Məhkəmə qərarları › İş №e-2-1(118)-917/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-917/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-917/2023 04.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyim 150000 AZN-nin ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, xx.xx.2022-ci il tarixli **********032600 saylı “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubla eyni məzmunlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********159600 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar”ın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********032600 saylı “Müraciətə baxılmanın nəticəsi haqında” məktubu qanunsuz əlverişsiz inzibati akt olduğundan yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 AZN-nin ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyim 150000 AZN-nin ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, xx.xx.2022-ci il tarixli **********032600 saylı “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubla eyni məzmunlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********159600 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar”ın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinə müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, lakin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” qüvvəyə mindikdən öncə - xx.xx.2022-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs "xxxx" ASC-dən (VÖEN: **********) Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küç, 460-da yerləşən kompleksdə inşa olunan 25-ci bina, 2-ci blok, 17-ci mərtəbə, 48 nömrəli, 4 otaqlı mənzil əldə edilmiş, mənzilin ƏDV daxil 276368 AZN ümumi dəyərinin, ƏDV daxil 126368 AZN hissəsi ilkin ödəniş kimi nağd olmaqla rəsmi şəkildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “04” aprel 2016-cı il tarixli Q-09 №li qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun şəkildə tətbiq və tərtib edilmiş maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi ciddi hesabat blankı olan kassa mədaxil orderi və onun qəbzi rəsmiləşdirilməklə ödənilmiş, ƏDV daxil 150000 AZN hissəsi isə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ona ayrılmış kredit əsasında nağdsız qaydada satıcının bankda olan hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə ödənilmişdir. Məhkəməyə qədərki inzibati icraat Qayda dərc edildikdən sonra onun 6.1-ci bəndinin tələbləri qaydasında yaşayış sahəsinin təqdim edilməsi ilə bağlı sənədləri təqdim etməklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 26 may tarixinədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış sahəsini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxs kimi, yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 AZN-nin ƏDV məbləğinin 30 faizinin qaytarılması xahişi ilə satıcının vergi uçotunda olduğu vergi orqanına “Əldə edilmiş yaşayış sahəsinə görə nağdsız qaydada ödənilmiş vəsaitin ƏDV hissəsinin geri qaytarılması” barədə xx.xx.2022-ci il tarixli ərizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********787400 nömrəli) ilə müraciət etmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********032600 saylı “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubu (bundan sonra imtina məktubu) ilə müraciətimin müsbət həll edilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -xx.xx.2022 tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küç, 460-da yerləşən kompleksdə inşa olunan 25-ci bina, 2-ci blok, 17-ci mərtəbə, 48 nömrəli, 4 otaqlı mənzili satmışdır. -xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, mənzilin ƏDV daxil 276368 AZN ümumi dəyərinin ƏDV daxil 126368 AZN hissəsi ilkin ödəniş kimi nağd şəkildə ödənilmişdir. -xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, mənzilin ƏDV daxil 150000 AZN hissəsi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ayrılmış kredit əsasında nağdsız qaydada satıcının bankda olan hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə ödənilmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması barədə müraciəti təmin edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022- ci il tarixli, **********44209 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə kassa mədaxil orderi iiə "xxxx" ASC-yə 126368 manat iddiaçı tərəfindən ilkin ödəniş edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə bank vasitəsi ilə mənzilin qalıq dəyəri 150000 manat ödənikmişdir. Nərimanov rayonu, İslam Abışov küçəsi 25 saylı binanın tikintisi 2022-ci ilin mart ayında başlanmışdır və təxminən 2024-cü ilin aprel-may aylarında təhvil verilməsi nəzərdə tutulmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 165.6-cı (xx.xx.2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş dəyişiklik) maddəsinə görə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 2.2-ci bəndində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin birinci cümləsində “orqan” (qurum) dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” : 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaiməfaktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). İstinad olunan Qaydanın “Keçid müddəaları” adlanan bölməsi : 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı "xxxx" ASC ilə bağladığı müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küç, 460-da yerləşən kompleksdə inşa olunan 25-ci bina, 2-ci blok, 17-ci mərtəbə, 48 nömrəli, 4 otaqlı mənzili əldə etmiş, mənzilin ümumi dəyərinin bir hissəsini ilkin ödəniş kimi nağd, qalan 150.000 manat hissəsini isə nağdsız qaydada xx.xx.2022-ci il tarixdə ASC-nin bank hesabıan ödəmişdir. İddiaçı ödənişi başa çatdırdıqda yuxarıda göstərilən Qaydanın qüvvəyə minmədiyinə istinad edərək nağdsız qaydada ödənilən hissənin ƏDV məbləğinin 30 faizinin ona qaytarılması ilə bağlı cavabdeh vergi orqanına müraciət etmişdir. Cavabdeh isə yalnız yaşayış sahəsinin dəyərinin tam nağdsız qaydada ödənildiyi halda ƏDV məbləğinin 30 faizinin qaytarılmasının nəzərdə tutulduğunu bildirərək iddiaçının müraciətini təmin etçəkdən imtina etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndində və ƏDV məbləğinin qaytarılmasını nəzərdə tutan digər bəndlərində yalnız yaşayış və qeyri-yaşayış sahəsinin dəyərin tam şəkildə nağdsız qaydada ödənildiyi halda ƏDV məbləğinin qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı onun tərəfindən ödənişin göstərilən Qayda qüvvəyə minənədək tam ödənildiyini və nağdsız qaydada ödənildiyi hissəyə müvafiq ƏDV məbləğinin geri qaytarılmasını tələb etdiyini bildirsə də, məhkəmə qeyd edir ki, Qaydanın keçid müddəalarında da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxslərdən ƏDV məbləğinin 30 faizinin qaytarılması üçün alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlərin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qaydanın da tələbindən götündüyü kimi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin bir qisminin nağd, digər qisminin isə nağdsız qaydada ödənildiyi halda ƏDV_nin geri qaytarılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar