Məhkəmə qərarları › İş №e-2-1(118)-634/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-634/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-634/2022 20.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən iddiaçıya 812,92 manat məbləğində vergi (o cümlədən vergilər üzrə 505,8 manat, faizlər üzrə 207,12 manat, maliyyə sanksiyası üzrə 100 manat), 2584,73 manat məbləğində muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi sosial sıöorta haqqı, 112,99 manat məbləöndə icbari tibbi sığorta haqqı, 93,41 manat məbləğində işsizlikdən sığorta haqqı üzrə, cəmi 3604,05 manat məbləğində hesablanmış borcun ləğv edilərək məhkəmə qaydasında yenidən hesablanması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 812,92 manat məbləğində vergi (o cümlədən vergilər üzrə 505,8 manat, faizlər üzrə 207,12 manat, maliyyə sanksiyası üzrə 100 manat), 2584,73 manat məbləğində muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi sosial sıöorta haqqı, 112,99 manat məbləöndə icbari tibbi sığorta haqqı, 93,41 manat məbləğində işsizlikdən sığorta haqqı üzrə, cəmi 3604,05 manat məbləğində hesablanmış borcun ləğv edilərək məhkəmə qaydasında yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı iddiaçıya bildiriş göndərərək 812,92 manat məbləğində vergi ( o cümlədən vergilər üzrə 505,8 manat, faizlər üzrə 207,12 manat, maliyyə sanksiyası üzrə 100 manat), 2584,73 manat məbləğində muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi sosial sıöorta haqqı, 112,99 manat məbləöndə icbari tibbi sığorta haqqı, 93,41 manat məbləğində işsizlikdən sığorta haqqı üzrə, cəmi 3604,05 manat məbləğində hesablanmış borcunun olmasını bildirmişdir. Halbuki, 2021-ci il ərzində iddiaçının ümumiyyətlə hər hansı fəaliyyəti olmamış, işçilərə əmək haqqı verilməmiş və sosial sığorta haqqı hesablanmamışdır. Buna baxmayaraq işçilər barəsində məlumat elektron portala daxil edilmişdir. Vergi orqanına hesabatlar təqdim olunmadığından anoloji qaydada hesablama aparılaraq yuxarıda göstərilən vergi borcu hesablanmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, hazırki iddia mümkünkük şərtlərinə riayət olunmadan verildiyi üçün mümkün sayılmamalıdır. Belə ki, iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aid olsa da, iddiaçı ilkin olaraq cavabdehə müraciət etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq,cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aiddir. Məlum olduğu kimi öhdəliyin icrası növündə baxılan iddialar üçün mümkünlük şərtlərindən biri ilkin olaraq inzibati orqana müraciət edilməsi, digəri isə iddia müddətlərinə riayət edilməsidir. İddia ərizəsinə iddiaçının müvafiq tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsi və cavabdehin imtina cavabı verməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bundan başqa cavabdehin iddia ərizəsinə qarşı verdiyi etiraz ərizəsindən və əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, mübahisələndirilən vergi borcunun yaranması üçün əsas vergi orqanının 01.06.2021-ci il tarixli **********409100 saylı və 19.08.2021-ci il tarixli **********425400 saylı qərarlar olmuşdur ki, həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Halbuki, iddiaçı vergi borcunun silinməsini deyil, həmin qərarların ləğv edilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardın göstərilərək iddianın növünü dəyişdirilməsi təklif edilmişdir. Lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən iddiaçıya 812,92 manat məbləğində vergi ( o cümlədən vergilər üzrə 505,8 manat, faizlər üzrə 207,12 manat, maliyyə sanksiyası üzrə 100 manat), 2584,73 manat məbləğində muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi sosial sıöorta haqqı, 112,99 manat məbləöndə icbari tibbi sığorta haqqı, 93,41 manat məbləğində işsizlikdən sığorta haqqı üzrə, cəmi 3604,05 manat məbləğində hesablanmış borcun ləğv edilərək məhkəmə qaydasında yenidən hesablanması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar