Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6776/2025 29.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması) GİRİŞ HİSSƏ X4-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 29 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanında 1994-cü ilin iyun ayından 2021-ci ilin 03 avqust ayınadək işlədiyi müddətə görə, ona dövlət qulluqçusu pensiyasının verilməsini, yaşa görə pensiyanın təyin olunduğu 28 may 2024-cü il tarixindən ötən müddət ərzində dövlət qulluğuna görə əmək pensiyasının xx.xx.2014-xx.xx.2018-ci illər dövründəki əmək haqqım əsasında (vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmaqla) hesablanması, vəzifə maaşına edilən əlavələr, iş stajına görə ödənilmiş məbləğlərin, xüsusi rütbəyə görə artımların, işdən çıxarkən istifadə olunmamış məzuniyyət günlərinə görə verilmiş ödənişlərin, ödənilmiş mükafatların və digər ödənclərin nəzərə alınaraq, pensiyanın yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.1976-cı il tarixində Sumqayıt əyrici-trikotaj istehsalat Birliyində əmək fəaliyyətinə başlamışdır. İstehsalatdan ayrılmadan 1977-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuş, İnstitututa təhsil aldığı müddətdə 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilini davam etdirib 1984-cü ildə İnstitutu bitirmişdir. Təhsil müddəti dövründa müxtəlif iş yerlərində işləmişdir. O cümlədən, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək 2 (iki) il 08 (səkkiz) ay 11(on bir) gün Sumqayıt şəhər 7 nömrəli Peşə Təhsili Məktəbində Azad Komsomol Komitəsində katib vəzifəsində işləmişdir. xx.xx.1984-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək 02 (iki) il, 08 (səkkiz ) ay, 02 (iki) gün Sumqayıt şəhər X1, böyük iqtisadçı vəzifələrində işləmişdir. 20 iyun 1994-cü il tarixdən 03 avqust 2021-ci il tarixədək 27 (iyirmi yeddi) il, 01 (bir) ay, 14 (on dörd) gün Azərbaycan Respublikası X3 müxtəlif vəzifələrdə - X5 Müfəttişi, Baş Dövlət Vergi Müfəttişi, Şöbə rəis müavini, Şöbə rəisi, İdarə rəisinin müavini, İdarə rəisi, İdarə Direktoru vəzifələrində işləmişdir. Dövlət Vergi Baş Vergi Xidməti Müşaviri rütbəsində olmuşdur. Ümumi 46 (qırx altı) il, 09 (doqquz ) ay, 12 (on iki) gün əmək fəaliyyətinin 32 il (otuz iki) il, 05 (beş) ay, 27 (iyirmi yeddi) günü dövlət qulluqçusu əmək fəaliyyətinə aid olmuşdur. 28 may 2024-cü il tarixində 65 yaşının tamam olması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən pensiyaya çıxmışdır. Yaşa görə əmək pensiyasına çıxmağına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının dövlət qulluğunda işlədiyi nəzərə alınmamış, adi qaydada yaşa görə 971,42 manat əmək pensiyası təyin olunmuşdur. İddiaçı Azərbaycan Respublikası X3 işləməyi ilə əlaqədar olaraq əmək pensiyasının düzgün təyin olunmadığı, Dövlət qulluqçusu pensiyası almaq hüququnun olması və həmin əsaslarla pensiya təyin olunması və pensiyanın hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, həmin Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müraciətlərinə verilmiş xx.xx.2024-cü il tarixli 3171/2-7-250007/2024 saylı cavabında “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə istinad olunaraq, 27 il 1 ay 13 gün qulluq illərinə görə orta aylıq əmək haqqının 1010,33 manat (son 24 ay ərzində ödənilmiş 102449,88 manatdan 78201,63 manat büdcədənkənar ödənilmiş vəsaitin çıxılmasından sonra qalan 24248,25 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi-808,26 manat məbləğində hesablana biləcəyi, yaşa görə ümumi əsaslarla ödənilən 982,39 manat əmək pensiyasınının 808,26 manat pensiya məbləğindən çox olması nəzərə alınaraq vergi orqanının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyamın hesablanmasının təxirə salındığı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müraciətlərinə verilmiş xx.xx.2024-cü il tarixli, 3171/2-7-250007/2024 saylı cavabında qeyd olunanların qanunvericiliyin tələbləri ilə düzgün olmadığını əsaslandırmaqla təkrar olaraq müracət etmişdir. Təkrar müraciətində Dövlət Sosial Müdafiə Fondu tərəfindən X2 beş il 2014-2018-ci illərdə 6 (altı ay) aldığı əmək haqqına görə pensiyasının dövlət qulluqçusu pensiyası ilə 28 may 2024-cü il tarixindən hesablanıb ödənilməsini xahiş etmişdir. Təkrar müraciətinə verilmiş 29 may 2025-ci il tarixli, 3-17-1/2-Ə-126258/2025 saylı cavab məktubunda bildirilmişdir ki, hazırda ümumi əsaslarla yaşa görə əmək pensiyması 1061,96 manat təşkil edir. Pensiyanın həmin məbləği təşkil etməsi onunla əsaslandırılmışdır ki, əmək pensiyası xx.xx.2014-31.07. 2019-cu il tarixləri arasındakı dövr əsas götürülməklə vergi orqanlarının sabiq əməkdaşı kimi hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 578,33 manat, qulluq illərinə görə əlavə 173,50 manat, rütbəyə görə əlavə 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 143,63 manat olmaqla orta aylıq əmək haqqı 1025,46 manat təşkiledəcəkdir. Bununla əlaqədar, əmək pensiyası Əmək Pensiyaları haqqında Qanunun 20.11.2-ci maddəsinə əsasən, 27 il, 1 ay 13 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (1025,46) 80 faizi 820,37 manat, əmək pensiyalarının 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi nəzərə alınmaqla 886,81 manat məbləğində müəyyən ediləcək. Əmək pensiyasının vergi orqanının sabiq əməkdaşı kimi hesablanacağı təqdirdə pensiyanın 1061,96 manatdan 886,81 manata azalacağı, bu səbəbdən, əmək pensiyasının yenidən hesablanmasının təxirə salınması, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən, dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmadığı bildirilmişdir.
3. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz bildirilmişdir ki, İddiaçı 28 may 2024-cü il tarixində avtomatlaşdırılmış qaydada 982 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda ümumi əsaslarla yaşa görə əmək pensiyası 1061,96 manat təşkil edir. Daha sonra, iddiaçı 7 may 2025-ci il tarixində Mərkəzi Filial müraciət edərək, sabit dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasını və yaranmış fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Ə-126258/2025 nömrəli məktubu ilə əmək pensiyasının yenidən hesablanmasının təxirə salındığı bildirilmişdir. Eyni zamanda, qeyd edir ki, Mərkəzi Filiala təqdim edilən müvafiq arayışa əsasən, əmək pensiyası xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr əsas götürülməklə vergi orqanlarının sabiq əməkdaşı kimi hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 578,33 manat, qulluq illərinə görə əlavəsi 173,50 manat, rütbəyə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 143,63 manat olmaqla orta ayl q əmək haqqı 1025,46 manat təşkil edəcəkdir. Bununla əlaqədar, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən, 27 il 1 ay 13 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (1025,46 manat) 80 faizi - 820 37 manat, əmək pensiyalarının 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi də nəzərə alınmaqla, 886,81 manat məbləğində müəyyən ediləcək. Göründüyü kimi, əmək pensiyası vergi orqanlarının sabiq əməkdaşı kimi hesablanacağı təqdirdə pensiyasının məbləği hazırda ödənilən 1061,96 manatdan 886,81 manata azalacaqdır. Bu səbəbdən də, əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır. “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtləri müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. Hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış d gər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.4. Xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. -1.0.5. Təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablaran digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. -3.3. Bu qanunun 1,0.3-cı maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkar verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edi miş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi yarı məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikcə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Qeyd edilən müddəalardan aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən edilmişdir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümləcən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqqədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 2ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiy gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. 9-cu bəndinə əsasən, dövlət culluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Dövlət qulluğurda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə, əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Əlavə olaraq qeyd edirik ki, “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018- ci il tarixli Qanunla əlavə edimis və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 20.30-cu maddəyə əsasən, bu macdəcə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabıra verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 2024-cü ilin may ayında yaranmışdır. Ona görə də, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının məbləği hesablanarkən həmin dövrdə qüvvədə olan pensiya qanunvericiliyi tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu ilin yanvar ayından qüvvədə olan 20.30-cu maddəsinin tələbinə əsasən isə dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesaolararkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesab na verilən ödənişlərin nəzərə alınması istisna edilir. Qanunvericilik göstərilən məseləni məcburi göstərişlə şərtləndirdiyindən iddiaçı tələbində haqlı sayıla bilməz. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. 2.4-ci bəndinə əsasən, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasam Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazrliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 2ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dcvlət məvacibindən hesablanır. 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1162/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər işlərdə də mübahisənin həllində məhz bu hüquqi mövqedən yanaşılmış, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir.
6. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddia tələbi pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
III.Tətbiq edilən hüquq
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... Maddə 20.30 Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
19. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
20. 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.
IV. Məhkəmənin mövqeyi
11. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
12. İddiaçı məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının sabiq dövlət qulluqçusu kimi əmək pensiyasınına dəyişdirilməsini, yaşa görə pensiyanın təyin olunduğu 28 may 2024-cü il tarixindən ötən müddət ərzində dövlət qulluğuna görə əmək pensiyasının xx.xx.2014-xx.xx.2018-ci illər ərzindəki əmək haqqının (vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən öcənişlər nəzərə alınmaqla), vəzifə maaşına, iş stajına, xüsusi rütbəyə görə artımın, eyni zamanda işdən çıxarkən istifadə olunmamış məzuniyyət günlərinə görə verilmiş ödənişləri nəzərə alınaraq pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz bildirilmişdir ki, dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajna görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiy gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. 9-cu bəndinə əsasən, dövlət culluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Dövlət qulluğurda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Əlavə olaraq qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixli Qanunla əlavə edimis və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 20.30-cu maddəyə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabıra verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 2024-cü ilin may ayında yaranmışdır. Ona görə də, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının məbləği hesablanarkən həmin dövrdə qüvvədə olan pensiya qanunvericiliyi tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu ilin yanvar ayından qüvvədə olan 20.30-cu maddəsinin tələbinə əsasən isə dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesaolararkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesab na verilən ödənişlərin nəzərə alınması istisna edilir. Qanunvericilik göstərilən məsələni məcburi göstərişlə şərtləndirdiyindən iddiaçı tələbində haqlı sayıla bilməz.
14. Hazırki iş üzrə iddiaçının tələbi və hüquqi marağı işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqına cəlb olunan büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ona ödənilən vəsaitlərin pensiyanın hesablanmasında nəzərə alınmasıdır.
15. Bununla bağlı qeyd edilməlidir ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir.
16. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
17. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir.
18. İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir.
19. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1162/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur.
20. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. İddia əsassız hesab edilməli və rədd edilməlidir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4-Abbaszadə