Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-1086/2023 21.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Salyan rayon Arbatan Bələdiyyəsinin nümayəndəsi X4, İddiaçıların vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X2, Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar Salyan rayon Arbatan Bələdiyyəsinin, Salyan rayon X3 və İddiaçı1 Cavabdehnə qarşı “xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamın qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 noyabr 2023-cü il tarixdə Şirvan şəhərində məhkəmənin inzibati binasında аçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Salyan rayon Arbatan Bələdiyyəsi, Salyan rayon X7 və İddiaçı1 Cavabdehnə qarşı “xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamın qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq, məhkəməyə dахil оlduğu gündən icrааtа qəbul еdilmiş sаyılmışdır. İddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtirаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. Tərəflər 21 noyabr 2023-cü il tаriхdə, sааt 14:30-da məhkəmə iclasına dəvət оlunmuşlаr. İddiaçılar Salyan rayon Arbatan Bələdiyyəsinin, Salyan rayon X3 və İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında işin faktiki hallarının və mübahisənin vəziyyətinin müzakirəsindən sonra ərizə təqdim edərək izahatlarında bildirmişdirlər ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi Cavabdeh nümayəndəsi X6 iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına və icraata xitam verilməsinə etiraz etmədi. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X5 iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına və icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iddiaçıların nümayəndəsinin və vəkilinin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini, tərəflərini izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar Salyan rayon Arbatan Bələdiyyəsinin, Salyan rayon X3 və İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə ərizəsi təmin olunsun. İddiaçılar Salyan rayon Arbatan Bələdiyyəsinin, Salyan rayon X3 və İddiaçı1 Cavabdehnə qarşı “xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamın qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçılara gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №e-2-1(120)-1086/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-1086/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver