Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-120/2022 12.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş 08.04.2021-ci il tarixli, **********950100 qərarın ləğv edilməsi» tələbinə dair işə 12 may 2022-ci il tarixdə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş 08.04.2021-ci il tarixli, **********950100 nömrəli və 09.04.2021-ci il tarixli, **********607100 nömrəli qərarların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2-1(120)-1067/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə 26.11.2021-ci il tarixli, 9/6707 nömrəli ekspert rəyi verilərək, inzibati iş 07.12.2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 12.05.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş 08.04.2021-ci il tarixli, **********950100 qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 17 fevral 2021-ci il tarixində 6 sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən keçirilmiş komeral vergi yoxlaması zamanı onun onlayn kargüzarlıq unvanına gödərilmiş **********1303400 nömrəli məktuba əsasən 08 aprel 2021-ci il tarixdə **********950100 nömrəli qərar qəbul olunmuşdur. 2021-ci il yanvar ayı üzrə ona 14822.68 manat vergi hesblanmışdır. 09 aprel 2021-ci il tarixində **********607100 nömrəli qərara əsasən 6 sayli Vergilər Baş İdarəsi 9497.12 manat məbləğdə vergi, 417.87 manat faiz hesablanmış və onun ƏDV sub-uçot hesabım dondurulmuşdur. Yanlış məlumatlar əsasında qəbul olunmuş qərarları aşağıdakı səbəbdən əsassız hesab edir. Yuxarıda göstərilən qərarlar 6 sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən 17 fevral 2021-ci il tarixində keçirilmiş kameral vergi yoxlaması **********303400 nömrəli məktub əsasında qəbul olunmuşdur. Məktubun 1-ci bəndində qeyd olunub ki, EBAV seriyalı 901714 nömrəli elektron qaimə-fakturası üzrə 255.54 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: EBAV seriyalı 901714 nömərli elektron qaimə-fakturası üzrə əsas məbləğ 1993.82 manat, ƏDV məbləği 358.88 manat olmuşdur. 29.01.2020-ci il tarixli Kapital bankın 607 nömrəli ödəniş tapşırığına əsasən 255.54 manat yox, 358.88 manat ödənilmişdir. Məktubun 2-ci bəndində qeyd olunmuşdur ki, EBAT seriyali 915621 nömrəli elektron qaimə-fakturası üzrə 215.46 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: EBAT seriyali 915621 nömrəli elektron qaimə-fakturasi üzrə əsas məbləğ 1771.17 manat, ƏDV məbləği 318.80 manat olmuşdur. 29.12.2020-ci il tarixli Kapital Bankın 559 nömrəli ödəniş tapşırığına əsasən 215.46 manat ƏDV yox 318.80 manat ƏDV məbləği ödənilmişdir. Məktubun 3-cü bəndində qeyd olunur ki, EBAQ seriyalı 884232 nömrəli elektron qaimə-fakturası üzrə 61.30 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: Qeyd edir ki, EBAQ seriyali 884232 nömrəli elektron qaimə-fakturası üzrə əsas məbləğ 914.73 manat, ƏDV məbləği 164.65 manat olmuşdur. 29.01.2021-ci il tarixli Kapital bankın 607 nömrəli ödəniş tapşırığına əsasən 61.30 manat ƏDV məbləği yox,164.65 manat ödənilmişdir. Məktubun 4-cu bəndində qeyd olunur ki, komeral vergi yoxlamasında ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsində dövr ərzində daxil olmuş avans məbləğlərinin cəmi 169488.32 manat göstərilib. Qərarda göstərilən rəqəm yanlışdır. Ancaq faktiki olaraq yanvar 2021-ci il tarixi üzrə kapital bankda olan hesab dövriyyə sənədlərində daxil olan avans məbləğlərinin cəmi 84.940.72 manat olmuşdur. **********1303400 nömrəli məktuba 17 fevral 2021-ci il tarixində onun tərəfindən cavab yazılmışdır. Ancaq məsələ öz həllini tapmamışdır. Hər ay onun Kapital bankda olan hesab dövriyyə sənədləri, onlayn vergi kassa aparatının dövriyyə sənədləri və həmin dövr üçün ödənilən və əvəzləşdiriliən elektron qaimə-fakturalar 6 sayli Ərazi Vergilər Baş İdarəsinin öhdəsində olmasına baxmayaraq, yenə də yanlış məlumatlar əsasında qərarlar qəbul etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş 08.04.2021-ci il tarixli, **********950100 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 08 aprel 2021-ci il tarixli, **********950100 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 14.822,68 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 14.822,68 manat müəyyən edilmişdir. İş materiallarında olan 09.04.2021-ci il tarixli, **********607100 nömrəli qərardan görünür ki, X3 VÖEN ********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 07.06.2021-ci il tarixli, **********664300 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X3 (bundan sonra iddiaçı) 6 saylı Ərazi Vergilər Baş idarəsinə (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 08.04.2021-ci il tarixli **********950100 nömrəli və 09.04.2021-ci il tarixli **********607100 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi əsassızdır. İddia ərizəsində əks olunan iddia tələbinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik. Öncəliklə məlumat üçün bildiririk ki, borclu vergi ödəyicisi X3na (VÖEN:**********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisi tərəfindən tərəfindən 2021-ci ilin yanvar ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin kameral vergi yoxlaması zamanı təqdim etdiyiniz bəyannamənin 301-ci “ƏDV”-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin təqdim edilmiş mal, iç və xidmətlərin dəyəri (82593 38 manat) ile 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (122 59 manat) fərqi (82470.79 manat) və 307.1-ci ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (87017.53 manat), bəyannamənin 3 nömrəli Əlavəsinin 301.1.1.8, 301. 1.2.7 sətirləri üzrə dövr ərzində daxil olmuş avans məbləğlərinin (0.00 manat) cəmi 169488.32 manat (82470.79*87017.53) olmasına baxmayaraq, 301-ci “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətri üzrə daxil olmuş məbləğin 87140.12 manat göstərilməsi nəticəsində 82348.20 manat kənarlaşma müəyyən məzmunlu elektron uyğunsuzluq üzrə kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə 17.02.2021-ci il tarixli, **********303400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq heç bir izahat, dəqiqləşdirilmiş bəyannamələr və ya təsdiqedici sənədlər təqdim edilmədiyindən 2021-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə kameral qaydada 14822.68 manat (82348.20*18%) əlavə vergi məbləği hesablanmış və iddiaçıya 08.04.2021-ci il tarixli, **********950100 nömrəli “Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinə göndərilmiş 17.02.2021-ci il tarixli, **********303400 nömrəli uyğunsuzluq məktubunun 1-3-cü bəndlərində əks olunmuş əvəzləşdirilmə ilə bağlı uyğunsuzluqlar səhv uyğunsuzluq kimi qiymətləndirilmiş, təqdim edilmiş bəyannamənin kameral vergi yoxlaması zamanı qeyd olunan uyğunsuzlulaqlar üzrə heç bir əlavə vergi məbləğinin hesablanması aparılmamış və kameral vergi yoxlaması zamanı qanunamüvafiq qaydada nəzərə alınmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, “vergi yoxlamasında ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsində dövr ərzində daxil olmuş avans məbləğinin cəmi 169488.32 manat göstərilib. Qərarda göstərilən məbləğ yanlışdır. Qeyd olunan dəlillə bağlı öncəliklə bildiririk ki, müvafiq uyğunsuzluq məktubunda avans məbləğləri 0.00 göstərilmişdir. Həmin uyğunsuzluq məktubunda ifadə olunan 169488.32 manat məbləğ (82470.79*87017.53) iddiaçının özü tərəfindən təqdim etdiyi bəyannamədə könüllü göstərildiyi malların təqdim edilməsindən və silinən debitor borcundan ibarət olan rəqəmdir. İddiaçı X2 cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 05.01.2022-ci il tarixli, **********739600 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X3 (bundan sonra iddiaçı) 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 08.04.2021-ci il tarixli **********950100 nömrəli və 09.04.2021-ci il tarixli **********607100 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan inzibati mübahisə üzrə məhkəmə tərəfindən 24.08.2021-ci il tarixdə ekspertizanın təyin olunması haqqında qərardad qəbul edilmiş və iş üzrə məhkəmə-mühasibat ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibat ekspertizası üzrə 26 noyabr 2021-ci il tarixli, 9/6707 nömrəli (Böyük ekspert: Rövşən Cəlilov) rəy verilmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, 26 noyabr 2021-ci il tarixli, 9/6707 nömrəli ekspert rəyi əsassız və qanunsuzdur: Belə ki, ekspert rəyində qeyd edir ki, “Təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, ƏDV-nin sub-uçot hesabları, elektron qaimə fakturalar və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə 82,348.20 manat dəyərində elektron qaimə-fakturanın yazılmaması və bank hesablarına 82,348.20 manat vəsaitin daxil olmaması müəyyən olunur. Belə ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, elektron qaimə fakturalar və s.) əsasən X3 tərəfindən 87140.12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsaiti daxil olmuşdur. Yəni 08.04.2021-ci il tarixli **********950100 nömrəli qərarla vergi ödəyicisinə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış 14822.68 manat vəsait X2 ƏDV sub-uçot hesabına daxil olmamışdır”. Öncəliklə bildirməyi zəruri hesab edirik ki, ekspertin rəyin nəticə hissəsində qeyd etdiyi X3 tərəfindən 87140.12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsaiti daxil olması barədə fikir irəli sürməsi qeyri-müəyyəndir və aydın deyildir. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin yanvar ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin kameral vergi yoxlaması zamanı "Təqdim etdiyiniz bəyannamənin 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (82593.38 manat) ilə 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (122.59 manat) fərqi (82470.79 manat) və 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (87017.53 manat), bəyannamənin 3 nömrəli Əlavəsinin 301.1.1.8, 301.1.2.7 sətirləri üzrə dövr ərzində daxil olmuş avans məbləğlərinin (0.00 manat) cəmi 169488.32 manat (82470.79+87017.53) olmasına baxmayaraq, 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətri üzrə daxil olmuş məbləğin 87140.12 manat göstərilməsi nəticəsində 82348.20 manat kənarlaşma müəyyən edilmişdir məzmunlu elektron uyğunsuzluq üzrə kənarlaşma aşkar edilmişdir. Göründüyü kimi 2021-ci ilin yanvar ayı üçün iddiaçının özü tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində könüllü göstərdiyi malların təqdim edilməsindən və silinən debitor borcundan ibarət olan rəqəmlərdir. Belə ki, ekspertin rəyində qeyd olunan 84940,72 manat məbləğində pul vəsaitinin daxil olması bəyannamədə öz əksini tapmamışdır. Beləliklə qeyd etməyi zəruri hesab edirik ki, ekspert rəyinin əsaslandırıcı hissəsi bir neçə vərəqədən ibarət olsa da məhkəmə tərəfindən qoyulan sualları əks etdirməklə əksər abzaslar tam təkrar cümlələrdən təşkil edilmişdir. Yəni ekspertin rəyində qeyd olunan 84940,72 manat məbləğində pul vəsaitinin daxil olmasının hansı sənədlərdə və bəyannamənin hansı göstəricilərində öz əksini tapması qeyri-müəyyən olaraq qalır və bu hal ekspert rəyinin “ətraflı şəkildə həyata keçirilən tədqiqata” söykənmədiyi qənaətinə gəlməyə əsas verir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin qanunun 13-cü maddəsinə əsasən: Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 2-1(120)-1067/2021 saylı inzibati mübahisə üzrə 26 noyabr 2021-ci il tarixli, 9/6707 nömrəli ekspert rəyinin əsassız və qanunsuz olduğu üçün qeyrimötəbər sübut kimi qiymətləndirilməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 9/6707 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, ƏDVnin sub-uçot hesabları elektron-fakturalar və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə 82,348.20 manat dəyərində elektron qaimə fakturanın yazılmaması və bank hesablarına 82,348.20 manat vəsaitin daxil olmaması müəyyən olunur. Belə ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, elektron qaimə fakturalar və s.) əsasən X3 tərəfindən 87140,12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsaiti daxil olmuşdur. Yəni “08.04.2021-ci il tarixli, **********950100 nömrəli qərarla vergi ödəyicisinə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış 14822,68 manat məbləğində ƏDV üzrə borc məbləği müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, ƏDV-nin sub-uçot hesabına 82,348.20 manat məbləğin 18 faizi yəni 14,822.68 manat vəsait X2 ƏDV sub-uçot hesabına daxil olmamışdır. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı X2 fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlamasının nəticələrinə görə qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında 08.04.2021-ci il tarixli, **********950100 nömrəli qərara əsasən müəyyən edilmiş vergi məbləğinin düzgünlüyü müəyyən edilmir”. Məhkəmə yuxarıda qeyd edilən sübutları, işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan etirazda göstərilən dəlillərə uyğun “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında 08.04.2021-ci il tarixli, **********950100 nömrəli qərarın qəbul edilməsində və vergi borcunun hesablanmasında haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 9/6707 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, ƏDVnin sub-uçot hesabları elektron-fakturalar və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə 82,348.20 manat dəyərində elektron qaimə fakturanın yazılmaması və bank hesablarına 82,348.20 manat vəsaitin daxil olmaması müəyyən olunur. Belə ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, elektron qaimə fakturalar və s.) əsasən X3 tərəfindən 87140,12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsaiti daxil olmuşdur. Yəni “08.04.2021-ci il tarixli, **********950100 nömrəli qərarla vergi ödəyicisinə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış 14822,68 manat məbləğində ƏDV üzrə borc məbləği müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, ƏDV-nin sub-uçot hesabına 82,348.20 manat məbləğin 18 faizi yəni 14,822.68 manat vəsait X2 ƏDV sub-uçot hesabına daxil olmamışdır. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı X2 fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlamasının nəticələrinə görə qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında 08.04.2021-ci il tarixli, **********950100 nömrəli qərara əsasən müəyyən edilmiş vergi məbləğinin düzgünlüyü müəyyən edilmir”. Məhkəmə hazırkı işlə bağlı təqdim edilmiş ekspert rəyini yuxarıda qeyd edilən hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından mötəbər sübut kimi qiymətləndirir. Ən azından bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş 08.04.2021-ci il tarixli, **********950100 nömrəli qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar (inizbati akt) ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş 08.04.2021-ci il tarixli, **********950100 nömrəli qərarı ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 200 (iki yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında 08.04.2021-ci il tarixli, **********950100 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(120)-120/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-120/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver