Məhkəmə qərarları › İş №e-2-1(118)-801/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-801/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-801/2023 06.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın qismən, ƏDV üzrə 204705,14 manat artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın qismən, ƏDV üzrə 204705,14 manat artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - cavabdeh vergi orqanı) xx.xx.2021-ci il tarixli **********151764 nömrəli qərarına əsasən İddiaçı MMC-də oktyabr 2018 - sentyabr 2021 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə bitmiş, nəticəsi isə xx.xx.2022-ci il tarixli **********151775 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktda qeyd edilənlərə əsasən səyyar vergi yoxlaması 6 halda ümumilikdə 168 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda isə 30 gün müddətinə uzadılmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan səndlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151790 nömrəli Tələbnamə elektron formada iddiaçının elektron kabinetinə göndərilmiş, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155341 nömrəli Qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli **********155039 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən “Azərekspertiza” Birliyinin eksperti Əliyev Bakir ekspert qismində yoxlamaya dəvət edilmiş və sonuncu xx.xx.2022ci il tarixli məktubla ekspert rəyinin verilməsinin imkan xaricində olduğunu bildirmişdir. Yoxlama zamanı iddiaçının 2018-2020-ci illər üzrə gəlirdən çıxılan xərcləri müəyyən edilmədiyindən, həmin illər üzrə mənfəət vergisi AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik norması əsasında hesablanmışdır. Bundan başqa, iddiaçı mənfəət vergisi bəyannaməsini 2018-ci il üzrə kassa metodu, 2019-cu il üzrə isə hesablama metodu ilə vermiş və bu zaman VM-nin 130-cu maddəsinin tələblərinə riyaət etmədiyindən, 2019-cu ilin əvvəlinə olan 1 373 229.92 manat debitor borc məbləği metod dəyişməsi səbəbindən mənfəət vergisinə cəlb edilmişdir. İddiaçı tərəfindən 2018-ci ilin oktyabr-dekabr, 2019-2020-ci illərin yanvardekabr, 2021- ci ilin isə yanvar-iyul ayları üzrə təqdim edilmiş ƏDV byannamələri üzrə aparılmış araşdırma zamanı ƏDV-yə cəlb edilən dövriyyənin VM-nin 166-cı və 175.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün müəyyən edilmədiyi, nəticə etibarilə bəzi hesabat ayları üzrə dövriyyənin az, bəzi hesabat dövləri üzrə isə artıq bəyan edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən 2020-ci il üzrə hər hansı əmlak vergisi bəyannaməsi təqdim edilmədiyindən, 2019-cu ilin Əmlak vergisi bəyannaməsində bəyan edilmiş hesabat ilinin sonuna olan 185179.90 manat əmlakın qalıq dəyəri nəzərə alınmaqla, iddiaçıya 2020-ci il üzrə 925.90 manat ((185179.9 + )/2 * 1%) əmlak vergisi hesablanmışdır. 2020-ci ilin 2 və 3-cü rübləri üzrə ümumilikdə 1580.78 manat məcburi dövlət sosial sığorta haqlarının azaldıldığı müəyyən edilmişdir.Yoxlama nəticəsində 2019cu ilin 4-cü rübü üzrə kameral vergi yoxlamasını nəticəsində hesablanmış 2171.58 manat ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən mənfəət vergisi ilə bağlı 2018-ci üzrə 375 811.61 manat, 2019-cu il üzrə 483 440.83 manat, 2020-ci il üzrə 322 984.21 manat, ümumilikdə 1 182 236.65 əlavə vergi məbləği hesablanmış və 591 118.34 manat maliyyə sanksiyası tətbiq edilmiş, ƏDV ilə bağlı 2018-ci il üzrə 58397.61 manat, 2020-ci il üzrə 51110.63 manat, 2021-ci il üzrə 19757.42 manat, ümumilikdə 129 265.66 manat əlavə vergi məbləği hesablanmış, 146 216.11 manat maliyyə sanksiyası tətbiq edilmiş və 39 367.04 manat ƏDV-nin artıq hesablandığı müəyyən edilmiş, əmlak vergisi ilə bağlı 2020-ci il üzrə 925.90 manat əlavə vergi məbləği hesablanmış və 462.95 manat maliyyə sanksiyası tətbiq edilmiş, məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 580.78 manat əlavə məbləğ hesablanmış və 790.39 manat maliyyə sanksiyası tətbiq edilmiş; ödəmə mənbəyində tutulan vergi ilə bağlı 2019-cu il üzrə 2 171.58 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş, ƏDV məbləğinin ödənilməməsinə görə 2018-ci il üzrə 110 981.70 manat, 2019-cu il üzrə 146 165.85 manat maliyyə sanksiyası tətbiq edilmiş, vergi hesabatının vaxtında təqdim edilməməsinə görə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 1314008.99 manat əlavə vergi məbləği hesablanmış, 995855.34 manat maliyyə sanksiyası tətbiq edilmiş və 41 538,62 manat vergilərin artıq hesablandığı müəyyən edilmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın qismən, ƏDV üzrə 204705,14 manat artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli **********151764 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********151790 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə" təqdim edilmişdir. Tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin xərclərinin müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2018 = 11 623 788.43 x 20 / 120 = 1 937 298,07 manat İddiaçının vergiyə cəlb olunan mənfəəti 1 937 298,07 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 387 459.61 manat (1 937 298,07 * 20% = 387 459.61) olacaqdır. İddiaçı tərəfindən 2018-ci il üzrə 11 648.00 manat Mənfəət vergisi hesablanmışdır 2018-ci il mənfəət vergisi üzrə 375 811.61 (387 459.61 - 11 648.00) manat əlavə vəsait hesablanmışdır. Həmçinin, 2019-cu il üzrə iddiaçının fəaliyyəti araşdırılan zaman müəyyən edilmişdir ki, "xxxx" MMC hesablama metodundan istifadə edərək mənfəət vergisi bəyannaməsini təqdim etmişdir. 2019-cu il üzrə "xxxx" MMC-nin təqdim etdiyi mal (iş xidmətlərin) dəyərinin 15 033 170.11 manat olduğu müəyyən olunmuş və iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümümi gəlirini 13 856 205.70 manat qeyd etmişdir. Lakin iddiaçı 2018-ci ildən seçdiyi kassa metodunu 2019-cu ilə hesablama metoduna dəyişərkən Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərinə riayət etməmişdir. Vergi məcəlləsinin 130.1-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Eyni zamanda Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmçinin Vergi Məcəlləsinin 130.3-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir Vergi Məcəlləsinin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır və Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Vergi ödəyicisi tərəfindən yoxlama dövrünün əvvəlinə, yoxlama dövrü üzrə və yoxlama dövrünün sonuna debitor və kreditorlar barədə məlumat təqdim edilmədiyindən bank hesabları və təqdim edilmiş elektron qaimə-fakturalar əsasında vergi ödəyicisinin debitor və kreditorları barədə məlumat hazırlanmışdır. Belə ki, 2019-cu ilin əvvəlinə olan 1373229,92 manat faktiki debitor borc məbləğləri metod dəyişərkən mənfəətə cəlb edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********100000 nömrəli məktubunda “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avansları üzrə kreditor borcları barədə” məlumat formasına əsasən debitor və kreditor borclarının olmamasını göstərmişdir. 2018-ci ildə “İnşaatçı-Neftçi" MMC-yə 20000,0 manat dəyərində elektron qaimə-faktura təqdim edilmiş lakin alıcı tərəfindən bank hesabına 35000,00 manat ödəniş edilmişdir. 2018-ci ildə "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məbləğindən artıq ödənilmiş 15000,00 manat (avans) 2019-cu ildə İddiaçı MMC tərəfindən təqdim edilmiş 15000,00 manat dəyərində elektron qaimə-fakturaya əsasən avans bağlandığı üçün gəlirə cəlb edilmişdir. Beləliklə, 2019-cu ildə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir məbləği 13644940,19 manat, uçot metodunun dəyişməsinə görə 1373229,92 manat debitor borc və 15000,00 manat bağlanmış avans nəzərə alınmaqla cəmi gəlir 15033170,11 manat müəyyən edilmişdir. Yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin xərclərinin müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = GxR : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2019 = (13 644 940.19+1 373 229.92+15000) x 20 / 120 = 2 505 528,35 manat Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 2 505 528.35 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 501 105.67 manat (2 505 528,35 * 20% = 501 105.67) olacaqdır. Ödəyici tərəfindən 2019-cu il üzrə 17 664.84 manat Mənfəət vergisi hesablanmışdır. 2019-cu il mənfəət vergisi üzrə 483 440.83 (501 105.67 - 17 664.84) manat əlavə vəsait hesablanmışdır. Yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin xərclərinin müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən cəmi gəlirlər 9983772,49 manat olduğunu nəzərə alsaq vergi ödəyicisinin vergiyə cəlb olunmalı mənfəəti aşağıdakı kimi müəyyən edildi: M 2020 = 9 983 772.49 x 20 / 120 = 1 663 962.08 manat İddiaçının vergiyə cəlb olunan mənfəəti 1 663 962.08 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 332 792.42 manat (1 663 962.08 20% = 332 792.42) olacaqdır. Ödəyici tərəfindən 2020-ci il üzrə 9 808.21 manat Mənfəət vergisi hesablanmışdır. 2020-ci il mənfəət vergisi üzrə 322 984.21 (332 792.42 - 9 808.21) manat əlavə vəsait hesablanmışdır. Beləliklə mənfəət vergisi üzrə 1 182 236.65 manat əlavə vəsait və 591 118.34 manat maliyyə sanksiyası hesablandı. Keçirilən səyyar vergi yoxlaması üzrə müəssisəyə ƏDV üzrə kənarlaşmadan cəm olaraq 89 898.63 manat ƏDV hesablanmışdır. Müəssisə ƏDV üzrə yoxlama dövründə 292 432.19 manat azalmaya və 202 533.56 manat artıq hesablamaya yol vermişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166-cı və 175.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, ƏDV üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt yoxlamanın hər ili üzrə qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq müəyyən olunmuşdur. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 2020-ci ilin 2-ci və 3-cü rübləri üzrə kənarlaşma aşkar edildi. 2-ci rüb "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda 902-ci “Gəlirlər"sətirinin 3-cü ayı üzrə göstərilmiş 5215.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 7980.00 manat gəlir məbləğindən 2765.00 manat az, 3-cü rüb "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda 902-ci “Gəlirlər"sətirinin 1-ci ayı üzrə göstərilmiş 6330.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 7980.00 manat gəlir məbləğindən 1650.00 manat az, 902-ci “Gəlirlər"sətirinin 2-ci ayı üzrə göstərilmiş 6605.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 7980.00 manat gəlir məbləğindən 1375.00 manat az və 902-ci “Gəlirlər"sətirinin 3-cü ayı üzrə göstərilmiş 7420.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 7710.00 manat gəlir məbləğindən 290.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən 2019-cu il mənfəət vergisi bəyannaməsinin 1 N-li əlavəsinin “Hesabat dövrünün xalis mənfəəti” sətrinin təqdim edilmişdir xanasında 21 715.76 manat məbləğ göstərilmiş və “Ödəmə mənbəyində tutulan vergi” hesabatında isə bu məlumatlar əks edirilməmişdir. Bu məlumatlara əsasən ödəyicidə keçirilən kameral vergi yoxlaması ilə 2019- cu il 4-cü rüb “Ödəmə mənbəyində tutulan vergi” hesabatında 2 171.58 manat verginin yayındırılması aşkar edilmişdir. Səyyar vergi yoxlaması zamanı ödəyici tərəfindən bu barədə heç bir sənəd təqdim edilmədiyindən 2019-cu il 4-cü rüb “Ödəmə mənbəyində tutulan vergi” hesabatında kameral vergi yoxlaması ilə hesablanmış 2 171.58 manat məbləğ azaldılmışdır. Ödəyici tərəfindən 2020-ci il üzrə əmlak vergisi bəyannaməsi təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı yoxlama dövrünə daxil olduğu üçün 2020-ci il üzrə əmlak vergisi yoxlama ilə əhatə edilmişdir. 2019-cu il üzrə ödəyici tərəfindən təqdim edilmiş Əmlak vergisi bəyannaməsində Hesabat ilinin sonuna olan Əmlakın ümumi qalıq dəyəri sətrində göstərilmiş 185 179.90 manat məbləğ növbəti ildə hesabat ilinin əvvəlinə olan əmlakın qalıq dəyərinə bərabər olmalıdır. Buna görə də 185 179.90 manat məbləğ hesabat ilinin əvvəlinə olan əmlakın ümumi qalıq dəyəri sətrinə yazılmışdır. Vergi Məcəlləsinin 202.1.1-ci maddəsinə əsasən 925.90 manat ( [185 179.90 + 0.00] /2*1% = 925.90 ) vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 462.95 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2022-ci il tarixli **********151775 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”dan görünür ki, İddiaçı MMC barəsində 204705.14 manar artıq vergi məbləği hesablanmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş 9/626 saylı, 25 iyul 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 2018-2020-ci illər üzrə cəmiyyət tərəfindən ödənilməli mənfəət vergisinin 12.898,28 manat az hesablandığı müəyyən edildi və vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli qərara əsasən həmin illər üzrə hesablanmış 1.182.236,65 manat mənfəət vergisi, 12.898,28 manat hissə istisna olmaqla, qalan hissədə öz təsdiqini tapmamışdır; rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, oktyabr 2018 - sentyabr 2021-ci il hesabat dövləri üzrə cəmiyyət tərəfindən əlavə dəyər vergisinin 23.042,46 manat artıq hesablandığı müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli **********161990 nömrəli Qərara əsasən həmin hesabat dövrləri üzrə hesablanmış 89.898,62 manat ƏDV məbləğinin düzgünlüyü öz təsdiqini tapmamışdır; ekspertiza tədqiqatı nəticəsində cəmiyyətin 2020-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan əmlak vergisinin 925.90 manat məbləğində olduğu müəyyən edilmişdir və vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********161990 nömrəli qərara əsasən həmin il üzrə hesablanmış 925,90 manat əmlak vergisi məbləğinin düzgünlüyü təsdiq olunmuşdur; cəmiyyətin dövlət büdcəsinə ödəməli olduğu 2020-cı ilin 2-ci-3-cü rüblərinə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə vergi orqanı tərəfindən xx.xx.2022-cİ il tarixli **********161990 nömrəli qərara əsasən hesablanmış ümumilikdə 1.580,78 manat əlavə məbləğin düzgünlüyü təsdiq olunmuşdur; ƏDV məbləğinin gec ödənilməsinə görə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli qərara əsasən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə müvafiq olaraq tətbiq edilmiş 257.145.55 manat məbləğində maliyyə sanksiyasının düzgünlüyü müəyyən edilir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı «Megapolis-2012” MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”dan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyatına aid olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən əsaslı iddia olduğundan, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********161900 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”dan görünür ki, İddiaçı MMC barəsində 204705.14 manat artıq vergi məbləği hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151764 nömrəli qərarına əsasən İddiaçı MMCdə oktyabr 2018 – sentyabr 2021 hesabat dövrlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli **********151775 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Göstərilən qərara əsasən İddiaçı MMC-yə 2018-2020-ci illərə mənfəət vergisi üzrə 1,182,236.65 manat, 2018 və 2020-2021-ci illərə ƏDV üzrə 129,265.66 manat, 2020-ci ilə əmlak vergisi üzrə 925.90 manat, 2020-ci ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 1,580.78 manat əlavə vergi məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (vergi bəyannaməsində azaldılmış vergi məbləğinə görə) 738,587.79 manat, 58.6-cı maddəsinə əsasən (ƏDV məbləğinin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə) 257,147.55 manat, 57.1-ci maddəsinə əsasən (vergi hesabatının vaxtında təqdim edilməməsinə görə) 120 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2018ci ilin noyabr, 2019-cu ilin fevral, aprel-iyun, avqust, oktyabr-dekabr, 2020-ci ilin fevral, iyul-avqust, 2021-ci ilin iyun ayları üzrə 202,533.56 manat əlavə dəyər vergisinin, 2019cu ilin 4-cü rübü üzrə 2171,58 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin artıq hesablandığı müəyyən edilmişdir. Hazırki iş üzrə İddiaçı MMC barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarın mübahisələndirilməsindən ibarətdir və məhkəmə hesab edir ki, vergi orqanı vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə səyyar vergi yoxlamasının təyin edilmə əsasına münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən edir: növbəti və növbədənkənar. Qeyd edilməlidir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilməsələr də, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanı istisna edilmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Belə ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Başa sözlə desək, əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırki mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, **********151764 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə mübahisələndirilən qərar əsasında iddiaçıya hesablanmış əlavə dəyər vergisinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktında (səhifə 14-29) qeyd edilənlərdən aydın olur ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı Əlavə dəyər vergisinin 2018-ci ilin oktyabr, dekabr, 2019-cu ilin yanvar, mart, iyul, sentyabr, 2020-ci ilin mart-iyun, sentyabr-dekabr, 2021-ci ilin yanvaraprel və iyul ayları üzrə ümumilikdə 292,432.18 manat az, 2018-ci ilin noyabr, 2019-cu ilin fevral, aprel-iyun, avqust, oktyabr-dekabr, 2020-ci ilin fevral, iyul-avqust, 2021-ci ilin iyun ayları üzrə ümumilikdə 202,533.56 manat artıq hesablandığını müəyyən etmiş və nəticə iddiaçıya 89,898.62 manat (292,432.18 – 202,533.56) əlavə dəyər vergisi hesablamışdır. Cavabdeh vergi orqanı həyata keçirdiyi hesablamaları vergi ödəyicisi tərəfindən müvafiq hesabat dövrləri ərzində ƏDV üzrə vergitutulan əməliyyatların və əvəzləşdirilən ƏDV məbləğlərinin vaxtının və məbləğinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı yoxlanılan dövr üzrə ƏDV üzrə hesablama apararkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, səyyar vergi yoxlaması aktının 15-ci səhifəsində qeyd edilənlərə əsasən vergi orqanı xx.xx.2018-ci il tarixli HU seriyalı 754885 nömrəli elektron vergi hesab faktura üzrə aparılmış 375,226.88 manat məbləğində əməliyyatı 2018-ci ilin oktyabr ayının vergi tutulan dövriyyəsinə daxil etmiş və nəticədə iddiaçıya 67,540.83 manat ƏDV məbləği hesablamışdır. Halbuki, qeyd olunan xx.xx.2018-ci il tarixli HU seriyalı 754885 nömrəli elektron vergi hesab faktura üzrə aparılmış 375,226.88 manat məbləğində əməliyyat vergi ödəyicisi tərəfindən 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş vergi bəyannaməsində vergitutulan dövriyyəyə daxil edilərək vergi hesablanmış və həmin hesabat dövrü cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli **********168122 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən təyin edilmiş əvvəlki səyyar vergi yoxlaması ilə əhatə olunaraq, müvafiq hesabat dövrü üzrə təqdim edilmiş vergi bəyannaməsinin düzgünlüyü həmin yoxlama ilə təsdiq edilmişdir. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı 375,226.88 manat məbləğində vergiyə cəlb edilən əməliyyatı həm 2018-ci ilin sentyabr, həm də oktyabr aylarına aid etməklə, iddiaçıya 67,540.83 manat ƏDV məbləğini iki dəfə hesabamışdır. Digər tərəfdən 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə vergilərin yenidən hesablanması üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət bitmişdir. Nəticə etibarilə, hətta 375,226.88 manat vergiyə cəlb edilən dövriyyə 2018-ci ilin oktyabr ayının dövriyyəsi olsa belə, həmin dövriyyə 2018-ci ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bəyan edilmiş, həmin bəyannamənin doğruluğu vergi orqanı tərəfindən təsdiq edilmiş və hesabat dövrü üzrə vergilərin yenidən hesablanması ilə bağlı müddət də bitmişdir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması nəticəsində 2018-ci ilin oktyabr ayı üzrə müəyyən edilmiş 375,226.88 manat məbləğində vergiyə cəlb edilən əməliyyat və ona müvafiq olaraq hesablanmış 67,540.83 manat ƏDV məbləği vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən yoxlanılan hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 252,223.58 manat dövriyyə üzrə əvəzləşdirilmiş 45,400.25 manat ƏDV məbləği vergi orqanı tərəfindən etibarsız hesab edilərək bərpa edilmişdir. Lakin məhkəmə araşdırması zamanı ekspertiza tədqiqatına müvafiq olaraq iddiaçı tərəfindən alınmış və ya idxal edilmiş malların dəyərinin və ƏDV məbləğinin qanunla müəyyən edilmiş qaydada ödənildiyi müəyyən edilmişdir ki, bu da əvəzləşdirilmiş 45,400.25 manat ƏDV məbləğinin vergi orqanı tərəfindən etibarsız hesab edilərək bərpa edilməsinin vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığını göstərir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/626 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində cəmiyyət tərəfindən elektron qaimə faktura (elektron vergi hesab faktura) əsasında alınmış ümumilikdə 31,909,043.40 manat məbləğində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız qaydada bank hesabı vasitəsilə, 5,743,627.80 manat məbləğində ƏDV məbləğinin isə ƏDV sub-uçot hesabı vasitəsilə, həmçinin idxal edilmiş 325,516.03 manat məbləğində malların dəyərinin tam ödənildiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunan ekspert rəyinin ikinci sual üzrə gəldiyi nəticəyə əsasən mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərar ilə yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə vergi orqanı tərəfindən hesablanmış 89,898.63 manat ƏDV məbləğinin düzgünlüyü müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar hesablanmış 89,898.62 manat əlavə dəyər vergisinə münasibətdə əsassız olmuşdur. Səyyar vergi yoxlaması nəticəsində iddiaçıya hesablanmış mənfəət vergisinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçının 2018-2021-ci illər üzrə ödəməli olduğu mənfəət vergisi cəmiyyətin gəlirləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması nəzərə alınmaqla müəyyən edilmiş və nəticədə iddiaçıya 2018-ci il üzrə 375,811.61 manat, 2019-cu il üzrə 483,440.83 manat, 2020-ci il üzrə 322,984.21 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh apardığı hesablamanı belə əsaslandırmışdır ki, yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, vergi ödəyicisi vergi uçotunu 2018-ci il üzrə kassa metodu ilə apardığı halda, 2019-cu il üzrə hesablama metoduna dəyişdirmiş və cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı 2018-ci ilin sonuna olan 1,373,229.92 manat debitor borc məbləğini 2019-cu il üzrə təqdim edilmiş vergi bəyannaməsində ümumi gəlirə daxil edərək vergiyə cəlb etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də cavabdeh yoxlama zamanı göstərilən debitor borc məbləğini 2019-cu il üzrə vergiyə cəlb edilən ümumi gəlirə daxil edərək əlavə vergi məbləği hesablamışdır. Mənfəət vergisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasən hesablanmasına münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada hesablanmamaqla yanaşı, mənfəət vergisinə münasibətdə həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinə istinad edilməklə hesablanma aparılmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, mübahisələndirilən qərarla cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə iddiaçıya əlavə mənfəət vergisi hesablanmışdır. Halbuki, diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş digər üsulları tətbiq etmək hüququndan imtina edərək birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi vergi qanunvericiliyin yuxarıda sadalanan tələblərinə ziddir və bu cür metodla aparılmış hesablama qanuni sayıla bilməz. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun “Hüququn tətbiqindən imtinanın qadağan olunması” başlıqlı 16-cı maddəsinin tələblərinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur (maddə 16.1) və hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır (maddə 16.2). Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2018-2021-ci illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci madəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı vergi ödəyicisinin gəlirlərə və xərclərə dair müvafiq təsdiqedici sənədlərinin mövcud olduğu müəyyən edilmiş və həmin sənədlər əsasında iddiaçının 2018-2020-ci illər üzrə ödəməli olduğu mənfəət vergisi hesablanmışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/626 nömrəli ekspert rəyində (səhifə 3-5) qeyd edilənlərə əsasən ekspertizaya təqdim edilmiş ilkin uçot sənədlərinə əsasən iddiaçının ödəməli olduğu mənfəət vergisinin 2018ci il üzrə 12,314.49 manat, 2019-cu il üzrə 27,464.84 manat, 2020-ci il üzrə 12,240.0 manat olduğu, nəticədə cəmiyyət tərəfindən 2018-2020-ci illər üzrə ümumilikdə 12,898.28 manat mənfəət vergisinin az hesablandığı müəyyən edilmişdir. Göstərilən ekspert rəyində mənfəət vergisinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsinə dair birinci sual üzrə gəlinmiş nəticəyə əsasən, mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərara əsasən mənfəət vergisi üzrə hesablanmış 1,182,236.65 manat əlavə vergi məbləği 12,898.28 manat hissə istisna olmaqla qalan hissədə öz təsdiqini tapmamışdır. Bundan başqa, vergi uçotu metodunun kassa metodundan hesablama metoduna dəyişdirilməsi ilə bağlı 2018-ci ilin sonuna olan 1,373,229.92 manat debitor borc məbləğinin 2019-cu il üzrə təqdim edilmiş vergi bəyannaməsində ümumi gəlirə daxil edərək vergiyə cəlb edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2019-cu il tarixə 1,373,229.92 manat debitor borcunun olduğu müəyyən edilmədi və vergi orqanı buna dair hər hansı mötəbər təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Digər yandan, cavabdeh vergi orqanı uçot metodu dəyişdirildiyi üçün iddiaçının debitor borclarını müəyyən edərək gəlirlərə aid etdiyi halda, iddiaçının xərclərə salınmalı olan kreditor borclarını araşdırmamışdır. Halbuki, uçot metodu kassa metodundan hesablama metoduna dəyişdirilərkən vergi ödəyicisinin əvvəlki metod üzrə kredit borcları yeni metod üzrə gəlirləri, kreditor borcları isə yeni metod üzrə xərcləri kimi qiymətləndirilir. Belə ki, Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Həmin Məcəllənin 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Həmin Məcəllənin 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Həmin Məcəllənin 134. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Həmin Məcəllənin 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: - vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir (136.1.1); - maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir (136.1.2); - əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir (136.1.3). Göründüyü kimi, vergi orqanı iddiaçının vergi uçotu metodunun dəyişdirilməsi əsası ilə debitor borclarını müəyyən etsə də, kreditor borclarını müəyyən etmədiyindən və eyni zamanda, debitor borclarını necə müəyyən etdiyini də məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən, məhkəmə belə hesab edir ki, bu əsasla iddiaçıya hesablanması əlavə vergi məbləği əsassız olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar hesablanmış 1,182,26.65 manat mənfəət vergisinə münasibətdə 12,898.28 manat hissə istisna olmaqla, qalan hissədə əsassız olmuşdur. Səyyar vergi yoxlaması nəticəsində iddiaçıya hesablanmış əmlak vergisinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən vergi ödəyicisinin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə 185,179.90 manat məbləğində əmlakı (əsas vəsaitləri) olduğu halda, 2020-ci il üzrə əmlak vergisi bəyannaməsi təqdim etmədiyindən, cəmiyyətə Vergi Məcəlləsinin 202.1.1-ci maddəsinə müvafiq olaraq 925.90 manat əlavə vergi məbləği hesablanmışdır. Göstərilən hesablama ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən 2020-ci il üzrə əmlak vergisi bəyannaməsinin qanunla müəyyən edilmiş qaydada təqdim edilmədiyi və nəticədə 925.90 manat əmlak vergisinin azaldıldığı müəyyən edildi. İddiaçı isə öz növbəsində qeyd olunan hesablamanın əsassızlığına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar 925.90 manat əmlak vergisinin hesablanması hissəsində əsaslı olmuşdur. Səyyar vergi yoxlaması nəticəsində iddiaçıya muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə hesablanmış əlavə məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən cəmiyyət tərəfindən 2020-ci ilin 2-ci və 3-cü rübləri üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə bəyannamələrdə kənarlaşma müəyyən edilmişdir. Belə ki, göstərilən hesabatlarda hesabat dövrlərinin müvafiq ayları üzrə bəyan edilmiş muzdlu işçilərin gəlirlərinin məbləği ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında olan göstəricilər arasında fərq yaranmış və həmin kənarlaşmaya müvafiq olaraq iddiaçıya məcburi dövlət sosial sığorta haqları və işsizlik sığortası haqları üzrə ümumilikdə 1,580.78 manat əlavə sığorta haqqı hesablanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı təqdim edilmiş hesablatlar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında əmək haqqı məbləğləri ilə bağlı olan göstəricilər arasında yaranmış kənarlaşmanın və həyata keçirilmiş 1,580.78 manat hesablamanın əsassızlığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar 1,580.78 manat məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması hissəsində əsaslı olmuşdur. Səyyar vergi yoxlaması nəticəsində iddiaçıya ƏDV məbləğinin gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə və vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçı 2018-ci il üzrə 221,963.40 manat, 2019-cu il üzrə 292,331.70 manat ƏDV məbləğini gec ödədiyinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə müvafiq olaraq, ümumilikdə 257,147.55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktında öz əksini tapmış 2018-ci il üzrə 221,963.40 manat, 2019-cu il üzrə 292,331.70 manat ƏDV məbləğlərinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə dair təsdiqedici cədvəli məhkəməyə təqdim etmiş və iddiaçı həmin cədvəldə olan məlumatların düzgünlüyünü təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçıya vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinadən 120 manat maliyyə sanksiyasının tətbiq edilmiş və məhkəmə araşdırması zamanı qeyd olunan bəyannamələrin faktiki olaraq iddiaçı tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar ƏDV-nin gec ödənilməsinə görə tətbiq edilmiş 257,147.55 manat, hesabatların gec təqdim edilməsinə tətbiq edilmiş 120 manat maliyyə sanksiyası hissəsində əsaslı olmuşdur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarında mənfəət, əmlak vergisi, ƏDV və məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqları hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi və məhkəmə araşdırması üzrə gəlinən nəticə inzibati orqanın bu qənaətini qismən təkzib edir və 2018- 2020-ci illər üzrə 1,169,338.37 manat mənfəət vergisinin və 2018-2021-ci illərin müvafiq ayları üzrə 89,898.62 manat ƏDV-nin əsassız hesablanmasını müəyyən edir. İlk növbədə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə alınmış 25 iyul 2023-cü il tarixli 9/626 nömrəli ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas mövcud deyil. Həmçinin məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 12,898.28 manat mənfəət vergisinin, 925.90 manat əmlak vergisinin, 1,580.78 manat məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqlarının qanuna uyğun olması qənaətinə gəlir. Eyni zamanda məhkəmə mübahisələndirilən qərar ilə ƏDV məbləğlərinin gec ödənilməsinə görə tətbiq edilmiş 257,147.55 manat və hesabatların vaxtında təqdim edilməməsinə görə tətbiq edilmiş 120 manat maliyyə sanksiyalarını da qanuna uyğun olması nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********161990 nömrəli qərarı qismən, yəni 89,898.62 manat ƏDV və 1,169,338.37 manat mənfəət vergisinin hesablanması və həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən inzibati akt (xx.xx.2022-ci il tarixli **********161990 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əsas vergi borcu və maliyyə sanksiyasını) ödəmək öhdəliyi yaradır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********161990 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarı 89,898.62 manat ƏDV və 1,169,338.37 manat mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli **********161990 nömrəli qərarı “89,898.62 manat ƏDV və 1,169,338.37 manat mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150,00 (bir yüz əlli) manat iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar