Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6740/2025 21.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2” X7rşı iş üzrə (Açar sözlər: ölüm haqqında tibbi şəhadətnamənin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X2” X7rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh “X2” X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X8 24 fevral 2025-ci il tarixdə, saat 10:50 radələrində ünvan 1 ünvanında yerləşən “Starlab” klinikasının qarderob otağında qəflətən dünyasını dəyişmişdir. Mərhum həmin ünvanda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxt dərhal Respublika Təcili və X2 Mərkəzinə zəng edilmiş, hadisə yerinə gələn həkim “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu ilə ölüm faktını 103 xidmətinin çağırış sənədi əsasında qeydə almışdır. Meyit Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə təhvil verilmiş və hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim olunmuşdur. Daha sonra 25 fevral 2025-ci il tarixində iddiaçının mərhum atası Şamaxı şəhəri Şaxəndan qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt ailəvi və şəxsi səbəblərə görə ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı müraciət edilməmişdir. Lakin 2025-ci ilin iyul ayında iddiaçı tibbi şəhadətnamə almaq üçün “X2”na rəsmi müraciət etmişdir. Cavabdeh qurumun xx.xx.2025-ci il tarixli məktubu ilə ona bildirilib ki, ölüm faktı onların tibb müəssisəsində qeydə alınmadığı üçün şəhadətnamə verilə bilməz və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Daha əvvəl ölüm şəhadətnaməsi almaq üçün Şamaxı regional “ASAN xidmət” X4 müraciət etmişdir, lakin şöbənin 3-16-5\8- 15-308\25 saylı xx.xx.2025-ci il tarixli cavab məktubu ilə şəxsin ölümünü təsdiq edən sənədin olmaması səbəbi ilə imtina olunmuşdur. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin e-2(074)-982/2025-№-li qərardadı ilə şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə ərizənin məhkəmənin icraatına qəbul olunmasından imtina edilmişdir. Qeyd edilən hallar, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-920/2025 saylı qərardadında geniş təhlil edilmiş və ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildiyi halda vətəndaşın aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğu göstərilmişdir.
3. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4, 2.2.5, 2.2.6, 2.2.7, 2.2.8, 14.1, 14.2ci maddələrinə istinad edilmişdir.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir.
b) Tərəflərin iştirakı və izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
8. “Respublika Təcili və X2 Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanan məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:52-də Mərkəzi Çağrı Xidmətinə (103) Nəsimi rayonu, “StarLab” Tibb Mərkəzinin yanı ünvanından naməlum kişinin adına “qıcolma” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Nəsimi TTTYS bölməsinin həkimi Sevinc Səfərova icra edərək, ünvanda Vüqar adlı şəxsə (ətrafdakıların demələrinə görə) (təxminən 50-55 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. Meyit 19-cu polis bölməsinin baş leytenantı X11 verilmiş və hadisə barədə 19-cu polis bölməsinin kapitanı Muradov məlumatlandırılmışdır.
9. “X2” X9 iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, şəhadətnamə tələb olunan mərhum xx.xx.1971-ci il təvəllüdlü X6 (AA2920885,FİN 2QN1APP) barəsində ölüm faktı tibb müəssisəsində qeydə alınmamış, yəni ölüm hadisəsi “X2” publik hüquqi şəxsində baş vermədiyi və ya müəssisənin həkimi tərəfindən ölüm faktı rəsmiləşdirilmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə yalnız həkim tərəfindən ölüm faktı rəsmiləşdirildikdə verilir. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Qeyd olunan halla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
10. xx.xx.2023-cü il tarixli, AZ 234961 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X5r.
11. Bakı şəhər Nəsimi rayon Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X3 vəfat etməsi faktına görə Nəsimi rayon prokurorluğuunda aparılan araşdırma üzrə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
12. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Nəsimi rayon Prokurorluğu tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X3 vəfat etməsi faktına görə rayon prokurorluğuunda aparılan araşdırma üzrə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
14. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
16. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun: 39-cu maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 saylı Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 3.4-cü bəndinə əsasən bioloji ölüm anı bu Qaydanın 2.4-1-ci bəndi nəzərə alınmaqla bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinin həkim və ya feldşeri tərəfindən müəyyən edilir və “Ölüm haqqında tibbi şəhadətnamə” doldurulur. 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.5-ci bəndinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.7-ci bəndinə əsasən şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimatın: 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X2 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.3-cü bəndinə əsasən ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. 8.14-cü bəndinə əsasən ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
23. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:52-də Mərkəzi Çağrı Xidmətinə (103) Nəsimi rayonu, “StarLab” Tibb Mərkəzinin yanı ünvanından naməlum kişinin adına “qıcolma” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Nəsimi TTTYS bölməsinin həkimi Sevinc Səfərova icra edərək, ünvanda Vüqar adlı şəxsə (ətrafdakıların demələrinə görə) (təxminən 50-55 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm. kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. Meyit 19-cu polis bölməsinin baş leytenantı X11 verilmiş və hadisə barədə 19-cu polis bölməsinin kapitanı Muradov məlumatlandırılmışdır. İddiaçının mərhum atasının ölüm faktı ilə bağlı Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda aparılan araşırma üzrə xx.xx.2025-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
24. Hazırkı işdə cavabdeh ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etsə də, iş materiallarında olan sənədlərdən X3 harada, hansı tarixdə və necə öldüyü açıq-aşkar müəyyən olunur. Belə ki, onun ölüm faktı ilə bağlı Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa “Respublika Təcili və X2 Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanan məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:52-də Mərkəzi Çağrı Xidmətinə (103) Nəsimi rayonu, “StarLab” Tibb Mərkəzinin yanı ünvanından naməlum kişinin adına “qıcolma” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Nəsimi TTTYS bölməsinin həkimi Sevinc Səfərova icra edərək, ünvanda Vüqar adlı şəxsə (ətrafdakıların demələrinə görə) (təxminən 50-55 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. Meyit 19-cu polis bölməsinin baş leytenantı X11 verilmiş və hadisə barədə 19-cu polis bölməsinin kapitanı Muradov məlumatlandırılmışdır.
25. Məhkəmə qeyd edir ki, tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. İş materiallarına əsasən şəxs öldükdən sonra Mərkəzi Çağrı Xidmətinə bununla bağlı məlumat verildiyi və ölüm faktı ilə bağlı Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda araşdırma aparıldığı müəyyən olunur. Göründüyü kimi, V.Xəlilovun ölüm səbəbi müəyyən edilmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü X8 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “X2” X9 üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:
27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X8 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “X2” X9 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli