Məhkəmə qərarları › İş №e-2-1(118)-7137/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-7137/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-7137/2025 16.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1rşı iş üzrə (Açar sözlər: çıxarış və plan-ölçünün verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X1rşı “çıxarış və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X2 4 saylı Abşeron Ərazi İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0534 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alaraq bu barədə İddiaçı Talib qızının adına çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X5 ilə əvəz edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X5 ilə əvəz edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron RİHB-nın Saray qəsəbə üzrə nümayəndəsinin “Vətəndaşların Mənzil Şəraitinin Yaxşılaşdırılması” Haqqında xx.xx.1999cu il tarixli, 66 saylı çıxarışına əsasən xx.xx.1994-cü il tarixli, 59 nömrəli əmri ilə qəsəbə daxilində boş, istifadəyə yarasız olan torpaq sahəsindən İddiaçı Talib qızına 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə yaşayış sahəsi tikməyə icazə verilmişdir. Hazırda torpaq sahəsi iddiaçının istifadəsindədir. Abşeron rayon İHB-nın Saray qəsəbə üzrə nümayəndəsinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən xx.xx.1994-cü il tarixli, 31 saylı sərəncamında təşkil olunmuş komissiya qəsəbə əhalisindən və sovxoz fəhlələrinə mənzil tikmək üçün bir neçə il növbədə dayanmış şəxslərin sənədlərini nəzərdən keçirmiş və həyətyanı torpaq sahəsinə ehtiyacı olanları müəyyənləşdirmişdir. Əmrə əsasən qəsəbə ərazisində boş, istifadəyə yararsız, məişət tullantıları ilə zibillənmiş sahələrdən hər bir ailəyə ehtiyac olanlara 0.10 ha olmaqla torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair hüquqi sənəd verilməsi ilə əlaqədar iddiaçı xx.xx.2024-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli, 321332/2-1530/25 saylı məktubu ilə daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hüquqların qeydə alınmasından imtina edən inzibati orqan qeyd olunan prosedurlara riayət edilməsinin yekun inzibati aktın qəbuluna təsir edəcək dərəcədə pozuntu yaratdığını əsaslandırmalıdır. Lakin qeyd olunan hallardan da göründüyü kimi inzibati orqan bunu əsaslandıra bilməmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi bu imtinada göstərilən hallar iddiaçının günahından olmamışdır və cavabdeh tərəfin bu uyğunsuzluğu aradan qaldıra bilərdi. Belə ki, iddiaçının həmin torpağa görə sənədləri vardır. Ayrıca aktın əlavə edilməsinə ehtiyac duyulmur. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər torpaq sahəsi üzərində hüququn yaranması üçün əsas hesab olunur. Qeyd edilən torpaqların kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid olunamasının müəyyən edilməsi ilə bağlı xx.xx.1994-cü il tarixli, 59 nömrəli əmri ilə qəsəbə daxilində boş, istifadəyə yarasız olan torpaq sahəsindən İddiaçı Talib qızına 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə yaşayış sahəsi tikməyə icazə verilmişdir. İddiaçıya məxsus torpaq sahəsi yüksək gərginlik elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşməməkdədir. Bununla yanaşı ərazidə magistral qaz boru kəmərləri və su boru kəmərləri də keçməməkdədir. Qeyd olunan ərazi mühafizə zonası sayılmamaqdadır. Torpaq sahəsinin planı və ölçüsü sənədində 0,0514 ha qeyd edildiyi, həmçinin faktiki olaraq torpaq sahəsinin 0.0534 ha hissəsinin vətəndaşın isifadəsində olduğu aşkar edilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi bu imtinada göstərilən hallar iddiaçının günahından olmamışdır və cavabdeh tərəfin bu uyğunsuzluğu aradan qaldıra bilərdi. Belə ki, iddiaçının həmin torpağa görə sənədləri vardır. Abşeron RİHB-nm Saray qəsəbə üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışa əsasən “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi” ilə Saray üzümçülük sovxozunun xx.xx.1994-cü il tarixli, 59 saylı əmr ilə qəsəbə daxilində boş, istifadəyə yarasız torpaq sahəsindən İddiaçı Talib qızına 514 kv.m torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə yaşayış evi tikməyə icazə verilmişdir. xx.xx.1994-cü il tarixli 59 saylı əmrə əsasən sənədlər nəzərdən keçirilərək həyətyanı torpaq sahəsinə ehtiyac olanlar müəyyənləşdirilmişdir. Belə ki, Abşeron RİHB- nın Saray qəsəbəsi üzrə nümayəndəsinin məktubu və komissiya rəyi əsas tutularaq boş istifadəyə yarasız, məişət tullantıları ilə zibillənmiş sahələrdən hər bir ailəyə ehtiyacı olanlara həyətyanı torpaq sahəsi verilmişdir. Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 107 nörməli məktuba əsasən İddiaçı fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi tərəfindən etiraz edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli rəyinə əsasən İddiaçı ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədində 0,0514 ha qeyd edildiyi, həmçinin faktiki olaraq torpaq sahəsinin 0,0534 ha hissəsinin vətəndaşın isifadəsində olduğu aşkar edilmişdir. Digər bir məqam isə ondan ibarətdir ki, İddiaçı fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi 0,06 ha olduğu müəyyən edilibdir. Qeyd edilən sahə ölçüsü mübahisə yaratmır ona görə ki, torpaq sahəsinin plan ölçüsü ilə bağlı ətrafda olan tikili və yaşayış üçün məyyən edilmiş ərazi vahidlərinə toxunmamaqdadır. Əgər belədirsə, qeyd edilən 0,0534 torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsi təmin edilməlidir.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı, İddiaçı Talib qızına 0.06 ha torpaq sahəsinin Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 66 saylı sərəncamından çıxarış ilə ayrıldığı halda, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə olunmadığı, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid olduğu, müraciət üzrə əlavə olunmuş sənədlərdə torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu, belə ki, Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 66 saylı sərəncamından çıxarışda torpaq sahəsinin ölçüsü 0.06 ha göstərildiyi halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********2672 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində 0,0514 ha qeyd edildiyi, həmçinin faktiki olaraq torpaq sahəsinin 0,0534 ha hissəsinin istifadədə olduğu müəyyən olunmuşdur. b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 66 nömrəli sərəncamından çıxarışa əsasən İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır.

10. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna Abşeron rayon Üzümçülük Sovxozunun 59 saylı xx.xx.1994-cü il tarixli sərəncamının təsdiq edilmiş surəti əlavə olunmuşdur.

11. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2012-ci il tarixli rəyində qeyd edilmişdir ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 66 nömrəli sərəncamına əsasən İddiaçı 0,06 ha olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.

12. Abşeron rayonu Saray bələdiyəsinin xx.xx.2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 66 nömrəli sərəncamına əsasən İddiaçı fərdi ev tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.

13. Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və ölçüləri göstərilmişdir.

14. A seriyalı 449396 nömrəli torpaq sahəsinin planı və ölçüsü Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 66 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 514 m2 torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X3 kitabında xx.xx.2013-cü il tarixli, 22614 nömrəsi ilə uçota alınmışdır.

15. X5n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, İddiaçı Talib qızına 0,06 ha torpaq sahəsinin Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 66 saylı sərəncamından çıxarış ilə ayrıldığı halda, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə olunmadığı, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid olduğu, müraciət üzrə əlavə olunmuş sənədlərdə torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu, belə ki, Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 66 saylı sərəncamından çıxarışda torpaq sahəsinin ölçüsü 0,06 ha göstərildiyi halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********2672 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində 0,0514 ha qeyd edildiyi, həmçinin faktiki olaraq torpaq sahəsinin 0,0534 ha hissəsinin istifadədə olduğu müəyyən olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

16. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi faktiki 0,0534 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi daş hasarla sərhədlənib. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunub.

17. Məhkəməmənin sorğusuna cavab olaraq X5n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı: bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

28. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

29. Belə ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 66 nömrəli sərəncamından çıxarışa əsasən İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və ölçüləri göstərilmişdir. A seriyalı 449396 nömrəli torpaq sahəsinin planı və ölçüsü Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 66 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 514 m2 torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X3 kitabında xx.xx.2013-cü il tarixli, 22614 nömrəsi ilə uçota alınmışdır. İddiaçı 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, İddiaçı Talib qızına 0.06 ha torpaq sahəsinin Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 66 saylı sərəncamından çıxarış ilə ayrıldığı halda, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə olunmadığı, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid olduğu, müraciət üzrə əlavə olunmuş sənədlərdə torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu, belə ki, Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 66 saylı sərəncamından çıxarışda torpaq sahəsinin ölçüsü 0,06 ha göstərildiyi halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********2672 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində 0,0514 ha qeyd edildiyi, həmçinin faktiki olaraq torpaq sahəsinin 0,0534 ha hissəsinin istifadədə olduğu müəyyən olunmuşdur.

30. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil.

31. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq sərəncamla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. İlkin baş plana gəldikdə isə iddiaçıya torpaq sahəsinin yerləşdiyi ərazinin müvafiq qaydada təsdiq olunmuş yerquruluşu planından çıxarış təqdim edilmişdir. Həmin çıxarışda torpaq sahəsinin yerləşdiyi yer və ölçüləri qeyd edilmişdir. Həmçinin torpaq sahəsinə dair plan və ölçü sənədi də işlənib hazırlanmışdır. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır.

32. Digər imtina səbəbi kimi sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid olduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin çıxarışlar və verilməsinə əsas olmuş sənədlərdən görünür ki, torpaq sahələrinin təyinatı yaşayış məntəqələri torpaqları qeyd olunmaqla cavabdeh tərəfindən mülkiyyət hüquqları qeydə alınmış və çıxarışlar verilmişdir. Bundan başqa həmin şəxslərə verilmiş çıxarışların ilkin qeydə alınması üçün əsas kimi iddiaçıya da torpaq sahəsinin ayrılması barədə sərəncam olmuşdur. Eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir.

33. Sonuncu imtina əsası kimi sənədlərdə torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu, belə ki, Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 66 saylı sərəncamından çıxarışda torpaq sahəsinin ölçüsü 0,06 ha göstərildiyi halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********2672 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində 0,0514 ha qeyd edildiyi, həmçinin faktiki olaraq torpaq sahəsinin 0,0534 ha hissəsinin istifadədə olduğu göstərilir. Məhkəmə qeyd edir ki, iddiaçı faktiki istifadəsində olan 0,0534 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, sözügedən əsas da hazırkı vaxtda aradan qalxmışdır.

34. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

37. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 66 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış 0,0534 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2 üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 66 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış 0,0534 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar