Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-8086/2025 11.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X2, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 ona məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanda yerləşən 1B saylı evin, 12 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1b-də yerləşən 12 saylı mənzil üzərində onun mülkiyyət hüquqları DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsində dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Onun gəlini X3 xx.xx.2010-cu ildə oğlu X7 ilə ailə həyatı qurmuş və iddiaçı onu bu mənzilə qeydiyyata almış, Ülviyyənin uşaqları X8 və X10 da bu mənzilə qeydiyyata alınmışlar. Ülviyyə onlarla yaşamaq istəmədiyini bildirməklə 2025-ci ilin aprel ayında uşaqlarını da götürərək evdən getmiş və həmin vaxtdan bu mənzildə yaşamır. İddiaçı bu mənzil üzərində mülkiyyət hüquqlarını 2004-cü ildə əldə etmiş və Ülviyyənin və onun azyaşlı uşaqlarının bu mənzilə hər hansı bir hüququ yoxdur.Lakin onların mənzilimdə qeydiyyatda qalmaları iddiaçıya mülkiyyətində olan mənzil üzərində sahiblik və sərəncam hüquqlarını həyata keçirməyə əngəl yaradır. Bu şəxslərin mənzilinə hər hansı bir hüququ yoxdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək adları qeyd olunan şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin cavabdeh cavab məktubunda onun müraciətini təmin etməmiş, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu, Mənzilə dair Qeydiyyat Vəsiqəsinin surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4526/2025 nömrəli, 16 yanvar 2026-cı il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanda yerləşən 1B saylı evin, 12 nömrəli mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X3 onun keçmiş gəlini, X8 və X10 isə onun nəvəsidir və onlar qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4526/2025 nömrəli, 16 yanvar 2026-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçının oğlu, yəni üçüncü şəxsin əri olan X7 ilə nikahlarına xitam verilmiş və uşaqların ananın yanında qalması qət edilmişdir. Göründüyü kimi mübahisəli mənzilə dair X2, X4, X6 istifadə hüququnun olması müəyyən olunmur.Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.1-ci maddənin tələbləri baxımından həmin şəxslərin mənzildə istifadə hüququnun yaranması üçün İddiaçı tərəfindən verilmiş qeydiyyata razılıq barədə ərizə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmalıdır. İddiaçının keçmiş gəlini onun mülkiyyətinə pasport qeydiyyatına salınmasına baxmayaraq, xeyli müddətdir ki, həmin mənzildə yaşamamışdır. Belə olduğu tədqirdə üçüncü şəxslərin onun mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, X2, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013cü il təvəllüdlü X6 mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Hazırkı iddia tələbi üzrə X2, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 mənzilə pasport qeydiyyatına düşməsi onların həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan iddiaçının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxlərin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İddiaçının nümayəndəsinin bildirdiyinə görə qeyd olunan ərizə DƏDKR-də qeydiyyata alınmayıb. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların valideynlərin daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onların mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, X2, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Məmmədova (Əliyeva) Ülviyyə Taryel qızının, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 İddiaçı məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanda yerləşən 1B saylı evin, 12 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №e-2-1(118)-8086/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-8086/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver