Məhkəmə qərarları › İş №e-2-1(118)-857/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-857/2024

06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-857/2024 06.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisnin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müəssisə olaraq xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatından keçərək təsis olunmuş, fəaliyyət göstərdiyi müddət ərzində nümunəvi vergi ödəyicisi olmuş, əsas iqtisadi fəaliyyəti mebel avadanlıqlarının idxalı və ölkə ərazisində satışıdır. Fəaliyyəti çərçivəsində kifayət qədər dövlət büdcəsinə vəsait ödəmiş, ölkənin iqtisadi cəhətdən inkişafının bir hissəsi olmuşdur. Lakin,onun fəaliyyətinə maneə olmaq istəyən cavabdeh xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar qəbul etmişdir. Qərarda əsas olaraq “Qarşılıqlı əməliyyat apardığını: vergi ödəyicisində xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı qeydiyyata qoyulmuş təsərrüfat subyektinin real olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq tərəfinizdən təqdim ohmırnş cəmi 60311 manat dəyərindəki qaimələr əmtəəsi: əməliyyatlar çərçivəsində həyata keçirilmiş hesab olunur. ” qeyd edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020ci il 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarın 2,1.2-ci yarımbəndini qeyd edərək əsassız və qanunsuz xx.xx.2023-cü il tarixli **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar qəbul etmişdir.Bundan əvvəl görüşdə olmağına, dəfələrlə məktublar yazmağına baxmayaraq qərar qəbul edilmişdir. Halbuki qərarın qəbul edilməsi üçün heç bir əsas yoxdur və tamamilə subyektiv fikirlərə əsaslanan mülahizələrdir. Heç bir hüquqi və faktiki əsası yoxdur.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş ərizəni aşağıdakı səbəblərdən əsassız hesab edir: İddiaçı MMC 15.01. 2020-ci il tarixdən vergi ödəyicisi və 15.01,2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı zaman əsas fəaliyyət növü kimi mebellərin topdan satışı qeyd edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” təsdiq edilmişdir. Meyarların 2.1.2-ci yarımbəndinə uyğun olaraq İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bildirilir ki, İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə görə, vergidən yayınma sxemi dedikdə, vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür.Belə ki, Dövlət Vergi Xidmətinə X3 (VÖEN: **********) tərəfindən daxil olmuş məktuba əsasən İddiaçı MMC-nin mal təqdim etdiyi "xxxx" MMC-nin (VÖEN: **********) obyekti real olmadığı müəyyən edilmişdir (müvafiq məktub etiraza əlavə olunur). Faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən obyektdən istifadə hüququ olmadığı, istifadə etmədiyi aşkar olunmuşdur. Yəni, "xxxx" MMC tərəfindən özünün fəaliyyətlə məşğul olduğu görüntüsü yaratmaq üçün X1 anbar tipli obyekt icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. İddiaçı MMC tərəfindən riskli əməliyyatların aparılması, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd olunan əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara (o cümlədən əmtəəsiz əməliyyatlara) uyğun olduğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilib. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)-1212/2023 saylı qərarında Ali Məhkəmənin hüquqi mövqeyi də müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2023- cü il tarixli **********379000 nömrəli “Vergi ödəyicisnin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarın ləğv edilməsi niyyətindədir. Belə ki, iddiaçı qərarın əsassız və qanunsuz olmasını bildirir və heç bir əmtəəsiz əməliyyat aparılmadığını qeyd edir. Cavabdeh isə qərarda edir ki, “Qarşılıqlı əməliyyat apardığınız vergi ödəyicilərində xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı qeydiyyata qoyulmuş təsərrüfat subyektinin real olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq tərəfinizdən təqdim olunmuş cəmi 60311 manat dəyərindəki qaimələr əmtəəsiz əməliyyatlar çərçivəsində həyata keçirilmiş hesab olunur.” Məhkəmə araşdırması zamanı, cavabdehin nümayəndəsinin verdiyi izahatlardan və təqdim edilmiş etirazdan aydın olur ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar məhz iddiaçı ilə "xxxx" MMC arasında aparılmış alqı-satqı əməliyyatına görə qəbul edilmişdir. Cavabdeh əsaslandırmağa çalışmışdır ki, iddiaçı "xxxx" MMC-yə faktiki olaraq mallar satmamış, yalnız sənəd üzərində alqı-satqı olmuşdur. Cavabdeh "xxxx" MMC-nin fəaliyyət göstərdiyi anbarın həqiqətən də ona məxsus olmadığını müəyyən etdiyini qeyd edərək iddiaçı ilə "xxxx" MMC-nin əmtəəsiz əməliyyat həyata keçirdiyini göstərmişdir. Lakin cavabdeh "xxxx" MMC ilə iddiaçı arasındakı alqı-satqı əməliyyatının əmtəəsiz olduğunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Lakin, iddiaçı məhkəmə araşdırması zamanı bildirmişdir ki, "xxxx" MMC ilə aparılmış alqı-satqı əməliyyatı tamamilə real əməliyyatdır. Həmin malları xarici ölkə ərazisindən idxal etmiş və "xxxx" MMC-yə müqavilə və elektron-qaimə əsasında satmışdır. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, hazırda "xxxx" MMC riskli vergi ödəyicisi siyahısında deyildir. İddiaçı tərəfindən təqdim edilən sənədə əsasən müəyən olunur ki, Cavabdehin riskli hesab etdiyi və "xxxx" MMC ilə əməliyyat aparıldığına görə barəsində riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilən iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilsə də, "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına əlavə edilməmişdir. Həmçinin, riskli vergi ödəyicisi ilə aparılmış bütün əməliyyatların qəti şəkildə əmtəəsiz əməliyyat olması qənaətinə gəlmək düzgün hesab oluna bilməz. Çünki, riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Halbuki, burada "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmasına dair qərar belə mövcud deyildir. İddiaçının Ekos Trade” MMC ilə alqı-satqı əməliyyatı həyata keçirlən zaman Ekos Trade” MMC -nin hansı anbarda saxlamaq üçün mal aldığını və həmin qeydiyyata qoyulmuş fəaliyyət obyektinin qanuni şəkildə qeydiyyatda olub-olmadığını araşdırmaq və ya müəyyən etmək kimi bir vəzifəsi və ya səlahiyyəti qanunvericiliklə müəyyən olunmamışdır. Bu isə qəbul edilmiş qərarın əsaslı olmadığını göstərir. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsaslı olmamışdır.Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 13.2.81-ci yarımbəndinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Həmin Məcəllənin 13.2.82-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Lakin iddiaçının əməliyyatlar aparmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin Qərarın 3-cü maddəsinə əsasən, Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə araşdırması zamanı iddiaçının hər hansı riskli əməliyyat hesab olunan əməliyyat aparmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar