Məhkəmə qərarları › İş №e-2-1(120)-1253/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1253/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1253/2022 14.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək olan dövr üzrə işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş forma-2, forma-3, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialın norma daxilində silgisi barədə aylıq texniki hesabatlar, debitor və kreditor borclarının yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısının təsdiq olunmuş surətlərinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək olan dövr üzrə işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş forma-2, forma-3, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialın norma daxilində silgisi barədə aylıq texniki hesabatlar, debitor və kreditor borclarının yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısının təsdiq olunmuş surətlərinin Cavabdeh MMCdən götürülərək 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, 8 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, İdarənin xx.xx.2022-ci il tarixli **********154089 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2019-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə Cavabdeh MMC-yə (VÖEN ********** ) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2022-ci il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli KY221712793 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, xx.xx.2022-ci il tarixli **********154089 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2022-ci il tarixli **********154162 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2022-ci il tarixli **********438700 №-li məktubla fərdi sahibkarın elektron poçtuna göndərilmiş (xx.xx.2022-ci il tarixdə oxunmuşdur) və qeyd olunan sənədlər xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin rəhbəri X1 əlbə əl təqdim edilmişdir. Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya 8 saylıƏrazi Vergilər İdarəsinə tam təqdim edilməmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155081 saylı Qərar çıxarılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə İşlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş forma-2 və forma-3, mal-materialın hərəkəti barədə aylıq material hesabatları, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialın norma daxilində silgisi barədə aylıq texniki hesabatlar, debitor və kreditor borclarının yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısının təsdiq olunmuş surətləri yoxlamaya təqdim edilməməsinə görə xx.xx.2022-ci tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş forma-2 və forma-3, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialın norma daxilində silgisi barədə aylıq texniki hesabatlar, debitor və kreditor borclarının yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısının təsdiq olunmuş surətlərinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması barədə məhkəmə qərarının çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki; - İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154089 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: yanvar 2019 - dekabr 2021) təyin edilmişdir. - Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim edilməsi haqqında” **********154162 nömrəli xx.xx.2021-ci il tarixli Tələbnamə təqdim edilmişdir. - xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********155081 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrünü əhatə edən mühasibatlıq sənədlərinin səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. - xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh direktoru X3 tərəfindən ilkin mühasibat sənədlərinin xx.xx.2022-ci il tarixədək 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsini öhdəlik götürmüşdür. - Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə “Sənədlərin və nümunə kim əşyaların verilməsindən imtina barədə” akt tərtib edilmiş, cavabdeh tərəfindən həmin sənədlərin verilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunan iş materialları ilə yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək olan dövr üzrə işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş forma-2, forma-3, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialın norma daxilində silgisi barədə aylıq texniki hesabatlar, debitor və kreditor borclarının yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısının təsdiq olunmuş surətlərinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar