Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-1270/2023 19.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 115 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1270/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 115 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996 cı ildə doğülınuşdur və Bryansk vilayəti Starodubskiy rayonu adminstrasiyasının VVAQ şöbəsində 05 iyun 1996-cı il tarixdə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 75 nömrəsi ilə qeyd aparılmış və ona İ-MP No 744111 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Füzuli rayonu VVAQ şöbəsində 13 iyun 1996-cı il tarixdə onun Füzuli rayonunda anadan xx xxxx 1996 cı ildə doğulmağı barədə X/X JQ No 344337 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, Füzuli rayonu VVAQ tərəfindən ona verilmiş sənəddə göstərilən məlumatlar düzgün olmadığı üçün həmin sənəd ləğv olunmalıdır. Bununla əlaqədar cavabdehə rəsmi müraciət etmişdir və cavabdeh xx.xx.2022 ci il tarixdə 289/05-13 saylı məktubla ona imtina verərək məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 289/xx-xx-2023 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsindən imtina etmək barədə rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı 13 iyul 2022-ci ildə Cavabdehnə müraciət etmişdir. Vətəndaş doğum haqqında akt qeydində olduğu kimi xx.xx.1996-cı il deyil, xx.xx.1996-cı il olduğunu bildirmişdir. Lakin doğum akt qeydinə və vətəndaşın şəxsiyyət vəsiqəsinə baxış zamanı tərəflərindən doğum tarixinin xx.xx.1996-cı il olduğu aşkar edilmişdir. Vətəndaşa doğum tarixinə dəyişiklik edilməsindən imtina edilmişdir. -İşdə olan İ-MP 744111 nömrəli doğum haqqında şəhhadətnamədən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bryansk vilayəti, Starodubskiy rayonu, Starodub şəhərində anadan olmuşdur. -İşdə olan Rusiya Federasiyasının xx.xx.2016-cı il tarixli pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bryansk vilayəti, Starodubskiy rayonu, Starodub şəhərində anadan olmuş və Rusiyada qeydiyyatdadır. - İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8- 10/355-23 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı doğum akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - İşdə olan 115 nömrəli, xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Füzuli rayonu, Zərgər kəndində anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında isə X4 qeyd edilmişdir. -İşdə olan Moskva vilayəti VVAQ Baş idarəsinin Mıtişi şəhər dairəsi üzrə WAQ idarəsinin 1 nömrəli şöbəsinin A-02006 nömrəli doğum haqqında arayışında göstərilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının vahid dövlət reyestrində Bryansk vilayəti Starodubskiy rayon administrasiyasının VVAQ şöbəsi tərəfindən tərtib edilmiş 05 iyun 1996-cı il tarixli 75 nömrəli doğum haqqında akt qeydi mövcuddur. İddiaçı xx.xx.1996-cı ildə Bryansk vilayəti, Starodubskiy rayonu, Starodub şəhərində anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında isə X4 qeyd edilmişdir. - İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-05- 08/454 nömrəli məktubunda göstərilmişdir ki, 12,07.2023-cü il tarixdə Cavabdehnə daxil olmuş ərizəyə əsasən X2 xx.xx.1996-cı ildə Cavabdeh tərəfindən 115 saylı doğum akt qeydinin ləğv edilməsi göstərilmişdir. Ləkin doğum akt qeydinə baxış zamanı aktın ilkin olması tərəfimizdən aşkar edilmiş və ilkin akt qeydinin ləğvi Qeydiyyat Şöbəsinin səlahiyyətində olmadığı üçün imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - İşdə olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubuna əsasən, iddiaçının anası X1 xx.xx.1996-cı il tarixdə və yaxud xx.xx.1996-cı il tarixdə doğuş etməsi barəsində heç bir məlumat aşkar edilmədi. -İşdə olan Füzuli rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-73/2-10382/2023 nömrəli məktubunda göstərilmişdir ki, Q və ŞVQ-da şəxsiyyət vəsiqəsinin verilməsinə görə sənədlərin saxlama müddəti 5 il olduğu üçün X7ma ilk dəfə şəxsiyyət vəsiqəsi götürərkən tələb olunan sənədlər müvafiq qaydada yandırılaraq məhv edilib. X6 barəsində Füzuli RPŞ-də təqsirləndirici materialın ( sadələşdirilmiş icraat materialının və cinayət işi yoxdur.Odur ki, X2 fərdi uçot kartoçkasının ksero surəti (əsli ilə düzdür) göndərilir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bryansk vilayəti, Starodubskiy rayonu, Starodub şəhərində anadan olmuş və Rusiyada qeydiyyatdadır. Onun barəsində Bryansk vilayəti Starodubskiy rayon administrasiyasının VVAQ şöbəsi tərəfindən tərtib edilmiş 05 iyun 1996-cı il tarixli 75 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, İddiaçı xx.xx.1996-cı ildə Bryansk vilayəti, Starodubskiy rayonu, Starodub şəhərində anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında isə X4 qeyd edilmişdir. İşin mübahisəli halı İddiaçı doğumu barəsində iki fərqli vaxtlarda, yəni Rusiya Federasiyası Bryansk vilayəti Starodubskiy rayon administrasiyasının VVAQ şöbəsi tərəfindən tərtib edilmiş 05 iyun 1996-cı il tarixli 75 nömrəli doğum haqqında akt qeydinin və Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 115 nömrəli doğum haqqında akt qeydinin tərtib edilməsidir. İddiaçı Bryansk vilayətində anadan olduğunu, orada xx.xx.1996-cı il tarixli, 115 nömrəli doğum haqqında akt qeydində qeydiyyat üçün əsas olaraq İmişli Xəstəxanası göstərilmiş, lakin “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, iddiaçının anası X1 xx.xx.1996cı il tarixdə və yaxud xx.xx.1996-cı il tarixdə doğuş etməsi barəsində heç bir məlumat aşkar edilməmişdir. Bu ziddiyyətli halın aradan qaldırılması üçün İddiaçı barəsində Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 115 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 115 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №e-2-1(120)-1270/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1270/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver