Məhkəmə qərarları › İş №e-2-1(120)-1089/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1089/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1089/2023 02.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, XX katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındaa Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsibarədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra-Baş idarə) xx.xx.2022-ci il tarixli **********162634 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən fərdi sahibkar İddiaçı ümumilikdə 542300,24 manat vergi və 278827,03 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Aşağıda göstərdiyi hallara əsasən Baş idarənin xx.xx.2022-ci il tarixli **********162634 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassızdır. Bildirir ki, Baş idarənin xx.xx.2021 -ci il tarixli, **********151660 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli aktın imzalanmasından imtina edilmişdir. Bunun səbəbi həmin aktda İddiaçı əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı yol verilmiş nöqsanlar və qanunvericiliyin düzgün tətbiq edilməməsi, eyni zamanda heç bir qaydalara və normativlərə əsaslanmayan hesablama metodundan istifadə edilməsi olmuşdur. Məlumat üçün bildirir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən sahibkara; 2018-ci il üzrə 312549,33 manat, 2019-cu il üzrə isə 244654,71 manat olmaqla ümumilikdə 557204,04 manat gəlir vergisi hesablanmış və vergilərin azaldılmasına görə 278602,02 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci ilin İİİ rübü üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar 50,0 manat MDSS haqqı hesablanmış, 2018-ci ilin İV rübü, 2019-cu ilin İİ—İV rübləri və 2020-ci ilin İ rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə 200,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda yoxlama dövrü üzrə 14953,80 manat məbləğində əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Aşağıda vergi orqanı tərəfindən gəlir vergisi üzrə hesablamaların aparılması zamanı yol verilmiş nöqsanları nəzərinə çatdırmaq istər. İstər tərtib edilmiş səyyar vergi yoxlaması aktı, istərsə də onun nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara nəzər yetirdikdə görülür ki, aparılmış hesablamalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 67.1.1-ci, 67.1.3-cü və 67.1.9-cu maddələri ilə əsaslandırmağa çalışılmışdır. Yuxarıda aydın şəkildə qeyd olunduğu kimi Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində əvvəlki hesabat dövrləri üçün vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş vergi bəyannamələrindən söhbət gedir. Göründüyü kimi sözü gedən maddədə vergi orqanı tərəfindən kameral vergi yoxlaması və ya əvvəlki səyyar vergi yoxlaması ilə əlavə vergilər hesablanmış bəyannamələrdəki göstəricilər bu maddənin məqsədləri üçün istifadə edilə bilməz. Halbuki yoxlamanı aparan vergi orqanı fərdi sahibkar İddiaçı 2018 və 2019-cu illər gəlir vergisi üzrə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı 2017-ci il üçün sahibkarın özü tərəfindən təqdim edilmiş vergi bəyannaməsindən deyil, əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə etmişdir. Bu isə qanunvericiliyin aşkar və kobud şəkildə, eyni zamanda bilərəkdən pozulması faktıdır. Bu cür hesablamanın aparılması qərəzli mövqedən xəbər verir. Onu da bildirir ki, yoxlayıcı əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə edərkən heç bir normativlərə və qaydalara əsaslanmadan həmin bəyannamə üzrə yoxlama ilə müəyyən edilmiş ticarət əlavəsi göstəricisini 2018 və 2019-cu ilə tətbiq etmişdir ki, bu çox güman ki, vergi qanunvericiliyi sahəsində əsası olmasa belə bir yenilikdir. Çünki hər bir kəsə məlumdur ki, əmtəə bazarında rentabellik səviyyəsi nəinki ildən ilə, hətta aydan aya müsbət və ya mənfi olaraq dəyişəbilən bir haldır. Buna bir çox faktorlar səbəb ola bilər. Odur ki, bu cür qeyri-dəqiq və əsası olmayan hesablamanın aparılması qanunsuz və yolverilməzdir. Rentabellik səviyyəsi nəinki ildən ilə, hətta aydan aya müsbət və ya mənfi olaraq dəyişəbilən bir haldır. Buna bir çox faktorlar səbəb ola bilər. Odur ki, bu cür qeyri-dəqiq və əsası olmayan hesablamanın aparılması qanunsuz və yolverilməzdir. Səyyar vergi yoxlaması aktında hesablama aparılarkən guya Vergi Məcəlləsinin 67.1.3 və 67.1.9-cu maddələrinə də istinad edilmiş olduğu göstərildiyinə görə həmin məsələ ilə bağlı da qısa münasibət bildirirlər ki, səyyar vergi yoxlaması zamanı əlavə vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67.1.3 və 67.1.9-cu maddələrinin tətbiqinə dair qeydlərin əsassız olması ilə yanaşı gəlirdən çıxılmalara aid edilən xərclərin hansı qanunvericilik aktına, hansı metodiki göstərişə əsasən tətbiq edilməsinin anlaşılan olmaması bu cür yanaşmanın əsassız olmasına dəlalət edir. Belə ki, həmin Məcəllənin 67.1.3-cü maddəsinə uyğun olaraq sahibkar tərəfindən çəkilmiş nəqliyyat xərclərinin illər üzrə bölgüsü müəyyən edilərkən də analoqu olmayan və qeyridəqiq bir formada məbləğlər müəyyən edilmişdir. Yəni ki, yoxlayıcı tərəfindən idxal edilmiş malların invoys dəyərində nəqliyyat xərclərinin xüsusi çəkisi - 1 (bir) manat dəyərində malmateriala düşən nəqliyyat xərci müəyyən edilmişdir. Bundan sonra həmin xüsusi çəkidən istifadə etməklə illər üzrə nəqliyyat xərclərinin həcmi müəyyənləşdirilmişdir. Belə bir hesablama metodu qeyri-dəqiq olmaqla yanaşı, bu cür mücərrəd yanaşma vergi qanunvericiliyi ilə uzlaşmır. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi barədə qeyd isə isə səyyar vergi yoxlaması aktında şablon olaraq göstərilmiş, həmin maddəyə istinadən hər hansı bir hesablamadan söhbət gedə bilməz. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş səyyar vergi yoxlaması aktı ilə tanış olan zaman xx.xx.2020-ci ilin sonuna sahibliyimdə 2158823,58 manat dəyərində mal qalığının olması qeyd edilmişdir. Təəccüblüdür ki, respublikanın radio, televiziyalarında, sosial şəbəkələrdə, qəzetmətbuatda böyük ajiotaja səbəb olan fövqəladə hadisə haqqında, yəni Z.Bünyadov prospekti 2095-2096 məhəllə ünvanda Bakı şəhəri İcra Hakimiyyətinin X5 (bundan sonra- Birlik) balansında olan tikinti materiallarının satışı bazarının ərazisində baş verən fövqəladə hadisə, yəni baş vermiş yanğın geniş işıqlandırılmasına rəğmən, yoxlayıcı-müfəttiş bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamaqla sahibkarın sahibliyində qalan mal qalığının dəyərini süni olaraq şişirtmişdir. Belə ki, sahibkar tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20952096 məhəllə ünvanda Birliyin balansında olan tikinti materiallarının satışı bazarının ərazisində icarəyə götürülmüş satış sahəsində yoxlamanın əhatə etdiyi dövrdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın zamanı satış məqsədli meşə materialları yanaraq yararsız vəziyyətə düşmüşdür. Rəsmi olaraq 150 kv.m sahə qeyd olunsa da sahibkara məxsus satış məqsədli malların faktiki olaraq yer çatışmazlığı ilə əlaqədar sahəyə bitişik təxminən 700-800 kvm ərazidə də yığdığı 9000 m3 taxta materialı da tam olaraq yararsız hala düşmüşdür. Bu barədə Fövqəlada Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsi tərəfindən verilmiş müvafiq arayış mövcuddur. Hal-hazırkı səyyar vergi yoxlaması üzrə heç bir qanunvericiliyin tələblərinə əməl edilmədən aparılmış hesablamalar vergi orqanı tərəfindən hələ 2019-cu ilin aprel ayından sahibkara qarşı qərəzli mövqe nümayişinin məntiqi sonluğudur. Belə ki, vergi orqanı tərəfindən (vergi orqanının hansı struktur vahidi tərəfindən həyata keçirildiyini qeyd edə bilməməyim bu məsuliyyəti heç kim tərəfindən öz üzərinə götürməməsi ilə bağlıdır) 20l9-cu ilin aprel ayından etibarən Əlavə dəyər vergisinin depozit hesabında (bundan sonra-ƏDVDH) əməliyyat aparılması (sahibkar tərəfindən mal alınan şəxslərə ƏDV məbləğinin ödənilməsi və ya mal verilən şəxslər tərəfindən ƏDV məbləğinin sahibkara ödənilməsi) qeyri-qanuni olaraq mədudlaşdırılmışdır. Sahibkar tərəfindən ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti-bundan sonra Dövlət Vergi Xidməti) edilmiş 22.04.20l9-cu il tarixli, **********858100 nömrəli məktubda qeyd edilmişdir "Mən 1-ci qurup Qarabağ müharibəsi əliliyəm. Sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, ƏDV ödəyicisiyəm. ƏDVDH-dan əməliyyat apara bilmir, bu gün səhərdən depozitdən əməliiyat aparmaq mumkun deyildir. Ekrana Səhv !!! Məbləğin formatı düzgün deyil mesajı gəlir. Bunla əlaqədar xahiş edir ki, onu qəbul edəsinlər.” Müraciətə ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti) yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********247100 nömrəli, "Aparılan araşdırma zamanı ƏDVDH üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır.” məzmunlu ümumi cümlələrlə vergi orqanı tərəfindən sahibkara qarşı yaradılmış problemə aid olmayan cavab verilmişdir. Vergi orqanı tərəfindən sahibkarın ƏDVDH-da əməliyyatların aparılmasının məhdudlaşdırılması, qeyri-qanuni olaraq sahibkarlıq fəaliyyətinə müdaxilə hesab edilməklə, sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş hərəkət kimi dəyərləndirilməlidir. Belə ki, "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində qeyd edilir ki, "Yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya onun ayrı-ayrı növlərinin qadağan olunmasına yol verilir.” "Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.” Göründüyü kimi, vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması haqqında heç bir qərar qəbul edilməmiş, yalnız texniki müdaxilə yolu ilə qeyri-qanuni olaraq sahibkarın bu növ fəaliyyəti əngəllənmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, təqdim edilən iddia ərizəsi üzrə mübahisə predmeti ilə əlaqədar 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********151660 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021 -ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2022-ci il tarixli **********158688 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Aparılmış araşdırmalarla vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən idxal edilmiş malların faktiki dəyəri ilə vergi bəyannamələrində malların mədaxilində göstərilmiş dəyərdə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd olunan vergidənyayınma riskinin araşdırılmasının zəruriliyi nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********151660 nömrəli qərar, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021 -ci il tarixli **********151726 nömrəli tələbnamə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211695503 nömrəli çıxarış xx.xx.2021-ci il tarixli **********485700 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Yoxlamaya aid sənədlər tələbnamədə göstərilən müddətdə yoxlamaya təqdim edilməmiş və bu hal xx.xx.2021 -ci il tarixdə aktla rəsmiləşdirilmişdir. Aktın surəti xx.xx.2021 -ci il tarixli **********162200 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında“ xx.xx.2021 -ci il tarixli **********152496 nömrəli qərar çıxarılmış və xx.xx.2021 -ci il tarixdə **********115600 nömrəli məktubla tanış olmaq üçün vergi ödəyicisinə göndərilmişdir. Sənədlər təqdim edilmədiyi və götürülməsinə şərait yaradılmadığı üçün 18,05,2022-ci il tarixdə sənədlərin təqdim edilməsindən imtina edilməsi barədə akt tərtib edilmişdir. VM-nin 43.11 -ci maddəsinə əsasən 26.01,2022-ci il tarixli **********351000 nömrəli məktubla sənədlərin məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət edilmiş, Şirvan inzibati Məhkəməsi tərəfindən sənədlərin götürülməsi barədə qərar qəbul olunmuş, lakin iddiaçı tərəfindən sənədlər təqdim edilməmişdir. Belə ki, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqında” 18,05,2022-ci il tarixli **********157817 nömrəli qərar əsasında vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan daşınan və daşınmaz əmlakın, malların, o cümlədən qeyri- maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyasının keçirilməsi nəzərdə tutulmuşdur. İnventarizasiyanın keçiriməsi haqqında qərar xx.xx.2022-ci il tarixli **********021000 nömrəli məktubla tanış olmaq üçün vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmiş, həmçinin 23,05,2022-ci il tarixdə saat 10:00-da vergi ödəyicisinin fəaliyyət göstərdiyi Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materialları mağazasında mülkiyyətində və istifadəsində olan daşınan və daşınmaz əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyanın keçiriləcəyi və keçiriləcək inventarizasiyaya şərait yaradılması barədə 18,05,2022-ci il tarixli **********739800 nömrəli məktubla məlumat verilmişdir. Lakin qeyd olunan tarixdə vergi ödəyicisi özü və səlahiyyətli nümayəndəsi inventarizasiyada iştirak etməmiş, inventarizasiyanın keçirilməsinə şərait yaradılmamışdır. İnventarizasiyanın keçirilməsinə şərait yaradılmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN № ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Yoxlamanın gedişi zamanı 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********7020 nömrəli qərarı əsasında vergi ödəyicisinə məxsus, Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materialları mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 (bir) nəfər işçinin rəsmi əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi xx.xx.2022-ci il tarixli DVX 005569 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama vergi ödəyicisinin iştirakı olmadan banklara edilmiş sorğular əsasında bank hesabı və əməliyyatları barədə əldə edilmiş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, idxal əməliyyatları barədə məlumatlar, qarşılıqlı əlaqələr üzrə aparılmış əməliyyatlar barədə əldə edilmiş sənəd və məlumatlar və vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim etdiyi bəyənnamə məlumatları əsasında aparılmışdır. 2. Tədiyyə növləri üzrə hesablamalar: 2.1. ƏDV-nin yoxlanması üzrə: Vergi ödəyicisi ƏDV qeydiyyatına alınması məqsədi ilə xx.xx.2016-cı il tarixdə (AVİS qeydiyyatı № **********875300) ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq ödəyicinin müraciətinə əsasən 01,05.2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və **********0 saylı “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat Bildirişi” verilmişdir. Vergi ödəyicisi xx.xx.2016-cı il tarixdən yoxlanılan dövrün sonuna qədər ƏDV-nin ödəyicisi olmuşdur. Həmin dövrdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələri vergi orqanına təqdim edilmişdir. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə idxal olunmuş tikinti materiallarının satışı ilə məşğul olmuşdur ki, bu da yoxlama ilə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq vergitutma obyekti hesab edilmiş və ƏDV hesablanmışdır. Yoxlama zamanı əvəzləşdirilən ƏDV məbləği Vergi Məcəlləsinin 170-ci və 175-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyənnamələri üzrə ƏDV-yə cəlb edilən əməliyyatların həcmi 19305576,67 manat, ƏDV məbləği 3475003,80 manat, əvəzləşdirilən ƏDV məbləği 2623747,26 manat, azaldılan ƏDV məbləği 9152,46 manat büdcəyə hesablanan ƏDV məbləği 842104,08 manat olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Həmçinin əldə edilmiş EQF-lar üzrə 7864.31 manat və YGB üzrə 7089.49 manat ödənilən, lakin əvəzləşmədə nəzərə alınmayan ümümilikdə 14953.8 manat ƏDV məbləği yoxlama zamanı nəzərə alınmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə ƏDV-nin ümumilikdə 14953,80 manat artıq hesablandığı müəyyən edilmişdir.(ƏDV-nin müqayisəli cədvəli əlavə olunur) 2.2. Gəlir vergisinin yoxlanılması üzrə: 2018-2020-ci illər üzrə gəlir vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə gəlir vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. Vergi Məcəlləsinin 96.1 -cı maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni zamanda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi yoxlamaya sənədləri təqdim etməkdən və yoxlamada iştirak etməkdən imtina etdiyi üçün yoxlama vergi ödəyicisinin iştirakı olmadan banklara edilmiş sorğular əsasında bank hesabı və əməliyyatları barədə əldə edilmiş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, idxal əməliyyatları barədə məlumatlar, qarşılıqlı əlaqələr üzrə aparılmış əməliyyatlar barədə əldə edilmiş sənəd və məlumatlar və vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim etdiyi bəyənnamə məlumatları əsasında aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi idxal olunan taxtanın və digər tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Malların bir qismi elektron qaimə faktura əsasında nağdsız qaydada, bir qismi isə vergi ödəyicisinin fəaliyyət göstərdiyi tikinti materialları mağazasında nağd qaydada satılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin obyektində quraşdırılmış nəzarət kassa aparatınının dövrü fiskal hesabatlarını əldə etmək mümkün olmadığı üçün vergi ödəyicisinin gəlirlərini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunan səbəbdən vergi ödəyicisinin gəlirlərinin VM-nin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edilməsinə zərurət yaranmışdır. Vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə aparılmış araşdırmalarla vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinin İddiaçı sahibkarlıq fəaliyyətinə oxşar olması müəyyən edilmişdir. Lakin "xxxx" MMC və "xxxx" MMC tərəfindən satış məqsədi ilə yalnız meşə materiallarının idxal edildiyi, İddiaçı tərəfindən meşə materialları ilə yanaşı həm də əlavə olaraq dam örtüyü üçün asbest şiferlərin və armaturların idxal edildiyi müəyyən edilmiş, həmçinin işçi sayının, obyekt sayının və obyekt sahələrinin fərqli olması səbəbindən Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlar üzrə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Vergi ödəyicisinin fəaliyyəti üzrə bundan əvvəlki yoxlama 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********168738 nömrəli qərarı əsasında aparılmış, vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fəaliyyət dövrü əhatə olunmaqla, nəticəsi 24.01,2020-ci il tarixli **********170382 nömrəli SVY aktı ilə rəsmiləşdirilmişdir. AKT vergi ödəyicisi tərəfindən imzalanmış və hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Vergi ödəyicisinin 2018 və 2019-cu illər ərzində də taxtanın, armaturun, asbest dam örtüklərinin idxalı və satışı ilə məşğul olduğu nəzərə alınmaqla VM-nin 67.1.1-ci, 67.1.3-cü və 67.1.9-cu maddələrinə əsasən 2017-ci il üçün SVY aktı ilə təsdiqlənmiş gəlir vergisi bəyənnaməsinin göstəriciləri 2018 və 2019-cu illər üçün gəlir dövriyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə əlaqəli məlumat kimi istifadə olunmuşdur. 2020-ci ildə malların təqdim edilməsi müəyyən edilmədiyi üçün əlaqəli məlumatdan istifadə olunmamışdır. Belə ki, vergi ödəyicisinin 2017-ci il gəlir vergisi bəyannaməsi üzrə ümumi gəlirləri 10422277,56 manat, malın maya dəyəri 8604875,31 manat olmaqla ticarət əlavəsinin 21.12 % olması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən mal-materialların hərəkəti, yoxlamanın əvvəlinə və sonuna mal qalığı barədə məlumatlar təqdim edilmədiyi üçün 2018-2020-ci illər üzrə gəlir vergisi bəyannamələrinin yoxlanılması zamanı təqdim edilən malların maya dəyərinin müəyyənləşdirilməsi üçün statistik (gömrük) dəyərlə əks etdirilmiş malların invoys dəyəri müəyyən edilmiş və mal qalığı barədə məlumatlar nəzərə alınmışdır. Belə ki, gəlir vergisi bəyannamələrində bundan əvvəlki yoxlama ilə 2017-ci ilin sonuna, yəni 2018-Cİ ilin ƏVVƏİİnƏ mal qalığı 386646,88 manat (invoys dəyəri ilə) müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə 2018-ci ilin sonuna mal qalığı 4579303,10 manat göstərilmişdir. 2018-ci il ərzində idxal olunmuş malların invoys dəyərinin (16740521,61 manat) statistik dəyərdə (19573879,72 manat) xüsusi çəkisinin 0,********** (16740521,61/19573879,72) olması nəzərə alınmaqla 2018-ci ilin sonuna invoys dəyər ilə mal qalığının 3916439,85 manat (4579303,10 x 0,**********) olması müəyyən edilmişdir. Beləliklə, 2018-ci il üzrə satılmış malın invoys dəyərinin 13210728,64 manat (386646,88+16740521,61-3916439,85) olması müəyyən edilmişdir. 2018-ci ildə satılmış malın dəyərinə 2017-ci il üçün müəyyən edilən ticarət əlavəsi tətbiq edilməklə ümümi gəlir 16000915,30 manat müəyyən edilmişdir. Ümumi gəlir = 13210728,64 + (13210728,64 x 21,120611101 %) = 16000915,30 manat 2018-ci il üzrə Gəlir vergisinin yoxlanılması zamanı xərc maddələri vergi ödəyicisinin bank hesabı və əməliyyatları haqqında əldə olunmuş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları əsasında müəyyən edilmişdir. Vergi ödəyicisinin əldə etdiyi elektron qaimə fakturalara əsasən 2018-ci il ərzində daşımaların dəyəri 1461841,66 manat olmuşdur. Nəqliyyat xərcinin 2018-ci ilə düşən hissəsinin tapılması məqsədi ilə əldə edilmiş e-qaimə fakturalar üzrə nəqliyyat xərclərinin (1461841,66 manat) idxal olunmuş malların invoys dəyərində (16740521,61 manat) xüsusi çəkisi tapılmışdır. Nəqliyyat xərcinin 2018-ci ildə idxal olunan mallara görə çəkildiyi nəzərə alınmaqla satılmış malın dəyərindən ilin əvvəlinə qalan mal qalığı məbləği çıxılmaqla qalan məbləğ xüsusi çəkiyə vurulmaqla 2018-ci il üçün nəqliyyat xərcləri müəyyən edilmişdir. Nəqliyyat xərci = (13210728,64 - 386646,88) x 0,**********=1119844,26 manat malların daşınması ilə əlaqədar əldə edilmiş e-qaimə fakturalar üzrə 341997,40 manat nəqliyyat xərci (1461841,66 -1119844,26) 2019-cu ildə nəzərə alınmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 15388749,72 manat, xərclərin 15375217,00 manat, o cümlədən əmək haqqı xərci 4800,00 manat, sosial sığorta haqqı 1056,00 manat, malın dəyəri 14966801,00 manat, nəqliyyat xərcləri 402560,00 manat olduğu vergiyə cəlb edilən gəlirin 13532,72 manat, gəlir vergisinin 2706,54 manat olduğu göstərilmişdir. Yoxlama ilə 2018-ci il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 16000915,30 manat, (gəlir dövriyyəsi VM-nin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edildiyi üçün ƏDV dövriyyəsi arasında fərqin yaranmasına səbəb olmuşdur) xərclərin 14424635,93 manat, o cümlədən əmək haqqı xərci 4800,00 manat, sosial sığorta haqqı 1075,00 manat, malın dəyəri 13210728,64 manat, icarə haqqı 1200,00 manat, nəqliyyat xərcləri 1119844,26 manat, bank xidməti üzrə xərclər 68255,69 manat, mənfi məzənnə fərqi 7858,68 manat, digər xərclər 8773,66 manat, gəlirdən çıxılan vergi (sadələşmiş 1%) 2100,00 manat olduğu, vergiyə cəlb edilən mənfəətin 1576279,37 manat, mənfəət vergisinin 315255,87 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə gəlir vergisinin 312549,33 manat (315255,87- 2706,54) azaldılması müəyyən edilmişdir. Təqdim olunmuş bəyənnamə məlumatları üzrə 2019-cu ilin əvvəlinə mal qalığı 4579303,10 manat, ilin sonuna mal qalığı 2423495,27 manat təşkil etmişdir. Bəyannamədə göstərilən mal qalığı statistik dəyərlə göstərildiyi üçün həmin malların invoys dəyərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə 2019-cu il ərzində idxal olunmuş malların invoys dəyərinin (8630139,06 manat) statistik dəyərdə (9867084,43 manat) xüsusi çəkisi tapılmış və tapılan xüsusi çəki statistik dəyərlə göstərilmiş mal qalığına vurulmaqla 2019- cu ilin sonuna qalıq qalmış malların invoys dəyəri müəyyən edilmişdir. cu ilin əvvəlinə qalıq qalmış malların invoys dəyəri 3916439,85 manat, 2019-cu ilin sonuna qalıq qalmış malların invoys dəyəri 2119684,02 manat (2423495,27 x 0,**********) müəyyən edilmişdir. Beləliklə, 2019-cu il üzrə satılmış malın invoys dəyəri aşağıdakı kimi müəyyən edilmişdir. Malın dəyəri = 3916439,85 + 8630139,06 - 2119684,02 = 10426894,89 manat 2017-ci il üçün müəyyən edilən ticarət əlavəsi (21,120611101 %) 2019-cu ildə təqdim edilmiş malın invoys dəyərinə tətbiq edilməklə ümumi gəlir müəyyən edilmişdir. 2019-cu ilin Ümumi gəliri = 10426894,89 + (10426894,89 x 21,120611101%) = 12629118,80 manat 2019-cu il üzrə Gəlir vergisinin yoxlanılması zamanı xərc maddələri vergi ödəyicisinin bank hesabı və əməliyyatları haqqında əldə olunmuş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot- baza məlumatları əsasında müəyyən edilmişdir. Nəqliyyat xərclərinin araşdırılması zamanı il ərzində malların daşınması ilə əlaqədar 785199,90 manat e-qaimə fakturalar əldə edilmişdir. Satılan mallara çəkilən nəqliyyat xərclərini müəyyən etmək üçün nəqliyyat ilə əlaqədar əldə edilmiş e-qaimə fakturaların dəyərinin (785199,90 manat) idxal olunmuş malların invoys dəyərində (8630139,06 manat) xüsusi çəkisi tapılmışdır. Göstərilən nəqliyyat xərci 2019-cu ildə idxal olunan mallara görə çəkildiyi üçün satılmış malın dəyərindən ilin əvvəlinə olan mal qalığı çıxılaraq xüsusi çəkiyə vurulmuş və 2019-cu ilin nəqliyyat xərcləri müəyyən edilmişdir. Nəqliyyat xərcinin 2018-ci ildən 2019-cu il üçün müəyyən edilən hissəsi (341997,40 manat) nəzərə alınmışdır. 2019-cu il üçün nəqliyyat xərci =(10426894,89-3916439,85) x 0,**********=592343,72 +341997,40 = 934341,12 manat təşkil edir. Malların daşınması ilə əlaqədar əldə edilmiş e-qaimə fakturalar üzrə 192856,18 manat (785199,90 -592343,72) daşınma xərci növbəti illərin xərclərinə aid edilməlidir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 12759608,76 manat, xərclərin 12751964,64 manat, o cümlədən əmək haqqı xərci 7140,00 manat, sosial sığorta haqqı 1470,00 manat, malın dəyəri 12009002,00 manat, nəqliyyat xərcləri 606244,00 manat, digər xərclərin 128108,64 manat olduğu vergiyə cəlb edilən gəlirin 7644,12 manat, gəlir vergisinin 1528,82 manat olduğu göstərilmişdir.Yoxlama ilə 2019-cu il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 12629118,80 manat (gəlir dövriyyəsi VM-nin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edildiyi üçün ƏDV dövriyyəsi arasında fərqin yaranmasına səbəb olmuşdur), xərclərin 11398201,13 manat, o cümlədən əmək haqqı xərci 7140,00 manat, sosial sığorta haqqı 1564,50 manat, malın dəyəri 10426894,89 manat, icarə haqqı 3300,00 manat, nəqliyyat xərcləri 934341,12 manat, bank xidməti üzrə xərclər 18490,62 manat, mənfi məzənnə fərqi 4970,00 manat, gəlirdən çıxılan vergi (sadələşmiş 1%) 1500,00 manat olduğu, vergiyə cəlb edilən mənfəətin 1230917,67 manat, gəlir vergisinin 246183,53 manat olduğu müəyyən edilmişdir. 2019-cu il üzrə gəlir vergisinin 244654,71 manat (246183,53-1528,82) azaldılması müəyyən edilmişdir. ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlirlərin olmadığı, xərclərin 35255,30 manat, o cümlədən nəqliyyat xərclərinin 35115,30 manat, digər xərclərin 140,00 manat, maliyyə nəticəsinin 36255.30 manat zərər olduğu göstərilmişdir. Yoxlama ilə 2020-ci il üzrə malların təqdim edilməsi müəyyən edilməmiş, xərclərin 8707,26 manat, o cümlədən əmək haqqı xərci 6550,00 manat, sosial sığorta haqqı 1365,25 manat, icarə haqqı 600,00 manat, bank xidməti üzrə xərclər 52,01 manat, digər xərclərin 140,00 manat olmaqla 8707,26 manat zərər müəyyən edilmişdir. 2020-ci ilin əvvəlinə invoys dəyəri ilə mal qalığının 2119684,02 manat, 2020-ci il ərzində idxal olunan malların invoys dəyərinin 39139,56 manat olması nəzərə alınmaqla 2020-ci ilin sonuna qalıq qalmış malların invoys dəyəri 2158823,58 manat (2119684,02 + 39139,56) müəyyən edilmişdir. Vergi ödəyicisinin idxal olunmuş malın daşınmasına görə əldə edilmiş manat e-qaimə fakturanın dəyəri növbəti illərin xərci kimi tanınmışdır. Yoxlama zamanı gəlir vergisinin ümumilikdə 557204,04 manat azaldılması müəyyən edilmişdir. 2.3. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət SOSİal sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı 50,00 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, kameral vergi yoxlaması ilə 2020-ci ilin 3cü rübü üzrə (iyul ayı üzrə) 1400,00 manat əmək haqqı məbləğinə 364,00 manat MDSS haqqı hesablanmış, lakin vergi ödəyicisinə sahibkarlıq fəaliyyət ilə əlaqədar MDSS haqqı hesablanmadığı üçün yoxlama zamanı “Sosial sığorta haqqında” AR qanunun həmin dövrdə qüvvədə olan 14.5.1 -ci maddəsinə əsasən resbublika tabeli şəhərlərdə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 50,00 manat (250*25%*80%=50) MDSS haqqı hessablanmışdır. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən "xxxx" MMC-nin (VÖEN:**********) təqdim etdiyi e-qaimə fakturalara əsasən 2018ci ilin 4- cü rübü üzrə 1200,00 manat, 2019-cu ilin 2-ci rübü üzrə 1500,00 manat, 2019-cu ilin 3-cü rübü üzrə 900,00 manat, 2019-cu ilin 4-cü rübü üzrə 900,00 manat, 2020-ci ilin 1 -ci rübü üzrə 600,00 manat icarə haqqı ödənilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ÖMV bəyənnamələri vergi orqanına təqdim edilməməsinə görə hər rüb üzrə 40 manat olmaqla ümumilikdə 200,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində vergilərin 557254,04 manat azaldılması müəyyən edilmişdir: o cümlədən 557204,04 manat gəlir vergisinin azaldılması, 50,00 manat məcburi dövlət sosial sığorta haqqlarının azaldılması Səyyar vergi yoxlaması nəticəsində vergilərin 14953,80 manat artıq hesablanması müəyyən edilmişdir: o cümlədən 14953,80 manat əlavə dəyər vergisinin artıq hesablanması. Yoxlama ilə vergilərin ümumilikdə 542300,24 manat azaldılması müəyyən edilmişdir. Yoxlama ilə azaldılmış 557254,04 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 278627,03 manat, Vergi Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən 200,00 manat olmaqla ümumilikdə 278827,03 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qeyd olunanlara əsasən İddiaçı iddiası üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-in 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 07 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən müəyyən edilmiş vergilər düzgün hesablanmışdırmı? - hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları Vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğundurmu? - İş materiallarında olan sənədlər nəzərə alındığı təqdirdə İddiaçı vergi borcu yaranırmı, əgər yaranırsa hansı həcmdə yaranır? - Yoxlanılan dövr üzrə İddiaçı tərəfindən vergilərin azaldılması müəyyən olunurmu? (müəyyən olunursa səbəbi və məbləği nə qədərdir) - Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən qeyd edilən cəmiyyətdə ödənilməli olan vergilərin dövrü, tədiyyəsi və məbləği müəyyən edilsin. - Barəsində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) buraxılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 9/9284 nömrəli 10 fevral 2023-cü il tarixli ekspert rəyində aşağıdakılar bildirilir: Tədqiqat obyekti tədqiqata 01 cilddə (102 vərəqdən) iş materialları təqdim edilmişdir. İş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar olaraq tədqiqata xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 08 qovluqda əlavə sənədlər təqdim olunmuşdur. Bildirilir ki, ekspert qarşısında qoyulmuş suallar məzmun etibarı ilə bir-birini tamamladığından onların tədqiqatı təqdim edilmiş iş materialları əsasında birlikdə aparılmışdır. Nəticə olaraq: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktı və həmin akt əsasında qəbul edilmiş vergi orqanının “xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında öz əksini tapmış gəlir vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış gəlir vergisi və maliyyə sanksiyası vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmamışdır. Bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə (kassa sənədləri, e-qaimələr, ödəniş tapşırılan, müqavilələr, YGB-lər, bəyannamə məlumatları və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisinin fəaliyyəti üzrə gəlir vergisinə dair az hesablanmanın olması müəyyən olunmadı. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022ci il tarixli, xx/xx-00174 nömrəli Arayış öz əksini tapmışdır ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: "Verilir vətəndaş İddiaçı ondan ötrü ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095-2096-cı məhəllə ünvanda Bakı şəhəri İH-nin X5 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində onun tərəfindən icarəyə götürülmüş satış sahəsində 150 kvm sahədə yanğın hadisəsi baş vermişdir” Yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayışında hadisənin baş verdiyi tarix səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid, həmçinin həmin Arayışın verilmə tarixi səyyar vergi yoxlaması Aktının tərtib edildiyi tarixdən əvvəlki dövrə təsadüf etsə də, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında həmin halın nəzərə alınması öz əksini tapmamışdır. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 9/9284 nömrəli 10 fevral 2023cü il tarixli ekspert rəyinə qarşı etiraz ərizəsi təqdim edərək ekspert rəyi ilə razılaşmadıqlarını, ekspert rəyi üzrə ciddi tədqiqat aparılmadığını bildirərək ekspert rəyini əsassız və qanunsuz olduğu üçün qeyri-mötəbər sübut kimi qiymətləndirilməsini və əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən digər vəsatətə əsasən aparıcı ekspert X3 məhkəmə prosesinə çağırılaraq dindirilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən vəsatətləri əsassız olduğundan protokola qeydlər aparılmaqla rədd edilmişdir. Məhkəmə iclasında iştirak edə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində əvvəlki hesabat dövrləri üçün vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş vergi bəyannamələrindən söhbət gedir. Göründüyü kimi sözü gedən maddədə vergi orqanı tərəfindən kameral vergi yoxlaması və ya əvvəlki səyyar vergi yoxlaması ilə əlavə vergilər hesablanmış bəyannamələrdəki göstəricilər bu maddənin məqsədləri üçün istifadə edilə bilməz. Halbuki yoxlamanı aparan vergi orqanı fərdi sahibkar İddiaçı 2018 və 2019-cu illər gəlir vergisi üzrə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı 2017-ci il üçün sahibkarın özü tərəfindən təqdim edilmiş vergi bəyannaməsindən deyil, əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə etmişdir. Bu isə qanunvericiliyin aşkar və kobud şəkildə, eyni zamanda bilərəkdən pozulması faktıdır. Bu cür hesablamanın aparılması qərəzli mövqedən xəbər verir. Onu da bildirirlər ki, yoxlayıcı əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə edərkən heç bir normativlərə və qaydalara əsaslanmadan həmin bəyannamə üzrə yoxlama ilə müəyyən edilmiş ticarət əlavəsi göstəricisini 2018 və 2019-cu ilə tətbiq etmişdir ki, bu çox güman ki, vergi qanunvericiliyi sahəsində əsası olmasa belə bir yenilikdir. Çünki hər bir kəsə məlumdur ki, əmtəə bazarında rentabellik səviyyəsi nəinki ildən ilə, hətta aydan aya müsbət və ya mənfi olaraq dəyişəbilən bir haldır. Buna bir çox faktorlar səbəb ola bilər. Odur ki, bu cür qeyri-dəqiq və əsası olmayan hesablamanın aparılması qanunsuz və yolverilməzdir. Səyyar vergi yoxlaması aktında hesablama aparılarkən guya Vergi Məcəlləsinin 67.1.3 və 67.1,9-cu maddələrinə də istinad edilmiş olduğu göstərildiyinə görə həmin məsələ ilə bağlı da qısa münasibət bildirmək istərdik. Səyyar vergi yoxlaması zamanı əlavə vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67.1.3 və 67.1.9-cu maddələrinin tətbiqinə dair qeydlərin əsassız olması ilə yanaşı gəlirdən çıxılmalara aid edilən xərclərin hansı qanunvericilik aktına, hansı metodiki göstərişə əsasən tətbiq edilməsinin anlaşılan olmaması bu cür yanaşmanın əsassız olmasına dəlalət edir. Belə ki, həmin Məcəllənin 67.1.3-cü maddəsinə uyğun olaraq sahibkar tərəfindən çəkilmiş nəqliyyat xərclərinin illər üzrə bölgüsü müəyyən edilərkən də analoqu olmayan və qeyri-dəqiq bir formada məbləğlər müəyyən edilmişdir. Yəni ki, yoxlayıcı tərəfindən idxal edilmiş malların invoys dəyərində nəqliyyat xərclərinin xüsusi çəkisi - 1 (bir) manat dəyərində mal- materiala düşən nəqliyyat xərci müəyyən edilmişdir. Bundan sonra həmin xüsusi çəkidən istifadə etməklə illər üzrə nəqliyyat xərclərinin həcmi müəyyənləşdirilmişdir. Belə bir hesablama metodu qeyri-dəqiq olmaqla yanaşı, bu cür mücərrəd yanaşma vergi qanunvericiliyi ilə uzlaşmır. Vergi Məcəlləsinin 67.1,9-cu maddəsi barədə qeyd isə isə səyyar vergi yoxlaması aktında şablon olaraq göstərilmiş, həmin maddəyə istinadən hər hansı bir hesablamadan söhbət gedə bilməz. Vergi orqanı tərəfindən yoxlamanın qərəzli aparılmasının başqa bir sübutu isə yenə aktda qeyd edilmişdir. Aktda qeyd edilmişdir ki, vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə aparılmış araşdırmalarla ergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin və "xxxx" MMC-nin fəaliyyətinin İddiaçı sahibkarlıq fəaliyyətinə oxşar olması müəyyən edilmişdir. Lakin "xxxx" MMC və "xxxx" MMC tərəfindən satış məqsədi ilə meşə materiallarının idxal edildiyi, İddiaçı tərəfindən meşə materialları ilə yanaşı həm də əlavə olaraq dam örtüyü üçün asbest şiferlərin və armaturların idxal edildiyi müəyyən edilmiş, həmçinin iş sayının, obyekt sayının və obyekt sahələrinin fərqli olması səbəbindən Vergi Məcəlləsinin 67.2- ci maddəsində nəzərdə tutulan meyarlar üzrə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. İlk öncə bildirirəm ki, aktda qeyd edilir ki, "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti İddiaçı sahibkarlıq fəaliyyətinə oxşar olması müəyyən edilmişdir. Sonrada qeyd edilirki vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Əgər oxşar deyildirsə bunu əvvəlcədən vergi orqanı bilməli idi və bilirdi. Vergi orqanı qeyd edirki, "xxxx" MMC və "xxxx" MMC meşə materialları idxal edib, İddiaçı tərəfindən isə meşə materialları ilə yanaşı həm də əlavə olaraq dam örtüyü üçün asbest şiferlərin və armaturların idxal edilib. Buna görə də anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Vergi orqanı iddiaçının müxtəlif mallar idxal etdiyini və müxtəlif mallara görə eyni verginin hesablana bilməməsini qeyd etsədə yekunda müxtəliif mallara eyni ticarət əlavəsini tətbiq etmişdir. Bu bir daha sübut edir ki yoxlama qərəzli və düzgün aparılmamışdır. İş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə ekspertizanın təyin olunması haqqında qərardad qəbul edilmiş və iş üzrə məhkəmə mühasibat ekspertizası keçirilmişdir. Məhkəmə- mühasibat ekspertizası üzrə 10 fevral 2023-cü il tarixli, 9/9284 nömrəli rəy verilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən müəyyən edilmiş vergilər düzgün hesablanmışdırmı? Hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları Vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğundurmu? İş materiallarında olan sənədlər nəzərə alındığı təqdirdə İddiaçı vergi borcu yaranırmı, əgər yaranırsa hansı həcmdə yaranır? Yoxlanılan dövr üzrə İddiaçı tərəfindən vergilərin azaldılması müəyyən olunurmu? (müəyyən olunursa səbəbi və məbləği nə qədərdir) Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən qeyd edilən cəmiyyətdə ödənilməli olan vergilərin dövrü, tədiyyəsi və məbləği müəyyən edilsin. Barəsində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair nalların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) buraxılsın. Ekspert rəyində aşağıdakıları qeyd etmişdir: Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində əvvəlki hesabat dövrləri üçün vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş vergi bəyannamələri nəzərdə tutulmuşdur. Lakin, səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış gəlir vergisi müəyyən edilərkən Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə istinad edildiyi göstərilsə də həmin maddənin tələbləri gözlənilməmişdir. Belə ki, yoxlama ilə əvvəlki dövrə aid olan 2017-ci ilin SVY bəyannaməsinin məlumatlarına istinad edilmişdir. Bundan başqa qeyd edilir ki, yoxlayıcı tərəfindən əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə edilərək həmin bəyannamə üzrə müəyyən edilmiş ticarət əlavəsi göstəricisi 2018 və 2019-cu ilə tətbiq edilmişdir ki, belə qayda vergilərin hesablanması ilə bağlı qanunvericilikdə, o cümlədən Vergi Məcəlləsinin 67. (vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi), 83-cü (vergi orqanları tərəfindən vergilərin hesablanması) maddələrində və fiziki şəxslərin gəlir vergisinə aid hissəsində nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, yoxlama aktında vergi ödəyicisinin meşə materialları, asbest şiferləri, armatur idxal edildiyi göstərilmişdir ki, həmin malların əmtəə bazarında rentabellik səviyyəsi müsbət və ya mənfi olaraq dəyişə bilər. Yəni, yoxlayıcı tərəfindən əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə edilərək həmin bəyannamə üzrə müəyyən edilmiş ticarət əlavəsi göstəricisi 2018 və 2019-cu ilə tətbiq edildiyi zaman əmtəə bazarında rentabellik səviyyəsinin müsbət və ya mənfi olaraq dəyişməsi nəzərə alınmamışdır.Qeyd olunanlarla yanaşı bildirilir ki, səyyar vergi yoxlaması zamanı sahibkar tərəfindən çəkilmiş nəqliyyat xərclərinin illər üzrə bölgüsü müəyyən edilərkən tətbiq olunan hesablanma qaydasıda vergilərin hesablanması ilə bağlı qanunvericilikdə, o cümlədən Vergi Məcəlləsinin 67. (vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi), 83-cü (vergi orqanları tərəfindən vergilərin hesablanması) maddələrində və fiziki şəxslərin gəlir vergisinə aid hissəsində nəzərdə tutulmamışdır. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş vergi orqanının “xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında öz əksini tapmış gəlir vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış gəlir vergisi və maliyyə sanksiyası vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmamışdır. Bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə (kassa sənədləri, e- qaimələr, ödəniş tapşırılan, müqavilələr, YGB-lər, bəyannamə məlumatları və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisinin fəaliyyəti üzrə gəlir vergisinə dair az hesablanmanın olması müəyyən olunmadı. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayış öz əksini tapmışdır ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: “Verilir vətəndaş İddiaçı ondan ötrü ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095-2096cı məhəllə ünvanda Bakı şəhəri İH-nin X5 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində onun tərəfindən icarəyə götürülmüş satış sahəsində 150 kvm sahədə yanğın hadisəsi baş vermişdir” Yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cii ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayışında hadisənin baş verdiyi tarix səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid, həmçinin həmin Arayışın verilmə tarixi səyyar vergi yoxlaması Aktının tərtib edildiyi tarixdən əvvəlki dövrə təsadüf etsə də, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında həmin halın nəzərə alınması öz əksini tapmamışdır. Bildirirəm ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095-2096 məhəllə ünvanda Birliyin balansında olan tikinti materiallarının satışı bazarının ərazisində icarəyə götürülmüş satış sahəsində yoxlamanın əhatə etdiyi dövrdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın zamanı satış məqsədli meşə materialları yanaraq yararsız vəziyyətə düşmüşdür. Rəsmi olaraq 150 kv.m sahə qeyd olunsa da sahibkara məxsus satış məqsədli malların faktiki olaraq yer çatışmazlığı ilə əlaqədar sahəyə bitişik təxminən 700-800 kvm ərazidə də yığdığı 2158823,58 manat dəyərində 9000 m3 taxta materialı da tam olaraq yararsız hala düşmüşdür. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan-İMP) 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 2158823,58 manat dəyərində 9000 m3 taxta materialının tam olaraq yararsız hala düşməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayışı və ekspert rəyi ilə sübut olunur. Qeyd edilən hal ilə bağlı hər hansısa ziddiyyətli və aydın olmayan məqam olarsa da onlar iddiaçının xeyrinə şərh edilməlidir. Bundan başqa bildirirlər ki, qeyd olunan hal iddia ərizəsində, məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi haqqında vəsatətdə qeyd edilmiş və arayış məhkəməyə təqdim edilmişdir. Bundan başqa bildirirlər ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən İddiaçı barəsində xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli əsassız və qanunsuz protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar çıxarılmış xx.xx.2022-ci il tarixli **********157817 nömrəli Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında qərarına əsasən Lənkəran rayonu, Digah kəndində tikinti materialları mağazasında inventarizasiyaya şərait yaradılmadı. Həmin protokolda əlavə olaraq qeyd edilmişdir ki İddiaçı izahatında bildirdi ki, telefon əlaqəsi zamanı xəstə olduğu üçün iştirak etməyəcəyini və səlahiyyətli nümayəndəsi olmadığını bildirdi. ci il tarixdə inventarizasiyanın təyin edilməsi haqqında qərar qəbul edilmişdir. İnventarizasiyanın aparılması üçün 10 gün müddət (son gün xx.xx.2022-ci il) müəyyən edilmişdir. İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş protokoldan görünür ki əməkdaşlar bir dəfə xx.xx.2022-ci il tarixdə obyektdə olmuşdurlar. Əgər İddiaçı telefon vasitəsi ilə xəstə olduğu üçün iştirak edə bilməyəcəyini bildirmişdirsə, vergi orqanı əməkdaşları növbəti günlərdə niyə yenidən obyektə gəlməmişdirlər? Vergi orqanı əməkdaşları qərarın sonuncu gününə qədər obyektə gəlməli və qeyd olunan halları araşdırmalı idilər. Araşdırmalı deyildirlərsə o zaman qərarda müddət niyə 10 gün müəyyən edilir. Əlavə olaraq bildirirəm ki, İddiaçı xəstədirsə demək bu hal üzrlü haldır və inventarizasiyaya qəsdən şərait yaratması halı kimi qiymətləndirilməməlidir. Qanunsuz və əsassız protokola əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3 (049)-530/2022 nömrəli qanunsuz və əsassız qərarın ilə İddiaçı barəsində 1000,0 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir Qeyd edilən qərardan tərəfimizdən Apellyasiya şikayəti verilmişdir. 3(106)-150/2023 nömrəli iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 3 (049)-530/2022 nömrəli Qərarı ləğv edilmiş və İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı bir daha subut edir ki səyyar vergi yoxlaması düzgün aparılmamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Vergi Məcəlləsinin 54.0.1 -ci maddəsinə əsasən şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər keçirilmiş, 9 dəfə isə yoxlama dayandırılmışdır. Uzun müddət ərzində vergi yoxlaması keçirilməsinə baxmayaraq vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamışdır. İddiaçının müharibə veteranı və birinci dərəcə əlil olması cavabdeh tərəfindən nəzərə alınmamışdır. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərararının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İş materiallarında olan vergi borcunun, icbari sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********508200 nömrəli tələbnamədən görünür ki, İddiaçı, ********** Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********162634 saylı qərar əsasında maliyyə sanksiyaları tərtib edilmiş, faiz məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səyyar vergi yoxlaması aparılmışdır. İş materialında olan xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli qərarın surətindən görünür ki, İddiaçı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli qərar qəbul edilmişdir. İş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9284 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktı və həmin akt əsasında qəbul edilmiş vergi orqanının “xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında öz əksini tapmış gəlir vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış gəlir vergisi və maliyyə sanksiyası vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmamışdır. Bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə (kassa sənədləri, e-qaimələr, ödəniş tapşırılan, müqavilələr, YGB-lər, bəyannamə məlumatları və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisinin fəaliyyəti üzrə gəlir vergisinə dair az hesablanmanın olması müəyyən olunmadı. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx- 00174 nömrəli Arayış öz əksini tapmışdır ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: "Verilir vətəndaş İddiaçı ondan ötrü ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095-2096-cı məhəllə ünvanda Bakı şəhəri İH-nin X5 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində onun tərəfindən icarəyə götürülmüş satış sahəsində 150 kvm sahədə yanğın hadisəsi baş vermişdir” Yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayışında hadisənin baş verdiyi tarix səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid, həmçinin həmin Arayışın verilmə tarixi səyyar vergi yoxlaması Aktının tərtib edildiyi tarixdən əvvəlki dövrə təsadüf etsə də, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında həmin halın nəzərə alınması öz əksini tapmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyanın 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi akt tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki mübahisələndirilən 23 sentyabr 2022-ci il tarixli qərarı iddiaçı tərəfindən 11 oktyabr 2022-ci il tarixdə məhkəməyə təqdim olunduğundan iddia müddəti ötürülməmişdir. İddiaçı hazırda cavabdehin 23 sentyabr 2022-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı iddia ərizəsi iddia müddəti buraxmadan məhkəməyə təqdim edildiyindən, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 08 avqust 2022-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Lənkəran rayonu) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. AR Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə iş materiallarında olan sübutlarla müəyyən etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “vergi borcunun, icbari sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması” qərarına əsasən İddiaçı 542300,24 manat vergi və 278827,03 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 noyabr 2020-ci il tarixli **********141648 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: - Cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, yəni 8 aydan çox davam etmiş və bu müddət ərzində 1 dəfə “müddətin uzadılması barədə” və 9 dəfə “yoxlamanın müvəqqəti dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 08 avqust 2022-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır; - Vergi orqanı fərdi sahibkar İddiaçı 2018 və 2019-cu illər gəlir vergisi üzrə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı 2017-ci il üçün sahibkarın özü tərəfindən təqdim edilmiş vergi bəyannaməsindən deyil, əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə etmişdir; - xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında qeyd edilmiş 2020-ci ilin əvvəlinə mal qalığının olması halları yoxlamanı keçirən vergi orqanı tərəfindən tam araşdırılmamış və araşdırılma barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilən materiallarda, eləcə də iş üzrə məhkəmə icraatında AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzindən alınmış xx.xx.2023cü il tarixli, 9/9284 nömrəli ekspertiza rəyində də vurğulanmışdır ki, təqdim edilmiş iş materiallarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayış öz əksini tapmışdır ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: "Verilir vətəndaş İddiaçı ondan ötrü ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095-2096cı məhəllə ünvanda Bakı şəhəri İH-nin X5 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində onun tərəfindən icarəyə götürülmüş satış sahəsində 150 kv.m sahədə yanğın hadisəsi baş vermişdir” Yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, 37/11- 00174 nömrəli Arayışında hadisənin baş verdiyi tarix səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid, həmçinin həmin Arayışın verilmə tarixi səyyar vergi yoxlaması Aktının tərtib edildiyi tarixdən əvvəlki dövrə təsadüf etsə də, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında həmin halın nəzərə alınması öz əksini tapmamışdır. Məhkəmə icraatında yoxlama zamanı bu ehtimalların dəqiqləşdirilmədiyi, real vəziyyətin müəyyən edilməsi istiqamətində əlavə sübutlar toplanmadığı üçün səyyar vergi yoxlaması aktında qeyd edilən 2020-ci il əvvəlinə ehtimal olunan mal qalığının olması müəyyən edilmir. Halbuki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan başqa vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsinə başlamasından 6 ay sonra inventarizasiya keçirilməsi haqqında qərar qəbul edilmiş və inventarizasiya keçirilməsi üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektinə sadəcə olaraq bir dəfə gedilmişdir. Bununla vergi orqanı yoxlamanı həm səthi aparmış, həm də yoxlamanın səmərəliliyini təmin etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 9/9284 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktı və həmin akt əsasında qəbul edilmiş vergi orqanının “xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında öz əksini tapmış gəlir vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış gəlir vergisi və maliyyə sanksiyası vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmamışdır. Bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə (kassa sənədləri, e-qaimələr, ödəniş tapşırılan, müqavilələr, YGB-lər, bəyannamə məlumatları və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisinin fəaliyyəti üzrə gəlir vergisinə dair az hesablanmanın olması müəyyən olunmadı. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayış öz əksini tapmışdır ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: "Verilir vətəndaş İddiaçı ondan ötrü ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095- 2096-cı məhəllə ünvanda Bakı şəhəri İH-nin X5 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində onun tərəfindən icarəyə götürülmüş satış sahəsində 150 kvm sahədə yanğın hadisəsi baş vermişdir” Yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayışında hadisənin baş verdiyi tarix səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid, həmçinin həmin Arayışın verilmə tarixi səyyar vergi yoxlaması Aktının tərtib edildiyi tarixdən əvvəlki dövrə təsadüf etsə də, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında həmin halın nəzərə alınması öz əksini tapmamışdır. Məhkəmə iş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9284 nömrəli nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. İPM-in 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar