Məhkəmə qərarları › İş №e-2-1(118)-7548/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-7548/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-7548/2025 11.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 45.5 kv.m, yaşayış sahəsi 24.5 kv.m olan 1 otaqlı fərdi yaşayış fərdi və ona aid torpaq sahəsinin (tam yaxud bir qismi) üzərində və X3 adları əks edilmiş siyahıların və həmin siyahının aid olduğu Xızı rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci tarixli yaxud (olarsa) xx.xx.1998, xx.xx.1998, xx.xx.1998, xx.xx.1998, xx.xx.1998,xx.xx.1998 və xx.xx.1998-ci il tarixli protokolunun (qərarın) müvafiq hissədə, X5 adına aparılmış qeydiyyatın, JN-027A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, Xızı rayon İcra Hakimiyyəti Tıxlı Kənd Nümayəndəliyinin təsərrüfatbaşına kitabdan 28 oktyabr 2008-ci il tarixli 175 nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 45.5 kv.m, yaşayış sahəsi 24.5 kv.m olan 1 otaqlı fərdi yaşayış evi və ona aid torpaq sahəsinin üzərində xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi və **********83-10301 reyestr nömrəsi ilə X5 adına aparılmış qeydiyyatın, X5 adına verilmiş Seriya MH № ******* çıxarışın, habelə 2009-cu ildə verilmiş Texniki pasportun ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsəsi olduğU mərhum həyat yoldaşı Məmmədov Naib Nəcəf oğlunundövlət reyestrində mərhum atası Məmmədov Nəcəf Fəttah oğlunun adına qeydiyyatda olan fərdi yaşayış evi və torpaq sahəsi qanunsuz olaraq əmlakın dövlət reyestr orqanı tərəfindən başqa şəxsin adına qeydiyyata alınmışdır. Eyni əmlak fərqli inventar nömrələri ilə iki fərqli şəxsin adına ikili qeydiyyatdadır. Mərhum həyat yoldaşı Məmmədov Naib Nəcəf oğlunun mülkiyyət hüquqları, daşınmaz əmlakın dövlət reyestrində səhv aparılmış qeydiyyata görə pozulmuşdur. Belə ki, DƏDRX 1 Saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********51 nömrəli cavab məktubuna əsasən, həyat yoldaşının atası, mərhum Məmmədov Nəcəf Fəttah oğlunun adına ünvan 1ində yerləşən ümumi sahəsi 45.5 kv.m, yaşayış sahəsi 24.5 kv.m olan 1 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məmmədov Nəcəf Fəttah oğlunun vəfatından sonra oğlanları Naib və Namiq Məmmədovların müraciəti əsasında 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra notariusun məktubu əsasında həmin daşınmaz əmlakın əlavə müayinəsi məqsədilə mühəndis təyin edilmiş, lakin müayinə mümkün olmamışdır. Belə ki, yerində məlum olmuşdur ki, eyni evə dair X5 adına da çıxarış verilmişdir və Çıxarışda evin yaşayış sahəsinin 45,5 kv.m, torpaq sahəsinin 0,09 ha olduğu qeyd edilmişdir. Həyat yoldaşım Məmmədov Naib Nəcəf oğlu xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Onun yeganə vərəsəsi kimi tanınmışdır. Cavabdeh İdarə tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2022 il tarixli **********55 nömrəli cavab məktubunda bildirilmişdir ki, X5 (təvəllüdü 20 fevral 1954-cü il) ünvan 1i ünvanında yerləşən 0.09 hu həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ ləğv edilmiş DTXK-si tərəfindən xx.xx.2006-cı iİ tarixində JN-027A (kod: ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmış, sözügedən torpaq sahəsi üzərində yerləşə fərdi yaşayış evi üzərində X5 Azərbaycan Respublikası Xızı rayon İcra Hakimiyyəti Tıxlı Kənd Nümayəndəliyinin 28 oktyabr 2008-ci il tarixli təsərrüfatbaşına kitabdan çıxarışına, 29 oktyabr 2008-ci il tarixli arayışına və JN-027A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnanıə”yə əsasən tam mülkiyyət hüququ 6.02.2009-cu ii tarixli ********** qeydiyyat nömrəiı çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əldə edilən məlumatlardan görünür ki, mərhum Məmmədov Nəcəf Fəttah oğlunun inşa etdiyi, ölümünədək yaşadığı, fərdi yaşayış fonduna daxil olan yaşayış evi və altındakı torpaq sahəsi, sonuncunun ölümündən sonra əsassız və qanunsuz olaraq digər şəxslərin adına qeydiyyata alınmışdır. Bu səbəbdən də Məmmədov Nəcəf Fəttah oğlunun vərəsələri olaraq Məmmədov Naib Nəcəf oğlu və X10 həmin əmlakı öz adına rəsmiləşdirə bilməmişlər. X5 (təvəllüdü 20 fevral 1954-cü il) ünvan 1i ünvanında yerləşən 0.09 hu həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ ləğv edilmiş DTXK-si tərəfindən xx.xx.2006-cı iİ tarixində JN-027A (kod: ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmışdır. Şəhadətnamədə qeyd edilmişdir ki, onun verilməsi üçün əsas Xızı rayon Aqrar İslahat Komissiyasının 10 mart 1998-ci il tarixli 14 saylı qərarı olmuşdur. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş cavabda bildirilir ki, Mərkəzin arxivində JN-008A (kod ********), JN-064A (kod ********), JN-025A (kod ********), JN-028A (kod ********) və JN-048F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin nüsxələri mövcud deyildir. Arxivdə saxlanılan Xızı rayon Aqrar islahat Komissiyasının Qərarı xx.xx.1998-ci tarixli deyil, 10.04 1998-ci il tarixlidir. Həmin cavab məktubuna əlyazma ilə tərtib edilmiş xx.xx.1998, 10.04 1998, xx.xx.1998, xx.xx.1998, xx.xx.1998, xx.xx.1998 və xx.xx.1998-ci il tarixli protokolların və müxtəlif şəxslərin adları əks etdirilmiş siyahıların təsdiq edilməmiş surətləri əlavə edilmişdir. Siyahıların hansı protokollara aid olması bəlli olmamış, X11 və X3 adları qeyd edilmiş siyahı fraqmenti ayrıca vərəqdə olmuş (digər adlar çoxsaylı siyahılarda olsa da), əllə təsdiqsiz düzəlişlər edilmiş və tamamilə fərqli dizayn və üslubda çap edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş digər cavabda bildirilmişdir ki, Mərkəzin arxivində JN-027A (kod ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin nüsxəsi olmadığından, rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın araşdırılması mümkün olmamışdır. Arxivdə saxlanılan ünvan 1i üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X5 adı qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. Qoşmada verilmiş siyahıdan fraqmentdə X5 adı artıq tək göstərilmiş, siyahıda çoxsaylı əllə təsdiqsiz düzəlişlər edilmişdir. Eyni zamanda vəkil sorğusuna cavab olaraq X18 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 33 saylı arayışda (sənəd qoşmaya əlavə edilir) bildirilir ki, Tıxlı Kənd İƏD-si üzrə Nümayəndəliyinin 01 nömrəli təsərrüfatın uçotu kitabının 72 nömrəli şəxsi hesab vərəqəsinə əsasən: X11 23 avqust 2005-ci il tarixindən, Məmmədova (Həsənova) Şəms Müzəffər qızı 09 noyabr 2006-cı il tarixindən qeydiyyatdadırlar. Göründüyü kimi, X11 və Məmmədova (Həsənova)Şəms Müzəffər qızı sözügedən protokoların tarixindən 7-8 il sonra həmin kənddə təsərrüfatda qeydiyyata salınmışlar. Həmin vaxt Məmmədov Nəcəf Fəttah oğlu sağ idi, onun adı necə kənarda qala, Zöhrənin və onun azyaşlı qızının adları isə qərara daxil edilə bilərdi?? Həmin siyahı səhifələri ayrıca olaraq sonrakı illərdə arxa tarixli protokollara əlavə edilmişdir. Bu halları təsvir etməklə tərəflərindən cavabdehə müraciət edib, tədbir görməyi xahiş etsələr də, xx.xx.2025-ci il tarixli məktubla verilən cavab faktiki imtina olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. X6 və X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. X2 nümayəndəsi və vəkili vəsatət təqdim edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və sair bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslığınm yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Beləliklə göründüyü kimi iddiaçının mübahisə açdığı cavabdehin hərəkəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İddiaçı həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilkdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, "‘iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir,birinci, o, hüquq münasibəti iştirakşılarım intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci.iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.üçüncü.iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011ci ildən mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 201 1-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ölürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə iclasında üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, vəsatəti müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 45.5 kv.m, yaşayış sahəsi 24.5 kv.m olan 1 otaqlı fərdi yaşayış fərdi və ona aid torpaq sahəsinin (tam yaxud bir qismi) üzərində və X3 adları əks edilmiş siyahıların və həmin siyahının aid olduğu Xızı rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci tarixli yaxud (olarsa) xx.xx.1998, xx.xx.1998, xx.xx.1998, xx.xx.1998, xx.xx.1998,xx.xx.1998 və xx.xx.1998-ci il tarixli protokolunun (qərarın) müvafiq hissədə, X5 adına aparılmış qeydiyyatın, JN-027A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, Xızı rayon İcra Hakimiyyəti Tıxlı Kənd Nümayəndəliyinin təsərrüfatbaşına kitabdan 28 oktyabr 2008-ci il tarixli 175 nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 45.5 kv.m, yaşayış sahəsi 24.5 kv.m olan 1 otaqlı fərdi yaşayış evi və ona aid torpaq sahəsinin üzərində xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi və **********83-10301 reyestr nömrəsi ilə X5 adına aparılmış qeydiyyatın, X5 adına verilmiş Seriya MH № ******* çıxarışın, habelə 2009-cu ildə verilmiş Texniki pasportun ləğv edilməsini istəyir. Hazırkı işin araşdırılmış hallarından görünür ki, iddiaçılar Məmmədov Naib Nəcəf oğlu və X10 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-027A (kod ********) Dövlət Aktının, ümumi sahəsi 45.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair verilmiş və xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi ilə olan qeydiyyatın, o cümlədən seriya nömrəsi MH N-0027372 olan çıxarışın, habelə 2009-cu ildə tərtib edilmiş Texniki pasportun ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 23 yanvar 2023-cü il tarixli, e-2-1(118)-322/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, X5 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-027A (kod ********) Dövlət Aktının, ümumi sahəsi 45.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair verilmiş və xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi olan qeydiyyatın, o cümlədən seriya nömrəsi MH N-0027372 olan çıxarışın, habelə 2009-cu ildə tərtib edilmiş texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli 2-1(105)-28/2024 nömrəli (hakimlər: G.İ.Cabbarova (sədrlik edən və məruzəçi), H.Ç.Babayeva və Z.İ.Məmmədov) qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e-2-1(118)-322/2023 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi X5 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-027A KOD 30609018 Dövlət Aktının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli 2-1(105)-28/2024 nömrəli (hakimlər: G.İ.Cabbarova (sədrlik edən və məruzəçi), H.Ç.Babayeva və Z.İ.Məmmədov) qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e-2-1(118)-322/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbinin “ümumi sahəsi 45.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair verilmiş və xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi ilə olan qeydiyyatın, o cümlədən seriya nömrəsi MH N-0027372 olan çıxarışın, habelə 2009-cu ildə tərtib edilmiş Texniki pasportun ləğv edilməsi” hissəsində təmin edilməməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar iddia tələbinin əsası kimi məhz 1989-cu il tarixdə mərhum atalarının adına texniki pasportun tərtib edilməsi əsasına istinad etməklə, qeyd edilən tələbi irəli sürmüşlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, texniki pasport hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən yalnız iki halda tərtib edilmiş texniki pasport daşınmaz əmlak üzərində hüququn yaranması və qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, müvafiq Fərmanın 1.11 (1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar) və 2.4-cu bəndində (2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)) əks olunmuş texniki pasportlar hüquqmüəyyənedici sənəd kimi çıxış edir. İndiki halda isə qeyd edilən hər iki əsas iddiaçılara münasibətdə mövcud olmamışdır. Belə ki, iddiaçıların istinad etdiyi texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilməmiş, X1 Bürosu tərəfindən tərtib edilmişdir. İkinci halda isə üzərində həmin yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Göründüyü kimi hər iki halda qanunla müəyyən edilmiş dispozitiv şərtlər ödənilmir. Bundan əlavə qeyd edilməlidir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olmuşdur. Həmçinin, həmin torpaq sahəsi məhz Aqrar İslahat Komissiyasının qərarı əsasında ayrılmışdır, həmin qərar hazırda da qüvvədədir. Eyni zamanda, qeyd edilməlidir ki, torpaq sahəsi ayrıldığı vaxt mərhum Məmmədov Nəcəf Fəttah oğlu ilə X11 rəsmi nikahda olmaqla, biri digərinə münasibətdə ailə üzvi olmuşdur. Göründüyü kimi, Məmmədov Nəcəf Fəttah oğlu ilə X11 bir ailə olmuş, AİK-nın qərarı ilə ailə üzvi kimi məhz X5 adına ayrılmış, həmin vaxtı bu hal mübahisələndirilməmişdir. Həmin torpaq sahəsinə dair Məmmədov Nəcəf Fəttah oğlunun adına hər hansı hüquqmüəyyənedici sənəd olmamışdır. Göründüyü kimi, nə fərdi yaşayış evinə, nə də torpaq sahəsinə dair mərhum X4 adına hüquqmüəyyənedici sənəd olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi əmlaka dair hüquqmüəyyənedici sənədin aşkar edilməməsi halına istinad etməkdə haqlı olmuşdur. İndiki halda torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olduğundan, Məmmədov Nəcəf Fəttah oğlunun adına tərtib edilmiş texniki pasport əmlak üzərinə hüququn yaranmasına əsas olan hüquqmüəyyənedici sənəd kimi çıxış etmədiyindən, Həsənova Zöhrə və X9 ailə üzvi olduğundan, mülki qanunvericiliyin tələbinə əsasən isə torpağın mülkiyyətçisi onun üzərində inşa edilmiş tikiliyə mülkiyyət hüququ əldə etdiyindən fərdi yaşayış evinə dair onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Həmçinin, iddiaçıların mərhum ataları 2002-ci il tarixdə vəfat etmiş, həmin vaxtı da, daha sonra da qeyd edilən əmlak X5 faktiki istifadəsində və idarəçiliyində olmuşdur. İddiaçı Məmmədov Naib Nəcəf oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və işə yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1898/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli 2-1(105)-28/2024 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamış, şikayət qalan hissədə təmin olunmamışdır. Qərarda qeyd edilmişdir ki, “32. İddiaçıların mübahisə açdığı cavabdehin hərəkəti İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.

33. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

34. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”

35. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.

36. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktı mövcuddur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-1898/2024 saylı qərarı preyudisial əhəmiyyət daşıyır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar