Məhkəmə qərarları › İş №e-2-1(120)-1416/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1416/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-1416/2023 15.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs Piriyeva Rəfiqə Həsən qızının nümayəndəsi X4 iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə(üçüncü şəxslər Piriyeva Rəfiqə Həsən qızına və X8) qarşı Hacıqabul şəhəri, X16 küçəsi, ev 170 (yeni qaydalarla Hacıqabul şəhəri, X16 küçəsi, ev 266) ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 43,9 kv.m ibarət fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-3172/2022 saylı qərardadı iləPiriyeva Rəfiqə Həsən qızına və X8 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1416/2023 saylı qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə, üçüncü şəxslər Piriyeva Rəfiqə Həsən qızına və X5 qarşı Hacıqabul şəhəri, X16 küçəsi, ev 170 (yeni qaydalarla Hacıqabul şəhəri, X16 küçəsi, ev 266) ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 43,9 kv.m ibarət fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli. ********** qeydiyyat və **********0504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1416/2023 saylı qərardadı ilə iddiaçının dəqiqləşmə barədə ərizəsinə əsasən, iddia tələbi “Hacıqabul şəhəri, X16 küçəsi, ev 170 (yeni qaydalarla Hacıqabul şəhəri, X16 küçəsi, ev 266) ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 43,9 kv.m ibarət fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Piriyeva Rəfiqə Həsən qızı "cavabdehlər X5, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tənınması tələbi" ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(071)440/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 adma verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarış etibarsız hesab edilmiş, iddiaçı Piriyeva Rəfiqə Həsən qızının vərəsə kimi tanınması təmin olunmuşdur.Həmin qətnamədən İddiaçı tərəfindən üçüncü şəxs qismində apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(106)504/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(071)440/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Piriyeva Rəfiqə Həsən qızı "cavabdehlər X6, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınmasına dair" iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmiş və müddət bərpa olunaraq baxılması üçün mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. ünvan 2 ünvanında yerləşən və hazırda yaşadığı fərdi yaşayış evi xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat və **********04-10301 reyestr nömrəli Çıxarışla mülkiyyət hüququm rəsmiləşdirilmişdir.Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci ildə qanunsuz olaraq Piriyeva Rəfiqə Həsən qızına eyni qeydiyyat və reyestr nömrəli Çıxarış verilmişdir. Bu Çıxarış və texniki pasport sənədi verilərkən İddiaçı yaşadığı fərdi yaşayış evinə ölçü işləri aparmaq üçün mühəndis-inventarlaşdırıcı belə gəlməmiş, hətta xx.xx.2022-ci il tarixli texniki pasport sənədində icraçının imzası yoxdur. Hətta məhkəmə qətnaməsinə istinad etsələr belə qətnamənin qanuni qüvvəyə minməsi barədə icra vərəqəsi yoxdur. Məsələ ilə bağlı edilmiş müraciətlərə verilmiş xx.xx.2022-ci il tarixli **********32 nömrəli cavab məktubunda göstərilir "...aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şirvan şəhəri, 1 Saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 4-0-891 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində sizin mülkiyyət hüququnuz qeydiyyata alınaraq 91Ü013Ü0U5U4 -10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X9məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı Hacıqabul şəhər sakini İddiaçı ünvan 4 fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qarşı tərəfə daşınmaz əmlakın dövlət reyestrdən çıxarış verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır.Araşdırma zamanı müəyyən edilmişdir ki, X3 müraciəti ilə ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin mərhum X12 məxsus olması barədə arayışa əsasən, Hacıqabul rayon Dövlət Notariat Kontorunun xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədi ilə X3 hüquqları 31,08.2010-cu il tarixində qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, İddiaçı adına xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.Bundan sonra Piriyeva X11 şəhəri, H.Z.Tağıyev küçəsi, 170 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinə qarşı iddia qaldırmış və həmin əmlakın özlərinə məxsus olmasını əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını tələb etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(071)-440/2021 saylı Qətnaməsi ilə cavabdeh X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdənsonra Piriyeva Rəfiqə Həsən qızının müraciəti əsasında X1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmçinin, AğakişiyevaLeyla Ağakişi qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsinin hüquqi nəticəsi olaraq, İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” hüquqi qüvvəsini itirmişdir.Daha sonra mərhum X7 vərəsəsi Piriyeva Rəfiqə Həsən qızı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında mərhumun ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış və xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair Hacıqabul rayonu Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-208 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədinə əsasən, Piriyeva Rəfiqə Həsən qızının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəjnədən iddia tələbinin təmin edilməsinə etiraz etmişdir. Üçüncü şəxs Piriyeva Rəfiqə Həsən qızının nümayəndəsi X10məhkəmə iclasında iddia tələbini qəbul etməyərək,Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(071)-440/2021 saylı qətnaməsi ilə cavabdeh X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış etibarsız hesab edildi. Qətnamə qanuni qüvvəyə mindikdənsonra onun müraciəti əsasında X1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Daha sonra mərhum X7 vərəsəsi Piriyeva Rəfiqə Həsən qızı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında mərhumun ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış və xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair Hacıqabul rayonu Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-208 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədinə əsasən, onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Buna görə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin iddiaçıya ünvanladığı 13 oktyabr 2022-ci il tarixli **********32 nömrəli məktubda göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-891 sayiı "daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 170 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Piriyeva Rəfiqə Həsən qızı tərəfindən “sözügedən fərdi yaşayış evinin ona məxsus olmasını əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(071)-44/2021 saylı qətnaməsinə uyğun olaraq fərdi yaşayış evi üzərində qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir. Bundan sonra Piriyeva Rəfiqə Həsən qızının müraciəti əsasında Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 170 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı hüquqmüəyyənedici sənədlər əsasında qanunamüvafiq qaydada aparılaraq xx.xx.2022-ci il tarixli **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Göründüyü kimi, məhkəmə prosesi başa çatdıqdan sonra Piriyeva Rəfiqə Həsən qızının adına çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubiikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-440/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X3 adına verilmiş vərəsəlik qanun qanun üzrə vərəsəlik qanun haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən çıxarış etibarsız hesab edilmişdir. - İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-504/2022 qərarından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-440/2021 nömrəli qətnaməsi ləgv edilmişdir. - İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin Şirvan İnzibati məhkəməsinə ünvanladığı 27 fevral 2023-cü il tarixli, 31/2023 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-440/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsinə əsasənləğv edilmişdir. - İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(106)-504/2022 nömrəli 28 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı Piriyeva Rəfiqə Həsən qızının cavabdehlər X5, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki işə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(071)-440/2021 saylı qətnaməsi ləğv edilmiş, Piriyeva Rəfiqə Həsən qızının iddiası təmin edilməmişdir.İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Mülki iş xx.xx.2023-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır.Müraciətə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 saylı qətnaməsinin surəti göndərilir. - İş materiallarında olan Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Piriyeva Rəfiqə Həsən qızının Kassasiya şikayəti təmin edilməmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmişdir. - İş materiallarında olan Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki,Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsindən iddiaçı Piriyeva Rəfiqə Həsən qızı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmişdir. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin iddiaçıya ünvanladığı 23 mart 2023-cü il tarixli 3-21- 3-38/2-626/23 nömrəli məktubda göstərilmişdir ki, Sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Döviət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır.Bununla bağlı ********** qeydiyyat nömrəli çıxarışın və digər sənədlərin təsdiq olunmuş surəti təqdim olunur. İddiaçı hüquqların dövlət qeydiyyatı bağlı müraciətinə dair məlumat aşkar edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, X16 küçəsi, ev 170 (Yeni qaydalarla: AZ 2400, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X16 küçəsi,266) tam mülkiyyət hüququ üzrə Piriyeva Rəfiqə Həsən qızının adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, X18 küçəsi,Yeni qaydalarla: AZ 2400, Hacıqabul şəhəri, X16 küçəsi,ev 266, ev 170 tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı 31 mart 2023-cü il tarixli 3-21-3-38/2-704/2023 nömrəli məktubda göstərilmişdir ki, Sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır.Bununla bağlı **********04-10301 reyestr nömrəli çıxarışın və digər sənədərin təsdiq olunmuş surəti sizə təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, X16 küçəsi, ev 170 (Yeni qaydalarla: AZ 2400, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X16 küçəsi,266) tam mülkiyyət hüququ üzrə İddiaçıadına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-02/24228/2023 nömrəli məktubunda göstərilmişdir ki,Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən məktubda qeyd edilən çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin surətini təqdim etmişdir. - İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)- 844/2022 nömrəli qətnaməsində göstərilmişdir ki, iddia təmin edilmiş, cavabdeh X8 xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Piriyeva Rəfiqə Həsən qızının mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin.Cavabdeh X8 əşyaları ilə birlikdə iddiaçı Piriyeva Rəfiqə Həsən qızının mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evindən çıxarılmış və ev boşaldılaraq iddiaçı Piriyeva Rəfiqə Həsən qızına təhvil verilsin.Bu qətnamə X3 Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. - İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-369/2023 qərardadında göstərilmişdir ki,iddiaçı Piriyeva Rəfiqə Həsən qızının cavabdeh Äğakişiyeva Leyla Ağakişi qızına qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və qeydiyyatdan çıxarılma” barədə iddia tələbinə dair mülki iş üzrə icraat, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə, üçüncü şəxslər Piriyeva Rəfiqə Həsən qızına və Äğakişiyeva Leyla Ağakişi qızına qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 müraciəti ilə ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin mərhum X12 məxsus olması barədə arayışa əsasən, Hacıqabul rayon Dövlət Notariat Kontorunun xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədi ilə X3 hüquqları xx.xx.2010-cu il tarixində qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, İddiaçı adına xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Piriyeva X11 şəhəri, H.Z.Tağıyev küçəsi, 170 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinə qarşı iddia qaldırmış və həmin əmlakın özlərinə məxsus olmasını əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını tələb etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(071)- 440/2021 saylı qətnaməsi ilə cavabdeh X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış etibarsız hesab edilmişdir. Bundan sonra qətnamədən apellyasiya şikayəti verilmiş,Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-504/2022 qərarı iləİddiaçı apellyasiya şikayəti təmin edilərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-440/2021 nömrəli qətnaməsi ləgv edilmişdir, cavabdeh X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir.Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Piriyeva Rəfiqə Həsən qızının kassasiya şikayəti icraata qəbul edilməmişdir. Lakin aydın olmuşdur ki, qanuni qüvvəsini almayan və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-504/2022 qərarı ilə ləğv edilmiş iddiaçı Piriyeva Rəfiqə Həsən qızının cavabdeh X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış etibarsız hesab edilməsi barədə mülk iş üzrə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(071)-440/2021 saylı qətnaməsi Piriyeva Rəfiqə Həsən qızının müraciəti əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən ləğv edilmişdir. Həmçinin, X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsinin hüquqi nəticəsi olaraq, İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” hüquqi qüvvəsini itirmişdir.Daha sonra mərhum X7 vərəsəsi Piriyeva Rəfiqə Həsən qızı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında mərhumun ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış və xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair Hacıqabul rayonu Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-208 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədinə əsasən, Piriyeva Rəfiqə Həsən qızının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilərək, Hacıqabul şəhəri, X16 küçəsi, ev 170 (yeni qaydalarla Hacıqabul şəhəri, X16 küçəsi, ev 266) ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 43,9 kv.m ibarət fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması xahiş edilmiş, lakin cavabdeh orqan tərəfindən imtina edilmişdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki,ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin mərhum X12 məxsus olması barədə arayışa əsasən, Hacıqabul rayon Dövlət Notariat Kontorunun xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədi ilə X3 hüquqları xx.xx.2010-cu il tarixində qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşmiş, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, X3 tərəfindən bağışlanaraq, İddiaçı adına xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı iləX3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarış etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir.Buna görə mübahisəlitorpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi iddiaçı üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. Cavabdeh orqan tərəfindən imtina verilərək bildirilmişdir ki, Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-891 sayiı "daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 170 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Piriyeva Rəfiqə Həsən qızı tərəfindən “sözügedən fərdi yaşayış evinin ona məxsus olmasını əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-440/2021 saylı qətnaməsinə uyğun olaraq fərdi yaşayış evi üzərində qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir. Bundan sonra Piriyeva Rəfiqə Həsən qızının müraciəti əsasında Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 170 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı hüquqmüəyyənedici sənədlər əsasında qanunamüvafiq qaydada aparılaraq xx.xx.2022-ci il tarixli **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, üçüncü şəxs R.Piriyevanın iddia ərizəsi Hacıqabul rayon məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qətnamə ilə təmin edilsə də, xx.xx.2022-ci il tarixdə həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş, məhkəmə iclasında Piriyeva Rəfiqənin nümayəndəsi də iştirak etmiş, lakin bundan sonra cavabdeh orqanın deməsinə görə Rəfiqə Piriyevanın cavabdeh orqana təqdim etdiyi Hacıqabul rayon məhkəməsinin 2(071)-440/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının fərdi yaşayış evi üzərində qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir və xx.xx.2022-ci il tarixdə (R.Piriyevanın kassasiya şikayəti Ali Məhkəmənin icraatında araşdırılan zaman) H.Piriyevin adına **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin cavabeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş Hacıqabul rayon məhkəməsinin 2(071)-440/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin son səhifəsində qələmlə “qanuni qüvvəyə minib xx.xx.2022-ci ildə” sözləri yazılmış və fərqli imza edilmiş, “zərflər üçün-Hacıqabul Rayon Məhkəməsi” möhürü vurulmuşdur. Yəni Hacıqabul rayon məhkəməsinin 2(071)-440/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra edilməsi barədə icra vərəqəsi cavabdeh orqana daxil olmamışdır. Hacıqabul rayon məhkəməsi 2(071)-440/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə məhkəməyə məlumat göndərmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən R.Piriyevanın kassasiya şikayəti icraata qəbul edilməmiş və iddia ərizəsinin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(106)-504/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Beləliklə məhkəmə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi heç bir hüquqi əsas olmadan, ləğv edilmiş Hacıqabul rayon məhkəməsinin 2(071)-440/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında cavabdeh X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışı etibarsız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas yoxdur, yəni cavabdeh inzibati orqanındaşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından imtinası əsassızdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin etməməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən fərdi yaşayış evi və torpaq sahəsi üzərində xx.xx.2022-ci il tarixli çıxarışla hüququn qeydə alınması üçün hüquqi əsaslar müəyyən olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və yahüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, Hacıqabul şəhəri, X16 küçəsi, ev 170 (yeni qaydalarla Hacıqabul şəhəri, X16 küçəsi, ev 266) ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 43,9 kv.m ibarət fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməli və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia ərizəsi təmin edilsin. Hacıqabul şəhəri, X16 küçəsi, ev 170 (yeni qaydalarla Hacıqabul şəhəri, X16 küçəsi, ev 266) ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 43,9 kv.m ibarət fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar