Məhkəmə qərarları › İş №e-2-1(118)-7043/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-7043/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-7043/2025 02.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-X17, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X26 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğvi” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-10/2-60779/2025 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN № **********) tərəfindən qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2024-ci il üzrə mənfəət vergisi bəyannamələri üzrə cavabdeh tərəfindən kameral vergi yoxlamaları keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-10/2-60779/2025 saylı Qərarla iddiaçıya 52344.98 manat vergi hesablanmışdır. Vergi orqanı iddiaçı tərəfindən 2024-cü ildə təqdim edilmiş mənfəət vergi bəyənnaməsi üzrə ümumi dəyəri 2208804.33 manat olan gəlirlərin və 2029424.81 manat olan xərclərin 1407925.76 manatı malın dəyəri kimi qeyd olunduğu mənfəət vergi bəyənnaməsi təqdim etdiyini qeyd etmişdir. Vergi orqanı vətəndaşlardan alınan izahatlara əsasən, 218112 manat dəyərində alış aktı ilə alınmış malların vətəndaşlar tərəfindən satılmadıqlarını bildirdiklərinə görə etibarsız hesab etmişdir. Bununla bağlı iddiaçıya Vergi Məcəlləsinin 67-3.1-ci maddəsinə əsasən 43622.4 (22088xx.xx-1990692.33) *20% məbləğ hesablamışdır. Bildirir ki, cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesablamalar düzgün aparılmamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı heç bir sübut və əsas olmadan qanunsuz vergi borcunun hesablanması barədə qərar qəbul etmişdir. Hesab edirəm ki, cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 3-21-2-10/2-60779/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, 2024-cü il ərzində ayrıayrı fiziki şəxslərdən bağlarında yetişdirdikləri müxtəlif meyvə məhsullarını, əsasən alma məhsulu olmaqla müxtəlif vaxtlarda alış aktları əsasında razılaşdırılmış qiymətə iddiaçı tərəfindən alınmışdır. 1. X3 11 alış aktı əsasında cəmi 22762,5 manat dəyərində 91050 kg alma məhsulu; 2. X8 21 alış aktı əsasında cəmi 38498 manat dəyərində 153992 kg alma məhsulu; 3. X2 15 alış aktı əsasında cəmi 28415 manat dəyərində 113660 kg alma məhsulu;

4. X14 17 alış aktı əsasında cəmi 39176,5 manat dəyərində 19440 kg tut, albalı, qar tut, ağ gilas, ərik, moruq, xırda alma, feyxoa, armud, kivi, xırda qarpız məhsulu; 5. X11 14 alış aktı əsasında cəmi 27857,5 manat dəyərində 111430 kg alma məhsulu; 6. X15 13 alış aktı əsasında cəmi 52789 manat dəyərində 22730 kg çiyələk, albalı, gilas, ağ gilas, alça, böyürtikən məhsulu; 7. X4 11 alış aktı əsasında cəmi 36327 manat dəyərində 22632 kg çiyələk, albalı, tut, alça, xiyar, ağ gilas, ərik məhsulu; 8. X9 27 alış aktı əsasında cəmi 36056 manat dəyərində 144224 kg alma məhsulu; 9. X5 7 alış aktı əsasında cəmi 14915 manat dəyərində 59660 kg alma məhsulu; 10. X1 8 alış aktı əsasında cəmi 23500 manat dəyərində 58750 kg üzüm məhsulu; 11. X10 11 alış aktı əsasında cəmi 36008,4 manat dəyərində 90021 kg üzüm məhsulu; 12. X6 21 alış aktı əsasında cəmi 36858,5 manat dəyərində 147434 kg alma məhsulu; 13. X12 10 alış aktı əsasında cəmi 20317,5 manat dəyərində 81270 kg alma məhsulu alınmışdır. Qeyd olunan faktları həmin şəxslər yazdıqları izahatları ilə də bir daha təsdiq etmişlər. Belə ki, izahatlarında həmin şəxslər satdıqları məhsulların miqdarını və bunun müqabilində aldıqları pul vəsaitlərini də qeyd etmişlər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən həmin əməliyyatlara görə 3331.38 manat vergi hesablayaraq ödəməsinə baxmayaraq vergi orqanı həmin məbləğlə razılaşmamış və verginin məbləğinin 52344.98 manat olduğunu hesab etmişdir. Nəticədə 49013.60 manat fərq yaratmışdır. Vergi orqanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən gəlir və xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə araşdırma aparmamış, anoloji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyənləşdirməmişdir. Vergi orqanı heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının vətəndaşlarla apardığı əməliyyatları etibarsız hesab etmiş və aparılan əməliyyatlara görə 49013,60 manat əlavə vergi hesablamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi üzrə mübahisə predmetini təşkil edən, xx.xx.2025-ci il tarixli, 3-21-2- 10/2-60779/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası aqlarının hesablanması barədə” Qərar 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ləğv edilmişdir. Mübahisə predmetinin aradan qalxdığını nəzərə alaraq, 2-1(118)-7043/2025 saylı iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatəti müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən vəsatəti, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, hazırki işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı :

İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X32-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar