Məhkəmə qərarları › İş №e-2-1(120)-137/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-137/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-137/2022 18.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındaa Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aidiyyat üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Eyni zamanda onun fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. 2019-cu il Gəlir Vergisi, bəyannaməsi uzrə keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır, belə ki, kameral yoxlama aparılan cari bəyannamə iddiaçı tərəfindən göndərilməmişdir. Bu xüsusat onunla sübut olunur ki, vergi ödəyiciləri üçün yaradılmış bəyannamə siyahısı barədə internet vergi idarəsində, həmin arayışın vergi bəyannaməsinin iddiaçı tərəfindən cavabdeh inzibati orqana göndərilməsi əks olunmur. Bununla bağlı, dəfələrlə iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə (indiki Dövlət Vergi Xidmətinə) 6 saylı ƏVD-nə (indiki 6 saylı Ərazi Vergilər Baş İdarəsinə bu halı şübhəsiz subut edən dəlillər təqdim etməklə şikayətlər edilmişdir, lakin bu məsələnin araşdırılması əvəzinə sonralar da iddiaçının əvəzindən elektron dəqiqləşmiş bəyannamələr də göndərilmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə FŞGV 2019-CARİ (ARAYİŞ) və xx.xx.2019-cu il tarixdə FŞGV 2019-dəqiqləşmiş (B) bəyannamələri iddiaçı tərəfindən verilməmişdir. Yenə də bu hal xx.xx.2020-ci il tarixli bəyannamə siyahısı barədə internet vergi idarəsindən çıxarışda öz əksini tapmamışdır. İddiaçı tərəfindən arayış və bəyannamə təqdim edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Belə ki, mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********771600 saylı xx.xx.2021-ci il tarixli qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarı qəbul edərkən araşdırma zamanı elektron qaimə fakturası məlumatlarına əsasən 2019-cu il ərzində iddiaçı tərəfindən taxta materialının kub metrinin satış qiyməti 355,0 manat təşkil etdiyinə idxal məlumatlarına şörə kub metrinin alış dəyəri 268,0 manata basa səlmişdir ki. bu zaman ticarət əlavəsi 33,0 faiz təşkil etdivinə aşkar edilmiş bu uyğunsuzluqlar suva sənədsiz mal alışı və satışı ilə məşğul olma, həmçinin suva satış dövriyyəsinin gizlədilməsi kimi qeyd edərək əsaslandırmasa çalışmışdır. Bildirilmişdir ki, iddiaçının (2017-40%, 2018-20,5%, 2019-4,3%) illər üzrə ticarət əlavələri qeyd olunub. Həmin hesabatlarda qeyd edilən ticarət əlavələri həqiqəti əks etdirir. Bunu müvafiq sənədlər təsdiq edir. Vergi orqanı tərəfindən bildirilir ki, 2019-cu ildə ölkə üzrə eyni adlı malın satışında ticarət əlavəsi 33 %> təşkil etmişdir. Bu müqayisəni aparan hörmətli vergi əməkdaşı, diqqət etməmişdir ki, iddiaçının satışı 2019-cu ilin 1-ci rübündə baş vermişdir. Vergi orqanı tərəfindən iddiaçının 1- ci rübü üzrə satış ilin müvafiq dövrü ilə müqayisə edilmişdir. Hesab edirəm ki, bütöv 2019-cu ilin nəticələri ilə itin 1ci rübünün müqayisəsi effektiv deyildir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, iddiaçı 2019cu ildə sahibkarlıq fəaliyyətini dayandırdığıma görə həmin dövürdə yeni məhsul da idxal etməmiş və anbarda qalan malı tez bir zamanda pula çevirmək üçün cuzi ticarət əlavəsi ilə satmışdır. Bu heç bir halda istər iqtisadi, istər hüquqi cəhətdən vergiyə cəlb edilən satış dövriyyəsinin gizlədilməsi kimi qiymətləndirilə bilməz. Əlavə olaraq da qeyd edim ki, 2018-ci ildə ərzində 113641,38 manat dəyərində mal idxal edilmişdir. Göndərilən məktubda bu rəqəm səhv qeyd edilmişdir. Hesab edirlər ki, cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatların əsasında hesablandığını göstərməmiş, verginin baza məlumatları əsasında hesablandığını bildirsə də, həmin baza məlumatlarının əks olunduğu sənədləri (hesabatları, bəyannamələri) təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını təsdiq edən hər hansı sübut bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. İddiaçı tərəfindən 2019-cu il üzrə fiziki şəxslərin gəlir vergisinin cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmədiyi təqdirdə iddiaçının hesab vərəqəsinə xx.xx.2019-cu i! tarixində FŞGV 2019 Cari (arayış) işlənmişdir. İddiaçı tərəfindən 2019-cu il FŞGV bəyannaməsi təqdim edilmədiyi halda xx.xx.2019-cu il tarixində kimsə onun əvəzinə saxta bir imza ilə 6 Saylı Ərazi Vergilər Baş İdarəsinə arayış formasında bəyannamə təqdim etmişdir və dərhal bu bəyannaməyə Kameral vergi yoxlaması aparılmışdır. Artıq ödəmə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının bank hesabına qoyulmuş sərəncam nəticəsində qanunsuz və əsassız olaraq bank hesabından silinmişdir. 2019-cu il Gəlir vergisi cari bəyannaməsinə əsasən keçirilən kameral vergi yoxlaması və göstərilən səbəblər tamam'ı ilə əsassızdır. Belə ki, qeyd edilən bəyannamə iddiaçı tərfindən göndərilməmişdir, iddiaçının əvəzindən ona aid olmayan imza itə arayış təqdim edilmişdir, iddiaçı tərəfindən artıq ödəminin qaytarılması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan bir sıra əsassız məktublar göndərərək, artıq ödəmənin geri qaytarılmasından imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2021-ci il tarixli **********771600 nömrəli, vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “2019-cu il Gəlir Vergisi bəyannaməsi üzrə keçirilən kameral vergi yoxlmasının aparılması ümumiyyətlə qanunauyğun olmamışdır. Belə ki, kameral yoxlama aparılan cari bəyannamə iddiaçı tərəfindən göndərilməmişdir. Bu xüsusat onunla sübut olunur ki, vergi ödəyiciləri üçün yaradılmış bəyannamə siyahısı barədə internet vergi idarəsində, həmin arayışın və elektron vergi bəyannaməsinin iddiaçı tərəfindən cavabdeh inzibati orqana göndərilməsi əks olunmur. İddiaçı tərəfindən arayış və bəyannamə təqdim edilmədiyindən cavabdeh inzibati orqan təfindən qanunsuz və əsassız olaraq qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablanmışdır”. Göstərilən və iddia ərizəsində qeyd edilən digər dəlillərə ətraflı münasibət :ı airmək üçün öncəliklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik. Borclu vergi ödəyicisi İddiaçı (VÖEN **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri ağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisi İddiaçı (VÖEN **********) xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi - .annaməsinin əlavəsinə əsasən hesabat dövrünün sonuna sahibliyində 209806.09 manat mal qalığı qalmışdır. Vergi ödəyicisi sahibkarlıq fəaliyyətinin 5 aprel 2019-cu il tarixdən dayandırmışdır. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən obyektin fəaliyyətini isə 11 aprel 2019-cu il tarixdən ləğv etmişdir. 2019-cu ilin yanvar-aprel ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV-siz dövriyyəsi 6843.8 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir kimi 135666,00 manat gösərilmişdir. Halbuki 2019-cu ilin əvvəlinə 209806.09 manat mal qalığı olduğu üçün 74140,09 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisinin sahibliyində olan mal qalığının araşdırılması zamanı obyektin ləğv edildiyi və ödəyicinin sahibliyində qalan malın olması aşkar edilməmişdir. Yaranmış kənarlaşma ilə iddiaçı tərəfindən təqdim edilmiş vergi məbləği (797,52 manat) nəzərə alınmaqla 7594,72 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2021 -ci il tarixli **********726300 nömrəli bildiriş göndərilmişdir. İddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilməmişdir. Beləliklə də Vergi Məsəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən iddiaçıya 8392,24 manat 209806.09/5*20%=8392.24) əlavə vergi məbləği hesablanmışdır. 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə vergi ləbləğinin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********771600 nömrəli ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq idiaçıya göndərilmişdir. Arayış və cari bəyannamənin iddiaçı tərəfindən vergi orqanına göndərilməməsi və bu xüsusatın vergi ödəyiciləri üçün yaradılmış bəyannamə siyahısı barədə internet vergi idarəsində əmin arayışın və vergi bəyannaməsinin iddiaçı tərəfindən cavabdeh inzibati orqana göndərilməsinin əks olunmaması ilə sübut olunması dəlili ilə bağlı bildiririk ki, iddia ərizəsində qeyd olunan arayış və bəyannamə iddiaçı tərəfindən poçt vasitəsi ilə vergi orqanına təqdim sdildiyi üçün qeyd olunan hesabatda (internet vergi idarəsində) görsənməməsi mümkündür. Lakin sonradan təqdim olunan dəqiqləşdirilmiş bəyannamələr iddiaçı tərəfindən elektron qaydada təqdim edilmişdir ki, bu bəyannamələr ilə də iddiaçı tərəfindən müvafiq vergilər hesablanmışdır. Həmin bəyannamələrin iddiaçı tərəfindən təqdim edilməməsini sübut edən hər hansı bir »il barəsində iddia ərizəsində qeyd edilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, “Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********771600 saylı xx.xx.2021-ci il tarixli qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır”. Bildirilir ki, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli mübahisələndirilən inzibati akt xx.xx.2021 -ci il tarixdə **********771600 nömrə ilə qanunvericiliyə uyğun olaraq elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və iddiaçı tərəfindən qeyd olunan qərar xx.xx.2021-ci il tarixdə, saat 11:05:31-də oxunmuşdur. Göründüyü kimi iddiaçının qeyd olunan, təhrif olunmuş və heç bir əsası olmayan dəlili hüquqdan sui-istifadə olaraq hakimdə yanlış fikir formalaşdırmağa xidmət edir. Bu isə yolverilməzdir və qanunvericiliyin tələblərinə birbaşa zidd hərəkətdir. Eyni zamanda iddiaçı iddia ərzisəində qeyd edir ki, “Vergi orqanı tərəfindən iddiaçının 1-ci rübü üzrə satış ilin müvafiq dövrü ilə müqayisə edilmişdir. Hesab edirəm ki, bütov 2019-cu ilin nəticələri ilə ilin 1ci rübunun müqayisəsi effektiv deyildir. 2019-cu ildə sahibkarlıq fəaliyyətimi dayandırdığıma görə həmin dövrdə yeni məhsul da idxal etməmiş və anbarda qalan malı tez bir zamanda pula çevirmək üçün cüzi ticarət əlavəsi ilə satmışdır. Əlavə olaraq qeyd edirəm ki, 2018-ci İldə 113641.38 manat dəyərində mal idxal edilmişdir”. Göstərilən dəlillərlə bağlı məlumat üçün qeyd edirik ki, iddiaçı tərəfindən xx.xx.2019-cu tarixdə təqdim edilmiş 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində (Mallar) dövr ərzində 388276.41 manat mal alındığı, 259454.02 manat dəyərində mal satıldığı göstərilmişdir. Hesabat dövrünün sonuna 128822.39 manat mal qalığı qalmışdır. Lakin hesabatda dövrün əvvəlinə, yəni 2017-ci ilin sonuna olan 80983.70 manat mal qalığı gösətrilməmişdir. Məlumat üçün bildiririk ki, 2017-ci il ərzində iddiaçı tərəfindən 694707.20 manat dəyərində mal alınmış, 613723.5 manat dəyərində mal isə satılmışdır. (128822.39+80983.70=209806.09 mal qalığı) Qeyd olunan faktlar iddiaçı tərəfindən təqdim olunan hesabatlarla təsdiq olunur. Nəticə etibarı ilə kameral vergi yoxlaması ilə əlavə 7594,72 manat (iddiaçı tərəfindən əqdim olunmuş hesabata əsasən qeyd olunan 797.52 manat vergi məbləği nəzərə alınmaqla)(209806.09/5*20%o—8392.24) vergi məbləği hesablanmışdır. Eyni zamanda bildirirlər ki, iddia ərizəsində qeyd olunan “2019-cu ilin -əticələri ilə ilin 1-ci rübunun müqayisəsi” ifadəsi ziddiyətlidir və anlaşılan deyildir. iddia ərizəsində iddia tələbinin dəlili olaraq qeyd edilir ki, “Hesab edirəm ki, cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatları əsasında hesablandığını göstərməmiş, verginin baza məlumatları əsasında hesablandığını bildirsə də, həmin baza məlumatlarının əks olunduğu sənədləri təqdim etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır”. Qeyd olunanlarla bağlı məlumat üçün bildirilmişdir ki, iddiaçıya kameral vergi yoxlaması ilə əlavə verginin hesablanması zamanı hər hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatlarından istifadə edilməmişdir. Əlavə vergi məbləği Vergi Məsəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən iddiaçıya hesablanmışdır. Hesab edirlər ki, heç bir əsası olmayan dəlillərə istinad edərək iddia tələbini irəli sürmək hüququndan sui-istifadədir. Baza məlumatları dedikdə, iddiaçı tərəfindən təqdim edilmiş hesabatlar da daxil olmaqla idxalı təsdiq edən gömrük məlumatları və digər sənədlər hesab edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayışda qeyd olunan “********** yazısı, İddiaçı B” sözləri və həmin arayışda olan imza ilə sərbəst nümunələrdəki sözlər və imzalar eyni şəxs tərəfindən yəni İddiaçı tərəfindən icra olunmuşmudur? AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 27 aprel 2022-ci il tarixli 4/461 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: - ekspertizaya təqdim edilmiş, İddiaçı adına olan “vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayışın ön tərəfində “VÖEN” qrafası qarşısındakı “********** ” rəqəmləri, “vergi ödəyicisinin tam adı” qrafası qarşısındakı “İddiaçı B. ” yazıları və həmin arayışın arxa tərəfində “Arayışı tərtib edən məsul şəxsin S.A.A ” qrafasındakı “İddiaçı B. ” Yazıları və həmin yazıların qarşısında “İmza” qrafasındakı imza - İddiaçı Böyükasa oslu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, hazırkı məhkəmə icraatında alınmış ekspertiza rəyi heç bir qanuni sənədə və dəlilə istinad olunmadan vergilər hesablaması sübuta yetirilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçıya 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş, yoxlama ilə əlavə və borca çevrilmiş vergi məbləğləri hesablanmışdır. Yekun olaraq iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilmişdir. İddiaçı vergi orqanının mövqeyi ilə razılaşmır və qərarın verilməsi üçün göndərilən “vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayış formasında bəyannamənin onun tərəfindən imzalanmadığını bildirir və 03 may 2021-ci il tarixli həmin qərarı mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə (1-ci cümləsi) əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçının hazırda inzibati orqanın 03 may 2021-ci il tarixli **********771600 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, mübahisələndirilən qərar hazırkı cavabdeh inzibati orqan tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 12 mart 2020-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Lənkəran rayonu) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən məhkəmə icraatında tədqiq olunmuş ekspertiza rəyinə, iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: - vergi qanunvericiliyinin qeyd olunan (kameral vergi yoxlaması keçirilən) dövrdə qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Vergi Məcəlləsinin müddəalarına görə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi vergi orqanına müvafiq bəyannaməni hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edir. Cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatların əsasında hesablandığını göstərməmiş, baza məlumatlarının əks olunduğu sənədləri təqdim etməmişdir. İnzibati orqan “vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayış formasında bəyannaməyə əsasən kameral vergi yoxlaması aparmışdır ki, iş materiallarında olan 27 aprel 2022-ci il tarixli 4/461 nömrəli ekspert rəyinə əsasən həmin arayışın saxta yolla imzalandığı sübuta yetirilmişdir. Nəticə etibari ilə iddiaçının hüquqları, Vergi Məcəlləsinin və İnzibati İcraat haqqında qanunun tələbləri pozulmuşdur. - cavabdeh inzibati orqanın 03 may 2021-ci il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; Bununla da belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 iyun 2021-ci il tarixli **********321100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuzdir. Həmçinin məhkəmənin qənaətinə görə, mübahisələndirilən 03 may 2021-ci il tarixli inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən iddiaçı barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 may 2021-ci il tarixli **********771600 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə 126 (bir yüz iyirmi altı) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 may 2021-ci il tarixli, **********771600 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə 126 (bir yüz iyirmi altı) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar