Məhkəmə qərarları › İş №e-2-1(118)-6340/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-6340/2025

02.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6340/2025 02.03.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan SSR Tikinti Nazirliyinin tərkibində Sum- 23, Trest -2-də sürücü qismində Slavutiç şəhərində Çernobıl AES-də baş vermiş qəzanın ləğvi ilə əlaqədar olaraq gedən proseslərdə 12 iyul 1988-ci il tarixdən- 25 iyul 1988-ci il tarixədək (on üç gün) olan dövrdə və 18 noyabr 1988-ci il tarixdən - 30 noyabr 1988-ci il tarixədək (on üç gün) olmaqla, ÇAES də iştirak etdiyi ümumilikdə 26 (iyirmi altı) gün ərzində şüalanmaya məruz qalıb əlil olmağı nəzərə alınmaqla ödənilmiş pul vəsaitləri 4 qatının 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci ildən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, xx.xx.1985-ci ildən əmək fəaliyyətinə başlamışdır. Azərbaycan SSR Tikinti Nazirliyinin tərkibində Sum-23, Trest -2-də sürücü işləmişəm. İşlədiyi müddət ərzində istehsal ehtiyaclarına görə KAMAZ-5410 yük maşını ilə Slavutiç şəhərində Çernobıl AES – də baş vermiş qəzanın ləğvi ilə əlaqədar olaraq gedən proseslərdə 12 iyul 1988-ci il tarixdən - 25 iyul 1988-ci il tarixədək(on üç gün) olan dövrdə və 18 noyabr 1988-ci il tarixdən - 30 noyabr 1988-ci il tarixədək (on üç gün) olan dövrdə iştirak etmişdir. ÇAES də iştirak etdiyi ümumilikdə 26 (iyirmi altı) gün ərzində şüalanmaya məruz qalıb əlil olmuşdur. Lakin həmin müddət və göstərdiyi fəaliyyətə görə ödənilmiş pul vəsaitləri 4 qatının 25.4-ə vurulmaqla Çernobıl AES – də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci ildən əmək pensiyası məbləği yenidən hesablanmalı və yaranmış fərq birdəfəlik ona ödənilməlidir. xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdeh DSMF-na ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olnmasını xahiş etmiş, lakin cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli cavabı ilə onun müraciətini təmin etməmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, onun barəsində xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş Əmək pensiyaları haqqında Qanunun 12.1.-ci maddəsi tətbiq olunmuş və pensiyanın ödənişi 393.34 manat müəyyən edilmişdir. Halbuki onun barəsində xx.xx.2006cı ildə qüvvəyə minmiş Qanun deyil, qeyd edilən hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanun tətbiq edilməli idi. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh DSMF-nin imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır....Qanunvericiliyin göstərişlərinə əsasən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılarkən 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə istinad edilməlidir. “Əmək pensiyaları haqqında” Qanununun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Vətəndaşların pensiya təminatı haqqında Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Əmək pensiyaları haqqındaQanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 80-ci maddəsinə əsasən, pensiya almaq hüququ olan şəxslər: iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən bu Qanun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir.Həmin Qanunun 3–cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Çernobıl qəzası nəticəsində onların səhhətinə dəymiş zərərin tam əvəzini almaq, güzəştli tibbi xidmətdən istifadə etmək, radioaktiv maddələrlə çirklənmiş ərazidə işə görə kompensasiya və güzəştlər almaq hüququna malikdirlər. Həmin Qanunun 4–cü maddəsinə əsasən bu Qanunda Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşlara verilən pul kompensasiyalarının növləri, miqdarı və güzəştlər müəyyən edilir. Bu Qanunda nəzərdə tutulmayan pul və digər kompensasiyaların miqdarı və güzəştlər, əgər başqa qayda nəzərdə tutulmayıbsa, respublika hökuməti tərəfindən müəyyən edilir. Həmin Qanunun 5– ci maddəsinə əsasən bu Qanun Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslərə vətəndaşlara şamil olunur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən tərmin edilməməlidir. xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 80-ci maddəsinə əsasən iş stajından asılı olmayaraq köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobil AES-nin istismarında və digər işlərdə iştirak etmiş şəxslərin pensiya almaq hüququ vardır. Həmin Qanunun xx.xx.1995-ci il, tarixinədək qüvvədə olan 83.2-ci maddəsinə əsasən 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə - Çernobil AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən pensiya hesablana bilər. Bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq xx.xx.1993-cü il tarixindən əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının ödənişi 393,34 manat məbləğində olmaqla davam etdirilir. İddiaçı pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar xx.xx.1988ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci it tarixinədək hesablanmış əməkhaqqısının 4 qatı və 1992-1993-cü illər üzrə əməkhaqqısı əsasında əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (393,34 manat) dəyişiklik olmamışdır. İddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əməkhaqqısı 4 qat miqdarda nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanının 1-ci maddəsinə (xx.xx.2021-ci il tarixinədək qüvvədə otmuş redaksiyası) əsasən Çernobil qəzası nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə 30000 manat aylıq müavinət müəyyən edilmişdir.Azərbaycan Respublikası Prezidentinin “Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında” 22 may 1996-cı il tarixli 315 nömrəli Sərəncamının xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş 5-ci bəndinə əsasən işləməyən pensiyaçılara müavinət 11000 manat məbləğində müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2025-ci il tarixli müraciəti əsasında onun əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə pensiyasının məbləğində (393,34 manat) dəyişiklik olmamışdır. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-48-DA-10F/2 nömrəli arayışda qeyd olunan 1988-ci ilin iyul, noyabr aylarında qazandığı gəlir (607,67 manat) müasirləşdirilərək 61,38 manat təşkil etmişdir; (607,67 : 25 (Çernobil AES qəzanın ləğvi ilə əlaqədar işlədiyi dövr) x 25,4 = 617,39: 617,39 x 0,68 (rublun konvertasiyası) = 419,82 AZM : 419,82 x 730,9 (orta aylıq əmək haqqının müasirləşdirilməsi əmsalı) = 306846,44 AZM).Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” xx.xx.2005-ci il tarixli 189 nömrəli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilmiş yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. 306846,44 : 5000 = 61,38 manat. İddiaçı əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixinə 24 manat təşkil etmişdir: (51 x 80%) + 11000 AZM (işləməyən əmək pensiyaçılarına verilən müavinət) + 30000 AZM (əlillik müavinəti) = 40,8 +8,2 (41000 AZM : 5000) = 49 manat. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 26.1-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən maddəyə əsasən vətəndaşın 49 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 24 manat əmək pensiyasının sığorta hissəsi hesab edilir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır; xx.xx.2008 - 25 (baza hissə) + 24 = 49 : xx.xx.2007 -40 (baza hissə) + (24 x 8,3%) = 65,99 : xx.xx.2007 - 50 (baza hissə) + 25,99 = 75,99 : xx.xx.2008 - 60 (baza hissə) + (25,99 x 16,7%) = 90,33 : xx.xx.2009 -75 (baza hissə) + ((30,33 +8,30) x 20,8%) = 121,36 : xx.xx.2010 – 85 (bazahissə) +(46,66 x 1,5%) = 132,05 : 01,01.2011 - 85 (baza hissə) + (47,36 x 5,7%) =134,73 : xx.xx.2012 - 85 (baza hissə) + (50,05 x 7,9%) = 138,67 : xx.xx.2013 - 85 (baza hissə) + (54 x 1,1%) = 139,26: xx.xx.2014- 100 (baza hissə) +(54,60x2,4%)=155,56 : 0101.2015 - 100 (baza hissə) +(55,90 x 1,4%) = 156,34:xx.xx.2016 100(baza hissə) + (56,69 x 4,0%) =158,59xx.xx.2017 -110 (baza hissə)+58,96 x 12,4%)= 176,27: xx.xx.2018 - 176,27 x 5,7% = 186,32 : xx.xx.2019 - 186,32 x 3% = 191,90 : 0110.2019 – xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləğindən az olduğu üçün 01,10,2019-cu il tarixindən 200 manata çatdırılmışdır. 0101.2020 -200 x 16.6% = 233,20: 0101.2021 - 233,20 x 11,4% = 259,79 : 0101.2022 - 259,79 + 259,79 x 3,4% = 268,62: Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26,4-cü maddəyə əsasən 2022-cİ il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.Qeyd oıunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 285,28 manat müəyyən edilmişdir: xx.xx.2023 - 285,28 x 14,7%) = 327,22 manat xx.xx.2024 - 327,22 x 11,2%) = 363,87 manat: 01,01.2025 - 378,45 x 8,1%) = 393,34 manat.Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixil 03/2020 nömrəli Qərardadına müvafiq olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin 1 -ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki avların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Əlavə olaraq bildiririk ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının cavabdeh orqan tərəfindən birdəfəlik ödənilməsi deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Analoji iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)579/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-593/2024 nömrəli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilərək iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi fllilalına qarşı “iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmış və həmin qərardan iddiaçı tərəfindən kassasıya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasıya şikayəti təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-2-V-120630/2025 nömrəli imtina məktubu, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid pensiya işinin surəti, “Azərsənayetikinti” SC-nin 2 №-li müəssisəsinin 09/32 nömrəli, xx.xx.2025-ci il tarixli arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə pensiyasının aldığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-2- V-120630/2025 nömrəli məktubu ilə müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 80. Pensiya almaq hüququ olan şəxslər İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Maddə 83 (Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli, 1090 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyada). Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Belə ki, iddiaçının hüquqi marağı ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə ödənilmiş pul vəsaitləri 4 qatının 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci ildən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. İşin hüquqi halları ilə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Həmin Qanunun: 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə (xx.xx.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır.Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın hesablanması müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanırdı. Hazırkı iş üzrə iddiaçıya da qeyd edilən əsaslarla (əvvəlki 12 ayın əmək haqqından) əlilliyə görə pensiya təyin edilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən bu kateqoriya şəxslərin müraciəti zamanı onların arzusuna əsasən pensiya aşağıdakı kimi üç fərqli qaydada hesablana bilərdi: 1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən 2. Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından 3. minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi iddiaçıya pensiya təyinatı aparılan zaman onun seçim etmək imkanı olmuş, lakin o bu hüquqdan istifadə etməmişdir. İddiaçıya pensiya təyini aparılan zaman hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilmir.Lakin məhkəmə bu kateqoriya işlərdə məhkəmə təcrübəsinin olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciətinin əsaslı olub-olması yoxlanılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. İşin hallarına nəzər saldıqda görünür ki, iddiaçının istinad etdiyi həmin dövrdəki mükafatın və orta əmək haqqı məbləğinin dördqatı məbləğinin hesablanıb ödənilməsini əks etdirən arayış xx.xx.2025-ci il tarixli olmaqla məhkəməyə təqdim olunmuş və iddiaçıya məxsus pensiya işində öz əksini tapmamışdır. Bu səbəbdən də həmin arayış məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Bununla da iddiaçının istinad etdiyi hallar sübuta yetirilməmiş olur. İş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən qanunvericiliyə uyğun şəkildə iddiaçıya pensiya təyinatı aparılmış və onun pensiyası qanunamüvafiq olaraq yenidən hesablanmışdır. Belə olan halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan SSR Tikinti Nazirliyinin tərkibində Sum- 23, Trest -2-də sürücü qismində Slavutiç şəhərində Çernobıl AES-də baş vermiş qəzanın ləğvi ilə əlaqədar olaraq gedən proseslərdə 12 iyul 1988-ci il tarixdən- 25 iyul 1988-ci il tarixədək (on üç gün) olan dövrdə və 18 noyabr 1988-ci il tarixdən - 30 noyabr 1988-ci il tarixədək (on üç gün) olmaqla, ÇAES də iştirak etdiyi ümumilikdə 26 (iyirmi altı) gün ərzində şüalanmaya məruz qalıb əlil olmağı nəzərə alınmaqla ödənilmiş pul vəsaitləri 4 qatının 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci ildən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar