Məhkəmə qərarları › İş №e-2-1(118)-919/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-919/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-919/2023 08.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı « siyahıya alınmış əmlakının satılması» barədə iddia tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «cavabdehin xx.xx.2022-ci il tarixdə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1016.52 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1125 manat məbləğində siyahıya alınmış əmlakının (130 manat dəyərində “RVENİS” 25 litrlik mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “MAXİMUM” 20 litrlik mühərrik yağ, vahidinin qiyməti 65 manat olan 2 ədəd “FULOİL” mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “FULOİL” hidravlik yağı, vahidinin qiyməti 45 manat olan 5 ədəd “HİDRAVLİKOİL” 20 litrlik, 140 manat dəyərində “CASTROL” sürət qutusu yağı, 80 manat dəyərində “LUKOİL” sürət qutusu yağı, 80 manat dəyərində “SUPERGRESS EPO” almacıqq yağı, vahidinin qiyməti 50 manat olan 2 ədəd “SHAKMAN” hava filteri) satılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə verg öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022 tarixə yaranan 1016.52 manat borcuna görə 1125 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 1016.52 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Cavabdeh vergi ödəyicisi olan Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Fiziki şəxs haqqında məlumat”dan görünür ki, Cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə 1016.52 manat məbləğində borcu yaranmışdır. - 01 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********7 saylı “Əmlakın siyahıya alınması haqqında” Qərardan görünür ki, qərar əsasında **********7 saylı, 29 mart 2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak – (130 manat dəyərində “RVENİS” 25 litrlik mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “MAXİMUM” 20 litrlik mühərrik yağ, vahidinin qiyməti 65 manat olan 2 ədəd “FULOİL” mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “FULOİL” hidravlik yağı, vahidinin qiyməti 45 manat olan 5 ədəd “HİDRAVLİKOİL” 20 litrlik, 140 manat dəyərində “CASTROL” sürət qutusu yağı, 80 manat dəyərində “LUKOİL” sürət qutusu yağı, 80 manat dəyərində “SUPERGRESS EPO” almacıqq yağı, vahidinin qiyməti 50 manat olan 2 ədəd “SHAKMAN” hava filteri) siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı və protokolu imzalayaraq surətlərini almışdır.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından da düzgün verilmişdir, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə fiziki şəxs və vergi ödəyicisi olan Cavabdeh xx.xx.2022-ci il tarixə Dövlət Büdcəsinə ödənilməmiş ümumilikdə 1016.52 manat məbləğində borcu olmuşdur. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi Vergi Orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 15 mart 2022-ci il tarixli qərar qəbul edilmiş və həmin Qərar əsasında 05 may 2022-ci il tarixinədək Dövlət Büdcəsinə ödənilməmiş ümumilikdə 1016.52 manat məbləğində borcuna görə vergi ödəyicisinə məxsus əmlak siyahıya alınaraq, bu barədə 29 mart 2022-ci protokol tərtib edilmişdir. (siyahıya alınmış əmlakın tam siyahısı tərtib edilərək, müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır). Həmin Protokol əsasında vergi ödəyicisinə məxsus əmlaklar vergi ödəyicisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlaklar siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinin qanuni təmsilçisinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Qeyd edilən Məcəllənin 24.0.1 və 24.0.12-ci maddələrinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergi Məcəllsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.3-1-ci maddəsinə əsasən, Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə Dövlət Büdcəsinə olan ümumilikdə 1016.52 manat borc ödənilmədiyi üçün 29 mart 2022-ci il tarixli protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus əmlak (130 manat dəyərində “RVENİS” 25 litrlik mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “MAXİMUM” 20 litrlik mühərrik yağ, vahidinin qiyməti 65 manat olan 2 ədəd “FULOİL” mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “FULOİL” hidravlik yağı, vahidinin qiyməti 45 manat olan 5 ədəd “HİDRAVLİKOİL” 20 litrlik, 140 manat dəyərində “CASTROL” sürət qutusu yağı, 80 manat dəyərində “LUKOİL” sürət qutusu yağı, 80 manat dəyərində “SUPERGRESS EPO” almacıqq yağı, vahidinin qiyməti 50 manat olan 2 ədəd “SHAKMAN” hava filteri) ixtisaslaşdırılmış açıq hərracda satılması ilə əlaqədar verilmiş iddia tələbi həmin əmlakın satılması hissəsində əsaslıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər. Ona görə də hazırkı işdə cavabdehin əmlakı satıldıqdan sonra onun dövlət büdcəsinə olan borcu ödənilib, artıq qalan məbləğ vergi ödəyiciyinə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixə Dövlət Büdcəsinə ödənilməmiş ümumilikdə 1016.52 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 29 mart 2022-ci il tarixli protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus 1125 manat məbləğində siyahıya alınmış əmlakın (130 manat dəyərində “RVENİS” 25 litrlik mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “MAXİMUM” 20 litrlik mühərrik yağ, vahidinin qiyməti 65 manat olan 2 ədəd “FULOİL” mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “FULOİL” hidravlik yağı, vahidinin qiyməti 45 manat olan 5 ədəd “HİDRAVLİKOİL” 20 litrlik, 140 manat dəyərində “CASTROL” sürət qutusu yağı, 80 manat dəyərində “LUKOİL” sürət qutusu yağı, 80 manat dəyərində “SUPERGRESS EPO” almacıq yağı, vahidinin qiyməti 50 manat olan 2 ədəd “SHAKMAN” hava filteri) vergi orqanı tərəfindən müəyyən olunan ticarət şəbəkələrində satışa çıxarılmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixə Dövlət Büdcəsinə ödənilməmiş ümumilikdə 1016.52 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 29 mart 2022-ci il tarixli protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus 1125 manat məbləğində siyahıya alınmış əmlak (130 manat dəyərində “RVENİS” 25 litrlik mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “MAXİMUM” 20 litrlik mühərrik yağ, vahidinin qiyməti 65 manat olan 2 ədəd “FULOİL” mühərrik yağı, vahidinin qiyməti 60 manat olan 2 ədəd “FULOİL” hidravlik yağı, vahidinin qiyməti 45 manat olan 5 ədəd “HİDRAVLİKOİL” 20 litrlik, 140 manat dəyərində “CASTROL” sürət qutusu yağı, 80 manat dəyərində “LUKOİL” sürət qutusu yağı, 80 manat dəyərində “SUPERGRESS EPO” almacıq yağı, vahidinin qiyməti 50 manat olan 2 ədəd “SHAKMAN” hava filteri) vergi orqanı tərəfindən müəyyən olunan ticarət şəbəkələrində satışa çıxarılsın, satışdan əldə edilən vəsait hesabına borc çıxıldıqdan sonra yerdə qalan vəsait Cavabdeh qaytarılsın. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar