Məhkəmə qərarları › İş №e-2-1(118)-856/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-856/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-856/2023 02.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayon Görədil bələdiyyəsinə qarşı “cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayon Görədil bələdiyyəsinə qarşı iddia qaldıraraq “cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən məlumata əsasən Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı üzrə borclu İddiaçı 217441,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Abşeron rayonu Görədil Bələdiyyəsinin xeyrinə ödənilməlidir. Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı rəsmi qaydada təqdim edilməmişdir. Qərarın surətini Abşeron rayon İcra və probasiya şöbəsindən xx.xx.2022-ci il tarixdə əldə etmişdirlər. Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Abşeron rayonu Görədil kənd ərazisində vergi ödəyicisi İddiaçı məxsus, ümumi sahəsi 3022,70 kv.m qeyri-yaşayış sahəsi əmlak və 376000 kv.m qeyriyaşayış torpaq sahəsi Azərbayca Respublikası Vergi Məsələsinin 59, 196,197,198, 200-cü maddələrinə əsasən hesablanmış faiz borcu 41833,71 manat, cəmi ümumilikdə 217441,40 manat vergi borcunu ödəməlidir. Lakin vergi ödəyicisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmiş əmlak və torpaq vergisini ödəməmişdir və Azərbaycan Respublikası Vergi Məcəlləsinm 16.1.1-ci maddəsinin tələbini pozaraq, qanunla müəyyən edilmiş vergini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Qərara alınmışdır ki, İddiaçı ümumilikdə isə 217441,4 manat tutulsun. Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı əsassız va qanunsuz olduğundan ləğv edilməlidir. Eyni məzmunlu Abşeron rayon Görədil bələdiyyəsinin 2/1 nömrəli xx.xx.2021-ci il tarixli qərarı, tərəflərindən verilmiş iddia ərizəsi əsasında Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-909/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bu illər ərzində əmlak və torpaq vergisi üzrə borcun olması barədə heç bir bildiriş daxil olmamış, məlumat vermədən, heç bir rəsmi bildiriş olmadan iştirakları olmadan vergi borcunun olması nəticəsinə gəlinməsi absurddur. Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin va ödanişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində va digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral va səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Qərar tərtib olunarkən heç bir səyyar vergi yoxlamasi aktı qarara əlavə edilməmişdir. Səyyar vergi yoxlamasının keçirilməs i üçün mütəxəssislər cəlb olunmalı və vergi odəyicisinə bununla bağlı məlumat verilməlidir. Həmin qanunun 5.5-ci maddəsinə əsasən odəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, hamin akta ödəyicinin və ya onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında odəyiciyə vergi xidmati orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Odəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Qanunun tələbindən də göründüyü kimi akt tərtib olunarkən odəyiciyə məlumat verilməsi qanunla mübahisələndirilə bilməz olmağına baxmayaraq Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən bu müddəa pozulmuş və qanunun tələblərinə düzgün riayət edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəl i şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Qanunvericiliyin pozulmasına göra masuliyyati, dövlət vergi orqanlarının va onların vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilmasi qaydalarmi müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu Məcəllənin əsasında və onun icrası məqsədilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu Məcəllənin əsasında və ya onun icrası məqsədilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə asasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın aldığı gündən 30 gün müddətində akta va ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Hesab edir ki, Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı qanunauyğun olaraq tərtib olunmadığından ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsini müdafiə etmiş, bildirmişdir ki, Qərarın nəyin əsasında verildiyi bəlli deyil. Torpaqlar əkilib becərilməyib, əkilməsi mümkün deyil. 2022-ci il tarixli məktubda 56000 borc qeyd edilmiş, Aktda isə 217000. Bakı ərazisi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların 4 kateqoriyası var. Ən birinci kateqoriya ilə vergi hesablanmışdır. Torpaq sahəsinin təyinatı sonradan dəyişdirilsə də ona kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, vaxtilə kənd təsərrüfatı təyinatlı olsa da torpaq sahəsinin təyinatı sonradan 2018-ci il təyinatı dəyişdirilmişdir. Arayışlar təqdim edilmişdir. Sənaye tipli torpaq sahəsi kimi tanınır. İllərdir ki, vergi ödənilmir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən inzibati aktın rəsmi qaydada iddiaçıya çatdırılması, iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, Abşeron rayon Göradil Bələdiyyəsinin 31 avqust 2022-ci il tarixli iclasının 09 saylı protokolunun 9/8 saylı Qərarı ilə İddiaçı illik əmlak vergisi 906.81 manat, illik torpaq vergisi üzrə 57766.0 manat, ötən dövrlər üzrə 12086.59 manat, hesablanmış % üzrə 41833.71 manat, cəmi 217441.40 manat məbləğdə vergi tutulması qərara alınmışdır. 12 sentyabr 2022-ci il tarixdə İddiaçı vergi borcunu ödəməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı barəsində icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini istəyir. İddiaçı qeyd edir ki, Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022ci il tarixli rəsmi qaydada təqdim edilməmişdir. Qərarın surəti Abşeron rayon İcra və probasiya şöbəsindən xx.xx.2022-ci il tarixdə əldə etmişdirlər...Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı əsassız va qanunsuz olduğundan ləğv edilməlidir...Eyni məzmunlu Abşeron rayon Görədil bələdiyyəsinin 2/1 nömrəli xx.xx.2021-ci il tarixli qərarı, tərəflərindən verilmiş iddia ərizəsi əsasında Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-909/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bu illər ərzində əmlak və torpaq vergisi üzrə borcun olması barədə heç bir bildiriş daxil olmamış, məlumat vermədən, heç bir rəsmi bildiriş olmadan iştirakları olmadan vergi borcunun olması nəticəsinə gəlinməsi absurddur. Cavabdehin nümayəndəsi isə torpaq sahəsinin sənaye torpaqlarına aid edilməklə vergi məbləğinin qanunauyğun hesablandığı qənaətindədir. Lakin cavabdeh orqan tərəfindən qərarın qanuniliyini sübut edən hərhansı inzibati icraat materialı təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bələdiyyələr vergi öhdəliyini müəyyən edən qərarı yalnız müvafiq qaydada inzibati icraat aparıldıqdan sonra qəbul edə bilərlər. Eyni zamanda vergi borcunun tələb edilməsidə qanunvericiliyin tələblərinə uyğun olmalıdır. İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Lakin mübahisələndirilən qərar əsaslandırılmamış, sadəcə olaraq konkret vergi məbləği tələləb edilmiş, həmin borcun yaranma səbəbləri əsaslandırılmamaış, iddiaçının inzibati icraata cəlb edilməsi, ümumiyyətlə inzibati icraatın aparılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” əsasnamənin tələblərinə əsasən: 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin cavabdeh yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparmamış, nəticədə qanunsuz qərar qəbul etmişdir. Beləliklə Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın qanunsuz olduğunu göstərir və ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmənin icraatında əvvəldə tərəflər arasında vergi borcu ilə bağlı mübahisə olmuş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-909/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə verginin hesasblanması ilə bağlı qərar ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakla bağlı qanunvericilikdə nəzərdə vergilərin hesablanması və tələb edilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Lakin bununla bağlı qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Cavabdehə inzibati orqana izah edilsin ki, iddiaçının vergi borcları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olan yeni icraat aparması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar