Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-684/2023 19.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh (AZ-İ seriyalı 519948 nömrəli doğum haqqında şəhadətnamə ilə) X13 adına rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli 494 nömrəli və (AZ-İ seriyalı 673585 nömrəli doğum haqqında şəhadətnamə ilə) X12 adına rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli 831 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 (AZ-İ seriyalı 519948 nömrəli doğum haqqında şəhadətnamə ilə) X13 adına rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli 494 nömrəli və (AZ-İ seriyalı 673585 nömrəli doğum haqqında şəhadətnamə ilə) X12 adına rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli 831 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar narazı qalaraq məhkəməyə müraciət etmişdir. X8 və X12 zəruri zəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2001-ci ildə Abşeron Rayon VVADQ Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahlarını 357 nömrəli qeydlə rəsmiləşdirmişdirlər. Nikahları rəsmiləşdikdən 53 gün sonra, yəni xx.xx.2001-ci ildən Azərbaycandan çıxmış və xx.xx.2021-ci il tarixinədək Almaniya FR, Hamburq şəhərində yaşamışdırlar. Onların birgə nikahdan Almaniya FR, Hamburq şəhərində xx.xx.2003-cü ildə X8 və xx.xx.2005-ci ildə X12 adlı iki övladı dünyaya gəlmişdir. İddiaçılar 2001-ci ildən Azərbaycandan çıxmış və yalnız 2021-ci ildə 10 günlük doğmalarına baş çəkməyə gəlmişdirlər. DSX-nin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/3459 saylı məktubundan da göründüyü kimi onların 2001-ci ildən Azərbaycanda olmadıqları halda Cavabdeh qanunsuz olaraq AZ-İ seriyalı 519948 nömrəli doğum haqqında şəhadətnamə ilə X11 xx.xx.2004-cü il tarixli 494 nömrəli və AZ-İ seriyalı 673585 nömrəli doğum haqqında şəhadətnamə ilə X9 xx.xx.2005-ci il tarixli 831 nömrəli doğum haqqında akt qeydi rəsmiləşdirmişdir. İddia ərizəsinə əlavə etdikləri DSX-nin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/3459 saylı məktubundan da göründüyü kimi nə 2003, nə 2004, nə də 2005-ci ildə Azərbaycanda belə olmadıqları halda cavabdeh qanunsuz olaraq belə bir doğum haqqında akt qeydi rəsmiləşdirmiş, müraciət edərək həmin akt qeydlərinin ləğv edilməsini xahiş etdikdə isə əsassız süründürməçilik edərək məhkəməyə müraciət etmə tövsiyəsi vermişdir. İddia ərizəsinə əlavə etdiyi X1 X4 2053/2003 və 1324/2005 qeydiyyat nömrəli doğum haqqında şəhadətnaməsindən də göründüyü kimi nikahlarından xx.xx.2003-cü ildə Almaniya FR, Hamburq şəhərində X8 və xx.xx.2005-ci ildə X12 anadan olmuşdur. İddia ərizəsinə əlavə etdiyi sübutlardan da göründüyü kimi Almaniya FR, Hamburq şəhərində, yəni Azərbaycan Respublikasının hüdudlarından kənarda anadan olmuş, bu barədə hər hansı bir sərhədkeçmə əməliyyatı yerinə yetirməmiş şəxslərin Azərbaycan Respublikasının hər hansısa qeydiyyat şöbəsində doğum qeydi rəsmiləşdirilməsi tam qanunsuz və əsassızdır. 2001-ci ildən Azərbaycandan çıxmış və yalnız 2021, 2022-ci illərdə 4 dəfə Azərbaycana giriş-çıxışları olmuş, həmin zaman isə X12 2 dəfə giriş-çıxış etsə də, X8 isə heç bir halda Azərbaycana giriş-çıxış etməmişdir. Bu halları sərhəddən keçib-keçməmə barədə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən çıxarış da təsdiq etdiyi halda cavabdeh qanunsuz olaraq həmin qeydlərin ləğvini təmin etməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanım malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı2 ilə İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 və X6 adına tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı şöbəyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1 maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri tərəfindən icra edilir. Cavabdeh akt qeydlərinin ləğv edilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçılar məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçılar (AZ-İ seriyalı 519948 nömrəli doğum haqqında şəhadətnamə ilə) X13 adına rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli 494 nömrəli və (AZ-İ seriyalı 673585 nömrəli doğum haqqında şəhadətnamə ilə) X12 adına rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli 831 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsini istəyir. Cavabdeh isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara əsasən:
10. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
11. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişiklik haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
24. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikahın pozulması haqqında qeydin ləğv olunması onların birgə ərizəsinə əsasən nikahı pozmuş qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
25. Bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər.
26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.
28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
29. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
30. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpasına əsas verən sənədlər (ləğv edilməli şəhadətnamələr istisna olmaqla) barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü X6 01.01 2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır:
İddiaçı1 İddiaçı2 Tarix İstiqamət İ xx.xx.2001 Çıxış s Ç xx.xx.2021 Giriş ı G xx.xx.2021 Çıxış i Ç xx.xx.2021 Giriş xx.xx.2021 Çıxış G xx.xx.2021 Giriş Ç xx.xx.2021 Çıxış ı G xx.xx.2022 Giriş i Ç xx.xx.2022 Çıxış ı
X12 Tarix İstiqamət
xx.xx.2021 Giriş
xx.xx.2021 Çıxış
xx.xx.2022 Giriş
xx.xx.2022 Çıxış
Bununla yanaşı, xx.xx.2003-cü il təvəllüdlü X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh 28 yanvar 2023-cü il tarixli, 3-16-5/8-13-214/2023 saylı məktubu ilə) X10 və X6 doğum haqqında akt qeydlərinin surətləri məhkəməyə təqdim edilmiş, məlumat üçün bildirilmişdir ki, əlaqəli digər sənədlər şöbənin arxivində saxlanılmamışdır. Həmin akt qeydlərində məlumat verən şəxslər olaraq Baxışov Tofiq R. və Baxışov Ramil T. qeyd edilmişdir. X2 və X6 adlarına tərtib edilmiş AZ-İ 519948 saylı, AZ-İ 673585 saylı doğum haqqında şəhadətnamələr məhkəməyə təqdim edilmişdir. Həmin akt qeydlərində və doğum haqqında şəhadətnamələrdə X10 28 iyul 2004-cü il , X6 28 iyul 2005-ci il tarixdə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən elektron iş materiallarına əlavə edilmiş, X1 aktlarının qeydiyyat şöbəsi tərəfindən verilmiş, 2053/2003 saylı və 1324/2005 saylı doğum haqqında şəhadətnamələrdə isə X5 xx.xx.2003-cü il tarixdə, X6 isə xx.xx.2005-ci il tarixdə Hamburqda doğulduğu qeyd edilmişdir. İş materiallarından görsənir ki, İddiaçı2 06 noyabr 2001-ci il tarixdə nikah bağlayaraq 28 dekabr 2001-ci il tarixdə dövlət sərhədindən çıxış etmiş və bundan sonra yalnız 2021-ci il tarixdə ölkə ərazisinə daxil olmmuşdur. Bu halda ana Azərbaycan Respublikası ərazisində olmadığına görə həmin nikahdan 2004-2005-ci illərdə Azərbaycan Respublikası ərazisində uşaq doğulması mümkün ola bilməzdi. Bu halda X10 adına tərtib edilmiş 25 avqust 2004-cü il tarixli, 494 saylı doğum haqqında akt qeydi (AZ-İ seriyalı 519948 nömrəli doğum haqqında şəhadətnamə ilə) və X6 adına tərtib edilmiş 11 oktyabr 2005-ci il tarixli, 831 saylı doğum haqqında akt qeydi (AZ-İ seriyalı 673585 nömrəli doğum haqqında şəhadətnamə ilə) qanunsuz olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq idarəsinin xx.xx.2018-ci il tarixli 4/15-1457/15/18 (SBRL/182/18) saylı sorğusuna əsasən tərəflərindən xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1978-ci il təvəllüdlü İddiaçı2 "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduqları müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq idarəsinin xx.xx.2020-ci il tarixli 4/15-2764/15/20 (SBRL/829/20) saylı sorğusuna əsasən tərəflərindən xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2003-cü il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin tanınması haqqında xx.xx.2020-ci il tarixli ******* və ******* nömrəli qərarlar qəbul edilmişdir. (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 16 iyun 2023-cü il tarixli, 3-37/2-158xx-xx/2023 saylı məktubu) Təqdim edilmiş sənədlərdən də X6 xx.xx.2005-ci il təvəllüdlü, Hamburq Almaniya doğumlu (doğum haqqında şəhadətnamə 1324/2005), X5 xx.xx.2003-cü il təvəllüdlü, Hamburq Almaniya doğumlu olduğu ( doğum haqqında şəhadətnamə 2053/2003) müəyyən edilir. Həmin sənədlər əsasında X5 və X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınmışdır. Qeyd edilən hallar iddia tələbinin təmin olunması üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (AZ-İ seriyalı 519948 nömrəli doğum haqqında şəhadətnamə ilə) X13 adına rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli 494 nömrəli və (AZ-İ seriyalı 673585 nömrəli doğum haqqında şəhadətnamə ilə) X12 adına rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli 831 nömrəli doğum haqqında akt qeydləri ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh (AZ-İ seriyalı 519948 nömrəli doğum haqqında şəhadətnamə ilə) X13 adına rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli 494 nömrəli və (AZ-İ seriyalı 673585 nömrəli doğum haqqında şəhadətnamə ilə) X12 adına rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli 831 nömrəli doğum haqqında akt qeydləri ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev