Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-980/2025 05.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı “2020-ci ilin noyabr ayı və 01.02.-xx.xx.2021-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti X4 şöbəsinin Terapiya və Təxirəsalınmaz Yardım bölməsinin rəisi bölmə rəisi kimi həkim anestezioloq-reanimatoloq vəzifəsində xidmət göstərmişdir. O, 02 mart 2022-ci il tarixdə ehtiyata buraxılıb. İddiaçı 2020-ci ilin noyabr ayı, 01.02.-xx.xx.2021-ci il tarixlərində COVİD -19 infeksiyasina qarşı fasiləsiz profilaktik tədbirlər və FHN əməkdaşlarınin vaksinasiyanda fəaliyyət göstərib. Həmin müddətdə qanunvericiliklə nəzərdə tutulan aylıq vəzifə (tarif) maaşının 3 misli iddiaçıya ödənilməyib. Eyni zamanda, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 3 ay müddətində FHN X7 tipli Hospitalında fasiləsiz COVİD- 19 infeksiyasina yoluxmuş xəstələrin müalicəsi ilə bilavasitə məşğul olmuşdur. Lakin bu müddətdə də nəzərdə tutulan aylıq vəzifə (tarif) maaşının 5 misli ona ödənilməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Fövqəladə Hallar Nazirliyinə qarşı “aylıq vəzifə maaşının 5 misli məbləğində ödəniş edilməsi” tələbinə dair aşağıdakıları bildiririk: Fövqəladə Hallar Nazirliyinin 0261/ş nömrəli 01,03.2022-ci il tarixli əmrinə əsasən X4 şöbəsinin Təxirəsalınmaz bölməsinin bölmə rəisi həkim anestezioloq-reanimatoloq İddiaçı istefaya buraxılaraq xx.xx.2022-ci ildən 45 gün növbəti əmək məzuniyyəti və əlavə 45 gün məzuniyyət verilməklə xx.xx.2022-ci il tarixində şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli, 112 nömrəli Qərarının icrası məqsədilə, Fövqəladə Hallar Nazirliyinin 02 aprel 2020-ci il tarixli və 033 nömrəli əmrinə əsasən, 2020-ci ilin mart, aprel, may ayları üçün ştat üzrə 555.00 (beş yüz əlli beş) manat olan vəzifə maaşının 3 (üç) misli hər ay 1665.00 (bir min altı yüz altmış beş) manat olmaqla cəmi 4995.00 (dörd min doqquz yüz doxsan beş) manat hesablanmış və 3 % məcburi dövlət sosial siğorta haqqı 149.85 (bir yüz qırx doqquz manat 85 qəpik) manat tutulmaqla 4845,15 (dörd min səkkiz yüz qırx beş manat 15 qəpik) manat ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli 112 nömrəli Qərarının icrası məqsədilə, Fövqəladə Hallar Nazirliyinin 07 sentyabr 2020-ci il tarixli 068 nömrəli əmrinə əsasən, , 2020-ci ilin iyun,iyul,avqust və sentyabr ayları üçün vəzifə maaşının 3 (üç) misli hər ay 1665.00 (bir min altı yüz altmış beş) manat olmaqla cəmi 6660.00(altı min altı yüz altmış) manat hesablanmış və 3 % məcburi dövlət sosial siğorta haqqı 199.80 (bir yüz doxsan doqquz manat 80 qəpik) manat tutulmaqla 6460,20 (altı min dörd yüz altımış manat 20 qəpik) manat ödənilmişdir. 1 mart 2022-ci il tarixinədək iddiaçının əmək haqqı barədə məlumatları aşağıdakı kimidir; Vəzifə maaşı - 555 manat Rütbə maaşı - 146 manat 2-ci məharət dərəcəsi üçün - 138.75 manat Xidmət illərinə görə əlavə -105.15 manat ərzaq pulu - 64 manat Cəmi 1119.9 manat Müvafiq tutulmalar : Gəlir vergisi - 70.14 manat 3 faiz sosial - 33.59 manat 2 faiz icbari -21.11 manat Göründüyü kimi yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçi kimi iddiaçıya əməkhaqqlarına aylıq vəzifə maaşına 01 mart 2020-ci il tarixindən 01 oktyabr 2020-ci il tarixədək müddət üçün əlavə ödənişin edilməli olması müvafiq əmrlər əsasında təsdiqini tapmış və ödənişlər həyata keçirilmişdir. 2020-ci ilin noyabr ayı, 01.02-xx.xx.2021-ci il tarixləri, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixənədək və 7.12.2020-ci il tarixdən 26 yanvar 2021-ci il tarixinədək İddiaçı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməsi barədə məlumatlar mövcud olmadığından iddia tələbəninin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirik. Eyni zamanda məlumat üçün bildiririk ki, eyni məsələ ilə bağlı iddiaçı X1 iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmış və iddia tələbi həmin məsələyə aid olan hissədə rədd edilmişdir. İddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 033 saylı, xx.xx.2020-ci il tarixli; 068 saylı, xx.xx.2020-ci il tarixli əmri və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İnzibati iş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli poçt göndərişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respubikası Müdafiə Nazirliyinə həmin tarixdə müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş 35 (otuz beş) gün müddətində cavab verilməmiş və iddiaçı 01 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 39.1-ci maddəsin əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətindən 35 gün keçməsinə baxmayaraq cavab verilmədiyindən, məhkəməyə müraciət etmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 22 avqust 1970-ci il təvəllüdlü X3 Cavabdeh Tibb Xidməti Tibb Mərkəzinin İddiaçı t/x baş leytenantı vəzifəsində çalışmışdır. İddiaçı koronavirus infeksiyası ilə mübarizə zamanı Cavabdeh Tibb Xidməti Tibb Mərkəzində fəaliyyət göstərən tibb işçisi kimi nazirlik tərəfindən ona 2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina əsaslı olmuşdur. Belə ki, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 10.4-cü bəndinə əsasən nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən: “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X2 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
2. Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2025-ci il aprelin 1-dək olan müddət üçün ödənilir.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər. Məhkəmə hazırki mübahisəyə münasibətdə bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 033 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı əməkhaqlarına aylıq vəzifə (tarif) maaşına 2020-ci ilin martın 1-dən iyunun 1-dək olan müddət üçün 3 misli məbləğində və 068 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən əməkhaqlarına aylıq vəzifə (tarif) maaşına 2020-ci ilin iyunun 1-dən oktyabr ayının 1-dək olan müddət üçün əlavələr ödənilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında ona həmin ödənişlərin ödənildiyini etiraf etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi dövlər üzrə (2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş hər hansı əmrin mövcudluğu aşkar edilməmişdir. Həmin dövrlər üzrə ümumiyyətlə heçbir şəxsə tələb olunan ödənişlər edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya tələb etdiyi dövrlər üzrə ödənişlər edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı cavabdeh tərəfindən ona ödənişlərin ödənilməməsinə dair halları sübut edə bilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı “2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva