakları olmamışdır. Baxmayaraq bu əmlak onların birgə nikah dövründə özəlləşdirilmişdir, həmin əmlak İddiaçıHa hələ X6 ilə nikahları qeyd etdirməmişdən əvvəl məxsus idi. Dördüncüsü, həmin əmlak birgə nikah dövründə əldə edilmiş sayılsa idi belə, borclu X6 ilə əri İddiaçı 0,12 ha torpaq sahəsinin üzərində payları müəyyən edilmədən həmin torpağın 0,06 ha hissəsi onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması tam qanunsuz olmuşdur. Beşincisi də, icra orqanın aktında istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, normadan aydın olur ki, əmlak əvvəl satışa çıxarılmalıdır, daha sonra satılmadıqda tələbkara təklif olunur. Lakin icra orqanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisındə yerləşən 0,12 ha torpaq sahəsinin satılması ilə hansı prosedurlardan keçməsi məlum deyildir. Hər bir halda hesab edirəm ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli aktla Cavabdeh2 təhvil verilməsi kimi hərəkəti tam qanunsuz olmaqla mülkiyyətçinin həmin əmlak üzərində hüquqlarının kobudcasına pozulmasıdır. Belə ki, qeyd edildiyi kimi, həmin əmlak İddiaçı şəxsi əmlakı olmaqla, X6 ilə birgə nikahda əldə edilmiş əmlakı olmamışdır. Buna görə də, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli aktı qanunsuz olduğu üçün etibarsız sayılmalı, **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədlı kəndı ərazisındə yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxanş”ı da ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi etirazında qeyd edir ki, Aparılan araşdırma zamanı İddiaçı 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsinə dair müraciətinin aşkarlanmadığı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh2 iddiaya münasibətində qeyd edir ki, İddiaçı və onun vəkili tərəfindən məhkəməyə təqdim edilmiş iddia mümkünlük şərtlərinə əməl edilmədən verilmişdir və iddia qaldırmaqda əsl məqsəd hal-hazırda qanuni qüvvəyə minmiş Abşeron rayon Məhkəməsinin 2(012)-154/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına maneçilik törətməkdir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinə verilmiş iddia ərizəsindən görünür ki, İddiaçı, cavabdeh isə mən Cavabdeh2 və daha sonra cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi qeyd edilmişdir. Bundan başqa “aktın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi tələbi” mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda iddia inzibati məhkəməyə verilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-154/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə Cavabdeh2 torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh2 və İddiaçı paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölgüsü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6548 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun aparılması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-154/2024 saylı, xx.xx.2024-cü il tarixli İcra sənədi Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən icra olunmaqdadır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün hesab edilməməlidir. İddiaçı Abşeron rayonu, Məmmədlı kəndi ərazisidə yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsinin Cavabdeh2 təhvil verilməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli aktı qanunsuz olduğu üçün etibarsız sayılması, **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, İddiaçı **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun bərpa edilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Lakin iddiaçı Cavabdeh2 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini istəsə də həmin tələblə cavabdeh orqana müraciət etməmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının müraciətinin mövcud olacağı halda belə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, göründüyü kimi mübahisənin yaranması məhkəmə qərarının icrası zamanı meydana gəlmişdir və iddiaçı Abşeron rayon İcra və Probasiya şöbəsinin hərəkətlərindən narazıdır. Qanunvericiliyə əsasən məhkəmə qərarının icrasına isə həmin qərarı vermiş məhkəmə nəzarət edir. Məhkəmə qərarının düzgün icra edilib-edilməməsinə isə inzibati məhkəmələrin inzibati icraat qaydasında nəzarəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qərarlarının icrasına həmin qərarı verən məhkəmənin nəzarət funksiyası mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Hazırkı işdə iddiaya mahiyyəti üzrə baxılması digər məhkəmə qərarının icrasına inzibati məhkəmə icraatı qaydasında nəzarət edilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki prosessual qanunvericiliyin imkan verdiyi formalarda məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar